İbrahim Şevki Atasaqun
İbrahim Şevki Atasaqun (1899 İstanbul, Osmanlı İmperiyası – 28 may 1984 Ankara) – Türkiyəli, siyasətçi, dövlət xadimi. O, 1966-cı ildə Prezident Camal Gürsəl ABŞ-da müalicə olunduğu müddətdə onun yerinə 55 gün prezident səlahiyyətlərini icra edib.
İbrahim Şevki Atasaqun hərbi tələbə kimi daxil olduğu İstanbul Darülfünunun Tibb məktəbindən məzun olub. O, Qərb Cəbhəsində Türkiyə Qurtuluş Savaşında həkim leytenant kimi iştirak edib və baş leytenant rütbəsinə yüksəlməklə İstiqlal medalı qazanıb. Gülhanə Hərbi Tibb Akademiyasına danışıqlar aparan həkim olaraq təyin edilib. 1926-cı ildə daxili xəstəliklər üzrə mütəxəssis hazırlığını bitirib. Baş Qərargahın icazəsi ilə girdiyi Tibb Fakültəsi gigiyena üzrə dosentlik imtahanını qazandıqda, ordu ilə əlaqəsinə xələl gətirmədən beş il müddətinə məzuniyyətə çıxıb. İbrahim Şevki 1933-cü il 3 oktyabrda Ərzurum Hərbi Xəstəxanasına təyin edilib. 1934-cü ildə mayor olub. Təkirdağ Hərbi Xəstəxanasından sonra Siirt Hərbi Xəstəxanasına təyinat alıb.