Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqrar islahat
Aqrar islahat — torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi. == Tarixi == XVII–XIX əsrlərdə Qərbi Avropanın bir sıra ölkəsində burjua inqilabları dövründə aqrar islahatları keçirilmişdir. Burjua inqilabları bəzi ölkələrdə feodal münasibətlərinə güclü zərbə vurmuş (İngiltərə, Fransa) və bununla da kənd təsərrüfatında kapitalist inkişaf yolunu açmışdı. Bu inqilablar Avropanın bir sıra ölkəsində feodal qalıqlarını tam ləğv edə bilməmişdi. Buna görə də bu ölkələrdə kapitalizmin inkişafı prosesində hakim sinfin xeyrinə aqrar islahatları keçirilmişdir (məsələn, Prussiyada 1807–1811 illər islahatı, Rusiyada 1861-ci il kəndli islahatı və Stolıpinin aqrar islahatı (1906–1916), Rumıniyada 1864-cü il islahatı). Aqrar islahatların keçirilməsinin zəruriliyi ölkənin iqtisadi və siyasi tələbatından, kəndlilərin torpaq uğrunda güclü hərəkatından irəli gəlir. Bunların radikal həlli dərəcəli bu və ya digər ölkədə ictimai-iqtisadi şərtlərin məcmusu, sinfi qüvvələrin nisbəti, dövlət hakimiyyətinin xarakteri ilə müəyyən edilir. Vladimir Lenin aqrar inqilabların siyasi hakimiyyət uğrunda mübarizə ilə bilavasitə əlaqəsini qeyd etmişdir: "Əgər aqrar inqilabının qələbəsi hakimiyyətin inqilabçı xalq tərəfindən əldə edilməsini nəzərdə tutmursa, bu inqilab boş bir ibarədir. Həmin şərt olmadan bu inqilab aqrar inqilabı deyil, kəndli qiyamı və ya kadet aqrar islahatı olacaqdır". Çar Rusiyasında kəndlilərin inqilabi çıxışlarının təzyiqi ilə keçirilən aqrar islahatları, Birinci Dünya müharibəsindən sonra isə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində (Rumıniya, Çexoslavakiya, Yuqoslaviya, Macarıstan, Polşa.
İslahat
İslahat (lat. reformo) — qanun səviyyəsində həyata keçirilən dəyişikliklər. İslahatlar zərurətdən yarandığına görə dövlət hakimiyyəti tərəfindən yuxarıdan başlanır. İslahatların məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. İslahatlar gedişində siyasi sitemin əsasları dəyişilmədən bir hissəsi dəyişdirilir. Bununla belə islahatlar heç də həmişə deyilənlərin tezliklə baş verməsini təmin etmir.
Aqrar
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s. Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı.
İqtisadi islahat
İqtisadi islahat — iqtisadi sistemin fəaliyyət tərzini dəyişdirməyə yönəlmiş hökumət siyasəti. İqtisadi islahat hüquqi tənzimləmə və ya hökumətin birbaşa təsir tədbirləri (fiskal, inzibati və s.) vasitəsilə həyata keçirilə bilər. == Konsepsiyası == İqtisadi islahatların məqsədi ölkənin iqtisadi vəziyyətini, o cümlədən işsizliyin azaldılması, iqtisadi bərabərsizliyin azaldılması və ya ÜDM-in artırılması kimi məsələlərdə yaxşılaşdırmaqdır. İqtisadi islahatlar müxtəlif tənzimləyici və institusional maneələrlə qarşılaşa bilər. OECD baş katibi Anxel Qurria qeyd edib ki, islahatların həyata keçirilməsi asan məsələ deyil. Onların uğurla başa çatmasına mane olan bir neçə amil var. Bəzən görülməli olan tədbirlər müəyyən qruplar üçün ağrılı olur, onlar birləşərək onları əngəlləyə bilər. İslahatdan bəhrələnənləri isə kollektiv fəaliyyətə səfərbər etmək daha çətindir. İslahatların nəticələri adətən orta və uzunmüddətli perspektivdə reallaşır və seçki təqvimini nəzərə almır. İslahatın hər bir ardıcıl mərhələsi əvvəlkindən daha çətindir, çünki siz bu yolda siyasi kapital sərf edirsiniz.
Stolıpin aqrar islahatı
Stolıpin aqrar islahatı — Pyotr Stolıpinin başçılığı altında Rusiyada kənd təsərrüfatı və aqrar sahədə həyata keçirilən islahat. == Zəmin == Birinci rus inqilabının qarşısında duran əsas məsələlərdən biri də aqrar məsələnin həll olunması problemi idi. İnqilabın yatırılmasından sonra çarizm bu problemi islahatlar yolu ilə həll etməyə, yəni hakimiyyəti və torpaqları mülkədarların əlində saxlayaraq aqrar böhranın səbəblərini aradan qaldırmağa çalışırdı. Birinci rus inqilabı məğlubiyyətlə nəticələnsə də inqilabi hərəkatların geniş vüsət alması onu göstərdi ki, kəndlərdə, milli ucqarlarda hökumətin sosial dayağı yoxdur. 1905-1907-ci illər inqilabı Rusiyada aqrar məsələsini onun burjua inkişafının milli xüsusiyyəti olduğunu tamamilə təsdiq edərək, bunu başlıca məsələ kimi bütün kəskinliyi ilə irəli sürdü. İslahatdan sonrakı bütün inkişaf sübut etdi ki, həm mülkədar, həm də kəndli təsərrüfatı, feodalizmin saysız-hesabsız qalıqları ilə buxovlansa da, kapitalizm yolu ilə inkişaf edir. 1905-1907-ci illər inqilabı dövründə kəndli hərəkatından qorxuya düşmüş hökumət kəndlilərin torpaq uğrunda mübarizəsini dayandıra bilən tədbirlər görmək qərarına gəldilər. 1905-ci il noyabrın 3-də çar hökuməti mülkədarlardan torpağı satın alıb kəndlilərə satan Kəndli torpaq bankının fəaliyyətini genişləndirmək haqqında fərman verdi. Torpaq məsələsi ilə əlaqədar daha geniş tədbirlər işləyib hazırlamaq məqsədi ilə hökumət 1906-cı il yanvarın 6-da kəndlilərin pay torpaqlarına malik olmaq hüququna aid qanunların ilkin qaydada işlənib hazırlanması üçün “xüsusi müşavirə” adlanan bir müşavirə çağırdı. Müşavirə zadəganlara məxsus torpaq fondunun toxunulmazlığını saxlamaq barədə mülkədarların və onların siyasi partiyası olan “Birləşmiş zadəganlar şurası”nın xüsusi sifarişini yerinə yetirdi.
Aqrar böhran
Aqrar böhran — kənd təsərrüfatında ifrat istehsal böhranı. Satılmış kənd təsərrüfatı malları ehtiyatının artması, fermerlərin bu mallara qoyduğu qiymətin aşağı düşməsi, tələbat olmayan kənd təsərrüfatı mallarının bir sıra hissəsinin məhvi, fermerlərin xalis gəlirinin azalması, xırda və orta kənd təsərrüfatı istehsalçılarının müflisləşməsi və ekspropriasiyası prosesinin sürətlənməsi, aqrar əhali artıqlığının güclənməsi (gizli işsizliyin artması) və kənd təsərrüfatı fəhlələrinin əmək haqqının azalmasında təzahür edir. Kapitalizmin inkişafı ilə əlaqədar kənd təsərrüfatında təkrar istehsal prosesi sənayedə təkrar istehsal prosesi ilə sıx əlaqələnir. Buna görə də başqa sahələr kimi, kənd təsərrüfatı da ümumi iqtisadi böhranın zərbələrinə məruz qalır. Kapitalist kənd təsərrüfatına məxsus spesifik aqrar böhran da var. Bu böhranlar on illərlə uzanır. Məsələn, 1873-cü il sənaye böhranı ilə birlikdə başlayan Qərbi Avropa, Rusiya, sonralar isə ABŞ-ni bürüyən aqrar böhran gah güclənmək, gah da zəifləməklə 1890-cı illərin ortalarınadək uzanmışdır. Birinci və İkinci Dünya müharibələri arasında və İkinci Dünya müharibəsindən sonrakı aqrar böhranları da (ABŞ, Kanada, Avstraliya və s.-də) uzunmüddətli olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Т. Нефедова.
Aqrar cəmiyyət
Aqrar cəmiyyət — cəmiyyətin ilkin inkişaf mərhələsi olub, insanın fiziki qabliyyəti, əl alətləri və təbii faktorlarla təcəssüm edilir. Qərb alimləri cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərhələyə bölürlər: aqrar cəmiyyət, sənaye cəmiyyəti informasiya cəmiyyəti. Aqrar cəmiyyətdə insanlar, əsasən, heyvandarlıqla və əkinçiliklə məşğul olurdular. Aqrar cəmiyyətdə əsas rol insanını birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material mübadilələrə malik idi.
Aqrar quruluşu
Aqrar quruluşu — kənd təsərrüfatında tarixən müəyyən istehsal münasibətlərinin cəmi. Bu, torpaq sahibliyi və torpaqdan istifadə sistemi ilə bağlıdır. Hər ictimai-iqtisadi formasiyanın özünə məqsus aqrar quruluşu var. Köhnə cəmiyyət daxilində yeni istehsal münasibətlərinin yaranması ilə köhnə aqrar quruluşunun dağılması zəruriyyəti də yaranır. == İstinadlar == == Əlavə ədəbiyyat == T. Ludewigs, A. D’Antona, E. S. Brondizio, and S. Hetrick. 2009. Agrarian structure and land-cover change along the lifespan of three colonization areas in the Brazilian Amazon.World Development, Vol 37, No 8, p. 1349. "M. Pietrzak and D. Walczak. 2014.
Aqrar siyasət
Aqrar siyasət və ya kənd təsərrüfatı siyasəti — aqrar-sənaye kompleksi sahələrinin səmərəli fəaliyyətinə, ərzaq bazarının dayanıqlı yüksəlişinə yönəlmiş tədbirlər kompleksi. == Məsələlər == Aqrar siyasət qiymət, maliyyə, kredit və vergi alətlərinin məcmusunu əhatə edən, dövlətin kənd təsərrüfatı və onunla bilavasitə əlaqədar olan sahələrin inkişafını tənzimləmə sistemi ilə idarə edilməsini nəzərdə tutur. Aqrar siyasətin tətbiqi sahəsində istehsal-ticarət və sosial-ekoloji tədbirləri əhatə edir. Bu həm sənayeyə, xarici ticarətə, həm də regional və ekoloji sahələrə aid siyasətlə koordinasiyada və qarşılıqlı əlaqədə işlənib hazırlanır və həyata keçirilir. Dünya iqtisadiyyatının qloballaşması prosesi aqrar siyasətin milli dövlət çərçivəsindən kənara çıxmasının, ilk növbədə onun regionlaşdırılmasının şərtlənməsinə gətirib çıxarır. Kənd təsərrüfatı məhsullarının ticarətinin beynəlxalq tənzimlənməsi müəyyən dərəcədə ÜTT tərəfindən qəbul edilmiş əksər regional ticarət sazişləri əsasında həyata keçirilir. Kənd təsərrüfatı siyasətinin rayonlaşdırılmasının ən inkişaf etmiş və təkmil forması Aİ-nin ümumi aqrar siyasətidir. == Tarixi == Bazarın tənzimləyici və dövlətin yönəldici olduğu iqtisadiyyat modelinin aqrar siyasət üçün də universiallığını XX əsrin ikinci yarısı XXI əsrin əvvəllərindəki dünya təcrübəsi ilə təsdiqlənir. Köklü torpaq islahatları və bazar əsaslı kənd təsərrüfatı siyasətinə keçid 1960-cı illərdə Cənubi Koreya və Tayvanın, 1970-ci illərdə Malayziya, Tailand, Meksika və digər inkişaf edən ölkələrin sürətli sənaye inkişafı üçün zəmin yaratmış, onları çiçəklənən yeni sənaye ölkələrinə çevirmişdir. Eyni zamanda, bu cür islahatların və siyasətin ləngidilməsi, yaxud qeyri-ardıcıl aparılması üçüncü dünyanın ayrı-ayrı ölkələrində, xüsusilə də Afrikanın tropik ərazilərində kənd təsərrüfatı istehsalının tənəzzülünə, ərzaq şəraitinin pisləşməsinə və ümumi iqtisadi inkişafın ləngiməsinə səbəb olmuşdur.
May islahat layihəsi
May islahat layihəsi — Avropa dövlətləri tərəfindən təklif edilən, Osmanlı imperiyasında yaşayan ermənilər haqqında 11 may 1895-ci il tarixli islahatlar toplusu. Layihədə ermənilərin yaşadığı altı vilayətdə mərkəzi hakimiyyətin möhkəmləndirilməsi, ictimai həyatın inkişafı, istehsalın və iqtisadiyyatın tənzimlənməsi, habelə xristianların kürd tayfa başçılarının özbaşınalığından qorunması nəzərdə tutulurdu. Layihə 1895-ci ilin oktyabrında imzalanmış və Sultan II Əbdülhəmidə təqdim edilmişdir. Bu layihə heç vaxt həyata keçirilməmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Hovannisian, Richard G. The Republic of Armenia: The first year, 1918–1919. Vol 1. Berkeley: University of California Press. 1971. Nalbandian, Louise. The Armenian revolutionary movement; the development of Armenian political parties through the nineteenth century.
Aqrar-sənaye kompleksi
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s. Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı.
Aqrar Xidmətlər Agentliyi
Aqrar Xidmətlər Agentliyi-Azərbaycan Respublikası Prezidenti 2019-cu il 14 yanvar tarixli 467 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”si təsdiq olunmuşdur. Aqrar Xidmətlər Agentliyi ölkədə heyvan və bitki sağlamlığı, seleksiya nailiyyətləri, toxumçuluq, nəqliyyat vasitələri və digər kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərinin təşkilini, habelə seleksiya nailiyyətləri, toxumçuluq və kənd təsərrüfatı texnikası sahələrində dövlət nəzarətini həyata keçirir. == Fəaliyyəti == AXA qarşısında duran əsas hədəflər: heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, bitki sağlamlığı, bitkiçilikdə məhsuldarlığın artırılması sahələrində fitosanitar, o cümlədən aqrokimyəvi xidmətlərin təşkilində, seleksiya nailiyyətlərinin qeydiyyatını və mühafizəsində, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsində və toxumçuluğa dövlət nəzarətində, eləcə də kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılmasında, texniki vəziyyətinə və istismarına dövlət nəzarətini innovativ üsulları tətbiq etməklə həyata keçirməkdir.
Azərbaycanda aqrar islahatları
Azərbaycanda aqrar islahatlar — Azərbaycanda torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi. == Tarixi == Rusiya imperiyası ağalığı dövründə Şimali Azərbaycanda feodalların və çar mütləqiyyətinin mənafeyini mühafizə edən, zəhmətkeş kəndli kütlələrinin həyat mənafeyi əleyhinə, onların ağır istismarına yönəldilmiş bıra sıra aqrar islahatlar keçirilmişdir. 6 dekabr 1846-cı ildə çarizmin verdiyi fərman feodal torpaq sahibliyinin bütün formalarını xüsusi mülkiyyət kimi tanımışdır. Fərmanın əsas müddəaları 20 aprel və 20 dekabr 1847-ci il tarixli Əsasnamələrdə inkişaf etdirilmiş və konkretləşdirilmişdir. Əsasnaməyə görə, kəndlilər sahibkarların xeyrinə natural renta və pul mükəlləfiyyətləri ödəməli, biyara getməli, onlar üçün nökər ayırmalı idilər. 1846-1847-ci illərin aqrar qanunları Azərbaycanda feodal təhkimçilik münasibətlərini qüvvətləndirdi. Rusiyada 1861-ci il kəndli islahatından sonra milli ucqarlarda da kəndli ishalatları keçirmək məsələsi qarşıya çıxmışdı. Bununla əlaqədar 1870-ci ildə Azərbaycanda kəndli ishalatı keçirilmişdir. İslahat məhdud və daha çox təhkimçilik xarakterində idi. Xəzinə torpaqlarında yaşayan və bütün kəndlilərin 70%-indən çoxunu təşkil edən dövlət kəndlilərinə aid edilməmişdir.
Daşkənd Aqrar Universiteti
Daşkənd Aqrar Universiteti - kənd təsərrüfatı üçün mütəxəssislər yetişdirən universitetdir. Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərir. Daşkənd vilayətinin Qibray rayonunda yerləşir. == Tarixi == 1930-cu ildə Orta Asiya Kənd Təsərrüfatı İnstitutu adı ilə fəaliyyətə başladı. 1934-1991-ci illərdə isə Daşkənd Kənd Təsərrüfatı İnstitutu adı altında fəaliyyət göstərən Orta Asiya Universitetinin Əkinçilik Fakültəsinin bazasında quruldu və 1991-ci ilin aprelində Daşkənd Dövlət Aqrar Universitetinə çevrildi. 1992-ci ildə bakalavr səviyyəsində mütəxəssis hazırlamaq üçün Nukus filialı yaradıldı. 2003/04 tədris ilində əyani şöbədə 3047 əyani, 2040 bakalavr və 236 magistr tələbəsi olmaqla 5321 tələbə, 53 elmlər doktoru və 166 elmlər namizədi olmaqla 457 professor və müəllim vardı. == Haqqında == Universitetdə (2004) aqronomiya, aqrokimya və torpaqşünaslıq, bitki mühafizəsi, bağçılıq və meşəçilik, zoomühəndislik və ipəkqurdu yetişdirilməsi, iqtisadiyyat, mühasibat, peşə təhsili tədris edilir. İnstitutun daxilində 35 şöbə, bir muzey (1980), 1 milyondan çox əsərdən ibarət elmi kitabxana, kənd təsərrüfatı mərkəzi və işçilərin hazırlanması üçün bir mərkəz var.
Gürcüstan Aqrar Universiteti
Gürcüstan Aqrar Universiteti (gürc. საქართველოს აგრარული უნივერსიტეტი) — Gürcüstan ərazisində fəaliyyət göstərən özəl ali təhsil ocağı. Universitet 1929-cu ildən fəaliyyət göstərir və Gürcüstanın kənd təsərrüfatı sahəsində təhsil verən yeganə universitetidir. Gürcüstanda sürətlə inkişaf edən bir ali təhsil müəssisələrindən biridir. 2018-ci ilədək qeydiyyatdan keçmiş 60 universitet arasında ikinci yeri tutur. Bu təhsil ocağı Avropa, Amerika və Asiyada 13 universitetlə tərəfdaşlıq edir. Bu isə universitetlər arası mübadilə proqramlarında iştirak etməyə imkan verir. Universitetdə təhsil bakalavr, magistr və doktorantura proqramları ilə həyata keçirilir. 2015-ci il göstəricilərinə görə Gürcüstanın 10 ən məşhur universiteti arasında 4-cüdür Universitetin tərkibinə 3 fakültə daxildir: Aqrar və Təbii Elmlər fakültəsi Mühəndis-texmologiya fakültəsi Biznes-idarəetmə fakültəsi Ünvan: Gürcüstan 0131, Tiflis, David Aqmaşenebeli alleyаsı, 240. == Tarixi == 1917-ci ildə Politexnik İnstitutunda kənd təsərrüfatı bölməsində iki fakültə var idi.
Tacikistan Aqrar Universiteti
Şirinşo Şotemor adına Tacikistan Aqrar Universiteti (qısaca TAU; tac. Донишгоҳи аграрии Тоҷикистон ба номи Ш. Шотемур) — Tacikistanın ən böyük universitetlərindən biri, ölkənin aqrar sənaye kompleksinin, təhsilin və elmin inkişafı mərkəzlərindən biridir. 1931 -ci ildə Xucənd şəhərində qurulan Tacikistan Respublikasının paytaxtı Düşənbədə yerləşir . Rektor - kənd təsərrüfatı elmləri doktoru, professor Maxmaderov Usmon Mamuroviç tac. Усмон Махмадёрзода (27 yanvar 2020 -ci ildən). == Tarixi == Mərkəzi Asiya Sovet respublikalarında kənd təsərrüfatı sektorlarının bölgü bölgüsü nəzərə alınmaqla mühəndislik, texniki və kənd təsərrüfatı bilikləri olan yüksək ixtisaslı kadrlara olan ehtiyac dar ixtisaslar üzrə mütəxəssislər hazırlayan ixtisaslaşdırılmış universitetlərin yaradılmasını zəruri edir. Bu məqsədlə, 1931 -ci ildə Tacikistan SSR-in şimalındakı Mərkəzi Asiya Dövlət Universitetinin (MADU) əkinçilik fakültəsinin bazasında Xocent , Mərkəzi Asiya Meyvə və Tərəvəz İnstitutu quruldu. Müəllimləri 205 tələbəyə və işləyən fakültənin 336 tələbəsinə dərs deyən 13 ixtisaslaşdırılmış kafedra yaradıldı. Respublikanın kənd təsərrüfatı sahələrinin inkişaf perspektivlərinə uyğun olaraq, 1934-cü ildə institut yenidən təşkil edildi və Tacikistan Kənd Təsərrüfatı İnstitutu (TKTİ) adlandırıldı və 1944 -cü ildə maddi -texniki bazanı yaxşılaşdırmaq və respublikanın bütün bölgələrindən mütəxəssislərin hazırlanmasını genişləndirmək və kənd təsərrüfatının yüksəlməsi məqsədi ilə Tacikistan SSR Xalq Komissarları Sovetinin qərarı ilə institut Stalinabad (indiki - Düşənbə) şəhərinə köçürüldü. Heyvandarlıq və ipəkçilik kimi inkişaf etməkdə olan sahələr üçün kadr təmin etmək məqsədi ilə 1943 -cü ildə aqronomiya fakültəsinin bazasında 1947 -ci ildə zootexnik fakültəsinə çevrilən (1976-cı ildən - zoopark mühəndisliyi fakültəsi) zootexnika şöbəsi yaradıldı.
Aqrar Tədqiqatlar Mərkəzi
Aqrar Tədqiqatlar Mərkəzi — ölkədə həyata keçirilən aqrar islahatların müasir mərhələsinin tələbləri, habelə qlobal çağırışlar əsasında aqrar siyasətin daha da təkmilləşdirilməsi məqsədilə zəruri elmi əsaslandırmanı və analitik bazanı təmin edən "beyin mərkəzi"dir. == Tariximiz == Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi 1962-ci ildən fəaliyyət göstərən Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun bazasında yaradılmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bu institusional islahatın məqsədi 60 ilə yaxın tarixi olan tədqiqat qurumunu ölkədə həyata keçirilən aqrar islahatların müasir mərhələsinin tələbləri, habelə qlobal çağırışlar əsasında aqrar siyasətin daha da təkmilləşdirilməsi məqsədilə zəruri elmi əsaslandırmanı və analitik bazanı təmin edən "beyin mərkəzi" kimi yenidən formalaşdırmaq olmuşdur. Hazırda Aqrar Tədqiqatlar Mərkəzi yeni missiya, yeni iş prinsipləri, yeni vəzifələr, ən əsası isə innovativ metodlar və müasir texnologiyalar əsasında fəaliyyətini davam etdirir. == Missiyamız == Aqrar sahə ilə bağlı məlumat bazasının yaradılması, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar siyasətə dair tövsiyələrin, proqramların, layihələrin və innovativ inkişaf mexanizmlərinin hazırlanması. == Strateji baxışımız == Aqrar sahənin davamlı inkişafı tədbirləri çərçivəsində zəruri elmi əsaslandırmanı və məlumat bazalarını təmin edən "beyin mərkəzi" kimi formalaşmaq. == Prinsiplərimiz == Sürət – Aqrar islahatların yeni mərhələsinin tələblərinə uyğun olaraq çevik qərarların qəbul edilməsini təmin etmək məqsədilə Mərkəzdə elmi əsaslandırmaların hazırlanması işi maksimum sürətlə həyata keçirilir. Məsuliyyət – Mərkəzin əməkdaşları kənd təsərrüfatının inkişafının təmin olunması məqsədilə aparılan elmi və analitik fəaliyyətlərin icrasına öz səlahiyyətləri çərçivəsində peşəkar məsuliyyət daşıyırlar. Keyfiyyət – Mərkəzdə məlumat bazalarının yaradılması, tədqiqatların aparılması və analitik fəaliyyətin həyata keçirilməsi işi innovativ metodlardan və müasir texnologiyalardan istifadə olunmaqla aqrar siyasətə dair qərarlar üçün keyfiyyətli əsaslandırmaları təmin etməlidir.
Rus dilinin islahat öncəsi orfoqrafiyası
Rus dilinin islahat öncəsi orfoqrafiyası (inqilabdan əvvəlki orfoqrafiya; nadir hallarda ənənəvi orfoqrafiya) — 1918-ci ildəki islahatından əvvəl qüvvədə olan və sonralar Rusiyadakı ağ hökumətlərin ərazilərində və Ağ mühacirət nəşrlərində qorunan rus dilinin yazılışı. Rus islahatı öncəsi yazımının başlanğıcı I Pyotr dövründə mülki ssenarinin tətbiqi hesab edilə bilər. İslahatqabağı imla qaydasında ümumiyyətlə qəbul edilmiş vahid norma yox idi (1956-cı il Sovet kodeksi kimi). 1917 inqilabından əvvəl (1870-1910) son 50 ildə və ya daha çox yazım, XIX əsrin ilk üçdə birinin və xüsusilə XVIII əsrin yazımından daha çox dərəcədə normallaşdırıldı. Rusların islahat öncəsi yazılışına dair ən nüfuzlu (o vaxt nəşr olunan mətbuatda tam şəkildə müşahidə olunmasa da) dərsliklər və qaydalar dəsti Akademik Yakov Karloviç Qrotun adı ilə əlaqələndirilir. Dəqiq olaraq islahatlardan əvvəl yazımın mövcudluğunun son 50 illik yubileyinə istinad edirlər. == İnqilabdan əvvəlki yazımla müasir yazım arasındakı fərqlər == === Əlifba === İnqilabdan əvvəl rus əlifbası 35 hərfdən ibarət idi. == İstinadlar == == Ədəbiyyat == Григорьева, Татьяна Михайловна. Три века русской орфографии (XVIII—XX вв.) (1000 nüs.). М.: Элпис.
Aqrar Tədarük və Təchizat
"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. Cəmiyyət 22 iyul 2019-cu il tarixində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. == Cəmiyyətin İdarə Heyəti == "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədr və iki üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri tərəfindən təyin olunur. İdarə Heyətinin sədri Aqil Quliyevdir. == Cəmiyyətin vəzifələri == "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalının operatoru funksiyasının həyata keçirilməsi; Elektron portalda qeydiyyatdan keçmiş istehsalçıların və satıcıların monitorinqinin aparılması; Fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq ərzaq məhsullarının saxlanılması (anbar) və daşınması xidmətlərinin həyata keçirilməsi; Kənd təsərrüfatı və ərzaq məhsullarının yerli bazarda satışının təşkili məqsədilə satış obyektlərinin (yarmarkaların) təşkil edilməsi; Layihələr çərçivəsində fermerlərin maarifləndirilməsi və onlara dəstək göstərilməsi üçün tədbirlərin görülməsi; Dövlət proqramlarında nəzərdə tutulmuş Cəmiyyətə aid vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi; == Fermerlər və satınalan təşkilatlarla əməkdaşlıq == "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan təşkilatların istifadəsi üçün açıqdır. === “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı === “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınması ilə bağlı tələb və təkliflərin yerləşdirildiyi, alqı-satqı əməliyyatlarının təşkil edildiyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemidir.
Azərbaycan Dövlət Aqrar Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi. == Tarixi == 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi. 1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.
Azərbaycan aqrar elmi (jurnal)
Başqırdıstan Dövlət Aqrar Universiteti
Başqırdıstan Dövlət Aqrar Universiteti (başq. Башҡорт дәүләт аграр университеты (БДАУ)) — Ufa şəhərində yerləşən, kənd təssərrüfatı üçün mütəxəsislər yetişdirən təhsil mərkəzi. == Tarixi == Başqırdıstan Kənd təsərrüfatı institutu SSRİ Xalq Komisarlar Soveti və Mərkəzi İcrayiyə Komitəsinin 23 iyul 1930-cu ildə 237 saylı qərarı ilə təşkil edilmişdir. İnstitut Ufa Din Seminariyasının binasında yerləşirdi. Təhsil müəssisəsi 1 oktyabr tarixində fəaliyyətə başlamışdır. 1941-ci ildə institut Ufa şəhəri, Karl Marks küçəsi, ev № 3 ünvanında yerləşirdi. Müharibənin ilk illindəcə institutdan cəbhəyə yüz pedaqoq və tələbə yollanmışdır. Müharibənin gedişində 176 aqromon və zootexnik hazırlanmışdır. 1947-ci ilin əvvəllərinə olan məlumatına görə tələbə sayı 533 nəfər təşkil edir: aqronom 237, zootexnika — 156, veterenar — 140. 1993-cü ildə institut "Universitet" statusu almışdır.
Dağlılar Dövlət Aqrar Universiteti
Dağlılar Dövlət Aqrar Universiteti — Şimali Osetiyanın paytaxtı Vladiqafqazda dövlət ali təhsil müəssisəsi. Böyük kənd təsərrüfatı tədqiqat mərkəzidir. Universitet 1918-ci ildə yaradılmışdır. Şimali Qafqazın ən qədim universitetidir. == Tarixi == Universitet Moskva Dövlət Universitetinin təşəbbüsü ilə 1918-ci ildə dosent V.F.Razdorski tərəfindən açılmışdır. İnstitutun ilk rektoru İosif Qavriloviç Esman (1918-1922) olmuşdur. İnstitutun yaranmasında alimlərdən - Razdorski V.F., Günter A.R., Pankov A.P., Ryazantsev N.V., Dzokaev K.X., İosifov İ.M., Tarnoqradski D.A., Dzanaqov X.B., Qutiyev M.N., Salamov A.B., Rubil E.V., Trofimenko K.İ., Qrabovski İ.S., Smolski Y.V., Djanayev G.G., Kaloyev A.V., Stoyuşkin İ.A., Tsabolov R.G., Kulçiyev B.X., Tsoqoyev N.D., Kizinov F.İ., Xilkeviç N.M., Xilkeviç N.M. və s. xidmətləri olmuşdur. Fəaliyyət göstərdiyi illər ərzində universitet qırx səkkiz mindən çox mütəxəssis hazırlayıb. Universiteti bitirənlər arasında tanınmış kənd təsərrüfatı rəhbərləri, elm, dövlət və ictimai xadimlər var ki, bu dövrdə məzunlardan 20 nəfəri Sosialist Əməyi Qəhrəmanı, biri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Don Dövlət Aqrar Universiteti
Don Dövlət Aqrar Universiteti — Şimali Qazqaz regionunda yerləşən ali təhsil mərkəzi. İnzibati baxımdan Rostov vilayəti, Persianov qəsəbəsində yerləşir. Ali təhsil mərkəzinin əvvəlki adı Don kənd təsərrüfatı universiteti idi. Don Dövlət Aqrar Universiteti Rusiyanın aparıcı universitetlərindən biridir. Təhsil mərkəzi 1907-ci ildə təsis edilmişdir. == Rekordlar == 1962-ci ildə ali təhsil mərkəzinin direktoru professor Panteleymon Efimoviç Ladan seçilir (1908—1983). 1980-ci ildə Don kənd təsərrüfatı universitetinin direktoru Vladimir İvanoviç Stepanov təyin edilmişdir (1938—2002). 2002-ci ildə isə Don Dövlət Aqrar Universitetinin direktoru Anatoli İvanoviç Baranikov təyin edilmişdir. 2013-cü ilin sentyabrından isə bu vəzifəni Aleksandr İvanoviç Klimenko icra edir. == Xüsusiyyətləri == Don Dövlət Aqrar Universitetində 6000 tələbə təhsil alır.
Dövlət Aqrar Ticarət Şirkəti
Dövlət Aqrar Ticarət Şirkəti Azərbaycan Respublikasının Kənd Təsəsrrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti MMC 8 iyun 2018-ci il tarixində təsis edilmişdir. Şirkətin əsas məqsədi dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını təmin etmək, bununla da ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir. Bu məqsədlə şirkət fəaliyyətini kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətinin artırılması və satışına dəstək məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi, mövcud kənd təsərrüfatı məhsullarının brendləşdirilərək qablaşdırılmasının təşkili, mövcud və alternativ satış kanallarından istifadə etməklə yerli fermer və qida məhsullarının satışına dəstək, o cümlədən Strateji Yol Xəritəsindən irəli gələn digər tədbirlərin icrasının təmini istiqamətində təşkil edir. Şirkət Azərbaycanda keçirilən "Organic Food Festival", Caspian Agro, Fransada keçirilən "SIAL" sərgisi, "Planete de Gout (Dad Festivalı)", Moskvada keçirilən "WorldFood" sərgisi kimi konfrans və tədbirlərdə iştirak etmişdir. == Şirkətin rəhbərliyi == "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova, direktor müavini Sərxan Sərxanovdur. == Şirkətin fəaliyyət istiqaməti == "Dövlət Aqrar Ticarət Şirkəti" MMC öz fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir: Ölkə daxilində və xaricində kənd təsərrüfatı məhsullarına olan tələb və təkliflər araşdırılır, alınmış məlumatlar əsasında satış strategiyası hazırlanır; Alıcılar və satıcılar arasında əlaqənin qurulması təşkil edilir; İxracata yönəldilmiş istehsalın təşviqi və yerli məhsulların brendləşməsi üçün lazımi addımlar atılır; Daxili və xarici bazarda kənd təsərrüfatı məhsullarına yaranmış tələbə uyğun olaraq məhsulların istehsal həcminin artırılması məqsədi ilə istehsalçılara tələb olunan maliyyə dəstəyinin verilməsində köməklik göstərilir; Xarici ölkələrin rəsmi qurumları və beynəlxalq təşkilatlarla danışıqlar apararaq məhsulların birgə istehsala hazırlığı və satışı təşkil edilir; İxrac üçün nəzərdə tutulan yerli məhsulların beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılmasında iştirak edilir; İstehsalçılara daxili və xarici bazarın tələbatına uyğun satışın artırılması məqsədi ilə tövsiyələr verilir; Satınalan təşkilata təqdim edilənədək məhsulların saxlanılması və həmin təşkilatla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq məhsulların onlara çatdırılması üçün müvafiq təkliflər verilir; Məhsulların satışı, ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində qabaqcıl təcrübə öyrənilir, bu sahədə kadr hazırlığı və beynəlxalq əməkdaşlıq həyata keçirilir. == Layihələri == Ölkədə kənd təsərrüfatının inkişafı, kənd təsərüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, aqrar sahibkarlığın stimullaşdırılması, fermerlər üçün alternativ satış kanalları və gəlir mənbələrinin yaradılması, kənd təsərrüfatı sahəsində gender balansının təmin olunması və qorunması, gənclərin aqrar sahədə maarifləndirilməsi istiqamətləri üzrə şirkət tərəfindən bir sıra layihələrə start verilmişdir. Həyata keçirilən layihələrdə beynəlxalq təcrübədən istifadə etməklə, yerli bazar üçün real həllər yaratmaq əsas hədəf olmuşdur. === Kənddən şəhərə === Layihənin əsas məqsədi də kəndli-fermerlərin bazara çıxışının asanlaşdırılması, yerli kənd təsərrüfatı məhsullarının qablaşdırılması və brendinqinin təşkili, müxtəlif satış kanalları ilə əlaqələndirmə və yeni satış kanallarının yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması və kənd təsərrüfatı məhsulları üzrə ticarətin asanlaşdırılmasından ibarətdir. === Afaq === Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) –nu birgə layihəsi olan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları — AFAQ layihəsinin əsas məqsədi qısaca olaraq Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan qadınların informasiya, bilik, resurs və bazarlara çıxış imkanlarının yaxşılaşdırılmasıdır.
Aqyar
Sevastopol (ukr. və rus. Севастополь) və ya Ağyar (krımtat. Aqyar), — Krımda şəhər. == Tarixi == Sevastopol şəhərini türklər Aktıyar və ya Akyar adlandırırdılar. 1783-cü ildən Rus-Türk müharibəsi Türkiyənin Kerç, Yeni qala, Kıl Burun hərb qalalarını və Qara dəniz sahillərinin xeyli hissəsini itirdiyi Küçük Qaynarca sülhü ilə başa çatmışdır. Rusiyanın əldə etdiyi bu yeni torpaqlarda istilaçılara qarşı xalq həyacanları şiddətlənirdi. Müharibədən məğlub çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi. II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. 1783-cü ilin aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın hakimi general Q.A.Potyomkinə "indiki Aktiyarın yerində böyük Sevastopol qalası tikməyə dair" göstəriş verdi.
Aqar
Aqar (Aqar-aqaroza)- ən möhkəm geləmələgətirmə qabiliyyətinə malik polisaxarid Bir çox polisaxaridlərin sulu məhlulları geləmələgətirmə qabiliyyətinə malikdirlər. Polisaxaridlərin bu xassəsi onların bioloji funksiyaları və praktiki əhəmiyyəti ilə bilavasitə bağlıdır. Polisaxaridlər əsasən okean yosunlarından alınır. Yosunlara okeanın sahilboyu zonalarında rast gəlinir. Qırmızı və qonur yosunlar təmiz "polisaxarid" hazırlayırlar. Onlar özlərində hüceyrələrarası maddə kimi spesifik turş polisaxaridlər saxlayırlar (qonur yosunlarda — algin turşuları, qırmızı yosunlarda- sulfatlaşdırılmış qalaktan turşuları vardır). Bu polisaxaridlərin hətta duru məhlulları möhkəm gel əmələ gətirirlər. Polisaxaridlərin gel əmələ gətirməsi üçün, özəklərdə həlledici (su) olmaqla zəncirvari molekulların fəza toru yaratması lazımdır. Polimerlərin geləmələgətirmə qabiliyyəti əsasən bu torun düyünlərinin təbiəti ilə bağlıdır. Bu zəncirlər arasında kovalent rabitə ola bilər: bu halda fəza toru böyük üçölçülü molekulu xatırladır.
Aqra
Aqra-Hindistanın şimalında, Uttar Pradeşdə şəhər. 1528-ci ildən 1658-ci ilədək Böyük Moğol imperiyasının paytaxtı olmuşdur. Hazırda Hindistanın iri turistik mərkəzlərindəndir. Tac-Mahal bu şəhərdə yerləşir. Yamunı çayının kənarındadır. Əhalisi 1 334 900 (2004) nəfərdir.
Meyci islahatı
Meyci islahatı (yap. 明治維新 Meyci işin) — eləcə də Meyci yenilənməsi və Meyci inqilabı kimi tanınan, Yaponiyada 1868-1889-cu illərdə keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən,sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi. Samuray şoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meyci islahatı ilə bağlıdır. Meyci illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətlləndirilmiş tədbiqi ilə səciyələnir. Buna görə Meyci islahatını bəzən Meyci inqilabı da adlandırırlar.
Meydzi islahatı
Meyci islahatı (yap. 明治維新 Meyci işin) — eləcə də Meyci yenilənməsi və Meyci inqilabı kimi tanınan, Yaponiyada 1868-1889-cu illərdə keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən,sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi. Samuray şoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meyci islahatı ilə bağlıdır. Meyci illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətlləndirilmiş tədbiqi ilə səciyələnir. Buna görə Meyci islahatını bəzən Meyci inqilabı da adlandırırlar.
Tayka islahatı
Tayka islahatı (大化の改新, Tayka no Kayşin) – 645-ci ildə Yaponiyada həyata keçirilmiş bir sıra siyasi innovasiyalar. Tayka islahatı Şahzadə Nakano Oe (daha sonra İmperator Tenci) və Nakatomi no Kamatari (daha sonra Fucivara no Kamatari) tərəfindən 645-ci ildə Soqa klanı hakimiyyətinə qarşı olan çevrilişdən sonra baş tutmuşdur. Tayka islahatı imperator ailəsinin bütün Yaponiya boyunca mütləq hakmiyyətini bərqərar etmək və Çindəki Tan sülaləsinin dövləti əsasında hökumət qurmaq üçün həyata keçirilmişdi. Çindən götürülən yeniliklərdən biri imperator dövrlərini adlandırmaq idi və taxta çıxmış İmperator Kotoku hakimiyyətinin birinci yarısını Tayka dövrü ("Böyük dəyişiklik") adlandırmışdır. Tayka islahatını araşdıran alimlər onu Meyci islahatı ilə müqayisə etsələr də, ondan fərqli olaraq, Tayka islahatı diqqətlə planlaşdırılmış və elan olunmuş islahatdır. == Arxaplan == Tayka dövründən əvvəl Yaponiya müxtəlif klanlar tərəfindən idarə olunurdu və imperatorluq sarayı 50 il boyunca Soqa klanının təsiri altında olmuşdur. Soqa klanı intriqa, manipulyasiya və qətlərlər hakimiyyətdə qalırdı. Soqa klanının son lideri olan Soqa no İrukanın qurbanlarından biri 643-cü ildə öldürülmüş Şahzadə Yamaşiro Oe idi. Bu qətldən sonra İruka öz malikanəsini saraya çevirmiş və oğullarını şahzadə adlandırmışdır. 645-ci ildə Şahzadə Nakano Oe və Nakatomi no Kamatari Nakanonun anası olan İmperatriça Koqyokunun sarayında İrukanı öldürmüşdürlər.
İmperiya islahatı
İmperiya islahatı (lat. Reformatio imperii, alm. Reichsreform‎) 15–16-cı əsrlərdə Müqəddəs Roma İmperiyasının strukturunu və quruluşunu (alm. Verfassungsordnung‎) erkən müasir dövlətin tələblərinə uyğunlaşdırmaq üçün təkrarlanan cəhdlərə verilən addır. == İlk cəhdlər == 1434-cü ildən 1438-ci ilə qədər Eger (müasir Çeb, Çexiya) və Nürnberqdəki imperiya məclislərində, qismən imperator Sigizmundun təşəbbüsü ilə, qismən də kürfürstlər tərəfindən islahata dair ilk cəhdlər edildi. Münaqişələr qadağan edildi, sikkə zərbi hüquqları və səyahət hüquqlarının yenidən nəzərdən keçirilməsi və imperiyanın inzibati dairələrə bölünməsi ilə bağlı müzakirələr aparıldı. Bununla belə, bütün təkliflər imperator və knyazların ziddiyyətli maraqlarına əsaslanırdı. Hər iki tərəf imperiyanın daha işlək hökumətini yaratmağa çalışırdılar, lakin əks istiqamətdə işləyirdilər. İmperator öz mərkəzi nəzarətini gücləndirməkdə maraqlı idi; knyazlar iştirak edə biləcəkləri kollegial, korporativ liderlik istəyirdilər. O dövrün yazıları, o cümlədən Reformatio Sigismundi kimi nəşrlər göstərir ki, kiçik ərazi hakimiyyətlərini — qrafları və baronları, eləcə də imperiya cəngavərlərini, eyni zamanda imperiya şəhərlərini və daha kiçik kilsə ərazilərini təmsil edən təhsilli təbəqələr imperatorun güclü bir mövqeyə sahib olmağını dəstəkləyirdi, çünki bu, öz senyorlarının təsirini azaltmağa xidmət edəcəkdi.
Kenmu islahatı
Kemmu bərpası 1336-1338 (yapon建武新政, けんむのしんせい, Kemmu-no tüko) — Yaponiyada şoqunat yaranandan sonra, imperatorlar real hakimiyətdən uzaqlaşdırılmışdılar. Lakin öz taleyi ilə barışmaq istəməyən imperatorlar və şoqunlar arasında ədavət və nifaq ara vermirdi. İmperatorlar heç də ancaq dövlət dininin başçısı rolu ilə barışmaq istəmirdilər. Şoqunata qarşı ilk çıxış edənlərdən biri imperator Qodayqo idi. O zaman gerçək hakimiyət, nümayəndələri Kamakura şoqunatı dövründə vacib sikken(reqent) vəzifəsini və titulunu özlərində saxlayan, Xodzö evinin əlində idi. Xodzö klanı Kamakura şoqunatı dövrü belə yüksək vəziyyətə ona görə nail olmuşdu ki, qoşun yığaraq və Yeritomonun tərəfində savaşaraq Minamotonun hakimiyət uğrunda mübarizəsinə fəal dəstək verirdilər. Qodayqonun tərəfində ilk növbədə buddist ruhaniləri çıxış edirdilər. Onlar nüfuzlu qüvvə idi. Lakin ancaq onlar deyildi. İmperatoru, Xodzö evinin diktaturasına qarşı çıxış edən bəzi iri feodal klanlar da dəstəkləyirdi.
Ağyar
Ağyar (Dərələyəz) — Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ağyar — Babək rayonu ərazisində dağ; Ağyar — Laçın rayonunun Qanqışlaq kəndi ərazisində dağ.
İsfahan
İsfahan — İranın İsfahan ostanlığının mərkəzi olan şəhər. İranın Tehran və Məşhəddən sonra üçüncü ən böyük şəhəri sayılan İsfahan dünyanın ən gözəl memarlıq incilərindən biridir. Şəhərin Nəqşi Cahan meydanı UNESCO-nun mədəni irsinə daxildir. == Əhali == İsfahan 17-ci əsrdə möhtəşəm sarayları və sərin bağları, əzəmətli məscid və əyləncə məclisləri ilə ən mütərəqqi avropalıları belə özünə məftun edən şərq şəhəridir. Şəhərin Çar Bağında 100 il bundan əvvəl əkilmiş ağaclar var. Bağın hər iki tərəfi boyunça Səfəvilər dövründə tikilmiş qədim binalar yerləşir.
İştaha
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
Azərbaycanın əlifbası islahatı
Azərbaycan dilində Əlifba islahatları — Çoxəsrlik yazı ənənələri olan Azərbaycan dilində zəngin ədəbiyyat yaradılmışdır. XX əsrin 20-ci illərinin sonuna kimi Azərbaycan dilinin yazısı ərəb qrafikasına əsaslanmış, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçilmişdir. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs 19-cu əsrin 60-cı illərində M.F.Axundzadə tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır. 1918-cu ilin dekabrında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı. Komissiyaya üç müxtəlif layihə təqdim olunsa da, Abdulla bəy Əfəndiyevin hazırladığı və Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənilmişdir. Latın qrafikalı Azərbaycan əlifbasının layihəsi 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir. Lakin Aprel işğalı (1920) milli hökumətə bu layihəni reallaşdırmağa imkan vermədi. Azərbaycanda əlifba islahatını ölkədə hakimiyyəti zor gücünə ələ keçirmiş bolşeviklər reallaşdırdı. Azərbaycan MİK 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçdi.
Montegu-Çelmsford islahatı
Montegu-Çelmsford islahatı (ing. Montagu–Chelmsford Reforms) — 1919-cu ildə Britaniya imperiyası parlamenti tərəfindən qəbul edilmiş, 1935-ci ilədək qüvvədə olan Hindistanın idarə olunmasına dair qanun. Hindistan işləri üzrə nazir Edvin Montegu və Hindistan vitse-kralı Frederik Çelmsford işləyib hazırlamışdılar. Montegu-Çelmsford islahatı bir sıra cüzi güzəştlər verməklə (Hindistan general-qubernatoru yanında iki palatalı qanunvericilik orqanı yaradılması və s.) Hindistanda genişlənməkdə olan milli azadlıq hərəkatının qarşısını almaq məqsədi daşıyır və əslində müstəmləkə hökmranlığının mahiyyətini dəyişmirdi. Montegu-Çelmsford islahatına görə Hindistan əhalisinin çox cüzi hissəsinə (təqribən 1%-i) seçki hüququ verilir, 1909-cu ildə qəbul olunmuş mürtəce dini-icma kuriaları bölgüsü sistemi saxlanılırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Montagu Millennium entry on Montagu-Chelmsford Report Arxivləşdirilib 2017-11-23 at the Wayback Machine One Scholar’s Bibliography Britannica Encyclopaedia: Montagu-Chelmsford Report Puja Mondal, Montagu-Chelmsford Reforms and the Government of India Act, 1919. Self study history: Montagu-Chelmsford Reforms Paul Johnson (1991). A History of the Modern World: from 1917 to the 1990s. Weidenfeld and Nicolson London. Merriam-Webster's Biographical Dictionary entry on Edwin Montagu (1995).
Rusiyada kəndli islahatı
Rusiyada kəndli islahatı—1861-ci ildə keçirilən islahat. == Tarixi == Rusiyada kəndli islahatının keçirilməsindən xeyli keçməsinə baxmayaraq çarizm Cənubi Qafqazda islahat keçirməyə tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş çar hökuməti onları özündən narazı salmaq istəmirdi. Lakin Rusiyada kapitalizmin sürətli inkişafı ucqarlarda ciddi dəyişikliklərin edilməsini tələb edirdi. Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərəfəsində Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə bir ciddi kəndli üsyanı və ya narazılıqların şahidi olmuruq. Halbuki, kəndli islahatı ərəfəsində — 1859-1861-ci illərdə, Rusiyanı başdan-başa kəndli hərəkatı bürümuşdu və Rusiyada ilk inqilabi şərait yaranmışdı. Rusiyadan fərqli olaraq Azərbaycanda torpaq sahibləri ilə kəndlilər arasında mövcud olan sosial ziddiyyət o qədər də kəskin deyildi. Azərbaycanda kəndlilər nə torpağa, nə də feodalın şəxsiyyətinə təhkim olunmamışdılar. Azərbaycanda sahibkar kəndlilər torpağa və mülkədarlara təhkim olmayıb, sahibkar torpaqlarında yaşayan dövlət kəndliləri hesab edilirdilər.
Türk dili islahatı
Türk dili islahatı — (türkcə Dil Devrimi, dil inqilabı və ya dil islahatı), türk dilinin ərəb və fars mənşəli sözləri unudulmuş qədim Türk dillərdən alınmış və ya Türk köklərdən istifadə edilərək tamamilə yenidən düzəldilmiş sözləri ilə əvəz etməyə yönəltmiş bir dövlət kampaniyası idi. Kampaniya 12 İyul 1932 tarixində Atatürk tərəfindən başladılmiş və 1970-ci illərədək davam etmişdir. Türkсədəki qeyri-türk ünsürlərə qarşı mübarizəsinin ən qızğın mərhələsi 1932-1938-ci illər arasında aparılmışdır. Dil islahatından qabaq türk dilinin leksik fondunun əksər hissəsi ərəb və fars sözləri təşkil etmişdirsə, kampaniyasının başa çatmasından sonra ərəb sözlərin payı cəmi 6%-ə, fars sözlərinki isə 1 %-ə enmişdir. == Tarixi == === Osmanlı dönəmi === Türklər ərəb və fars dilli xalqlarla təmasa girəndə öz dillərində olmayan sözləri aldılar. Ancaq tapılmayan sözlərə əlavə olaraq, türk sözləri zaman keçdikcə öz funksiyalarını itirdi və ərəb və fars sözləri ilə əvəz olundu. Türk dilində od sözü fars atəşi ilə əvəz edilmişdir. Yalnız sözlər deyil, hər iki dildə ifadələr və konstruksiyalar, həmçinin qrammatika qaydaları da alındı. Nə türkdilli mövzular, nə ərəb və farsdilli mövzular, nə də digərləri bu cür Osmanlı dilini başa düşə bilmədilər. Nə türkdilli mövzular, nə ərəb və farsdilli mövzular, nə də digərləri bu cür Osmanlı dilini başa düşə bilmədilər.