Anar Vahid oğlu İsgəndərov (29 avqust 2001, Moskva – 10 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Anar İsgəndərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 avqust 2001(2001-08-29) |
Doğum yeri | Rusiya Federasiyasi, Moskva şəhəri |
Vəfat tarixi | 10 oktyabr 2020(2020-10-10) (19 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
İsgəndərov Anar Vahid oğlu 2001-ci il avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərində dünyaya göz aşmışdır.[1] 2018-ci ildə Xırdalan şəhəri 5 saylı orta məktəbi bitirmiş, elə həmən ilidə Avrasiya Universitetinə daxıl olmuşdur. 1-ci kursu bitirəndən sonra hərbi xidmətə yola düşmüşdür.
Azərbaycan Ordusunun əsgəri olan Anar İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar İsgəndərov oktyabrın 10-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]