ÜSTÜN

sif.
1. Bənzərlərinə görə daha yaxşı, daha yüksək səviyyədə olan, onları geridə buraxan.
[Ərəstun:] Sənətkarlıqla yazılmış balaca bir şerin özü hər hansı sönük bir poemadan qat-qat üstündür! S.Rəhimov.
[Sərətan:] Üstündür hələlik şair Xaqani; Odur söz mülkünün qadir sultanı. M.Rahim.

// Keyfiyyət və kəmiyyətcə daha yüksək, daha əlverişli olan.
Əl əldən üstün olar. (Məsəl).

2. Qalib gələn, qələbə çalan, qalib.
□ Üstün gəlmək – qalib gəlmək, qələbə çalmaq.
[2-ci cariyə Səyavuş haqqında:] Qəhrəmandır, üstün gəlir aslana! H.Cavid.
Kərim baba sükutla başını tərpətdi.
Ayrımqızı üstün gəldiyini hiss edərək özünü doğrultdu. A.Şaiq.

Üstün tutmaq – bax üstünlük vermək (“üstünlük”də).

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜSTÜN artıq — çox

Etimologiya

  • ÜSTÜN Boy-un, üz-ün sözləri göstərir ki, -ün şəkilçisi həm də adlardan ad düzəldib. Üstün sözü üst kökündən və -ün şəkilçisindən ibarətdir (sərin tipli sözl
ÜSTÜAÇIQ
ÜSTÜNLÜK

Digər lüğətlərdə