Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İyya
İyya (fr. Illiat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01188. Kommuna Paris şəhərinin 360 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 570 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 371 nəfər (15-64 yaş) arasında 289 nəfər iqtisadi fəal, 82 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 77.9%, 1999-cu ildə 69.0%). 289 fəal sakindən 273 nəfər (151 kişi və 122 qadın), 16 nəfəri işsiz (9 kişi və 7 qadın) idi.
İlya Berezin
İlya Nikolayeviç Berezin (rus. Илья́ Никола́евич Бере́зин); 20 iyul (1 avqust) 1818 və ya 19 (31) iyul 1818 – 22 mart (3 aprel) 1896, Sankt-Peterburq) — Rusiya şərqşünası. Турецкая грамматика (1847) Описание турецко-татарских рукописей, хранящихся в петербургских библиотеках (1846–1849) Système des dialectes Turcs (1849) Путешествие по Дагестану и Закавказью (1850) Библиотека восточных историков (1850–1851, 2 тома) Ханские ярлыки (1850–1852) Путешествия по Востоку (1849–1852, 2 тома) Библиотека восточных турков (1849–1854, 3 тома) Путешествие по северной Персии (1852) Recherches sur les dialectes persans (1853) Грамматика персидского языка (1853) Монография Булгар на Волге (1853) О нашествии Батыя на Россию (1853) Catalogue des mémoires et des médailles du cabinet numismatique de l’université de Casan (1855) Народные пословицы турецкого племени (1856) Guide du voyageur en Orient.
İlya Boqdesko
İlya Trofimoviç Boqdesko (rus. Илья́ Трофи́мович Богде́ско) — moldav sovet qrafiki. SSRİ Rəssamlıq Akademiyasının üzvü (1975). SSRİ xalq rəssamı (1963). İlya Boqdesko 20 aprel 1923-cü ildə Ukrayna SSRin Rıbnitsa şəhərinin Botuşanı kəndində anadan olub. 1951-ci ildə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. 1953-cü ildən Moldovada işləmişdir. N.V.Qoqolun "Soroçintsı yarmarkası" (1951), A.S.Puşkinin "Qaraçılar" (1951), Fyodr Dostoyevskinin "Cinayət və cəza" (1972 əsərlərinə və moldav xalq balladası "Maoritsa"ya (1966), Migel de Servantesin "Don Kixot" əsərinə sisilə illüstrasiyalar çəkmişdir (1984—2004). Boqdesko həmçinin "Vətənim" adlı rəngli linoqravür seriyasının (1961—1963), "Ptolomey" (1969), "Söhbət" (1973) linoqravürlərinin, "Konstansa balıqçıları" (1980), "Buludlarda" (1984), "Varlı adaxlı" (1984, "Tacir" (1985) və s. rəngkarlıq əsərlərinin və monumental divar rəsmlərinin müəllifidir.
İlya Drujinin
İlya Drujinin (23 aprel 1998, Volqoqrad) — Rusiyalı üzgüçü. İlya Drujinin Rusiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. İlya Drujinin birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 14:59.56 saniyəlik nəticəsi ilə 13-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
İlya Efron
İlya Abramoviç Efron (1847, Vilno, Rusiya imperiyası — 19 aprel 1917, Petroqrad, Rusiya Respublikası) — Oktyabr inqilabına qədər ən məşhur Rusiya naşirlərindən biri.
İlya Erenburq
İlya Qriqoreviç Erenburq (14 (26) yanvar 1891[…], Kiyev – 31 avqust 1967[…], Moskva) — rus yazıçısı, ictimai xadim. SSRİ Dövlət mükafatı laureatı. 1908-ci ildə Parisә mühacirət etmiş, 1917-ci ildə Rusiyaya qayıtmışdır. 1920-ci illər də yaratdığı əsərlərin başlıca mövzuları borc və zifə məsuliyyəti ilə duyğuların konflikti, insanla cəmiyyətin qarşılaşdırılması, kapitalizmin tənqidi olmuşdur.
İlya Kaverin
İlya Kaverin (2 (15) may 1910, Astara, Lənkəran qəzası – 19 noyabr 1963, Astara, Lənkəran rayonu) — Qızıl Ordunun baş çavuşu, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1944). 1910-cu il mayın 15-də Astara şəhərində anadan olub. İbtidai təhsilini aldıqdan, sonra balıqçılıq sahəsində çalışıb. 1941-ci ildə hərbi xidmətə çağırılıb. 1943-cü ilə qədər kiçik çavuş İlya Kaverin, Kiyevin azad edilməsində iştirak edib və fərqlənib. Kiyev yaxınlığında alman müdafiəsinin sıçrayışı zamanı o, düşmənin bir neçə artilleriya qurğusunu və minaatanlarını məhv edərək düşmən xəttinin yarılmasına və düşmənin geri çəkilməsinə nail olub. Döyüşlərin birində İlya Kaverinin tankı vurulub. Bütün ekipaj üzvləri həlak olsa da İlya sağ qala bilib. Təkbaşına tankda baş verən yanğını söndürməyi bacarıb. Lakin tank tamamilə sıradan çıxdığına görə qeyri bərabər döyüşə girməyə məcbur olub.
İlya Kokşintsau
İlya Meçnikov
İlya İliç Meçnikov (rus. Илья Ильич Мечников; 15 may 1845, İvanovka - 15 iyul 1916, Paris) — immun sistemi üzərindəki araşdırmaları ilə tanınan və Nobel mükafatına layiq görülən yəhudi əsilli rus alim. İlya Meçnikov 15 may 1845-ci ildə İvanovkada anadan olmuşdur. Xarkov Universitetini iki il içərisində bitirərək Almaniyanın Qissen Universitetində Rudolf Leukart (1822-1898) ilə bir il işləmişdir. Daha sonra su canlıları üzərində tədqiqatların mərkəzi olan Neapol şəhərinə gedərək embrion inkişafını öyrənməyə başlamışdır. Almaniyaya qayıdıb Münhen və Qöttingen Universitetlərində hazırladığı teoremini 1867-ci ildə Sankt-Peterburq Dövlət Universitetinə təqdim edərək doktora alan Meçnikov Aleksandr Kovalevski ilə birlikdə Kari Ernst von Bir mükafını qazanmışdır. Eyni il Odessa Universitetində işləməyə başlayan Meçnikov növbəti il Sankt-Peterburq Dövlət Universitetinə göndərilsə də 1870-1882-ci illərdə yenə Odessa Universitetində işləmişdir. 1873-cü ildə birinci arvadının ölümündən və 1880-ci ildə ikinci arvadının ağır xəstələnməsindən sonra iki dəfə intahar cəhdi edən Meçnikov 1882-1886-cı illərdə Messinada özəl araşdırma mərkəzində yad maddələri udaraq məhv edən hüceyrələr üzərində araşdırma aparmışdır. 1886-cı ildə Odessa Bioloji İnstitutunun idarəçisi olmuş, 1888-ci ildə Parisə köçərək həyatının sonuna qədər araşdırmalarını Paster İnstitutunda aparmışdır. 1906-cı ildə London Kral Cəmiyyəti tərəfindən Kopli medalına layiq görüldükdən sonra immun sistemi üzərindəki işlərinə görə 1908-ci ildə Fiziologiya və tibb üzrə Nobel mükfatını Erlixlə bölüşmüşdür.
İlya Novikov
İlya Novikov (rus. Илья Новиков) — rusiyalı hüquqşünas, "Nə? Harada? Nə zaman?" televiziya klubunun oyunçusu. İlya Novikov Rusiya Dövlət Ədliyyə Universitetini fərqlənmə ilə bitirib. 2005-ci ildən orada hüquq və hakimlərin ixtisasının artırılması fakültələrində dərs deyir. 2011-ci ilin avqustundan "Qonçarova, Novikov və tərəfdaşları" hüquq bürosunun baş tərəfdaşıdır. 2013-cü ilin yanvarından "Tenzor Consulting Group" konsaltinq şirkətinin tərəfdaşıdır. Hazırda vəkil statusuna malikdir. Novikovun müştəriləri arasında — rusiyalı jurnalistlərin ölümündə və Ukrayna-Rusiya sərhədinin qeyri-qanuni keçilməsində günahkar bilinən ukraynalı hərbçi Nadejda Savçenko və Moldovada, xüsusilə iri məbləğdə dələduzluqda və pulların yuyulmasında ittiham olunan biznesmen və siyasətçi Vyaçeslav Platon da olub.
İlya Oleynikov
İlya Lvoviç Oleynikov (real soyadı - Klaver) — RF-nin xalq artisti, Sovet-Rus aktyoru, rejissor, «Balaca şəhər», və ya «Şəhərcik» (rus. «Городок») verilişinin aparıcısı. İlya Oleynikov (Klavyor) 10 iyul 1947-ci ildə Kişinyov şəhərində anadan olub. Oleynikov “Qorodok” proqramının yaradıcısı və aktyoru kimi məşhurlaşıb. İlya Oleynikov bu proqramı 1993-cü ildə Yuri Stoyanovla birlikdə yaratmışdı. 11 noyabr 2012-ci ildə RF-nin xalq artisti İlya Oleynikov 65 yaşında vəfat edib. Oleynikovun oğlu Denis Klyaver "Exo Moskvı"ya bildirib ki, aktyor ağır xəstəlikdən əziyyət çəkirmiş. Son vaxtlar səhhəti çox pisləşibmiş və ürəyi davam gətirməyib.
İlya Petruşevski
İlya Pavloviç Petruşevski (rus. Илья́ Па́влович Петруше́вский; (10 (22) iyun 1898, Kiyev – 1977[…], Leninqrad) ― Sovet şərqşünası, SSRİ-nin Əməkdar Elm Xadimi. Tarix Elmləri doktoru və professor. 1926-cı ildə Xarkov və Bakı Universitetlərinin tarix-filologiya fakültəsini bitirmişdir. 1926–1931-ci illərdə Bakıda işləmişdir. 1931-ci ildə P. K. Zhoze və Yu. N. Marr, Tiflisdəki SSRİ Elmlər Akademiyası Qafqaz Tədqiqatları İnstitutunda ərəb və fars dillərini öyrənmişdir. 1933–1936-cı illərdə Tiflis Universitetində dərs demişdir. Tarix elmləri namizədi (1935, müdafiəsiz). 1936–1941-ci illərdə SSRİ Elmlər Akademiyası Tarix İnstitutunun Leninqrad filialında işləmiş, regional pedaqoji institutda dərs demişdir.
İlya Qabay
İlya Yankeleviç Qabay (rus. Илья́ Янкеле́вич Габа́й; azərb. İlya Yankeleviç Qabay‎) - Sovet Sosialist Respublikaları İttifaqıda insan hüquqları fəalı kimi fəaliyyət göstərmiş məşhur dissident. Eyni zamanda yazıçı, şair və ədəbiyyat müəllimi kimi müxtəlif fəaliyyətləri də mövcuddur. 1935-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində, yəhudi ailəsində anadan olmuşdur. Yazıçı kimi bütün əsərləri Samizdat nəşrlərində çıxmışdır. Samizdat əsərləri 60-70-ci illərdən etibarən SSRİ-də kütləvi və gizli formada yayılmağa başlamış və əsasən dissident yazıçılar tərəfindən yazılan bədii və fəlsəfi əsərlərə deyilirdi. Qabay göstərmiş olduğu fəaliyyələt səbəbindən hər zaman üzərində təziq hiss etmiş və bir necə dəfə həbs olunmuşdur. 1973-cü ilin 20 oktyabr tarixində SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən göstərilən təziqlərdən sonra özünü Moskva şəhərində yerləşən evinin eyvanından ataraq intihar etmişdir. Vəsiyyətinə uyğun olaraq cənazəsi Bakı şəhərində yerləşən və Bakı rus məzarlığı kimi tanınan ərazidə dəfn edilmişdir.
İlya Qrişunin
İlya Qrişunin (d. 17 fevral 1989) — Azərbaycanı təmsil edən Rusiya əsilli batut gimnastı. İlya Qrişunin 2015-ci ildə I Avropa Oyunlarında bürünc medal qazanıb. İlya Qrişunin 2015-ci ildə həmdə "Tərəqqi" medalına layiq görülüb. İlya Qrişunin 1989-cu il 17 fevralda Rusiyanın Tolyatti şəhərində anadan olub. 1997-ci ildən idmanla məşğul olan İlya Qrişunin ali təhsilini Kuban Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetində alıb. İlya Qrişunin 2015-ci ildə Azərbaycanı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında təmsil etdi. Sinxron hərəkətlərdə İlya Qrişunin və Oleq Piunov 54.400 xal ilə təsnifat mərhələsində 10 idmançı arasında 9-cu yeri tutdu. Fərdi hərəkətlərdə isə İlya Qrişunin 58.765 xal ilə finalda 6 idmançı arasında 3-cü yeri tutdu və I Avropa Oyunlarının bürünc medalını qazandı.. İlya Qrişunin 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
İlya Qurin
9 iyul, 1922-ci ildə Ukraynanın Xarkov şəhərində dünyaya göz açmışdır. Rusiyanın əməkdar incəsənət xadimidir(1974). ÜDKİ-nin "Rejissorluq" fakültəsini bitirmişdir.(1952). Mixail Rommun yaradıcılıq emalatxanasında təhsil almışdır. Böyük Vətən Müharibəsini iştirakçısı olan Qurin 1952-ci ildən Maksim Qorki Adın Kinostudiyada fəaliyyətə başlamışdır. Azərbaycan kinosunda da fəaliyyət göstərmişdir. 8 sentyabr 1994-cü ildə Moskvada vəfat etmişdir. Bir məhəllədən iki nəfər (film, 1957) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
İlya Repin
İlya Repin (rus. Илья́ Ефи́мович Ре́пин, ukr. Ілля Юхимович Рєпін; 24 iyul (5 avqust) 1844[…] – 29 sentyabr 1930[…], Repino[d], Finlandiya) — Ukraynada doğulmuş kazak mənşəli XIX əsr rəssamı. Müxtəlif mənbələrdə həm Ukrayna rəssamı və Rusiya rəssamı kimi təqdim edilir. Peredvijniki Rəssamlar Dərnəyinin üzvü olan Repin əsərlərinin önəmli bir hissəsini anadan olduğu Ukrayna ərazisinə həsr etmişdi. Realist əsərlərinin çoxunda böyük bir psixoloji dərinlik var və bu mövcud sosial quruluşa olan gərginliyi əks etdirir. 1920-ci illərin sonunda haqqında ətraflı yazılar dərc olunmuşdu və təqribən 10 il sonra Repinin əsərlərinə qarşı vurğunluq formalaşmışdı. SSRİ-də Sosialist realizminə mənsub olan incəsənət xadimləri tərəfindən örnək alınması gərəkli olan bir model kimi qəbul olunmuş, fəaliyyəti təqdir olunmuşdur. İlya Repin 5 avqust 1844-cü ildə indiki Ukrayna ərazisində yerləşən Çuquyev şəhərində rus ailənin övladı olaraq anadan olmuşdur. Atası hərbçi, anası isə müəllimə idi.
İlya Reznik
İlya Raxmieleviç (Leopoldoviç) Reznik (rus. Илья́ Рахми́элевич (Леопольдович) Ре́зник; 4 aprel 1938, Leninqrad) — Rusiya nəğməkar şairi, iş adamı, Rusiya Federasiyasının xalq artisti (2003), Rusiya Bədaye Akademiyasının fəxri üzvü, Ukraynanın xalq artisti (2013).
İlya Safonov
İlya Moiseyeviç Safonov (d. 1909 və ya 1913, Rusiya – ö. 17 mart, 1967) — Sovet İttifaqı Qəhrəmanı (3 iyun 1944). İlya Safonov 1913-cü ildə Rusiyanın Krasnodar diyarı Kurqan rayonunun Novomixaylovskaya stansiyasında anadan olub. Milliyətcə rusdur. 15 yaşında olarkən Bakıya gəlmişdir. 1943-cü ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kapitan, 320-ci atıcı diviziyanın 478-ci minomyot alayının komandiri İlya Safonov Dnepr çayının alınmasında fərqlənmişdir. 3 iyun 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin, A. Nevski ordenləri və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.
İlya Selvinski
İlya Lvoviç Selvinski (1920-ci illərdə Elliy-Karl və İlya-Karl Selvinski təxəllüsünü istifadə etmişdir, müharibə dövrünün sənədlərində – İlya-Karl Lvoviç; 1899–1968)– 12 (24) oktyabr 1899 və ya 24 oktyabr 1899, Simferopol – 22 mart 1968[…], Moskva)— krımçak mənşəli rus-sovet şairi. Həmçinin dramaturq və nasir kimi fəaliyyət göstərib. Konstruktivistlər ədəbi mərkəzinin təsisçisi və rəhbəri. İlya Selvinski (anadan olanda Selevinski)1899-cu il 12(24) oktyabrda Simferopolda türk soylu krımçak ailəsində dünyaya göz açmışdır. Babası Elya(Elioqu) Şelevinski Fanaqoriya alayının kantonisti olub. Atası Leyba Elşaeloviç Selevinski (gündəlik həyatda Lev İliç və Lev Solomonoviç; ?–1923, Moskva), 1877-ci ildə Rus-türk müharibəsində iştirak etmiş, sonralar dəri və xəz ticarəti ilə məşğul olmuşdur. Anası – Nadejda(Nexa) Lvovna Selvinskaya (1856–1938), külü Yeni Donski qəbiristanlığında dəfn edilmişdir. İlya Lvoviçin avtobioqrafiyasında(1967) da qeyd olunduğu kimi onun atası "xəzçi idi, sonra isə kürkçüyə çevrildi". 1905-ci ildə süqut edən dalğalardan qaçan ana, kiçik oğlu və qızları ilə birgə İstanbula getməli olur. Burada 1905–1906-cı illərdə İlya fransız katolik missiyasında, sonra Edikulda bir ərəb məktəbində oxuyur, bir neçə ay sonra isə Simferopola qayıdırlar.
İnya (hərf)
𐔿 (səslənməsi: /nʲ/; transkripsiyası: N', n') — Alban əlifbasının 16-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ի՛նա (Ína) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı qismən doğrudur və hərfin orijinal adı alb. 𐔼𐔿𐔰𐔼𐕆𐔴𐕚𐕒𐕡𐕎 (in'aihesun) 'barışmaq' sözünün kökündəki "İn'a" olmalıdır. Fonetik olaraq dil-diş samiti olan 𐕎 hərfinin damaqlaşdırılmış formasıdır. Bu hərf əsasən alban dilinə alınma sözlərdə istifadə edilir. Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi erməni əlifbasındakı Ի və Խ hərfləri ilə izah etməyə çalışmış və "xe" səsini ifadə etdiyini irəli sürmüşdür. Sergey Muravyev isə onun İrb hərfinin udlaqlaşmış versiyası olduğunu düşünürdü. Rəqəm dəyəri 60-dır.
İnya gölü
İnya gölü (birm. အင်းယားကန် [ʔíɴjá kàɴ]; keçmiş adı Viktoriya gölü) — Myanmanın Yanqon vilayətinin ən böyük gölü. Göl Myanmada məşhur əyləncə və romantika yeri kimi tanınır. Göl Yanqon şəhərinin işgüzar hissəsindən 10 km şimalda yerləşir. İnya gölü şimaldan Parami yolu, qərbdən Pyay yolu ilə, cənub-qərbdən İnya yolu ilə, cənubdan Alleya Universiteti ilə, şərqdən Kaba Aye Paqoda yolu ilə hüdudlanır. İnya gölü 1882-1883-cü illərdə Britaniya Burması tərəfindən Yanqon şəhərinin su ehtiyacını qarşılamaq üçün yaradılmış su anbarından törəmişdir. Göl musson mövsümündə yaranmış kiçik təpələrin birləşməsindən formalaşmışdır. Borular və kabellər İnya gölünü Yanqonun işgüzar hissəsinin yaxınlığında yerləşən Kandavqyi gölü ilə əlaqələndirir. 1960-cı ildə Ranqun Universiteti tərəfindən gölün yaxınlığında İkinci Uzaq Şərq Regional Skaut Konfransı keçirilmişdir, Birinci Uzaq Şərq Peşəkar Skautlar Məşq Konfransı isə gölün yaxınlığındakı İnyale düşərgəsində baş tutmuşdur. 16 mart 1988-ci ildə 8888 üsyanı hadisələri zamanı iki tələbənin öldürülməsinə etiraz əlaməti olaraq tələbələr gölün yaxınlığındakı Prome yolunda (indiki Pyay yolu) yürüyüş keçirmişlər.
İlya Averbax
İlya Aleksandroviç Averbax (rus. Илья́ Алекса́ндрович Аверба́х; 28 iyul 1934, Leninqrad – 11 yanvar 1986, Leninqrad və ya Moskva) — SSRİ kinorejissoru, ssenarist, RSFSR-in əməkdar artisti (1976). İlya Aleksandroviç Averbax 28 iyul 1934-cü ildə Leninqradda anadan olmuşdur. Atası, kommersiya namizədi Aleksandr Leonoviç Averbax, gəncliyində Böyük Dram Teatrının truppasında aktyor olmuş, sonra Leninqrad Texnoloji İnstitutunun iqtisadiyyat fakültəsini bitirmiş və mühəndis işləmişdir. Babası Leon (Leyb) İliç Averbax Rıbinsk yəhudi icmasının başçısı idi. Ulu babası İlya Osipoviç Averbax (1836-1909), 2-ci gildiya Mariupol tacirinin oğlu idi. O, daha sonra birinci gildiyadan Rıbinsk taciri və Şeksna gəmiçiliyinin rəhbəri kimi çalışmışdır. İlya Averbax 1958-ci ildə Leninqrad Tibb İnstitutunu, 1967-ci ildə "Lenfilm" kinostudiyasında rejissorluq kursları keçdikdən sonra həmin kinostudiyada elmi-populyar və bədii filmlərin ssenari müəllifi olmuşdur. İlya Averbax — IMDb səhifəsi Феномен Авербаха, воспоминания Михаила Петрова, «Звезда» 2006, № 1 «Обратная точка» Документальный фильм об Илье Авербахе, стенограмма и кадры из фильма. Надгробный камень Авербаха А. Л. и Куракиной К. В. — родителей кинорежиссёра Ильи Авербаха Ирина Васильевна Павлова.
İlya Frank
İlya Mixayloviç Frank (10 (23) oktyabr 1908, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 22 iyun 1990[…], Moskva) — sovet fiziki. SSRİ Elmlər Akademiyasının akademiki (1968), Nobel mükafatı laureatı (1958), İki Stalin mükafatı (1946, 1953) və SSRİ Dövlət mükafatı (1971) laureatı. 1908-ci il 23 oktyabrda Sankt-Peterburqda riyaziyyatçı (sonralar professor) Mixail Lüdviqoviç Frank və Nijni Novqoroddan Sankt-Peterbura köçmüş tibb bacısı (sonralar pediatriya həkimi olan) Yelizaveta Mixaylovna Frankın (qızlıq soyadı Qratsianova) ailəsində anadan olub. İlya Frankın atası Moskva şəhərinin məşhur yəhudi ailəsindən idi — onun babası Moisey Mironoviç Rossiyanski 19-cu əsrin 60-cı illərində Moskvada yəhudi icmasının qurucularından biri olmuşdu. İlya Mixayloviçin babası Lüdviq Semyonoviç Frank (1844–1882)- Moskva Universitetinin 1872-ci il məzunu, 1863-cü il Polşa üsyanı zamanı Vilna quberniyasından Moskvaya köçmüşdür. Hərbi həkim kimi 1877–1878-ci illər Rusiya-Türkiyə müharibəsində iştirak etmiş və Müqəddəs Stanislav və Zadəganlar ordeni ilə təltif edilmişdir. Atanın qardaşı (İlya Mixayloviç Frankın əmisi) — rus dini filosofu Semyon Lüdviqoviç Frank; digər qardaşı rəssam, heykəltaraş, səhnə tərtibatçısı və kitab illüstratoru Leon (Lev Vasilyeviç) Zak (təxəllüsü Leon Rossiyanski, 1892–1980), 1910-cu illərdə eqo-futurist hərəkatının ideoloqlarından biri (poetik təxəllüsü Xrisanf ilə) idi. Ana tərəfdən babası Mixail Yakovleviç Qratsianov məmur idi. Nənəsi, Olqa Petrovna, mənəvi bir ailədən gəlmişdi. Onun atası keşiş Petr Makaroviç Krasovski "Adi insanlar üçün təlimlər" kitabının müəllifidir.
İlya Peçorski
İlya Borisoviç Peçorski (rus. Илья Борисович Печерский; 1900, Bakı – 2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı, dövlət xadimi, Azərbaycan SSR xalq təchizat komissarı. Siyasi repressiyaya məruz qalmışdır. İlya Borisoviç Peçorski 1900-cü ilə Bakıda anadan olmuşdur. 1917-ci ildən Bakının neft mədənlərində işləmiş və fəhlələrin "İqla" həmkarlar ittifaqında çalışmışdır. 1918-ci ildə Qızıl Orduda xidmət etmiş, elə həmin ilin dekabr ayında Rusiya Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə qəbul edilmişdir. İnqilabi fəaliyyətinə görə 1919-cu ildə həbs edilmişdir. İlya Peçorski Bakıda gizli kommunist özəyinin təşkilatçılarından biri olmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra o, Azərbaycan İnqilab Komitəsinin və Bayıl-Bibiheybət rayon partiya komitəsinin katibi, Fabrik-Zavod rayon partiya komitəsinin təbliğat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1928–1937-ci illərdə SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi rəisinin müavini, Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini, Azərbaycan SSR xalq təchizat komissarı, ZSFSR və Azərbaycan xalq təsərrüfatı uçot idarələrinin rəisi olmuşdur.
İlya Priqojin
İlya Priqojin (12 (25) yanvar 1917 və ya 25 yanvar 1917, Moskva – 28 may 2003[…], Brüssel[d]) — rus əsilli Belçikalı fizik və fiziki kimyaçı. 1977-ci ildə qeyri-taraz termodinamika sahəsində "Dönməz proseslərin termodinamikasına verdiyi töhfələrə, xüsusən də dissipativ strukturlar nəzəriyyəsinə görə" kimya üzrə Nobel mükafatı laureatı, Belçikalı Vikont. Onun şərəfinə bir asteroid (11964) Prigogine adlandırılıb. 1917-ci ildə (12)25 yanvar tarixində Moskvada varlı yəhudi ailəsinin ikinci oğlu kimi anadan olub. Atası saatsaz və zərgərlik ustası olan Abram Vulfoviç Priqojinin (1859–1911) oğlu istehsalçı Ruvim Abramoviç Priqojin İmperator Moskva Texniki Məktəbinin kimya fakültəsinin məzunudur. Reuben Abramoviç Priqojin Moskvaya köçməzdən əvvəl Mogilev real məktəbini bitirib. 1913-cü ildə Krestovskaya Zastava yaxınlığında boya və lak istehsalı təşkil etdi. Anası Yuliya Leyvikovna Vixman – pianoçu, Moskva Konservatoriyasının tələbəsi olub .Onun qardaşı Alexander Priqojin (Fransız Alexandre Prigogine, 1913–1991), Belçika Konqosu quşları üzərində uzun illər aparılan tədqiqatların nəticələri ilə tanınan bir ornitoloqdur. 1921-ci ildə ailə Sovet Rusiyasından əvvəlcə Litvaya (Kaunas) mühacirət etdi və bir il sonra atalarının qardaşının ailəsinin yaşadığı Berlində məskunlaşdı. Lakin 1929-cu ildə Almaniyada antisemit əhval-ruhiyyənin artması ilə Priqojinlər Belçikada məskunlaşmağa qərar verdilər və burada İlya Priqojin 1941-ci ildə Brüssel Azad Universitetini fiziki kimya ixtisası üzrə bitirdi.