ÜSTÜNLÜK

is. Bənzərləri arasında daha yaxşı, daha yüksək, daha əlverişli olma.
Ağbulaq dağlarının bütün gözəllik və üstünlükləri Sevildə unudulmaz … bir təsir buraxdı. S.Rəhimov.

□ Üstünlük vermək – bir neçələri və ya çoxları arasından ancaq birini seçmək, onu daha yaxşı, daha münasib, daha yüksək, daha əlverişli hesab etmək, bəyənmək.
◊ Üstünlük dərəcəsi qram. – sifətin əlamət və keyfiyyətinin adi dərəcəyə nisbətən üstün olduğunu göstərən dərəcəsi; məs.: qıpqırmızı, ağappaq, lap tünd və s.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜSTÜNLÜK imtiyaz
  • ÜSTÜNLÜK artıqlıq — çoxluq
ÜSTÜN
ÜSTÜÖRTÜLÜ

Digər lüğətlərdə