Yağlıdərə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ (hünd. 3825,9 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Urmis kəndindən 5,3 km şimal-şərqdə, Vənəndçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.[1]
Yağlıdərə dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3825,9 m |
Yerləşməsi | |
39°07′01″ şm. e. 46°01′07″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | |
|