ÖTKÜN

sif.
1. Ötmüş, həddindən artıq yetişmiş (meyvə, taxıl haqqında).
// Həddindən artıq bişmiş, vaxtından artıq od üstündə qalıb keyfiyyətini itirmiş (bişmiş haqqında).
2. Üstün. [Əlioğlu:] Hava açılır, bəlkə sən də getdin.
Yenə ağıl ağıldan ötkün olar. S.Rəhimov.

3. məc. Ötən, keçən, təsirli.
Ötkün sözüm, kəskin bəxtim olaydı; Ağ otağım, zərrin rəxtim olaydı. Aşıq Ələsgər.

4. məc. Məlahətli, zərif, ahəngdar, lətif.
Qızın ötkün səsində xəfif bir titrəyiş vardı. M.Hüseyn.

5. məc. Qüvvətli, təsirli.

Etimologiya

  • ÖTKÜN İti feili ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ÖTKƏMLİK
ÖTKÜNLÜK

Digər lüğətlərdə

битка вероучи́тельный ве́тошь завёртчик насле́дственный ни́зкий подста́вка подю́жинно посмыва́ть этру́сский япо́нский иденти́чно колыха́ние моро́зик павликиане Соликамск bring forth foreleg sour-eyed super-film обмять поблизости разбросанность рвануться свес