YEZUİT

1517-ci ildə alman rahibi Martin Lüter katolik və protestantların bir-birindən qəti surətdə ayrılmaları ilə nəticələnən münaqişənin təşəbbüskarı qismində çıxış etdi. Sonrakı 25 ildə protestant Reformasiyası elə sürətlə yayılırdı ki, katolik kilsəsinin süqutu labüd görünürdü. Ancaq katolisizm buna tab gətirərək öz islahatçı hərəkatına (Əks­reformasiya) başladı.

Bundan əlavə, katolisizm vaxtilə katolik kilsəsinə mənsub olan və sonradan itirdiyi dindarları geri qaytarmaq üçün cəhdlərə başladı. İspan əsgəri İqnati Loyolanın yaratdığı təşkilat bu cəhdlərin aparıcı qüvvəsinə çevrildi. O, təşkilatının üzvlərini İsanın əsgərləri elan etdi. 1540-cı ildə Loyola papa III Pavelin bu qrupun fəaliyyətini təqdir etməsinə nail oldu. Beləliklə də, İsa ordeni (cəmiyyəti) yarandı.

Düşmənləri İsa ordeninin üzvlərini yezuit adlandırırdılar. İlk vaxtlarda bu söz istehza və təhqir kimi işlənirdi, amma sonradan onu cəmiyyət üzvlərinin özləri də qəbul etdilər. Yezuitlər fitnə-fəsad ustaları idilər. Bu üzdən də düşmənləri onların öz məqsədlərinə çatmaq üçün hər yola əl atdıqlarını iddia edirdilər. Başqa sözlə, onları “məqsəd vasitələri doğruldur” prinsipi ilə hərəkət etməkdə ittiham eləyirdilər. Buna görə də “yezuit” sözü “hiyləgər”, “ikiüzlü”, “fitnəkar” mənasında işlədilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

YETİM
YƏHƏR
OBASTAN VİKİ
Yezuitlər ordeni
Yezuitlər ordeni — Yezuitlər ( «İsa cəmiyyətinin rəsmi adı» (lat. Societas Jesu) — Roma-katolik kilsəsinin kişi ruhani ordeni, 1534-cü ildə İqnati de Loyola tərəfindən təsis edilib və Papa III Pavel tərəfindən 1540-cı ildə təsdiq edilib. Yezuitlər kontrremormasoyada fəal iştirak etdilər, elm, təhsil və missioner fəaliyyəti ilə məşğul oldular. Ordenin devizi "Ad majorem Dei gloriam" ("Allahın şərəfinə")-dir. 2007-ci il məlumatına görə yezuitlərin indi sayı 19 min 216 nəfərdir, onlardan 13 min 491 nəfəri keşidir. Onlar dünyanın 112 ölkəsində iş aparır və 1536 kilsəsində fəaliyyət göstərirlər. Dini cəmiyyət yezuitlərə dünyəvi həyat sürməyə icazə verirlər. == Ədəbiyyat == Марек Инглот SJ. Общество Иисуса в Российской империи (1772—1820 гг.) и его роль в повсеместном восстановлении Ордена во всем мире. М.: Институт философии, теологии и истории. Мишель Леруа.

Значение слова в других словарях