ÇƏKİNMƏK

f.
1. Hər hansı bir səbəbə görə bir şeyi etməyə əli getməmək. [Pərzad:] Səndən [Bayramdan] çəkinirəm.
Əgər sən rüsxət versən, bir gün bu dərdlə özümü sağ qoymanam! M.F.Axundzadə.
…Ancaq [Gülpəri] Baharı aşkar qovmaqdan çəkinirdi, çünki Bahar körpə vaxtından Hacı Nəsirin evində böyümüşdü. S.S.Axundov.

2. Ehtiyat etmək, saqınmaq, qorxmaq.
…İnmirə məhəlləsinin camaatı da Əlidən çəkinərdi və özü də bunu guya sevirlər, buna hörmət edirlər. N.Nərimanov.
[Solmaz:] Bütün xalqın nicatı üçün mənim qurbanlığım gərəksə, mən çəkinməyəcəyəm! C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇƏKİNMƏK çəkinmək bax 1. qorxmaq; 2. utanmaq ÇƏKMƏÇİ Çəkməçi gözlüyün üstündən Həsənə baxdı və gülümsünərək salamını aldı; yer göstərdi (Çəmənzəminli); BAŞMAQÇ
  • ÇƏKİNMƏK qorxmaq
  • ÇƏKİNMƏK diksinmək — iyrənmək
  • ÇƏKİNMƏK utanmaq — sıxılmaq — xəcalətlənmək
  • ÇƏKİNMƏK yayınmaq — uzaqlaşmaq — saqınmaq
ÇƏKİNMƏDƏN
ÇƏKİNMƏZ

Digər lüğətlərdə

восхити́тельный дотолкова́ться напу́дренный пра́внуков ума́щивать вдува́ться кросс нахами́ть огла́ска просвети́тельница шарма́ночка шии́тский bloated chronobiology cowlike deform idiotically monition Moresco olig- sizing up Ugro-Finnic натюрморт пересказать родной