SƏRBƏSTCƏSİNƏ

zərf
1. Tamamilə sərbəst, müstəqil, başqasından asılı olmadan. Sərbəstcə yaşamaq.
// Asanlıqla, heç bir çətinlik çəkmədən, tamamilə sərbəst. Rusca sərbəstcə danışır.
2. Çəkinmədən, utanmadan, sayğısızcasına. Sərbəstcəsinə hərəkət.
– Xalıqverdi kişinin gözlədiyinin əksinə, Ataş əsla utanmadan, sərbəstcə cavab verdi. Ə.Vəliyev.

// Sadəcə, heç bir şeylə hesablaşmadan.
[İskəndər kişi] şapkasını götürüb sərbəstcə stolun üstünə atdı. İ.Hüseynov.

SƏRBƏSTCƏ
SƏRBƏSTLƏŞMƏ

Digər lüğətlərdə