ƏFSANƏVİ

sif. [ fars. ]
1. Əfsanə mahiyyətində olan, nağıl qəbilindən olan, əfsanəyə aid olan; əsatiri. Əfsanəvi əsər.
– Bəzən əfsanəvi bir mələk kimi; Uçursan o mavi asimanlara. S.Vurğun.
Uzaqdan dağların zirvəsi neçə min illərlə əriyib tükənmək bilməyən qarı ilə əfsanəvi bir quşa bənzəyir. R.Rza.

2. məc. tənt. Qeyri-adi, fövqəladə, misli görünməmiş. Əfsanəvi qəhrəmanlıq. Əfsanəvi gözəllik.
– Gülsənəm arvad öz tərifindən ruhlanır, ruhlandıqca da, elə bil, qeyriadi, əfsanəvi bir hadisədən danışırdı. M.Hüseyn.

// məc. Nağıllarda olduğu kimi; xəyali.
İki həftə əvvəl milyon işıqları ilə əfsanəvi bir şəhəri xatırladan Bakı, artıq qaranlıq içərisində idi. Ə.Məmmədxanlı.
Lap yaxından baxırıq; Bizə uzaqdan baxan; Əfsanəvi Aya biz. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏFSANƏVİ qeyri-adi — fövqəladə
  • ƏFSANƏVİ əsatiri

Antonimlər (əks mənalı sözlər)

  • ƏFSANƏVİ ƏFSANƏVİ – ƏSİL Qartal dedikləri o əfsanəvi qəhrəman budur (M.Hüseyn); Çox sağ ol, oğlun Fərid bütün vuruşlarda əsil igid olduğunu sübut etmişdir (M
ƏFSANƏLİ
ƏFSANƏVİLİK

Digər lüğətlərdə