İsgəndər Mahmud oğlu Vəliyev (1897, Bakı – 1974) — Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
İsgəndər Vəliyev | |
---|---|
1951 – 1954 | |
Seçki dairəsi | 1951 — Kirovabad-Sabir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 1974 |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
İsgəndər Vəliyev 1897-ci ildə Bakı şəhərində dəmirçi-işçi ailəsində anadan olmuşdur. O, əvvəlcə şəhər məktəbində, sonra isə Bakı orta inşaat-texniki məktəbində təhsil almış və 1916-cı ildə oradan məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Bakı Şəhər İdarəsində çalışmışdır. Daha sonra Culfa-Bakı dəmir yolu tikintisində Ələt stansiyasında tikinti texniki olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün İtaliyanın Peruça Universitetinə göndərilmişdir. Aprel işğalından sonra ona Azərbaycan SSR Xalq Maarifi Komissarlığı tərəfindən maliyyə yardımı almışdır.
1923-cü ildə Azərbaycana dönən İsgəndər Vəliyev Gəncə Kənd Təsərrüfatı Texnikumuna müəllim təyin olunur. 1925-ci ildə isə yeni yaradılan Pambıqçılıq Elmi-Tədqiqat İnstitutunda işləməyə başlamışdır. 1926-ci ildə isə o, Nuxa Kənd Təsərrüfatı Texnikumuna direktor və müəllim təyin olunmuşdur. 1931-ci ildə isə o, öz istəyi ilə yenidən Pambıqçılıq Elmi-Tədqiqat İnstitutundakı işinə bərpa olunmuşdur. İsgəndər Vəliyev orada əvvəlcə seleksiyaçı alim olaraq çalışmış, 1948-ci ildən isə pambıqçılıq seleksiyası şöbəsinin müdiri olmuşdur.
İsgəndər Vəliyev 1954-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olmuşdur.
Bir çağırış Kirovabad Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir.
İsgəndər Vəliyev Kirovabad-Sabir seçki dairəsindən Azərbaycan SSR Ali Soveti IV çağırış deputatı seçilmişdir.
İsgəndər Vəliyev 1949-cu ildə yeni pambıq növü yaratdığı səbəbi ilə "Stalin" mükafatı ilə təltif olunmuşdur. Həmçinin, o, "Qırmızı əmək bayrağı" ordeni və iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.