ƏYLƏNMƏK₂

f.
1. Ürək sıxıntısını dəf edərək xoş vaxt keçirmək, ruhən istirahət etmək üçün əyləncə ilə, əyləndirici bir şeylə məşğul olmaq, vaxt keçirmək. Axşam yaxşıca əyləndik.
[Xəyyam:] Qayğı bilməz, içərək əyləniriz; Ayrı olsaq da, həqiqətdə biriz. H.Cavid.
[Zeynal] hər zaman gülmək, əylənmək, bağırmaq, sərxoş olaraq səfahətlə vaxt keçirmək istəyirdi. S.Hüseyn.
[Xan] …hətta özü də saatlarca Buğacla əylənib nişan atırdı. M.Rzaquluzadə.

// Oynamaq, şənlik etmək. Uşaqlar bağçanın həyətində əylənirlər.
– Sən şad ol, sən əylən, sevin, gül barı; Qoy mən ayrılığın çəkim yükünü. R.Rza.

2. Lağa qoymaq, masqaraya qoymaq, ələ salmaq, oynatmaq.
Dükançıların bizimlə əyləndiklərini anlayaraq: – Bağışlayın, – dedi. A.Şaiq.

// Zarafat etmək, şuxluq etmək.
Arabir Ballı onunla əylənərək: – A kişi, hansı bəxtəvəri sevmisən? – deyirdi. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏYLƏNMƏK I ƏYLƏNMƏK Qıpçaq Məlik onlarla [qızlarla] əylənirdi (Anar); DİLXOŞLUQ ETMƏK (ELƏMƏK), MƏZƏLƏNMƏK (dan
  • ƏYLƏNMƏK yubanmaq — ləngimək
  • ƏYLƏNMƏK oynamaq — şənlənmək
  • ƏYLƏNMƏK dolanmaq — oynatmaq
  • ƏYLƏNMƏK dayanmaq — durmaq

Antonimlər (əks mənalı sözlər)

  • ƏYLƏNMƏK ƏYLƏNMƏK – GETMƏK Əylən, bir qulaq as sözə (“Koroğlu”); Qədir fürsət bilib yayındı, üzünü bağlara tərəf tutub yavaşca, dala baxmadan gedirdi (Mir Cəla
ƏYLƏNMƏK₁
ƏYLƏŞDİRİLMƏ

Digər lüğətlərdə

великоро́сска заснова́ть му́торно наско́лько..., насто́лько же неща́дно представи́тельность продыми́ть заве́тренный изуча́ющий с мизи́нец bearcat commander-in-chief counting number entailment intercommunion olive tree pearl-hen proletarianization sleeping-porch tetany transforming station Wendell мушкет приласкать эфемерный