1. Bir şeyin tərəzidə çəkilməklə müəyyənləşdirilən ağırlığı; vəzn. Taxılın çəkisi.
□ Çəki daşı – şeyləri çəkmək üçün ağırlıq ölçüsü kimi işlədilən müəyyən ağırlıqda cisim, tərəzi daşı.
// Ümumiyyətlə, ağırlıq.
Binanın çəkisinin aşağı salınması hazırda – elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə çox vacib problemlərdən biridir. “Elm və həyat”.
2. məc. Əhəmiyyət, dəyər, sanbal, siqlət.
◊ Çəkidə (çəkicə) yüngül, qiymətdə (qiymətcə) ağır – bax vəzncə yüngül, qiymətcə ağır (“vəzn”də).