1. sif. Üstü örtülmüş, üstü açıq olmayan, örtüsü olan, örtülü.
Ancaq təktük üstüörtülü faytonlar içində miniklər görünürdü.
Üstü-örtülü, qara bir maşın gecənin sakitliyini pozdu.
2. məc. Aydın olmayan, örtülü, müəyyən olmayan, eyhamlı, üstüpərdəli.
[Şamama Cadu:] Üstüörtülü sözdən fayda yoxdur.
// Zərf mənasında. Üstüörtülü danışmaq.
– [Əliqulu:] Yaxşı, baxarıq! – deyə, üstüörtülü bir cavab verib ayrıldım.