ÖYNƏ

is. məh.
1. bax növbə.
Barmaqla nişan verib səni; Budur, – deyirlər; – Neçə dəzgah; Dalında bir öynədə çalışan. R.Rza.

2. Dəfə, kərə.
İşə buyurarsan, naxoşam deyər; Öynədə bir badya doğrama yeyər… Aşıq Ələsgər.
[Zeynal:] Kişi bu uzunqulağa gündə üç öynə arpa verirmiş, bir gün olur ki, kişi arpanın bir öynəsini yaddan çıxardır. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖYNƏ öynə bax dəfə
ÖYMƏK
ÖYNƏLİK

Digər lüğətlərdə