ANBAR (mal, məhsul və s. saxlamaq üçün yer) [Səfərəli xan:] Bənd-bərəni bağlayıb, hər yerdə adamlar qoydum ki, kəndlərdən şəhərə ərzaq buraxmasınlar, hökumətə lazımdır deyə başını bağlayıb anbarlara vursunlar (A.Şaiq); BAZA Dairəittifaq sədri Nemətullayev əmtəə bazasında olduğundan bu səfərbərlikdə qalmışdı (S.Rəhimov); NƏMİ (məh.) Qəhrəman alaçıqdakı nəmidə gizləndi (Ə.Vəliyev).