ƏLİFBEY bax əlifba. Əlifbey də bilmir (heç savadı yoxdur). – Hər əlibey oxuyan gər ola peyğəmbəri-həqq; Mən də peyğəmbərəm, amma kim edir küfranı. S.Ə.Şirvani. [Həmzə:] Xeyr a!… Yenə [axund] başladı əlifbeydən… C.Cabbarlı. On yaşında ikən o da həmin zavodda işləməyə başlamış və orada da qoca fəhlələrdən əlifbeyi öyrənmişdi. M.İbrahimov.