ƏFLAK

is. [ ər. “fələk” söz. cəmi] klas. Fələk, göy.
Cəfa oxun mənə yağdırman, ancaq, ey əflak! Demin ki, yeddi kəmanda bir nişanə yetər. Füzuli.
Sanma kim, ya qan doludur hər bahar əflakdən. Kişvəri.
Düşdükcə o istəkli vətən səmtə nigahım; Əflakə ucaldı o zaman şöleyi-ahım. A.Səhhət.
[Cahangir ağa:] Hamısı ac, çılpaq, zillətdə, əziyyətdə, fəryadları əflaka çıxmış. S.S.Axundov.

ƏFQANISTANLI
ƏFLATUN

Digər lüğətlərdə