ŞADMAN

sif.zərf [ fars. ] klas. Şad, sevinc, məmnun.
Durdu qazi şahə vida etdi; Evinə xeyli şadman getdi. S.Ə.Şirvani.
Olmadım hiç şadman, əfsus! X.Natəvan.
[Odabaşı:] Dostu, Fərmanı bir növ şadman görüb yəqin etdi ki, əhvalatdan xəbəri yoxdur. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞADMAN şadman bax şad
  • ŞADMAN bax: şad

Etimologiya

  • ŞADMAN Farsca “sevinən” (şadlanan) deməkdir. Arzuman sözünün qəlibi üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ŞADLIQLA
ŞADYANA

Digər lüğətlərdə