ƏBƏS

sif. [ ər. ]
1. Nahaq, bihudə, faydasız.
// Zərf mənasında.
Bəslərəm can kimi, ey sevgili sərmayə, səni; Etmərəm sərf əbəs məscidə, mollayə səni. M.Ə.Sabir.

□ Əbəs yerə1) nahaq yerə, boş yerə; lüzumsuzcasına, faydasızcasına. Əbəs yerə əlləşdim. Əbəs yerə xərcə düşdüm.
[Hacı Nuru şair:] …Amma sən əbəs yerə özünü saldın qalmaqala. M.F.Axundzadə.
Könül, əbəs yerə üzmə canımı; Sonaların əhdə olmaz vəfası. Q.Zakir.
[Pərzad:] Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma. N.Nərimanov;

2) əsassız, səbəbsiz, ciddi səbəb olmadan. Əbəs yerə əsəbiləşmək.
2. Xəbər şəkilçisi ilə: əbəsdir – nahaqdır, faydasızdır, xeyri yoxdur, nəticəsi yoxdur. Bütün zəhmətlərin əbəsdir.
– Söylədi tülkü: – Əbəsdir bu xəyal; Məndən ol mərhəməti etmə sual. A.Səhhət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏBƏS ƏBƏS, NAHAQ Nahaqdır, əbəsdir yalvarışların; Başqa bir dilbərə vermişəm könül (S.Rüstəm); BİCA [Sara:] Atam üçün qüssə edəcəyimdən qorxursansa, o da b
  • ƏBƏS nahaq — bihudə — faydasız — boş

Antonimlər (əks mənalı sözlər)

  • ƏBƏS ƏBƏS – MƏNALI Ancaq əbəs yerə həyəcan keçirirdi (İ.Şıxlı); Uzun və mənalı bir sükut Kamranı tutmuşdu (Mir Cəlal)
ƏBƏKÖMƏÇİ
ƏBƏS-ƏBƏS

Digər lüğətlərdə