ÇİLE

I
qəm, əzab; çile çekmek – qəm çəkmək
II
kələf, yumaq
əzab, bəla, dərd, kələf, qəm, yumaq
ÇİL
ÇİLEK
OBASTAN VİKİ
Çilebürt
Çiləbürt (əvvəlki adı: Cerabert) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Mağavuz kənd Sovetinin Cerabert kəndi Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Cerabert kəndi Çiləbürt kəndi adlandırılmışdır. Caraberd, Craberd variantlarında da qeydə alınmışdır. Oykonim çilə (topa, yığın, nəsil) və bürt/berd/bərd (əsli ər. olan bu soz "qala, hasar, divar" mənalarında başqa dillərə də keçmişdir) komponentlərindən düzəlib, "insanlara aid qala və ya icma, kənd" mənasındadır. Ermənilər bu kəndi Cerabert kimi rəsmiləşdirmışdilər. 1992-ci ildən kəndin indiki adı bərpa edilmişdir. Çiləbürt kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çiləbürt kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.