ƏLƏK-VƏLƏK

Diqqətlə axtarmaq mənasında işlədilir. Mənbələrdə ələk sözünün “axtarmaq” mənası verilib. Söz ələk və ələk kimi olub, sonra indiki şəklə düşüb. Ələk-vələklə yanaşı, xalq arasında araq-varaq forması da var. Güman edirik ki, sözün əsli aramaq feili ilə bağlıdır. Qaynaqlarda araq-araq şəkli də qeydə alınıb. Araq sözü araq-araq (yada sal: tez-tez, uca-uca...) şəklində təkrarlanaraq intensivlik bildirib, yəni söz araq və araq kimi olub, sonradan araq-varaq və nə­hayət, ələk-vələk şəklini kəsb edib. Ələk sözünün axtarmaq mənası da kəlmənin təhrifi ilə bağlı ola bilər. Salyan rayonunda arağ-arağ eləmək, Şuşada isə arax-varax eləmək formaları indi də qalmaqdadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏLƏK
ƏLƏMDAR
OBASTAN VİKİ
Ələk
Ələk — unun kəpək və qeyri-yad əşyalardan təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alətdir. Ələk dairəvi qutu şəklində olur. Əlәklər yastı olmaqla, vibrasiyalı, yırğalanan, barabanlı olmaqla, fırlanan kimi növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlama peşəsi Azərbaycanda geniş yayılmışdır.

Значение слова в других словарях