ÇAŞMAQ

ÇAŞMAQ Axı İlyas kişidən də gənc və qüvvətli adamlar olub ki, cəld, zirək və tənbəl hərəkət edən ayıya rast gələndə özlərini itiriblər, çaşıblar (M.İbrahimov); BAŞINI İTİRMƏK (fr.v.) [İbişli:] Başımı itirmişəm. Öz adım yadımdan çıxıb (Anar); BUYUXMAQ Vahid, düşün, öz qədrini, çox olma meyalud; Axır rəhi-meyxanədə bir gün buyuxarsan (Ə.Vahid); DURUXMAQ Hüseyn duruxdu, nə cavab vermək lazım gəldiyini bilmədi (S.Rəhman); KARIXMAQ, ÖZÜNÜ İTİRMƏK Namiq: Mən lap karıxmışam, ata, ölümü itirmişdim (Anar); QARIXMAQ Yasavul: Mən kürənin boynundan tutub təntitməsəydim, bəlkə kürən qarıxmazdı.. (S.Rəhimov); YANILMAQ Elsevər qəti qərar verdi, amma o, yamanca yanılırdı... (Ə.Qasımov).

ÇAŞDIRMAQ
ÇATDIRMAQ

Digər lüğətlərdə