ÇADIR

is. Su buraxmayan parçadan düzəldilən müvəqqəti yaşama, daldalanma yeri. Çadır qurmaq. Brezent çadır.
– Feldşer çadıra gələndə yaralı yenə də dişlərini qıcıldadır, ufuldayırdı. M.Hüseyn.
Midhəd çadırdan çıxdıqdan sonra komandir dərin fikrə getmişdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇADIR çadır bax alaçıq

Etimologiya

  • ÇADIR Farsca cəhar (dörd) və tar (sap) kəlmələrindən əmələ gəlib. Çadır dörd sap­dan (üçü pambıq, biri ipək) toxunurmuş
Ç
ÇADIRÇI

Digər lüğətlərdə