LüğətlərAzərbaycan dilinin izahlı lüğəti

NUŞ

is. [ fars. ]
1. klas. Dadlı, şirin.
Qeyrə eylər bisəbəb min iltifat ol nuş ləb; İltifat etməz mənə mütləq, nədir bilməm səbəb. Füzuli.
Mən zəhr bildiyim məni-miskinə nuş imiş; Biganə sandığım mənə xud aşina imiş. S.Ə.Şirvani.

□ Nuş olmaq – canına yatmaq (sinmək), xoş olmaq.
Nuş olur canıma ət, xasa o həngamdə kim; Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa ətə. M.Ə.Sabir.
Hər günümüz bir köçəri quş olur; Yar əlindən badə alsan nuş olur. R.Rza.

2. İçki.
□ Nuş etmək (eyləmək) – içmək.
Nuş etdim röyadə eşqin camını; Göründü gözümə doğru rah mənim. Aşıq Qərib”.

◊ Nuş olsun – bax nuşcan.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NUŞ nuş bax 1. şirin; 2. içki

Etimologiya

  • NUŞ Farsca nuşidən (içmək) feilinin qrammatik əsasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
NURSAÇAN
NUŞCAN

Digər lüğətlərdə