ZİYİLOTU

ZİYİLOTU, DƏMROVOTU (bot.) Ziyilotu və ya dəmrovotu köhnə daş divarlarda meşə kənarlannda, əkinlərdə və zibilli yerlərdə bitən və narıncı süd şirəsi olan çoxillik otdur (M.Qasımov).

ZİYARƏTXANA
ZOĞ
OBASTAN VİKİ
Ziyilotu
Ziyilotu (lat. Lapsana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Lampsana Mill.
Adi ziyilotu
Adi ziyilotu (lat. Lapsana communis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ziyilotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-100 sm, gövdəsi seyrək süpürgəvari budaqlanmış və az tüklü olan birillik ot bitkisidir. Yarpaqları nazikdir, çılpaq və ya az tüklüdür, aşağı yarpaqları 1-2 cüt xırda yumurtaşəkilli uzunsov-yumurtaşəkilli yan seqmentləri və çox iri üçbucaq-yumurtaşəkilli oyuqlu-dişli təpə seqmentlərləri vardır, yuxarı yarpaqları yumurtavaridir, neştəvari formaya qədər dəyişir, kənarları oyuqlu-dişli və ya tamkənarlıdır, aşağı yarpaqlar uzun, orta yarpaqlar daha qısa saplaqda yerləşmişlər, yuxarı yarpaqlar isə demək olar ki, oturaqdır. Səbətin eni bar verənə yaxın 4-5 mm olub, qismən uzun saplaq üzərindədir, boş süpürgədə toplanmışdır və adətən çoxsaylıdır. Çiçəkləri açıq-sarı rəngdədir, adətən 1,5 dəfə qından uzundur. Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, uzunsovdur, az əyilmiş və nazik tillidir. (May) İyun-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.

Digər lüğətlərdə