Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alpan
Alpan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. Alpan kəndi Quba rayonunda yerləşir. Alpan Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Tarixçilərə görə Alpan adının mənşəyi qədim Albaniyanın adı ilə bağlıdır. Kənddə 2000-də artıq ev var. Həmçinin Alpanda qədim qəbirstanlıqlar, XVI əsrə aid Subaba türbəsi və Qalacıq kimi tarixi abidələr var. Kəndin əhalisi etnik olaraq əsasən türk mənşəlidir. Kəndin qədimdən bu günümüzə qədər gələn özünəməxsus adət-ənənələri var. Novruz bayramı ərəfəsində son çərşənbə axşamı ("Şamqoyulan" günü) kənd əhalisi tərəfindən özünəməxsus qaydada – pirləri ziyarət edərək, yaxınlarının qəbirləri yanında şam yandırmaqla, xüsusən də gənclərin pirlərdəki ələm ağaclarına ələm bağlaması, onların ətrafında 7 dəfə dövrə vurmaqla murad tutmaları şəklində qeyd olunur.
Alpan bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Alpan məscidi
Alpan məscidi — Azərbaycanın Quba rayonunun Alpan kəndində yerləşən tarixi-memarlıq abidəsi. Alpan məscidi miladi təqvimlə 1806-cı ildə İbrahim bəyin rəhbərliyi ilə kənd camaatının iştirakı ilə usta Pirqulu tərəfindən tikilmişdir. 1814-cü ildən dini ayinlərin icrası üçün istifadəyə verilən kənd məsçidi SSRİ-nin yarandığı ilk dövrlərə qədər dini məqsədlər üçün istifadə edilmişdir. Amma, sonrakı illərdə məlum səbəblərdən kənd məsçidi 70 il ərzində kolxoz və sovxozun taxıl anbarı kimi istifadə edilmişdir. (tarixi məlumatlar daş kitabəyə istinadən verilmişdir) SSRİ dağıldıqdan sonra kənd camaatının öz dini etiqadlarına gizlin sitayiş etmələri artıq tarixdə qaldı və camaatın dini ayinlərin icrası üçün anbar kimi istifadə edilən məsçidin yenidən bərpasına ehtiyac duyuldu. 1995–96-cı illərdə kənd əhalisinin təkidi ilə məsçidin anbar kimi istifadə edilməsinə son qoyuldu. Bu qərarın verilməsində həmin dövrdə sovxozun direktoru olmuş Tofiq Qubatovun da əməyi olmuşdur. Məsçidin təmiri ilə əlaqədar təkliflə ilk çıxış edənlərdən biri də kənd sakini Əlipaşa Murtuzov olmuşdur. 1996-cı ildə həmkənlilərimiz hüquq elmləri doktoru Ələsgər Ələsgərov və şəqsünas Vidad Ələsgərov məsçidin təmir edilməsində yaxından iştirak etmiş və kənd camaatının yanında olmuşdur. 1998-ci ildən etibarən kənd məsçidi Dini İcmanın Qərargahı və ibadət mərkəzi kimi fəaliyyət göstərir.
Alpan xalçaları
Alpan xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Bu xalça kompozisiyası Quba rayonunun Alpan, Susay və Səbət kəndlərində yayılmışdır. Alpan xalçalarının ara sahəsinin kompozisiyası kvadrat şəbəkə prinsipi əsasında qurulub. Kompozisiyanın əsas elementlərindən biri olan kiçik və orta çoxbucaqlı göllər rapport oxlarının təpələri boyunca keçən künc nöqtələrini təşkil edir. "Xərçəng" adlanan element göllərin ətrafında diaqonal xətt boyunca yerləşərək xalçanın kompozisiya əsasını təşkil edir. "Alpan" qrupundan olan bütün xalçaların bütövlükdə köbəsi və ayrılıqda hər bir zolağı Azərbaycanın digər xalçalarının köbə zolaqları ilə oxşardır. Birinci variantda olan "Alpan" xalçalarının ara sahəsi əksər hallarda göy və ya mavi olur. Bəzən qırmızı və ya açıq – şabalıdı fonlu xalçalara da rast gəlinir. Köbə zolaqlarının rəngi ara sahənin rənginə uyğunlaşdırılmışdır. "Alpan" xalçasının ikinci variantının kompozisiyası birinci variantın kompozisiyasından tamamilə fərqlənir.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Allan
Allan — ad. Allan Fakir — Pakistanın xalq mahnılarının ifaçısı. Allan Lalin — Honduras futbolçusu Allan Kanningem — Böyük Britaniya botaniki.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Alvan
Alvan və ya Buquz/Buğuz — Xocavənd rayonunun Avdur kəndi ərazisində qala adı. Başqa adı olan Buquz / Buğuz XIX əsrdə Gürcüstanda (indi Kaxeti mxaresinin Axmeta munisipalitetində) Alvani-Samebo və Albani Kvemo, Batum əyalətinin Artvin dairəsində Alvanqala, Alvanikam, Alazan çayının aşağı axarında Alvan düzü və s. adlarla mənşəcə eynidir. XI–XII əsr rus mənbələrində Alban ölkəsinin adı Alvanya kimidir. Gürcüstanda Kvemo Alvani və Zemo Alvani (Axmeta rayonu) kənd adları ilə mənşəçə eynidir. 1006-cı ilə aid mənbədə Zəngəzurda Alvançay (ermənicə yazılışda Ağuanget) adı (Həkəriçayın qədim adı) da bu sıraya aiddir.
Alzan
Alzan (fr. Alzen) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. La-Bastid-de-Seru kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09009. 2008-ci il üçün kommunanın əhalisi 146 nəfər təşkil edirdi. 2007-ci ildə 128 yaş arasında (15-64 yaş arasında) 96 nəfər iqtisadi cəhətdən, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.0%, 1999-cu ildə 75.8%). Fəal olan 96 nəfərdən 75 nəfər (38 kişi və 37 qadın), 21 nəfər işsiz (11 kişi və 10 qadın) idi. 32 hərəkətsiz 14 nəfər arasında şagird və ya şagird, 8 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslər Alan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Yaşayış məntəqələri Alan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Alban salnaməsi
Müəllifi Mxitar Qoşun özünün dediyi kimi Musa Kalankatlının Alban ölkəsinin tarixi əsərinin davamı olan Alban salnaməsi 1130-1162-ci illərdə, Səlcuqluların hakimiyyəti dövründə Qafqaz Albaniyası ərazisində baş verənləri əks etdirir. Əsərin erməni mətni 1901-ci ildə Q.Alişan tərəfindən, ingilis mətni 1958-ci ildə Ç.C.Dousett tərəfindən, rus mətni 1960-cı ildə Z.M.Bünyadov tərəfindən nəşr edilmişdir. Alban salnaməsinin 1237 nömrəli əlyazmasımda belə bir sonluq var: "...yadellilərin yox,öz həmvətənlərimizin çiyinlərimizə ağır bir yük kimi düşən təqiblərindən bezib bu xronikanın yazılmasını dayandırdıq,-biz alban katalikoslarını da bu siyahıya salmağı zəruri hesab etdik və lazımi şəkildə birləşdirsəydik onların aşğıdakı siyahısını alardıq. Alban katalikoslarının əsərdə verilən siyahısı çox önəmlidir. Çünki burda alban kilsəsi yaranandan ta XII əsrə qədər bütün patriatxların adları qeyd olunmuşdur. Siyahının başlığı da maraqlıdır: "Yerusəlimdən gəlmiş baş yepiskop Yelişedən sonrakı alban patriarxlarının siyahısı. Sərlövhə alban kilsəsinin apostol başlanğıcına bağlı olmasını təsdiqn edir, eləcə də onun təməlini Yerusəlim şəhərinə bağlayır. Fəridə Məmmədova. "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası". Bakı, 1993 Moisey Kalankatuklu, "Albaniya tarixi".
Alban təqvimi
Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvim. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür. Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047–1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır. Qədim Gürcü, Erməni və Alban təqvimlərindəki ayların adları bənzər olmuşdur. Alban təqvimində ilk ay olmuşdur.
Freya Allan
Freya Allan (tam adı: ing. Freya Allan; 6 sentyabr 2001, Oksfordşir[d], Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə aktrisası. Netflixdə yayımlanan Cadugər teleserialındakı Sintra şahzadəsi Sirilla roluna görə tanınır. Freya Allan Oksfordşirdə anadan olub. Oksfordda Hedinqton Məktəbində təhsil alıb. Bakingemşirdə Bekonsfilddə Milli Film və Televiziya Məktəbində təhsilini davam etdirib. Burada təhsil aldığı dövrdə Mavi quş (ing. Bluebird) və Milad ağacı (ing. The Christmas Tree) qısa filmlərində rol almışdır. Freya Allan Bornmut İncəsənət Universitetində təhsil alarkən Kapitan Firs (ing.
II Alpin
Alpin mak Eoxayd (şot.kelt Alpin mac Echdach; 778 – 834) — Dal Riada kralı, I Kennet və I Donaldın atası. Onun adı anqlosaks Elfvin adından törəyib. Bu dövrün Dal Riada kralların xronologiyası və genealogiyası tam dəqiq və faktiki formada hazırlanmayıb. "Olster annalları" və "İnişfallen annalları" kimi İrlandiya salnamələri kral I Kennetin atasının adını Alpin olaraq verirlər. "Alba krallarının salnaməsi" əsəri I Kennetlə başlayır, ancaq bəzi mənbələr ona istinad verirlər: "Piktlər onu darmadağın etdikdən sonra Alpin Qalloueydə ölmüşdür. Daha sonra şotlandlar krallığı piktlərin krallarığına asılı olmuşdur". II Alpin Dal Riada kralı IV Eoxaydın oğlu, Dal Riada kralı III Eoxaydın nəvəsi idi. Növbəti əsrlərdə Fordunlu Conun hazırladığı salnamə Kennetin atasını "Exeyin oğlu Alpin" adlandırır və 836-cı ildə piktlərlə vuruşduğu döyüşdə həlak olmasından bəhs edir. Anderson, Alan Orr. Early Sources of Scottish History A.D 500—1286, volume 1.
Monte Alban
Monte Alban (isp. Monte Albán) — Meksikanın cənub-şərqində, Oaxaka ştatında Kolumba qədərki dövrə aid böyük yaşayış məntəqəsidir. Oaxaka vadisinin mərkəzi hissəsindən keçən alçaq dağ silsiləsində yerləşir. İndiki ştatın paytaxtı Oaxaka şəhəri Monte Albandan təxminən 9 km şərqdə yerləşir. Monte Albanın ictimai mərasim mərkəzi dəniz səviyyəsindən təxminən 1940 m hündürlükdə (dərənin dibindən 400 metr) süni şəkildə düzləşdirilmiş təpənin üstündə yerləşir. Bu mərkəzdən əlavə, bütün silsilə və onun təpələri boyunca, yüzlərlə süni terras və bəndlərlə əhatə olunmuş onlarla tikili var. Şimalda Atzompa və El-Qalo təpələrindəki yaxın xarabalıqlar da bu qədim şəhərin bir hissəsi hesab olunur. Monte Alban Mezoamerikanın ən ilk şəhəridir və demək olar ki, min il ərzində Sapotek sivilizasiyasının ictimai-siyasi və iqtisadi mərkəzi kimi mühüm rol oynamışdır. Monte Alban Orta Klassik dövrün sonlarına doğru təxminən e.ə. 500-cü ildə qurulmuşdur.
Nikolas Allan
Nikolas Allan (ing. Nicholas Allan; 11 dekabr 1956) — İngilis uşaq yazıçısı və illüstratorudur. İngiltərənin Brayton şəhərində doğulub böyüyən Nikolas Allan 1970–1975-ci illərdə Brayton Kollecində oxuyub. Slayd İncəsənət Məktəbində təhsilini davam elətdirmiş və Şərqi İngiltərə Universitetindən Yaradıcı Yazı Sənəti üzrə magistr dərəcəsini almışdır. İlk kitabını "Böyük Pəri" 1989-cu ildə nəşr etdi və o vaxtdan bəri uşaqlar üçün bir çox kitab yazmağa başladı, o cümlədən "Sehrli tualet", "Şeytan Teddi", "Kraliçanın Pantalonları". " Hilltop Xəstəxanası mükafat qazanan bir teleseriala uyğunlaşdırılmışdır. Onun digər kitabları arasında "Qapını sındırmaq üçün tam bələdçi" romanı da mövcuddur. Boş vaxtlarında Nikolas vaxtının çox hissəsini Londonda deyil, Braytonda keçirir.
Şuay Alpay
Şuay Alpay (20 oktyabr 1960, Elazığ ili), Türkiyəli siyasətçi. İstanbul Universiteti Hüququ fakültəsi məzunudur. 1986-cı ilə qədər İctimai Sahibkarlar Sindikatında kadr köməkçisi kimi çalışmışdır. 1986-cı ildən 1991-ci ilə qədər cəza və hüquq hakimliyi, 1991-ci ildən sərbəst vəkillik etmişdir. 1991-ci ildən vətəndaş cəmiyyəti təşkilatlarında quruculuq və rəhbərlik etmişdir. Bundan əlavə yerli televiziya kanallarında mübahisə programları hazırlamış və bu programlara rejisorluq etmişdir. Ailəlidir və 3 övladı var. TBMM XXIV və XXV çağırış (2011–2015) Ədalət və İnkişaf Partiyasından Elazığ millət vəkilliyi etmişdir. Ədalət və İnkişaf Partiyası MKYK üzvü və Ədalət və İnkişaf Partiyası Ümumi Mərkəz Yerli İdarəçilik Sədr müavini olmuşdur. Bundan əlavə Konstitutsiya Komissiyası üzvü və Ədalət Komissiyası üzvü olmuşdur.
Alman mediatizasiyası
Alman mediatizasiyası (alm. deutsche Mediatisierung‎) — 1802–1814-cü illərdə Almaniyada və ətraf bölgədə çoxlu sayda Müqəddəs Roma imperiyası mülklərinin kütləvi mediatizasiyası və dünyəviləşdirilməsi yolu ilə baş verən əsas yenidənqurma layihəsi. Müqəddəs Roma imperiyasının əksər teokratik knyazlıqları, azad imperiya şəhərləri, dünyəvi knyazlıqlar və digər kiçik özünü idarə edən qurumları müstəqil statuslarını itirərək, qalan dövlətlərin tərkibinə daxil oldular. Mediatizasiya prosesinin sonunda alman dövlətlərinin sayı təxminən 300-dən cəmi 39-a endirildi. Alman dövlətlərinin kütləvi mediatizasiyası və dünyəviləşdirilməsi almanların təşəbbüsü ilə deyildi. İnqilabçı Fransa və Napoleonun amansız hərbi və diplomatik təzyiqinə məruz qalaraq başlanan bu proses 1945-ci ilə qədər Almaniya tarixində əmlak və ərazilərin ən geniş şəkildə yenidən bölüşdürülməsini təşkil etdi.
Altan Aksoy
Altan Aksoy (d. 5 fevral 1976, Rizə) — Türkiyənin keçmiş milli futbolçusudur. Futbol oynadığı son komanda 2010–11 mövsümündə 1. liqa komandalarından olan Giresunspordu. Göztepe infrastrukturunda futbola başlayan Altan 17 yaşındakı təsirli oyunu ilə 92–93 mövsümünün ikinci yarısında A komandasında yer aldı. Göztəpə üçün ilk rəsmi matç 2 may 1993-cü ildə Sakaryaspor ilə 1-ci matçda oynanıldı . O , liqa matçında meydana çıxdı. Daha 1,5 mövsüm Göztəpədə oynayan Altan digər klubların diqqətini çəkdi və 94–95 mövsümünün ikinci yarısında "İstanbulspor" a keçdi. 1,5 mövsüm "İstanbulspor"da çıxış edən Altan 96–97 mövsümünün əvvəlində türk futbolsevərlərin onu tanıyacağı " Adanaspor" a transfer olub. O, "Adanaspor"da 6 mövsüm, 183 liqa və 10 Türkiyə Kubokunda çıxış edib.
Altan Öymən
Məhməd Altan Öymən (20 iyun 1932, İstanbul) — Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. Öymən 20 iyun 1932-ci ildə anadan olmuşdur. Orta təhsilini Ankaradakı Atatürk Liseyində başa vurmuşdur. Ankara Universitetinin Politologiya fakültəsini bitirmişdir. Jurnalistlik fəaliyyətinə artıq 1950-ci ildə 18 yaşında başlamış və uzun müddət "Ulus", "Axşam", "Cümhuriyyət" və "Milliyyət" kimi böyük qəzetlərdə müxbir, köşə yazarı və baş redaktor vəzifələrində çalışmışdır. 1960-cı illərdə Altan Öymen Almaniya Federativ Respublikasının Bonn şəhərində mətbuat attaşesi vəzifəsində çalışmışdır. Öymən partiya rəhbərliyi dövründə yarımçıq qoyduğu jurnalistlik karyerasına yenidən başlamış və "Radikal" qəzetindəki köşə yazısında siyasi mövzularda məqalələr yazmışdır. 1980–1990-cı illərdə jurnalistikasına görə bir neçə dəfə mükafatlandırılmışdır. Mobilya Dosyası (The Furniture File), um:ag Press (1997), with Uğur Mumcu, 300p., ISBN 975-8084-28-3 Bir Dönem Bir Çocuk (One Era One Child), Doğan Press (2002), 606 p., ISBN 975-293-040-9 Değişim Yılları (The Transition Times), Doğan Press (2004), 670 p., ISBN 975-293-255-X Öfkeli Yıllar (The Angry Years), Doğan Press (2009) 608 pg., ISBN 978-605-111-401-9 ...
Banu Alkan
Banu Alkan (1 aprel 1958, Dubrovnik) — xorvat əsilli türk aktrisa və müğənnidir. Türkiyə səhnəsinin Afroditası sayılır. "Afrodita" ləqəbli Liz Remka Rebronja 1958-ci il aprelin 1-də (o zaman Yuqoslaviya) Xorvatiyanın Dubrovnik şəhərində anadan olub. 1966-cı ilin dekabrında ailəsi ilə birlikdə Balıkəsir vilayətinin Edremit mahalına köçdü. Rebronja ailəsi Türkiyə vətəndaşlığını qəbul edərək "Alkan" soyadına keçdilər. Xorvatca "yabanı gül" mənasını verən Remka əvvəl Yaprak, sonra isə adını Banu olaraq dəyişmişdir. İstanbula köçüb Kartalda yaşayıblar və təhsilinə Kartal Maltəpə Liseyində başlayıb. Gəncliyində arzusu olan modelliyə 16 yaşında LCC kurslarına qatılaraq başlayıb. Daha sonra Vakkodan təlim aldı. Aydan Adan — Füsun Özben Model Agentliyinin heyətinə qatılaraq bəzi reklamlarda rol alıb.
Allan Kormak
Allan Maklaud Kormak (ing. Allan McLeod Cormack; 23 fevral 1924[…], Yohannesburq, Transvaal[d], Cənubi Afrika İttifaqı – 7 may 1998[…]) — Cənubi Afrikalı və amerikalı fizik, " kompüter tomoqrafiyasının inkişafına görə" 1979-cu ildə fiziologiya və ya tibb üzrə Nobel Mükafatı laureatı (Godfrey Hounsfield ilə birlikdə). ABŞ Milli Elmlər Akademiyasının üzvü (1983).
Alman milliyətçiliyi
Alman milliyətçiliyi (alm. Deutscher Nationalismus‎) — almanların və almanosferin vahid milli dövlətdə birliyini təşviq edən ideoloji anlayış. Alman milliyətçiliyi almanların bir millət və bir xalq olaraq vətənpərvərliyini və milli kimliyini önə çəkir. Alman milliyətçiliyinin ən erkən mənşəyi pangermanizmin yüksəlməyə başladığı Napoleon müharibələri dövründə romantik milliyətçiliyin meydana çıxması ilə əlaqələndirilir. Alman milli dövləti ideyası Napoleon Bonapartın rəhbərliyi altında Fransanın alman ərazilərini işğal etməsinə cavab olaraq mühüm siyasi qüvvəyə çevrilməyə başladı. XIX əsrdə almanlar alman milli dövlətinin Avstriya imperiyasını istisna edən "Kiçik Almaniya"dan, yoxsa Avstriya imperiyasını və ya onun almandilli hissəsini əhatə edən "Böyük Almaniyadan" ibarət olub-olmaması ilə bağlı alman məsələsini müzakirə etmişdilər. Prussiya kansleri Otto fon Bismarkın başçılıq etdiyi fraksiya Kiçik Almaniya yaratmağa müvəffəq olmuşdur. Aqressiv alman milliyətçiliyi və ərazi genişlənməsi hər iki dünya müharibəsinə səbəb olan əsas amil idi. Birinci Dünya müharibəsindən əvvəl Almaniya Britaniya və Fransaya rəqib olmaq ümidi ilə müstəmləkə imperiyası qurmuşdu. 1930-cu illərdə nasistlər hakimiyyətə gələrək Böyük German Reyxini yaratmağa çalışırdılar.