Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Makedoniyalı İskəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipin ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir. Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib.
Novruzlu İskəndər
İsgəndər Novruzlu (1917, Novruzlu, Şuşa qəzası – 1958, Şuşa həbsxanası, DQMV) – məşhur el şairi, xanəndə, bəstəkar, tar ifaçısı İskəndər Novruzlunun ulu babası Hacı bəy XIX yüzilliyin birinci yarısında Kəbirli mahalının Novruzlu kəndində yaşamışdır. Müqəddəs Kərbəla ziyarətində olmuş Hacı bəyin Qasım bəy və Cəfərqulu bəy adlı oğlanları vardı. Qasım bəy 1825-ci ildə anadan olmuşdu. Onun törəmələri çar Rusiyası dönəmində Qasımbəyov, Sovet dövründə isə Qasımov soyadını daşımışlar. Kərbəlayi Qasım bəyin də Hacı bəy, Misirxan bəy adlı iki oğlu vardı. Qasım bəyin oğlu Hacı bəy də 1853-cü ildə Novruzlu kəndində anadan olmuşdur. Hacı bəy babasının adını daşıyırdı. Hacı bəyin İngilis və Məhəmməd bəy adlı oğlanları vardı. İngilis sonralar adını dəyişir və İsgəndər Novruzlu kimi məşhurlaşır. İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur.
İskəndər Mirzə
Seyid İskəndər Əli Mirzə Sahibzadə (13 noyabr 1899, Mürşüdabad[d], Qərbi Benqaliya – 13 noyabr 1969, London) — 1956-cı ildən 1958-ci ilədək Pakistanın ilk prezidenti. 15 noyabr 1899-cu ildə Bombeydə İran əsilli şiə bir ailənin uşağı olaraq dünyaya gəldi. "Bombey Elphinstone" və "Sandhurst Royal Military" kolejlərində hərbi təhsil aldı və İngilis ordusunun ilk Hindli zabiti oldu (1920). Avqust 1926-cı ildə "Political Servicee" təyin edildi; 1945-ci ilə qədər Şimali-qərbi Sərhəd əyalətində, 1945–1946-cı ildə Orissa ştatında və 1946–1947-ci illərdə yıllarında Müdafiə Nazirliyində yüksək idarəçilikdə təmsil olundu. Əsgəri və bürokratik vəzifələri sırasında bölgədəki tayfaları tanıdı, onlara qarşı necə bir siyasət izlənəcəyini öyrəndi. Pakistan dövlətinin qurulmasından sonra Müdafiə Nazirliyinə gətirildi. Müdafiə naziri olduğu illərdə (1947–1954) ordunun nizam-intizamı və Kəşmir məsələsiylə digər bəzi işlərdə təsirli fəaliyətlərdə oldu; özəlliklə Pakistanı Türkiyə, İran, İraq və İngiltərənin qurduğu bir ortaq müdafiə və bölgəsəl iş birliyi təşkilatına daşıdı. 1954-cü ildə Şərqi Pakistan hərbi valiliyinə, 1955-ci ildə Daxili işləri nazirliyinə və arxasından Pakistan ümumi valiliyinə, 1956-cı ildə də yeni konstitusiyanın qəbulüyle prezidentliyə gətirildi; qısa müddətdə ölkənin ən güclü adamı halına gəldi. Prezidentliyi sırasında siyasətçilərə qarşı nüfuzlu bir şəxsiyyət tövrü sərgilədi. Amerikadakı kimi çox geniş vəzifələrə sahib bir prezidentlik sistemi arzulayırdı və xalqın parlamentar idarəyə hələ hazır olmadığı qənaətindəydi.
İskəndər Münşi
İsgəndər bəy Münşi Türkman — Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi, şair və xəttat. Tanınmış Səfəvi tarixçisi, məşhur "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanın bəzəyi olan Abbasın tarixi") əsərinin müəllifi İsgəndər bəy Münşit 1560/1561-ci ildə türkman tayfasının tanınmış ailələrindən birində doğulmuşdur. Erkən yaşlarında, hələ ilkin təhsilini də bitirməmiş İsgəndər o zaman "siyaq" adlanan mühasib sənətini öyrənmək işinə girişir və sonradan buna da peşman olur. Dövrünün iqtisadi biliklərinin əsaslarını mənimsəyən İsgəndər Münşi bir çox dövlət xadimləri ilə bir sırada çalışır, hətta hərbi yürüşlərdə də iştirak edir. Sonradan, professor Əbülhəsən Rəhmaninin də yazdığına görə, o, "yorucu mühasiblik sənətindən üz döndərir və dövrünün oxumuş adamlarının təsiri altında cidd -cəhdlə katiblik sənətini öyrənməyə girişir. Az sonra epistolyar ustalığın bütün incəliklərinə yiyələnir ki, Şah Abbasın dəftərxanasında xidməti işə girə bilsin. "1592–1593-cü ildə İsgəndər Münşi I Şah Abbasın sarayında "böyük katib" (münşi) vəzifəsinə götürülür və paytaxt İsfahana köçürülərkən şahla birlikdə oraya gedir. Burada ev-eşik sahibi olan İsgəndər bəy ailəsi ilə bütün ömrünü İsfahana bağlayır. Münşinin doğulduğu ailəsi barədə məlumatlar çox azdır. Özünün "Tarix"ində İsgəndər bəy yaxın qohumlarından biri Gilan vəziri olmuş qardaşı oğlu Məhəmməd Saleh barədə o dövrün ən savadlı adamlarından biri kimi bəhs edir.
İskəndər Novruzlu
İsgəndər Novruzlu (1917, Novruzlu, Şuşa qəzası – 1958, Şuşa həbsxanası, DQMV) – məşhur el şairi, xanəndə, bəstəkar, tar ifaçısı İskəndər Novruzlunun ulu babası Hacı bəy XIX yüzilliyin birinci yarısında Kəbirli mahalının Novruzlu kəndində yaşamışdır. Müqəddəs Kərbəla ziyarətində olmuş Hacı bəyin Qasım bəy və Cəfərqulu bəy adlı oğlanları vardı. Qasım bəy 1825-ci ildə anadan olmuşdu. Onun törəmələri çar Rusiyası dönəmində Qasımbəyov, Sovet dövründə isə Qasımov soyadını daşımışlar. Kərbəlayi Qasım bəyin də Hacı bəy, Misirxan bəy adlı iki oğlu vardı. Qasım bəyin oğlu Hacı bəy də 1853-cü ildə Novruzlu kəndində anadan olmuşdur. Hacı bəy babasının adını daşıyırdı. Hacı bəyin İngilis və Məhəmməd bəy adlı oğlanları vardı. İngilis sonralar adını dəyişir və İsgəndər Novruzlu kimi məşhurlaşır. İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur.
İskəndər Həmidov
İsgəndər Məcid oğlu Həmidov (10 aprel 1948, Bağlıpəyə, Kəlbəcər rayonu – 26 fevral 2020, Bakı) — Azərbaycan siyasətçisi, polisi, milliyətçisi, keçmiş daxili işlər naziri (1992–1993), Milli Məclisin deputatı (1990–1995). Atası NKVD zabiti olan Həmidov sonradan Bakıya köçmüş, burada OBXSS rəisi vəzifəsində çalışmışdır. "Çaykənd" əməliyyatında iştirak edən Həmidovun nüfuzu "20 Yanvar" faciəsində yaralılara kömək etməsindən sonra artmış, Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən birinə çevrilmişdir. O, 15 may 1992-ci ildə prezident Ayaz Mütəllibovun devrilməsində əhəmiyyətli rol oynamış, ardınca daxili işlər naziri təyin edilmişdir. Vəzifədə olduğu dövrdə Bakıda çoxlu əməliyyatlar keçirmiş, cinayətkar dəstələrlə mübarizə aparmışdır. Həmçinin, onun komandanlıq etdiyi dəstələr "Goranboy" əməliyyatında da iştirak etmiş, Naxçıvanda hakimiyyətdə Heydər Əliyevin devrilməsi üçün muxtar respublikaya hərbi desant göndərmişdir. Vəzifəyə gəldikdən sonra Həmidovun fəaliyyəti çərçivəsində insan haqları pozuntuları müşahidə olunmuşdur. O, bir neçə jurnalisti yazılarını bəyənmədiyinə görə döymüş, canlı efirə daxil olaraq AzTV-dəki verilişin qonaqlarını təhqir etmişdir. General-leytenant rütbəsinə qədər qalxan Həmidov Kəlbəcərin işğalından sonra istefaya getmişdir. İsgəndər Həmidov milliyətçi, antikommunist və Türkiyəmeylli idi.
Maryana İskəndər
Maryana İskəndər (/ˌmæriˈænə ɪˈskændər/, MARR-ee-AN-ə isk-AN-dər, ərəb. ماريانا إسكندر‎; 1 sentyabr 1975, Qahirə) — Misir əsilli amerikalı sosial sahibkar və hüquqşünas. 2022-ci ildə o, Vikimedia Fondunun baş icraçı direktoru (CEO) vəzifəsində Ketrin Maheri əvəz edib. Bu vəzifədən əvvəl İskəndər Harambee Youth Employment Accelerator şirkətinin baş direktoru və Nyu-Yorkda Amerika Planlaşdırılmış Valideynlik Federasiyasının keçmiş baş əməliyyat direktoru olub. == Həyatı == Maryana İskəndər Misirin Qahirə şəhərində anadan olub. 4 yaşında ailəsi ilə birlikdə ABŞ-yə mühacirət edib, Texas ştatının Round Rock şəhərində məskunlaşıb. Harri S. Truman təqaüdü ilə Rays Universitetinə daxil olub və 1997-ci ildə sosiologiya üzrə bakalavr dərəcəsində fəqlənmə ilə məzun olub. 1999-cu ildə İskəndər, Rodos təqaüdü ilə Oksford Universitetinin Triniti Kollecində magistr dərəcəsi alıb və burada Rodos Qadınlar Assosiasiyasını qurub. Daha sonra Yel Hüquq Məktəbinə daxil olub və 2003-cü ildə Yuris Doktoru dərəcəsi ilə bitirib. == Karyerası == Oksfordu bitirdikdən sonra İskəndər karyerasına McKinsey & Company-də başlayıb.
İbrahim İskəndər
Sultan İbrahim ibni Əlmərhum Sultan İskəndər (22 noyabr 1958, Cohor Baru, Malay Federasiyası) — Malayziyanın on yeddinci və indiki kralı. == Həyatı == Tunku İbrahim 22 noyabr 1958-ci ildə ulu babası Cohor Sultanı İbrahimin hakimiyyəti dövründə Cohor Bahrudakı Sultan Amin Xəstəxanasında anadan olmuşdur. O, Sultan İskəndərin birinci arvadı, Torquaydan olan ingilis (korniyalı) qadın Cozefina Rubi Trevorrounun üçüncü övladı və böyük oğludur. Peşə sahibi olan Trevorrou İskəndərlə evləndikdən sonra müvəqqəti olaraq Kəlsom binti Abdullah adını götürmüşdür. İbrahimin ulu babası 8 may 1959-cu ildə Londonda vəfat etdi. Beləliklə, İbrahimin babası İsmayıl Cohorun sultanı oldu. İbrahim atasından sonra taxtda ikinci oldu. Atası onu orta təhsilini 1968-1970-ci illərdə oxuduğu Sidneydəki Trinity gimnaziyasına bitirməyə göndərmişdir. Orta məktəbi bitirdikdən sonra ilkin hərbi hazırlıq keçmək üçün Kota Tinqqidəki Ordu Tədris Mərkəzinə (PULADA) göndərilmişdir. O, həmçinin ABŞ-da, Corciya ştatındakı Fort Benninqdə, daha sonra isə Şimali Karolina ştatının Fort Braqq şəhərində hərbi təlim keçmişdir.
İskəndər
İskəndər (roman)
Tozqoparan İskəndər
Tozqoparan İskəndər (Osmanlı Türkcəsi:توزقوپاران ايسكندر) — Osmanlı oxçusu. Türk oxçuluq tarixinin ən böyük kəmankeşlərindən biridir. Tozqoparan İskəndərin həyatı haqqında məlumatlar çox azdır. Rəvayətə görə, İskəndər Bəy "Tozqoparan" ləqəbini belə almışdır: Bir zaman Pəhləvan İskəndər (Tozqoparan İskəndəri belə də adlandırırdılar) oxçuluq məşqi edərkən yayın toz deyə adlanan hissəsini qoparmışdı. Bunu görən İldırımlı Baba: "Bu pəhləvan toz qoparandır!" dedi. O zamandan Pəhləvan İskəndəri "Tozqoparan" adlandırmağa başladılar.Yavuz Sultan Səlimin İran və Misir səfərlərindənə qatılmışdır. Osmanlı Dövlətinin ayrı-ayrı yerlərində 10 ayrı rekord qırmış,daha sonra bu rekordlar təkrar oluna bilməmişdir. Tozqoparan İskəndər ən uzun rekordunu Akruri Mənzilində 846 (və ya 848) metr uzunluğunda atmışdır. Bu məsafə bir dünya rekordudur. TRT 1-də yayımlanan Tozqoparan adlı serialda adı tez-tez çəkilmişdir.
İskəndər (Təbriz)
Ağacoğlu (fars. اسكندر‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.377 nəfər yaşayır (336 ailə).
İskəndər (roman)
İskəndər (türk. İskender) — türk yazıçısı Elif Şafakın romanıdır. 2011-ci ilin iyul ayında "Doğan kitap" nəşriyyatında işıq üzü görüb. Orijinal versiyası ingiliscə olan romanı türk dilinə Omca Korugan tərcümə edib. Elif yaradıcılığına xas olan sufilik əlamətləri bu romanda da özünü göstərir. Romanda hadisələr əsərin adını aldığı anti-qəhrəman İskəndər ətrafında cərəyan edir. Süjet olaraq əsər Londona köçmüş türk-kürd əsilli bir ailənin timsalında köçkün həyatı yaşayan insanların hekayəsindən bəhs edir. Kitab bazarına çıxdığı vaxtdan üz qabığı ilə bağlı müxtəlif rəylər söylənilən romanın hətta plagiat olması da iddia edilir. Yazıçı romanı yazmağa İstanbulda olarkən başlamış və Londonda davam etmişdi. Əsər bir il yarıma ərsəyə gəlib.
İskəndər Bəy
İskəndər bəy, Skanderbeq və ya Georgi Kastrioti (alb. Gjergj Kastrioti Skënderbeu, türk. İskender bey; 6 may 1405 – 17 yanvar 1468[…]) — Kastrioti knyazlığının hakimi (1443-1468), albanların Osmanlı dövləti əleyhinə üsyanının rəhbəri, Albaniyanın xalq mahnılarında xatırlanan milli qəhrəman. Georgi alban knyazı Qyonun balaca oğlu idi. Qyon, Venesiya sənədlərində "qüdrətli alban senyoru, Venesiya və Raquzanın fəxri vətəndaşı" kimi xatırlanır. Uşaq yaşlarında, sultan II Muradın dövründə Georgi osmanlılara girov verilmişdi. Burada o İslamı qəbul etmiş, zabit kimi Osmanlının düşmənlərinə qarşı döyüşlərdə məşhuluq qazanmış və göstərdiyi şücaətə və qəhrəmanlığa görə türklər tərəfindən İsgəndər ləqəbini qazanmışdı (Makedoniyalı İsgəndərə bənzətmə). Vətənə qayıdışından sonra İsgəndər bəy (alban tələffüzündə Skanderbeq) Osmanlıya qarşı mübarizə aparmışdı.
İskəndər Dövlətli
İskəndər Kabab
Türk mətbəxinin ləziz təamlarından olan məşhur Dönər Kababının tarixçəsi 1867-ci ildən başlayır. Türkiyənin Bursa şəhərində yaşayan İskəndər kişi quzu ətini özünün düzəltdiyi ocaqda, dik çubuğa qat-qat düzərək hazırlayırdı. Zaman ötdükcə İskəndər kişinin pide, qatıq və kərə yağı ilə birləşdirdiyi bu dad “İskəndərin Dönər Kababı” adı altında ilk olaraq Bursaya sonra Türkiyəyə və dünyaya yayılır. Döner Kababı dünyanın müxtəlif yerlərində dəyişkliklərə məruz qalıb, müxtəlif formada təqdim olunur. Amma İskəndər Kababı əsl, təbii dadını bu gün də Bursa şəhərində nəsildən-nəsilə ötürərək, qoruyub saxlamağı bacarıb.
İskəndər Pala
İskəndər Pala (8 iyun 1958, Uşak) — türk professor, divan ədəbiyyatı tədqiqatçısı və yazıçı.
İskəndər Paşa
İskəndər Paşa (ö. 3 avqust 1571) — Sultan Süleyman Qanuni və II Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Əndəruna alınaraq təlim-tərbiyə edilmiş, ardından bostançıbaşı və qapıçıbaşı olaraq xidmət göstərmişdir. 1555-ci ildə yeniçəri ağası oldu, ardından vəzir rütbəsilə divana daxil oldu. 1556-cı ilin fevralında Misir bəylərbəyliyinə gətirildi və 1559-cu ilin aprelinədək bu vəzifədə qaldı. Ardından Budin, 1564-cü ildə isə Anadolu bəylərbəyi oldu. Sultan Süleyman Qanuninin son səfəri olan Ziqetvar səfəri əsnasında İstanbulda taxt naibi olaraq xidmət etdi. Sultanın səfər əsnasında ölümünün ardından oğlu Sultan Səlim paytaxta gələnədək bu ölümü gizli saxladı. Bunun mükafatı olaraq yenidən divan vəzirliyinə gətirildi.
İskəndər Rzazadə
İsgəndər Rzazadə (18 noyabr 1897–5 oktyabr 1937) — Cümhuriyyət tələbəsi, mühəndis-elektrik. İsgəndər Mirzə Cabbar xan oğlu 18 noyabr 1897-ci ildə Tehran şəhərində anadan olmuşdu. 1915-ci ildə Bakı real məktəbini qızıl medalla başa vurmuşdu. Sankt-Peterburq Politexnik institutuunun elektromexanika fakültəsinə qəbul olmuşdu. 1917-ci ildə vətəndaş müharibəsi olduğundan İsgəndər 3-cü kursu yarımçıq qoyub Bakıya dönmüşdü. 1919-cu ildən 1920-ci ilədək Azərbaycan Dəmiryolunun Bakı-Biləcəri stansiyaları və şəbəkələrinin müdiri işləmişdi. 1920-ci ildə hökumətin qərarı ilə Fransaya göndərdi. Sarbonna Universitetində oxudu. Burda fransız dilini öyrəndi. 1922-ci ildə Almaniyanın Darmştad şəhərindəki Ali Texniki Məktəbə dəyişildi.
İskəndər Vəliyev
İsgəndər Mahmud oğlu Vəliyev (1897, Bakı – 1974) — Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. İsgəndər Vəliyev 1897-ci ildə Bakı şəhərində dəmirçi-işçi ailəsində anadan olmuşdur. O, əvvəlcə şəhər məktəbində, sonra isə Bakı orta inşaat-texniki məktəbində təhsil almış və 1916-cı ildə oradan məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Bakı Şəhər İdarəsində çalışmışdır. Daha sonra Culfa-Bakı dəmir yolu tikintisində Ələt stansiyasında tikinti texniki olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün İtaliyanın Peruça Universitetinə göndərilmişdir. Aprel işğalından sonra ona Azərbaycan SSR Xalq Maarifi Komissarlığı tərəfindən maliyyə yardımı almışdır. 1923-cü ildə Azərbaycana dönən İsgəndər Vəliyev Gəncə Kənd Təsərrüfatı Texnikumuna müəllim təyin olunur. 1925-ci ildə isə yeni yaradılan Pambıqçılıq Elmi-Tədqiqat İnstitutunda işləməyə başlamışdır. 1926-ci ildə isə o, Nuxa Kənd Təsərrüfatı Texnikumuna direktor və müəllim təyin olunmuşdur.
İskəndər Çəndirli
İskəndər Şirəli
İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007), 2019-cu ilin May ayından Sənaye Təhlükəsizlik İdarəsinin rəisi, Elmlər doktoru (2014), Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). Azərbaycan Respublikasının Prezidenti yanında ali attestasiya komissiyanın 19.04.2024-cü il tarixli qərarı ilə, İskəndər Yaqub oğlu Şirəliyə, elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsinin Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə Professor elmi adına layiq olmuşdur. İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var. Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir.
İskəndər şəlaləsi
İskəndər şəlaləsi — Şərqi Azərbaycan ostanının Təbriz şəhərinin yaxınlığında yerləşir və hündürlüyü 30 metrdir.
İskəndər Əliyev
İskəndər Əli oglu Əliyev (1906, Şuşa – 30 dekabr 1972, Bakı) – Azərbaycan SSR Xalq Yüngül Sənaye komissarı, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs. 1906-cı ildə Rusiya imperiyasının Yelisavetpol quberniyasının Şuşa şəhərində anadan olmuşdur. Onun valideynləri erkən yaşında dünyalarını dəyişmiş, bu səbəbdən böyük qardaşının himayəsində olmuşdur. Qardaşı Bakının Sabunçu rayonunda neft mədənlərində işləmək üçün Bakıya köçəndə, onunla birlikdə idi. Ancaq Şuşada baş verən erməni-müsəlman davasında onun ailəsi böyük itkilər vermiş və kiçik yaşlı İ. Əliyev itkin düşmüşdür. Bundan sonra o, Qasım-İsmaylov (indiki Goranboy) rayonunun Goranboy kəndində bir əkinçinin təsərrüfatında muzdur olmuşdu. Elə o zaman da muzdurların həmkarlar ittifaqında ictimai işlərə qatılmışdır. 1926-cı ildə Gəncəyə köçmüş, orada dəmir yolu deposunda qara fəhlə, sonra isə çilingər kimi işləməyə başlamışdır. Elə bu zaman da özünü fəal ictimaiyyətçi kimi göstərmiş 1928-ci ildə Gəncə deposunun həmkarlar ittifaqı komitəsinin məsul katibi seçilmişdir. 1929–1930-cu illərdə Gəncə dəmiryolu işçilərinin məhəlli həmkarlar ittifaqının mədəniyyət şöbəsinin müdiri, sonra isə onun sədri olmuşdur.
Şirəli İskəndər
İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007), 2019-cu ilin May ayından Sənaye Təhlükəsizlik İdarəsinin rəisi, Elmlər doktoru (2014), Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). Azərbaycan Respublikasının Prezidenti yanında ali attestasiya komissiyanın 19.04.2024-cü il tarixli qərarı ilə, İskəndər Yaqub oğlu Şirəliyə, elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsinin Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə Professor elmi adına layiq olmuşdur. İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var. Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir.
Böyük İskəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipin ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir. Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib.
Anar İskəndərov
Eldar İskəndərzadə
Eldar Xeyrulla oğlu İskəndərzadə (5 oktyabr 1964, Rvarud, Lerik rayonu) — Azərbaycan şairi, dramaturqu, ssenari müəllifi, kino redaktoru. "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü. == Həyatı == Eldar İskəndərzadə 5 oktyabr 1964-cü ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1981-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə, eyni zamanda sözügedən institutun nəzdində fəaliyyət göstərən İctimai peşə fakültəsinin Jurnalistika şöbəsini bitirib. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Baş redaktor müavini, "Azad Azərbaycan Teleradio Yayım şirkəti"ndə və "CBC Telekanalı"nda "Televiziya Filmləri Studiyası"nın yaradıcısı və baş redaktoru olub. 2016-cı ilin iyun ayından "İctimai Televiziya və Radio Verilişləri Yayım Şirkəti"nin "Carçı-film" Yaradıcılıq Birliyinin direktor müavini, 2019-cu ildən 2023-cü ilə qədər redaktor vəzifələrində çalışıb. 2023-cü ilin oktyabr ayından Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. === Ailəsi === Evlidir, 3 övladı var.
Elman İskəndərov
İskəndərov Elman Xeyrulla oğlu (31 oktyabr 1962, Rvarud, Lerik rayonu) — texnika elmləri doktoru, "İlin Vətənpərvər tədqiqatçı alimi" mükafatının və qızıl medalının laureatı == Həyatı == E. X. İskəndərov 1962-ci ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1970–1980-ci il tarixində Lerik qəsəbə orta məktəbində təhsil alıb. 1980-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna (indiki Memarlıq İnşaat Universiteti) qəbul olunub və 1985-ci ildə həmin institutun İnşaat fakültəsini bitirmişdir. 1987–1991-ci illərdə Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin "Azqaztikintitəmir" trestində çilingər, mühəndis, plan-istehsalat şöbəsinin rəisi vəzifələrində çalışıb. 1990–1997-ci illərdə Azərbaycan Dövlət Yanacaq Komitəsinin "Azqaztikintitəmir" tresti "İxtisaslaşdırılmış Xətti Tikinti-təmir idarəsi"ndə baş mühəndis vəzifəsinidə fəaliyyət göstərib. 1997-ci ildən Tikinti-təmir idarəsi özəlləşdirildikdən sonra əvvəlcə "Ocaq" firmasının, 2008–2015-ci illərdə isə "LTTQ" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub. 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" ETİ-nin doktoranturasına qəbul olunub və 2012-ci ildə həmin institutun elmi şurasında "Çoxfunksiyalı nanotərkibli inhibitorla quyularda kristalhidrat əmələgəlmə və qaz kəmərlərində eroziyanı tənzimləməklə istismar göstəricilərinin yaxşılaşdırılması" mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2014–2021-ci illərdə NQGP və KETİ-də əvəzçiliklə elmi işçi və böyük elmi işçi kimi çalışıb. 2018-ci ildə dosent elmi adını alıb. E. X. İskəndərov 2022-ci ildən ADNSU-nun "Neftin, qazın nəqli və saxlanması" kafedrasının professorudur.
Elvin İskəndərov
Elşad İskəndərov
Elşad İskəndərov (21 may 1972, Bakı) — Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri; Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2012-2014) == Həyatı == 21 may 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri 8 saylı orta məktəbi qızıl medal ilə bitirmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2004-cü illərdə ABŞ-nin Kolumbiya Universitetində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistratura təhsili almışdır. === Ailəsi === Ailəlidir, 3 övladı — Hüseyn və Əli adlı oğlu, Leyla adlı qızı var. == Karyerası == 1993–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Tarix" qəzetinin redaktoru vəzifəsini icra etmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır. 2000–2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışmışdır. 2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi seçilmişdir. 2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışmışdır.
Filon İskəndəriyyəli
İskəndəriyyəlí Filón (lat. Philos Alexandreos), Yəhudi Filon; təq. e.ə. 15, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 50, İsgəndəriyyə, Roma Misiri[d]) — Antik dövrün yəhudi filosofu, Əhdi-Ətiqin ekzegeti (təfsirçisi), orta platonizm məktəbinin təmsilçici. Loqos haqqında özəl təlimi ilə tanınmışdır. Onun ekzegetik metodu Yəhudiliyə az təsir etmişdir. Ancaq ondan Xristian ilahiyyatçıları daha çox yararlanmışdırlar. Ona görə də Filonun Xristian ilahiyyatının inkişafına böyük təsiri olmuşdur. İsanın Tantının Sözü kimi təsəvvürlərinin inkişafında Filon fəlsəfəsinin təsiri vardır.
Hierokles (İskəndəriyyəli)
İskəndəriyyəli Hierokles (yun. Ἱεροκλῆς, m. V-ci yüzilliyin ikinci yarısı) — yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ən tanınmış nümayəndələrindən biri onun yaradıcısı. O, bir çox əsərlərin müəllifi idi. Onlardan bəziləri günümüzə gəlib çatmışdır. Bizə çatmış əsərlərin ən tanınmışları pifaqorçuların "Qızıl şeyrlər" kitabına şərhlər və "Tale haqqında" əsərindən fraqmentlərdir. == Fəlsəfəsi == Hierokles artıq Xristianlığın çox geniş yayıldığı dövrdə yaşamışdır. Ona görə də bəzi araşdırmaçılar hesab edirlər ki, onun fəlsəfəsində bu dinin ilahiyyatı neoplatonizm fəlsəfəsi ilə qarışmışdır. Ancaq, başqaları bununla razılaşmış və iddia edirdilər ki, Hieroklesin fikirləri Platon fəlsəfəsinin fərqli yorumudur. Hierokles, başqa neoplatonçulardan fərqli olaraq, birinci və hər şeydən uca olan İlk başlanğıcı dünyanın yaradıcısı olan Demiurqosdan ayırmır və onları birlikdə olan Tanrı kimi görürdü.
Mehdi İskəndərli
Məmməd İskəndərov
Məmməd Salman oğlu İskəndərov (30 dekabr 1908, Urud, Zəngəzur qəzası – 20 may 1965, Bakı) — tarixçi, tarix elmləri namizədi, ictimai xadim, Ümumittifaq Kommunist (bolşevik) Parityasının Mərkəzi Komitəsi yanında Marksizm – Leninizm İnstitunun Azərbaycan filialının direktoru, Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutunun direktoru. Tarixçi, ictimai xadim Məmməd Salman oğlu İskəndərov 1909-cu il 30 dekabr tarixində anadan olub. 1947-ci ildə ekstern yolu ilə V.M.Molotov adına İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1947–1950-ci illərdə o, ÜK (b)P MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olmuş və orada "S.M.Kirov Azərbaycan bolşeviklərin rəhbəri kimi (1920–1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1965-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. M.S.İskəndərov 1937-1941-ci illərdə Vedi rayon partiya komitəsinin birinci katibi, Kommunist (bolşevik) Partiyasının Mərkəzi komitəsinin sənaye şöbəsinin müdiri, 1941-ci ilin mart ayında Ermənistan K(b)P MK-nin katibi seçilmiş və 1943-cü ilə kimi bu vəzifədə işləmişdi. 1946-cı il 10 fevral tarixində 2-ci çağırışdan SSRİ Ali Sovetinin deputatı seçilib. 1943-1947-ci illərdə Ermənistan K(b)P MK katibinin müavini və MK-nin şöbə müdiri vəzifələrində çalışmışdır. 1950-ci ildə M.S.İskəndərov Azərbaycana göndərilmiş və həmin ilin sentyabr ayında Azərbaycan K(b)P MK bürosunun qərarı ilə, ÜK (b) P MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının direktor müavini, 1951-ci ilin aprelin 19-dan isə institutun direktoru təyin edilmişdir (1951–1952). O, 1951-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunun "Marsizm-leninizm" kafedrasının müdiri vəzifəsində işləmiş, eyni zamanda Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutuna rəhbərlik etmişdir.
Niyaməddin İskəndərov
Süleyman mirzə İskəndəri
Süleyman mirzə İskəndəri (fars. سلیمان اسکندری‎; tam adı: Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri və ya Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri; 1877 və ya 1875, Təbriz – 1943 və ya 1944, Tehran) — İran Qacar şahzadəsi, müəllimi, jurnalisti və sosialist siyasətçisi. Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri 1877-ci ildə Təbriz şəhərində dоğulmuşdu. 1892-ci ilədək sаrаy təlim-tərbiyəsi, təhsili görmüşdü. 1893–1900-cü illərdə Tеhrаn Dаrülfünunundа (Univеrsitеtində) охumuşdu. Sülеymаn mirzə 1900–1901-ci illərdə bir nеçə ziyаlı ilə birlikdə, Tеhrаndа "Uyuq" аdlı qəzеt nəşr еtmək üçün icаzə аlа bilmişdi, lаkin bаş nаzir Əminüssultаn qəzеtin nəşr еdilməsində imkаn vеrməmişdi. Sülеymаn mirzə iki iki il аtаsı Möhsün mirzə ilə birlikdə Tеhrаn pоlis qüvvələrinin zаbiti kimi qulluq еtmiş, sоnrа isə "Möhsüniyyə" аdlı ibtidаi məktəb təsis еdərək mааrif sаhəsində çаlışmışdı. 1904-cü ildə həmin məktəb bаğlаndlıqdаn sоnrа bаşqа məktəblərə müəllimlik еtmişdi. Sülеymаn mirzə 1904-cu ildə Tеhrаndа gizli yаrаnmış İnqilab kоmitəsinin üzvü, 1907-ci ilin əvvəllərində kirmаnşаhdа "Аdəmiyyət" cəmiyyətinin və bir nеçə siyаsi əncümənin təşkilаtçısı, 1907-ci ilin ахırlаrındа Tеhrаn sоsiаl-dеmоkrаt təşkilаtının üzvü kimi mütləqiyətə qаrşı mübаrizədə iştirаk еtməklə fəаl İnqilabçılаr sırаsınа dахil оlmuşdu. О, Mirzə Məhəmməd Хоrаsаni və öz qаrdаşı Yəhyа mirzə ilə birlikdə Tеhrаn sоsiаl-dеmоkrаt təşkilаtınа mənsub оlаn "Hüquq" qəzеtinin nəşr оlunmаsındа yахındаn iştirаk еtmişdi.
Uzun İskəndəri (Urmiya)
Uzun İskəndəri (fars. ‎اوزان اسكندري‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 333 nəfər yaşayır (83 ailə).
Yaşar İskəndərov
Yəhya mirzə İskəndəri
Şahzadə Yəhya mirzə İskəndəri-Qacar şahzadələrindən və məşrutəçi idi və Məhəmməd Əli şah Qacarın həbsxanasında qətlə yetişdi. O, Süleyman mirzə İskəndərinin qardaşı və İran Tudə Partiyasının baş katibi İrəc İskəndərinin atası idi.
Çərkəz İskəndər Paşa
Çərkəz İskəndər Paşa (ö. 1571) — Sultan Süleyman Qanuni və II Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əslən çərkəz olub, Diyarbəkir bəylərbəyi Hüsrəv Paşanın kölələrindəndir. Sürətlə yüksələrək öncə paşanın qapıçıbaşı, çavuşbaşı, ardından Hələb və Anadolu əyalətlərinin dəftərdarı oldu. 15 avqust 1548-ci ildə yenicə yaradılan Van bəylərbəyliyinə təyin edildi və burada Səfəvilərə qarşı qələbə qazandı. Mükafat olaraq Ərzurum bəylərbəyi təyin edildi və yenə Səfəvilərə qarşı mübarizədə iştirak etdi. 1551-ci ildə Diyarbəkir əyalətinə göndərildi və 1564-cü ilədək bu vəzifədə qaldı. 1566-cı ildə Bağdad bəylərbəyi oldu. 1568-ci ilin noyabrında Misir bəylərbəyi təyin edildi və 1571-ci ilədək bu vəzifədə qaldı.
Şahin İskəndərov
Aleksandra Smirnova-İskəndər
Aleksandra Vasilyevna Smirnova-İskəndər (rus. Смирнова-Искандер, Александра Васильевна; 18 (30) noyabr 1896 – 2000, Sankt-Peterburq) — teatr rejissoru, Vsevolod Meyerholdun tələbəsi. Meyerholdun emalatxanası, mühasirəyə alınmış Leninqradın rəssamları haqqında xatirələrin, teatr haqqında “Yadımda qalanlar haqqında” xatirələr kitablarının müəllifi. Uşaq yazıçısı və tənqidçisi Vera Smirnovanın bacısı. == Həyatı == Aleksandra Vasilyevna Smirnova 1896-cı ildə Ryazan quberniyasının Solçino kəndində kəndli ailəsində anadan olub. 1898-ci ildə atası İmperator Rəssamlıq Akademiyasında komendant kimi işləməyə başlayanda Aleksandra anası ilə birlikdə Sankt-Peterburqa köçüb. 1903-cü ildə atası Rus-Asiya Bankında işləmyə başladı və ailəni Yeni Margelana (hazırda Fərqanə; 1907-1924-cü illərdə şəhər Skobelev adlanırdı) köçürüb. 1911-ci ildə Aleksandra Skobelevski adına qadın gimnaziyasını qızıl medalla bitirərək təhsilini Sankt-Peterburqa davam etdirməyə gedir. Bir il Psixonevrologiya İnstitutunda oxuyur, sonra təhsilini Bestujev adına Qadınlar üçün Ali Kurslarda davam etdirir. 1914-1917-ci illərdə Aleksandra və onun gələcək həyat yoldaşı, Rəssamlıq Akademiyasının tələbəsi Aleksey Maksimoviç Smirnov Borodinskaya küçəsindəki Vsevolod Meyerhold‎un studiyasında teatr sənəti üzrə təhsil alırlar.
İsgəndər
İsgəndər — kişi adı.