Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Firni
Firni — düyü unu və şəkərdən hazırlanan desert.
Eirini Aindili
Eirini Aindili (11 mart 1983) — Yunanıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eirini Aindili Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Fırtına
Tufan (və ya fırtına) – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur. Bofort cədvəlində gücü 9 bal, sürəti isə 30m/san olan külək tufan adlanır. Tropik qurşaqlarda, xüsusən Böyük Antil adalarında və Karib dənizi üzərində baş verən tufana tropik siklonu deyilir. Belə siklon isə okeanlarda qasırğa törədir. Su nəhəng xortumlar və ya qıflar şəklində qalxaraq bir-birinin dalınca burulğanlı hərəkət etməyə başlayır. Tufanla qarşılaşmış yelkənli gəmilər hər hansı bir limana yaxın olmayacaq qədər açıqdadırlarsa, o zaman tufaba hazırlıq görməlidirlər. Şiddətli küləyə qarşı görüləcək ən təsirli tədbir qayığın yelkənini kiçilməkdir. Bu halda şiddətli küləyin qayığı aşırmaq təhlükəsi azalmış olacaqdır.
Qırıcı
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. == Təsnifat == Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Qırılı
Qırılı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qırılı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı qərarı ilə Ağstafa rayonunun Qırılı kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırılı kənd Soveti yaradılmışdır. == Tarixi == Qırılı kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Kənddə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbiristanlığın orada yerləşməsini göstərmək olar. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Deyilənlərə görə bu kəndə gəlib ilk dəfə məskunlaşanlar Yuxarı Göycəli kəndindən köçüb gələnlər olub. Elə bu səbəbdən kəndin adı Qırılı (yəni Yuxarı Göycəli kəndindən qırılıb ayrılmışlar) adlandırılıb. Bir başqa deyimə görə kəndin adı Dədə Qorqud kitabında və bir neçə Oğuz türklərindən bəhs olunan əsərlərdə sözü gedən "qurulu" tayfasından götürüldüyü bildirilir. Kənd ərazisi Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin əziz xatirəsinə verilmiş küçələrdən və bir çox məhəllələrdən ibarətdir: 1.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. == Ümumi anlayış == Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Əkməl Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. == Həyatı == Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək Məcəlləsi
Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək bazarı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. == Əmək bazarının tənzimlənməsi == Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. == Əmək bazarının xüsusiyyəti == Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Kamal paşa şirini
Kamal paşa şirini,Gülab jamun (Hind dili:गुलाब जामुन ; Urdu dili: گلاب جامن ; Türk dili: Kemal Paşa Tatlısı), Bursanın Mustafakamalpaşa məhəlləsində idtehsal olunan və köhnə adı Kirmastı olan Mustafa kamal paşa mahalına aid bir şirniyyat növüdür. Hələ də on beş müəssisədə gündə 1 milyon ədəd çatan istehsal miqdarlarına çatmaqdadır. Ramazan aylarında istehlak artmaqdadır. 25 (Böyük boy) və 50 (Kiçik boy) ədədlik paketlərdə satılmaqdadır. == Xüsusiyyəti == Əsli Mustafa Kamal paşa pendir şirini olan və məşhur adıyla Kamal paşa şirini olaraq bilinən şirin mahalda gündəlik çıxarılar və təzə olaraq satılır. Mahal xaricində isə rəf ömürünün qısalığı səbəbiylə pendir nisbəti aşağı və qurudulmuş şirniyyat satışı edilməkdədir. == Quruluşu == Süd, nəhəng qazanlarda pasterizə edilməkdə və pendirə çevrilməkdədir. Təxminən 1 ton süddən, 160 kq. şirniyyat pendiri əldə edilməkdədir. Qazanlarda bu pendir , un , manna yarması və yumurta ilə xəmir halına gətirilərək, Kamal paşa şirniyyatı şəklində kəsilməkdə və 320 dərəcəlik sobalarda, 17 dəqiqə bişirilməkdədir.
Aya İrini Kilsəsi
Aya İrini ya da Müqəddəs İrini (Yunanca: Ναός της Αγίας Ειρήνης İlahi Sülh və ya Müqəddəs Sülh) İstanbulda, Topqapı sarayının birinci həyətində, Aya Sofya ilə yaxın və müasir olan tarixi bir muzeydir. == Tarixi == İstanbulda məscidə çevrilməyən ən böyük Bizans kilsəsidir. Qədim mənbələrə görə, IV əsrin əvvəllərində, I Konstantin (324–337) dövründə, Roma dövrünün Artemis, Afrodita və Apollon ibadətgahlarının qalıqlarından istifadə edilərək tikilmişdir. Ayasofya ilə eyni həyət divarında yerləşən Aya İrini, 532-ci ildə Nika üsyanı zamanı Sempson Zenonla birlikdə yandırılmışdır. İmperator I Yustinian, Ayasofyanın yanındakı Aya İrinini də yenidən qurdu. İnşaat 532-ci ildə başlasa da, tam başa çatma tarixi məlum deyil. VIII və IX əsrlərdə baş verən şiddətli zəlzələlər binaya ciddi ziyan vurdu. Bizanslıların patriarxlıq kilsəsi adlandırdığı Aya İrini, İstanbulun fəthindən sonra Topqapı Sarayı ətrafındakı Sur-ı Sultani daxilində qaldı, bu səbəbdən məscidə çevrilmədiyi üçün əhəmiyyətli bir memarlıq dəyişikliyi olmadı. Əvvəlcə daxili sursat, daha sonra Müharibə Nazirliyinin silah anbarı kimi istifadə edilmişdir. == Muzey işləri == Türkiyənin ilk muzey işləri Aya İrinidə başlamışdır.
Ekman
Erik Leonard Ekman (isv. Erik Leonard Ekman, 14 oktyabr 1883, Stokholm – 15 yanvar 1931) — İsveç botaniki. == Elmi fəaliyyəti == Erik Leonard Ekman qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Şərəfinə adlandırılmış taksonlar == Ekmania Gleason Ekmaniopappus Borhidi Elekmania B.Nord. Ekmaniocharis Urb. Ekmanochloa Hitchc.
Kemer
Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbində və cənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir == Adlandırılması == XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar == Tarixi == Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır.
Ekler
== Ekler (Éclairs) == Ekler 3 elementdən ibarətdir: Şu xəmiri (Pâte à Choux) Krem Şokoladlı qlazur Elementləri bir-bir hazırlayıb ekleri düzəldək. Əvvəlcə kremi hazırlayaq (krem 2 gün əvvəldən də hazırlana bilər) == Krem == 16 ekler üçün 2 stəkan süd 1/2 stəkan şəkər tozu 2 çay qaşığı vanil ekstaktı (əvəzində bir çimdik vanilin də istifadə edə bilərsiniz) bir çimdik duz 4 yumuta sarısı 1/2 stəkan qarğıdalı nişastası 2 xörək qaşığı kərə yağı, balaca-balaca doğranmış == Hazırlanma qaydası == Qazana süd, 1/4 stəkan şəkər tozu, vanil və duzu qoyun. Orta odda qaynamağa başlayanadək bişirin. Dərin qabda yumurta sarısı, nişasta, və qalan 1/4 stəkan şəkər tozunu mikserlə çalın. Dəyanmadan yavaş-yavaş qaynar südü bu qarışığa əlavə edin və ərzaqlar qarışanadək yaxşıca çırpın. Alınan kütləni qazana geri tökün və orta odda, ara vermədən, taxta qaşıqla qarışdıra-qarışdıra təxminən 2-4 dəqiqə və yaxud qatılaşanadək bişirin. Qatılaşmış kütləni dərin qaba boşaldın. Üstünə kərə yağını əlavə edib, mikserlə təxminən 5 dəqiqə ərzində çalın. Bu müddət ərzində kərə yaşə əriməli, kütlə isə bir qədər soyumalıdır. Kremin üstünü sellofanla örtün.
Fırıq
Fırıq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Fırıq oyk, sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Afurca kəndindən çıxmış ailələrin indiki yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim er. "təriqət", "məzhəb", "kütlədən ayrılmış bir qrup" və ya "bölük" mənasında işlədilən fərəq sözü ilə bağlıdır. Firiq variantında da qeydə alınmışdır. Əslində, oykonim RSDFP-nın Bakı Komitəsi yanında bolşeviklərin qabaqcıl dağıstanlı fəhlələrlə birlikdə təşkil etdikləri Faruq (ədalət tərəfdarları) sosial-demokrat qrupunun (1907) adı ilə bağlıdır.
Xosrovun çimən Şirini görməsi
Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı. "Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir. == Təsvir == Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur.
Hama qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
Hulə qırğını
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Həma qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
Katın qırğını
Katın qətliamı — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır. Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı. Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi. SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi.
Komandalar yığını
komandalar yığını – mikroprosessorun tanıdığı və yerinə yetirdiyi maşın komandaları sistemi. Komandalar yığınına toplama, çıxma, vurma və bölmə kimi aşağı səviyyəli addım-addım komandalar daxildir. Hər bir mikroprosessorun öz komandalar yığını var, ancaq bəzi hallarda komandalar yığını daha geniş təyin olunur və ora proqramlaşdırma dillərindəki komandalar daxil olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lyuyşun qırğını
Lyuyşun qırğını (Çin dilində: 旅顺大屠杀) — Birinci Yaponiya-Çin müharibəsinin gedişində 1894-cü il noyabr aylarının sonlarında Yaponiya ordusu tərəfindən Çinin dinc əhalisinin kütləvi şəkildə məhv edilməsi. == Qırğın ərəfəsi == Birinci yapon ordusu Koreya yarımadasında ağır döyüşlərdən sonra Çin ərazisinə, Mancuriyaya daxil oldu. Fentyan əyalətinin mərkəzi hissəsində düşmənin əsas qüvvələrinə yaxınlaşan yapon komandanlığı həlledici döyüş üçün feldmarşal Oyama İvaonun başçılıq etdiyi 2-ci ordunun birinci əyalət diviziyasını (Tokioda komplektləşdirilmişdir, komandanı general-leytenant Yamaci Motoharu) və 6-cı əyalət ordusunun 12-ci briqadasını (Kumamotoda komplektləşdirilmişdir) ayırdı. Yalu çayının mənsəbində baş vermiş döyüşdən sonra dənizdə hökmranlığa nail olan Yaponiya donanması və 2-ci ordu 24 oktyabrda Lyaodun yarımadasına daxil olaraq dərhal cənuba doğru hərəkət etdi, 6 noyabrda Szinçjou şəhərini, 7 noyabrda liman şəhəri olan Dalyanı ələ keçirdi. 21 noyabr 1894-cü ildə yapon ordusu Lyuyşuna daxil oldu. == Kütləvi qırğın == Lyuyşuna soxulan Yaponiya ordusu ağır işgəncələrlə öldürülmüş əsir yapon əsgərlərinin cəsədlərini aşkar etdilər. Bu, yaponlara əsir əsgərlərə işgəncə verən və onları amansızlıqla öldürən Çin əsgərləri ilə vasitəçilik edən mülki əhaliyə divan tutmaq üçün bəhanə oldu. Bir neşə gün ərzində yaponlar 20 mindən çox adam öldürdülər , onların arasında əsirlər, qadınlar və uşaqlar da var idi. Yerli əhalidən 36 nəfəri sağ saxladılar və onlar yaponların əmri ilə bir aydan çox cəsədləri yandırılmaq üçün nəzərdə tutulan yerə daşımaqla məşğul oldular. == Nəticə == İkinci yapon ordusunda olan qərb qəzetlərinin müxbirlərinin məlumatları əsasında kütləvi qırğın haqqında məlumat dünya ictimaiyyətinə məlum olmuşdur.
Menemen qırğını
Menemen qırğını — 16–17 iyun arası 1919-cu ildə qərbi Türkiyədəki Menemen şəhərində yunanlar tərəfindən törədilmiş kütləvi qətl. Qırğın yunan qoşunlarının İzmir ətrafı şəhərlərin işğalından dərhal sonra baş vermişdir. Menemendə kütləvi formada insanların qətlini yerli yunanlarla birlikdə müttəfiq dövlətləri təmsil edən krit briqadasının dörd generalı başçılıq edirdi. 1919-cu ildə hazırlanmış oktyabr hesabatında şəhərdəki yerli silahsız etnik türklər arasında bir gün ərzində 200 nəfərdən 1.000 nəfərə qədər adam qətlə yetirilməsi qeyd edilir. Bu təxmini sayı həmçinin müttəfiq dövlətlər tərəfindən yaradılmış xüsusi komissiyada təsdiq etmişdir. Ancaq buna baxmayaraq elə həmin il komissiya bu qırğının zəncirvari reaksiya olması və təsadüfi, ehtiraslı müharibə hisslərinə görə olduğunu iddia etmişdir. Sonradan rəqəmlərin də yüksəldilməsini şişirtmə adlandırmışlar. Buna baxmayaraq tarixçi-alim Castin Makkarti İnter-müttəfiq komissiyanın iddialarını rədd edərək bildirmişdir ki, türklərə qarşı həyata keçirilmiş Menemen qırğını əvvəlcədən təşkil edilmiş və planlı şəkildə olmuşdur. Belə ki, şəhərdəki qırğının başlanmasından əvvəl yunanların yaşadıqları evlər ağ xaçlarla işarələnmiş və bir nəfər də olsun yunan nə yaralanmamış, nə qətlə yetirilmiş nə də əmlaklarına hər-hansı bir ziyan dəymişdir.
Nankin qırğını
Nankin qırğını ( çin. ənən. 南京大屠殺, sadə. 南京大屠杀, pinyin: nánjīng dàtúshā - İkinci Çin-Yapon Müharibəsinin bir epizodu. Bu zaman Çin Respublikasının paytaxtı Nankin şəhərində yapon əsgərləri dinc əhaliyə qarşı kütləvi qətllər və zorlamalar törətmişlər. Zorakılıq 1937-ci il dekabrın 13-dən, yaponların şəhəri tutduğu gündən başlayaraq altı həftə davam etdi. Bu dövrdə Yapon İmperator Ordusunun əsgərləri müxtəlif hesablamalara görə 40.000-dən 500.000-ə qədər çinli mülki şəxs və tərksilah edilmiş əsgərləri qətlə yetirmiş, həmçinin çoxlu sayda zorlama və soyğunçuluq törətmişlər. Bu cinayətlərin əsas günahkarlarından bir neçəsi Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal və Nankin Müharibə Cinayətləri Tribunalı tərəfindən mühakimə olunaraq edam edilmişlər. Bununla belə, bu qırğınların törədilməsində əsas günahkar kimi güman olunan Yapon imperator ailəsinin üzvü olan şahzadə Asako, əvvəlcədən anti-Hitler koalisiyasındakı müttəfiqlərdən mühakimə olunmaqdan immunitet aldığı üçün, cinayət məsuliyyətinə cəlb olunmaqdan kənarda qalmağa müvəffəq oldu. Nankin qırğınına həsr olunmuş yapon hərbi arxivlərin əksəriyyəti 1945-ci ildə Yaponiyanın təslim olmasından qısa müddət sonra məxfiləşdirilərək məhv edildiyi üçün tarixçilər zorakılıq qurbanlarının dəqiq sayını bilmirlər.
Piterlo qırğını
Piterlo qırğını və ya Piterlo müharibəsi — 16 avqust 1819-cu ildə İngiltərənin Mançester şəhərindəki Müqəddəs Piter meydanında toplaşan parlament islahatları tərəfdarı olan minlərlə şəxsə atlıların hücumu nəticəsində baş verən hadisələrə deyilir. 1815-ci ildə başa çatan Napoleon müharibələrindən sonra ordunun tərxis edilməsi səbəbindən İngiltərədə işsizlik artmağa başladı. Yoxsulluğun artmasına baxmayaraq qüvvəyə minən Qarğıdalı qanunları xüsusən də işçi sinfinin vəziyyətini daha da çıxılmaz hala saldı. 1819-cu ildə iqtisadi vəziyyətin pisləşməsi ilə yanaşı səsvermə haqqının təkcə mülkiyyətə sahib olanlara verilməsi siyasi radikallıq hərəkatlarını gücləndirdi. Mançesterdəki Yurdsevər Birlik adlı parlament islahatlarını müdafiə edən qrup məşhur radikal natiq olan Henri Hantı danışması üçün şəhərə dəvət etdi. Kütləvi şəkildə iştirakın olduğu və sayları 60000-80000 arasında dəyişən insanların etirazı başlayan kimi yerli idarəçilər təhlükəsizlik qüvvələrini hadisə yerinə çağırdı. Henri Hantı həbs etmək bəhanəsi ilə kütlənin içinə qılıncla hücum edən atlılar 15 nəfəri öldürdü və 400-700 arası etirazçı da yaralandı. Baş verən hadisələrə dörd il əvvəl Napoleon üzərində qazanılan Vaterlo döyüşünü xatırladacaq şəkildə Piterlo adı verildi. Piterlo qırğını dövrün ən önəmli ictimai hadisələrindən biri hesab olunur. Hadisədən sonra etirazçıların islahat tələbləri yerinə yetirilmədi, əksinə olaraq islahat tələb edənlərə qarşı təzyiqlər artırıldı.
Qafqaz sığını
Qafqaz sığını (lat. Alces alces caucasicus) — Sığın növünə aid yarımnöv.. Əsasən Qafqaz dağları, Şərqi Avropada və Kiçik Asiya yayılmışdı. Nəsli kəsilmişdir. Hazırda isə isə sığınlar Baltikyanı ölkələrdə və Skandinaviya yarımadası kimi ərazilərdə yayılıb. Qafqaz sığının izlərinə Şərqi Avropa və Qərbi sibirdə rast gəlinir. Artıq bu yarımnövün tamamən nəslinin kəsilməsi XIX əsrə təsadüf edir. == Mənbə == Nəslikəsilmiş Qafqaz sığını. Arxivləşdirilib 2011-04-22 at the Wayback Machine (ing.) == İstinadlar == == Xarici keçidlər == Caucasian Moose – Extinct Arxivləşdirilib 2011-04-22 at the Wayback Machine.
Quqark qırğını
Quqark faciəsi, həmçinin Quqark qırğını, Quqark qətliamı və ya Quqark poqromu — o dövrdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının (Ermənistan SSR) Quqark rayonu (indiki Loru mərzinin bir hissəsi) ərazisində yaşayan etnik azərbaycanlı sakinlərinə qarşı törədilmiş poqrom aktı. Rəsmi erməni mənbələrinə görə, bu dövrdə ərazidə yaşayan yerli ermənilərin və Azərbaycandan qaçqın düşən etnik ermənilər Ermənistan azərbaycanlılarını ələ salmış, onları öldürmüş və evlərini qarət etmişdir. Poqrom zamanı ən azı 18, ən çox isə 187 nəfər öldürülmüşdür. 1988-ci ilin martında Quqark rayonunda başlayan poqrom, Sumqayıt hadisələrindən sonra baş tutmuşdur. Bölgədəki azərbaycanlılar oradan qaçana qədər təqibə məruz qalmışdır. Poqrom daha sonra müharibəyə çevriləcək Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən etnik zorakılıq aktlarından biri idi. == Zəmin == Etnik azərbaycanlı sakinləri tərəfindən Böyük Qarakilsə adlandırılan Quqark rayonu o vaxt SSRİ respublikalarından olan Ermənistan SSR-in rayonlarından biri idi. Bu ərazidə etnik azərbaycanlılar kompakt şəkildə yaşayırdı. SSRİ-nin dağılmasından sonra rayon müstəqil Ermənistan Respublikasının bir hissəsi olmuş, lakin inzibati ərazi vahidi daha sonra ləğv edilmiş və Loru mərzi ilə əvəz edilmişdir. Kirovabad (indiki Gəncə) şəhərindən baş verən poqromdan sonra erməni qaçqınlar Gürcüstan üzərindən Quqarka köçmüşdür.
Quşqonar qırğını
Quşqonar qırğını (türk. Kuşkonar katliamı, kürd. Komkujiya Kuşkonar) və ya Quşqonar və Qoçağılı qırğını (türk. Kuşkonar ve Koçağılı katliamı) — Türkiyə Silahlı Qüvvələrinin 26 mart 1994-cü il tarixində Şırnak ilinin Quşqonar və Qoçağılı kəndlərini məhv etməsi, Türkiyə vətəndaşı olan 38 kürd kəndçinin öldürməsinə verilən ad. Türkiyə məhkəməsi hadisəni PKK qüvvələrinin törətdiyi iddiasını qəbul etmişdir, ancaq bu qərar məhkəməyə müraciət edən zərərçəkənlərin ailələrini qane etməmişdi. Onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdilər və təhqiqlər onu aşkar etdi ki, Türkiyə hökumətinin iddialarına baxmayaraq, ərazidə silahlı atışma gerçəkləşməmişdir. Türkiyə kürd əsilli mülki vətəndaşları öldürdüyünə görə qınanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyə hökumətinə əmr vermişdir ki, zərərçəkənlərin ailələrinə 2.300.000 avro ödəsin. == Hadisə == Hadisə 26 mart 1994-cü ildə, səhər vaxtlarında, Türkiyənin Şırnak ilinin Quşqonar və Qoçağılı kəndlərində gerçəkləşmişdir. Bu zaman kəndin kişi sakinlərinin əksəriyyəti kəndin kənarında yerləşən tarlalarda işləyirdi.
Qırıcı təyyarə
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. == Təsnifat == Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Qırılı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Suxumi qırğını
Suxumi döyüşü və ya Suxumi qırğını — 16—27 sentyabr 1993-cü il ərazində baş vermiş döyüş. Döyüşün nəticəsi olaraq Suxuminin nəzarəti gürcülərdən abxazlara keçmişdir. == Hadislərin gedişi == Rusiyanın vasitəçiliyi ilə 27 iyulun 27-də Soçidə daha bir atəşkəs razılaşması əldə edildi. Bu atəşkəs Abxaziya separatçıları müqaviləni pozduqları günə yəni, (Gürcüstanın müqavilənin şərtlərinə əməl etməməsini bəhanə gətirərək) Suxumiyə doğru genişmiqyaslı hücuma başladığı 16 sentyabr tarixinədək davam etdi. Hücum zamanı Rusiyaya məxsus MiQ-29 təyyarələri Suxumi və gürcü kəndləri daxil Qumista çayı boyunca yerləşən gürcü yaşayış məskənlərinə vakum bombaları yağdırdı. Rusiyalı jurnalist Dmitri Xolodov Suxuminin işğalından əvvəl şəhərdə idi. O, şəhərin dəfələrlə Rusiya qüvvələri tərəfindən ağır silahlarla atəşə tutulduğunu və bunun mülki itkilərə səbəb olduğunu bildirmişdi. Rusiyanın iştirakı ilə atəşkəs və Gürcüstan-Abxaziya münaqişəsinin tənzimlənməsi haqqında prinsiplər imzalanmışdır. Razılaşmaya əsasən Gürcüstan tərəfi ağır artilleriyanı, tankları və canlı hərbi qüvvənin böyük hissəsini Suxumidən çıxarmağa başladı. Abxaz separatçıları müttəfiqləri ilə şəhərə hücum və ağır bombardmanın təşkili haqqında razılaşma əldə etmişdi.
Villarbasse qırğını
Villarbasse qırğını — İtaliyada sonuncu edam cəzasının tətbiq olunduğu hadisə. 20 noyabr 1945-ci il tarixli Villarbasse qırğını müharibədən sonrakı dövrün ən qəddar cinayət hadisələrindən biri olmuşdur və eyni zamanda, İtaliya cinayət hüququ tarixində simvolik bir hadisə kimi, İtaliyada ölüm cəzasının tətbiqi ilə cəzalandırılan sonuncu cinayət kimi tarixə keçmişdir. Belə ki, ölkədə sonuncu edam cəzası 4 mart 1947-ci ildə Turində baş tutmuşdur. Hadisə 1945-ci ilin payızında Villarbasse kəndində bir oğurluq zamanı törədilmişdir. On nəfər çubuqla qətlə yetirilmiş və diri-diri quyuya atılmışdır. Qətliamı hazırlayanlar dörd nəfər Siciliyalı idi. Onlardan biri tutulmazdan əvvəl Siciliyada cinayətkarlar öz aralarında əldə etdikləri əmlakı sayarkən qətlə yetirilmişdir. Cinayətkarlar Villarbasse yaxınlığında tüfənglə vurularaq öldürülmüşdür.
Vinnitsa qırğını
Vinnitsa qırğını (ukr. Вінницька трагедія) — 1937-1938-ci illərdə Böyük təmizləmə və ya Yejovşçina dövründə Sovet gizli polisi NKVD tərəfindən Ukraynanın Vinnitsa şəhərində 9000 ilə 11.000 nəfər arasında insanın kütləvi şəkildə edam edilməsi. Vinnitsadakı kütləvi məzarlar 1943-cü ildə Almaniyanın Ukraynanı işğalı zamanı aşkar edilmişdir. İlk dəfə beynəlxalq Katın Komissiyaı tərəfindən hadisə ilə bağlı aparılan araşdırma Katında Polşa hərbi əsirlərinin oxşar kütləvi qətl yerinin tapılması ilə üst-üstə düşdü. Almanlar Sovet İttifaqını nüfuzdan salmaq üçün kommunist terrorunun bu sübutundan istifadə etdikləri üçün Ukraynadakı NKVD tərəfindən törədilən çoxu qırğın arsında daha yaxşı araşdırılan yerlərdən birinə çevrildi. == Tarix == === Qırğın === Vinnitsada dəfn edilən qurbanların əksəriyyəti .22 kalibrli güllənin boynunun arxasına atılan atəş nəticəsində öldürülmüşdü. Güllə kiçik kalibrli olduğuna görə qurbanların əksəriyyəti iki dəfə, ən azı 78 nəfəri üç dəfə vurulmüşdu; Orada tapılan qurbanların 395-də silah zədələrinin izlərinə əlavə olaraq kəllə sümükləri də qırılmışdı. Qazıntılar nəticəsində kişilərin demək olar ki, hamısının əlləri bağlı şəkildə öldürüldüyü aşkarlanmışdı. Yaşlı qadınlar bir növ paltar geyinmişdilər, gənc qurbanlar isə çılpaq şəkildə basdırılmışdı. Edamlar gizli həyata keçirilirdi; ailələrə qohumlarının taleyi barədə məlumat verilmirdi.
Volin qırğını
Volin qırğını və ya Volin və Şərqi Qalisiyada Polşa qırğınları (Pol: Rzeź wołyńska, Ukr: Volins'ka tragedіya) - İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı olan soyqırımıdır. Volindəki qırğın daha çox polyak xalqına qarşı yönəlmiş olsa da, digər etnik qruplar da bu qətliamdan öz paylarını almışdırlar. 1939-cu ilin martında Polşanın nəzarəti altında olan torpaqlarda ilk dəfə faşistlərin başlatdığı qırğın, nasistlərin Ukraynaya soxulması ilə oradakı millətçi üsyançı ordu tərəfindən davam etdirilmişdir. Sovet İttifaqı tərəfindən azad edilmiş Polşanın 1943-cü ilin iyulunda əks hücuma keçməsi ilə qırğınlar başa çatdırılmışdır. Polşa hökuməti bu hadisələri soyqırım kimi qiymətləndirmişdir. == Hadisələrin inkişafı == Tarixçilər bildirirlər ki, bu hadisələrin mənşəyi XVI-XVIII əsrlər arasında polyaklarla ukraynalılar arasında baş verən münaqişələrə əsaslanır. Polşanın hakimiyyəti altında olan Qərbi Ukraynada sosial ədalətsizlik, kəndli üsyanları və bu üsyanlara qarşı repressiya siyasəti iki xalqın düşmənçiliyinin kifayət qədər qədim olduğunu göstərirdi. Aydın idi ki, ukraynalılara müstəqil dövlət qurmağa ilk növbədə polyaklar mane olurlar. Polşanın milli siyasətində muxtariyyət, hüquq və azadlıqların tanınması, torpaq islahatı kimi məsələlərdə müsbət irəliləyişlərə işarə edilməmişdir. Polşa hakimiyyəti altında olan torpaqlarda milli azlıqların etnik qruplarının ictimai həyatda fəal mövqe tutmasına mane olan millətçi münasibət idi.
Əmək bölgüsü
Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması.
Əmək ehtiyatları
Əmək ehtiyatları — əmək bazarında işçi qüvvələrin ehtiyatları. == Əmək bazarı == Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır. Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Əmək hüququ
Əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. == Əmək hüququ anlayışı == Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır. Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər. Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda iş prosesində onunla işəgötürən(təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir.
Əmək iqtisadiyyatı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. == Əmək bazarının tənzimlənməsi == Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. == Əmək bazarının xüsusiyyəti == Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək kitabçası
Əmək kitabçası — işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir. == Kitabcanın forması == Əmək kitabşası 10sm x 14sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası dörd bölmədən, üz qabığı, titul vərəqi, iş haqqında məlumat, pensiya təyin edilməsi haqqında məlumatlar bölmələrindən ibarətdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. == Azərbaycan Respublikası Əmək Məcəlləsində == Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir (işçidən əmək kitabçasının dəyəri alına bilər). Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər. == Əmək kitabçasının düzgün yazılması == Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitabçası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır.
Əmək mühaciri
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. == Dünya ölkələrində mühacir işçilər == ===== Kanada ===== Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. ===== Çin ===== Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Əmək müqaviləsi
Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag‎) – müəssisə əməkdaşının və müdiriyyətinin hüquq və vəzifələrini müəyyən edən rəsmi sənəd. İşə götürmə zamanı rəsmiləşdirilir və hər iki tərəf – işçi və müdiriyyətin nümayəndəsi imzalayır. Müxtəlif ölkələrdə əmək müqaviləsinin tərkibi və bölmələri fərqlidir. Məsələn Almaniyada uzun illər əmək müqaviləsinin əsas bölmələrinə: əmək fəaliyyəti; gəlirlər (o cümlədən əməkhaqqı); müdafiə tədbirləri (müvəqqəti əməkqabiliyyətsizliyi, əlillik, ölüm hallarında); məzuniyyət; 5) əlavə işlərin görülməsi qaydası; istehsal və kommersiya sirlərini saxlamaq öhdəliyi; ixtiraların rəsmiləşdirilməsi və ödənilməsi şərtləri; müqavilənin qüvvədə olduğu müddət və onu ləğv etmək qaydası aid edilirdi. Əmək müqaviləsinin xüsusi növü işçilər və administrasiya arasında bağlanmış əmək sazişidir. Bu sazişdə əmək münasibətləri və digər münasibətlər, həmçinin tərəflərin hüquq və vəzifələri göstərilir. == Əmək münasibətlərinin tərəfləri == Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir.
Əmək məzuniyyəti
Əmək məzuniyyəti - işçilərə verilən məzuniyyət. İşçilərə əmək məzuniyyətlərinin verilməsi XIX əsrin ikinci yarısından, onun qanunvericiliklə tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. 1903 və 1908-ci illərdə İsveçrə, 1909-da İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəlik qanunlar qəbul edilib. Dünyanın çox ölkələrindəki məzuniyyət sayı özlərinin əmək hüququna görə tənzimlənir. 1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı əmək məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı, 52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə, o cümlədən məzuniyyət hüququnu tənzimləyən Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minib. Ötən 10 il müddətində məcəlləyə bir neçə dəfə əlavə və dəyişiklik edilib. Sonuncu belə dəyişiklik 2009-cu ilin mayın 14-də reallaşıb. Azərbaycanın ana qanunu vətəndaşların məzuniyyət hüququna təminat verir. Konstitusiyanın 37-ci maddəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
Əmək nəğmələri
Əmək nəğmələri — əsas etibarilə bədii estetik xüsusiyyətləri ilə yox, mövzusu ilə müəyyənləşdirilən və bilavasitə əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik mətnlər. Misraların sayından tutmuş qafiyələnmə prinsipinəcən heç bir ümumi qəlibə sığmayan bu nəğmələrin təsnifatı mövzusuna görə aparılır: hana nəğmələri, sağın nəğmələri, gümçü-ipəkçi nəğmələri, balıqçı nəğmələri, ovçu nəğmələri və s. Əmək nəğmələri şifahi xalq ədəbiyyatın ən qədim janrıdır. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan qədim insanlar əmək prosesində müəyyən ahəng və ritmikadan istifadə edərək görülən işi asanlaşdırmağa, şux əhvali-ruhiyyə yaratmağa çalışmışlar. İlk mərhələdə bu nəğmələr yalnız müəyyən ritmika üzərində qurulduğu üçün məzmun və forma baxımından qeyri-kamil olmuşdur. Məsələn; == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Əmək qabiliyyətsizliyi
Əməkqabiliyyətsizliyi – işçinin xəstəliyə, istehsalatda və ya məişətdə baş verən bədbəxt hadisəyə və digər səbəblərə görə əmək funksiyalarını yerinə yetirmək qabiliyyətindən müvəqqəti və ya daimi məhrum olması; sosial risk növlərindən biri. Müvəqqəti əməkqabiliyyətsizliyi dönən xarakter daşıyır, insanın sağalması ilə onun əmək qabiliyyəti bərpa olunur və o, işə çıxa bilir. Bu hal tibbi ekspertizaya əsasən müəyyən olunur və əmək qabiliyyətinin olmaması vərəqəsi və ya arayışla təsdiqlənir. İnsanın əmək qabiliyyətinin bərpası mümkün olmadıqda, əməkqabiliyyətsizliyi daimi olur və həmin şəxs əlil sayılır, bəzən həkimin məsləhətilə başqa rejimdə, yaxud başqa işdə işləmək imkanı olan qismən əməkqabiliyyətli sayılır. Dayanıqlı əməkqabiliyyətsizliyi zamanı tibbi-sosial ekspertiza idarələrində həyat fəaliyyətinin (o cümlədən əmək qabiliyyətinin) məhdudlaşması strukturunun və dərəcəsinin qiymətləndirilməsi əsasında əlillik qrupu və reabilitasiya daxil olmaqla sosial müdafiə tədbirləri müəyyənləşdirilir. Müvəqqəti əməkqabiliyyətsizliyi məlumatlarının təhlili işçi tərəfindən onunla əlaqədar sosial imtiyazlardan sui-istifadəni, yaxud Ə. yüksək olan müəssisələrdə əmək şəraitinin yaxşılaşdırılmasının lazım olduğunu aşkar etməyə imkan yaradır. Çox ölkələrdə əməkqabiliyyətsizliyi göstəricisi onun sığortalanması üçün üzvlük haqqının miqdarını müəyyən edir, yəni əməkqabiliyyətsizliyi göstəricisi yüksək olduqca, ona tutulan faiz artır. əməkqabiliyyətsizliyinin iqtisadi yükü çox əhəmiyyətlidir və o, sahibkarlarla (onlar buna görə əmək şəraitinin daimi yaxşılaşdırılmasında maraqlıdırlar) milli sığorta fondları arasında bölünür. əməkqabiliyyətsizliyinin səbəb və nəticələrini öyrənmək üçün işədüzəltmə agentliklərində müstəqil tibbi müayinə institutu yaradılır və bu, həmin agentliklərin həkimlərinə iş axtaran şəxsin zərərli vərdişləri (siqaretçəkmə, alkoqoldan sui-istifadə) də daxil olmaqla, tam sağlamlıq vəziyyəti haqqında məlumat təqdim etməyə imkan verir. Həkimlər bu işçinin əvvəlki iş yerindəki əməkqabiliyyətsizliyi üzrə məlumat bazası nəzərə alınmaqla, onun əməkqabiliyyətsizliyi ehtimalını müəyyənləşdirirlər.
Əmək sosiologiyası
Əmək sosiologiyası — insanın işə münasibətində, onun ictimai fəaliyyətində, istehsal komandalarındakı insanlar və sosial qruplar arasındakı münasibətdə öz ifadəsini tapan sosial tipik prosesləri öyrənən sosiologiyanın bir bölümü. Dar mənada əmək sosiologiyası işəgötürənlərin və işçilərin iqtisadi və sosial təşviqlərə cavab olaraq davranışlarını araşdırır. Əmək sosiologiyası makro və mikroiqtisadiyyat, müəssisə iqtisadiyyatı, statistika, istehsalın təşkili və sahə sosioloji fənləri — təşkilatlar sosiologiyası, idarəetmə sosiologiyası, iqtisadi sosiologiya kimi iqtisadi elmlərlə sıx əlaqəlidir. == Tarixi == XIX əsrin əvvəllərində əməyin öyrənilməsinə dair empirik xarakterli ilk elmi əsərlər meydana çıxdı. XIX əsrin ikinci yarısında əməyin öyrənilməsinə dair ilk sistematik iş ortaya çıxdı. Amerikalı mühəndis Fredrik Teylor tərəfindən başladılan bu cür tədqiqatın məqsədi əvvəlcə istehsal əməliyyatlarının rasional icrası üçün metodlar tapmaq idi. Sonradan, "əməyin elmi təşkili" adını alan elmi bir istiqamət ortaya çıxdı. Bu elmi istiqamət çərçivəsində "əmək norması", "əmək haqqı", "peşə seçimi" və s. anlayışları meydana gəldi. Mərkəzi Əmək İnstitutunun rəhbəri Aleksey Qastev rus əmək sosiologiyasının inkişafına böyük töhfə verdi.
Əmək tutumu
Əmək tutumu — məhsul vahidinin istehsalına sərf olunmuş əmək (və ya vaxt) göstəricisi. Məhsulun əmək tutumu əməyin məhsuldarlığını xarakterizə edən iqtisadi göstəricidir və məhsul vahidinə və ya işə sərf edilmiş cəmi iş vaxtı (adam-saat, norma-saat) ilə ölçülür. Məhsulun əmək tutumu — sərf olunan iş vaxtı fondunun (adam-saat) istehsal olunan məhsulun miqdarına nisbətinin natural qiymətləri ilə müəyyən olunur.
Əmək məhsuldarlığı
Əmək məhsuldarlığı — əməyin səmərəliliyini xarakterizə edən göstərici. Əmək məhsuldarlığı bir işçinin vaxt vahidində istehsal etdiyi məhsulların sayı ilə ölçülür. Tərs dəyər — əmək intensivliyi — istehsal vahidinə sərf olunan vaxtın miqdarı ilə ölçülür. Tipik olaraq, iqtisadi statistikada əmək məhsuldarlığı faktiki əmək məhsuldarlığına aiddir, lakin iqtisadi kibernetikada, xüsusən də Stefford Birin həyat qabiliyyətli sistemlər modelində faktiki və potensial əmək məhsuldarlığı anlayışları təqdim olunur. Müəssisədə dövriyyə vəsaitlərinin istifadəsinin ən mühüm göstəriciləri dövriyyə vəsaitlərinin dövriyyəsi və bir dövriyyənin vaxtı ilə bağlı normativlərdir. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi şirkətin dövriyyə vəsaitlərinin dövriyyədən azad edilməsinə gətirib çıxarır. Əksinə, dövriyyənin ləngiməsi müəssisənin dövriyyə vəsaitlərinə tələbatının artmasına səbəb olur. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsinə aşağıdakı amillərdən istifadə etməklə nail olmaq olar: dövriyyə vəsaitlərinin artım tempi ilə müqayisədə satış həcmlərinin daha sürətli artım tempi; təchizat və satış sisteminin təkmilləşdirilməsi; məhsulların material və enerji intensivliyinin azaldılması; məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi; istehsal tsiklinin müddətinin azaldılması və s.Əmək məhsuldarlığının yüksəldilməsi məhsul vahidinin istehsalına və ya vaxt vahidinə əlavə istehsal edilmiş məhsulun miqdarına əmək məsrəflərinə (iş vaxtına) qənaət deməkdir ki, bu da əmək məhsuldarlığının artmasına birbaşa təsir göstərir. istehsalın səmərəliliyi, çünki bir halda cari istehsal xərcləri “Əsas istehsalat işçilərinin əmək haqqı” maddəsi üzrə azaldılmış istehsal vahidləri, digərində isə vaxt vahidi üçün daha çox məhsul istehsal olunur. == Faktiki əmək məhsuldarlığı == Faktiki əmək məhsuldarlığı (məhsuldarlığı) əmək intensivliyi ilə tərs mütənasibdir və düsturdan istifadə edərək birbaşa müşahidə olunan məlumatlar əsasında müəyyən edilir: P f a c t = Q f a c t t f a c t {\displaystyle P_{fact}={Q_{fact} \over t_{fact}}} burada Q f a c t {\displaystyle Q_{fact}} — verilmiş məhsul növünün ölçü vahidlərində faktiki çıxışdır, t f a c t {\displaystyle t_{fact}} — zaman vahidlərində canlı əməyin faktiki dəyəridir.
Bikini
Bikini — qadınlar üçün nəzərdə tutulan və üzgüçülükdə istifadə edilən çimərlik geyimi növüdür.
Birili
Birili — Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Birili- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İndi Brili şəklində Xaşur, Sxinvali və Şuaxevi rayonlarında üç kənd adıdır. İrəvan quberniyasının İrəvan qəzasında Birəli, Batum əyalətində Artvin dairəsində Brili, Şimali Qafqazda Vladiqafqaz dairəsində Biracenq, Bakı quberniyasının Cavad qəzasında Biralambek, Zəngəzur qəzasında Biriulu toponimləri ilə eynidir. Altay-türk dillərində birə "kiçik çay" sözündəndir. Amur çayının Böyük Bira və Kiçik Bira qolları vardır (yenə orada). Naxçıvanda (Şərur rayonu) Birəliçay da bu sıradandır. Lakin 1593-cü ilə aid mənbədə Gəncə sancağının Ahiştabad dairəsində bir tayfanın adı Peyrəlu kimi yazılmışdır. Qazax bölgəsində bir çay Pərili adlanırdı. Ola bilsin ki, Birili tayfa adıdır.
Biruni
Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (4 sentyabr 973, Kayat[d], Xarəzmşahlar dövləti, Samanilər dövləti – 9 dekabr 1048, Qəzni, Qəznəvilər dövləti) – iranlı ensiklopediyaçı alim və mütəfəkkiri. == Həyatı == Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur. Əbu Reyhan Məhəmməd əl-Biruni Xarəzm şəhərinin qədim paytaxtı "Kayat" şəhərində dünyaya gəlib. Uşaqalıqdan valideynlərini itrib, tərbiyəsi ilə bir yunan məşğul olub və onda təbiətşünaslığa maraq yaranıb. == Elmi fəaliyyəti == Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiət elmləri, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır.
Cirinq
Figani
Figani (Trabzon ili – İstanbul) — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Fiqani
Figani (Trabzon ili – İstanbul) — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Fişinq
Fişinq (ing. Fishing, rus. Фишинг) – ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) İnternetdə "tələ" quraraq, bu tələyə düşən İnternet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla İnternet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və İnternetə çıxış üçün lazım olan informasiyaları öyrənir. Fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Dələduz bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi, məsələn, eBay) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar.
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263 – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. == Həyatı == Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Mirili
Mirili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Bəcirəvan kənd Sovetinin Mirili kəndi Qaravəlili kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Araz çayı boyunca Tuğay meşələri yerləşir, lakin bu meşələrin əksəriyyəti Sovet hakimiyyəti dövründə qırılmş və yerində əkin sahələri salınmışdır. Hazırda yalnız sahilboyunda qalmış meşələr isə intensiv qırılma nəticəsində məhv olmaq təhlükəsi qarşısında qalmışdır. İqlimi quraq keçən subtropik səhra iqlimidir. Mirili kəndində torpaq tipləri Araz boyu ərazilərlə qismən ondan uzaqda bir-birindən fərqlənir. Araz boyu ərazilərdə qumsal, bu ərazilərdən 2–3 km aralı isə şorangəli torpaqlardır. Topaq fondunun bir hissəsi şoranlaşmaya məruz qalmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 1014 nəfərdir ki, onun da 509 nəfəri kişi, 505 nəfəri isə qadındır.
Pirili
Pirili (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Pirili (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Rimini
Rimini (it. Rimini, lat. Ariminum) — İtaliyanın Adriatik sahilində bir kurort. Emilia-Romanya bölgəsin Rimini vilayətin paytaxtı. Federiko Fellininin doğma şəhəri.
Kirişi
Kirişi (rus. Кириши — Rusiyada şəhər. Leninqrad vilayətinin Kirişi rayonunun inzibati mərkəzi.
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü — 1991-ci ildə "Gənc Britaniyalı Rəssamlar" dərnəyinin aparıcı üzvü, ingilis rəssam Demien Hörst tərəfindən yaradılmış sənət əsəri. O, vitrinin içində, formaldehiddə qorunmuş bir pələng köpəkbalığından ibarətdir. Əvvəlcə 1991-ci ildə Çarlz Saatçıya tapşırıldı, o da sənət əsərini 2004-cü ildə Stiven A.Kohenə satdı. Məbləğ gizli qalsa da, ən azı 8 milyon dollar olduğu deyilir. Amma Don Tompsonun "12 milyon dollarlıq ölü köpəkbalığı: müasir incəsənətin qəribə iqtisadiyyatı" adlı kitabının başlığı daha yüksək qiymət təklif edir. 14 futluq (4.3 m) orijinal pələng köpəkbalığının pozulması səbəbiylə, 2006-cı ildə yeni bir örnəklə dəyişdirildi. 2007-ci ildən 2010-cu ilə qədər Nyu Yorkdakı "Mitropolit İncəsənət Muzeyi"nə borc verildi. Əsər 1990-cı illər Britaniya incəsənətinin ikonik nümunəsi hesab olunur və bütün dünyada Britartın simvoluna çevrilib.