Axta (Dərələyəz)
Axta — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk)
rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 15 km cənub-şərqdə, Arpa çayının sol qolu olan Axtaçay dağ
çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim padar türk tayfasından olan axta etnonimi əsasında əmələ gəlmişdir.
Quruluşca sadə toponimdir.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 187 nəfər, 1873 - cü ildə 290 nəfər, 1886-
cı ildə 304 nəfər, 1897-ci ildə 426 nəfər, 1904 - cü ildə 458 nəfər, 1914 - cü ildə 504 nəfər, 1916-cı ildə 463 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə kənd sakinləri erməni təcavüzünə mə'ruz qalaraq deportasiya olunmuşlar. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir.
Burada 1922-ci ildə 129 nəfər, 1926-cı ildə 128 nəfər, 1931-ci ildə 199 nəfər,, 1939 - cu ildə 268 nəfər, 1959 - cu ildə 202 nəfər, 1970-ci il də 379 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar.