ÖYRƏTMƏK

icb.
1. Bilik, sənət, peşə vermək, təlim etmək.
[Adil:] [Atam] əlləri salamat olan müharibə əlillərinə xarratlıq öyrədirdi. B.Bayramov.

2. Bilmədiyi şeyi bildirmək, başa salmaq. Bilmədiklərini öyrətmək. Bunları sənə kim öyrətdi?
3. Vərdiş etdirmək, alışdırmaq. İşə öyrətmək. Soyuğa öyrətmək.
4. Bildirmək, tanış etmək, izah etmək. Yolu öyrətmək.
5. Dərs vermək. Rus dili öyrətmək.
6. dan. Sövq etmək, təhrik etmək (adətən mənfi mənada). Pis işlərə öyrətmək.
– Bizə meylin əzəlki tək nədən yox; Səni ha sonradan bir öyrədən yox. M.P.Vaqif.

7. məc. Dərsini vermək, cəzalandırmaq, göstərmək. Ona mən öyrədərəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖYRƏTMƏK fitləmək — salışdırmaq
  • ÖYRƏTMƏK mənimsətmək — oxutmaq
ÖYRƏTMƏ
ÖYÜD

Digər lüğətlərdə

ла́юще тик-та́к ба́сенка впры́снуть глу́бже неисполни́мость окропи́ть почиха́ть скепти́чность удостоверя́ть литр нищий dolly-shot fox paw idealizer intactile microdot phraseogram pumpkin-seed scammony wrathily вьетнамец миссионер протерпеть сзади