Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirzəağa Atəş
Mirzəağa Atəş (Mirmövsümov Mirzəağa Nəsir oğlu; 1935, Qarabulaq (Xızı), Xızı rayonu – 2002, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Mirzəağa Mirmövsümov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında peşəkar ssenarist və dramaturq kimi tanınır. Mirmövsümov Mirzəağa Nəsir oğlu 1935-ci ildə Xızıda anadan olmuşdur. Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet-Mozalan № 162) Astana (film, 1988) Bağlı qapılar (film, 1986) Bir daha keyfiyyət barədə (film, 1987) Bir məktubun izilə (film, 1990) Bir sinədə iki ürək (film, 1987) Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986) Canlı naxışlar (film, 1987) Cavidi xatırlarkən (film, 1982) Çətin sual (film, 1979) Dərd çox… (film, 1988) Diaqnoz (film, 1991) Fəryad (film, 1993) Gəlinlər (film, 2002) Hacı Qara (film, 2002) Haqlı narazılıq (film, 1988) Heyvandarların gileyi (film, 1991) İgidlik rəmzi (film, 1992) İsrafçılıq (film, 1980) Kimə inanaq?
Mirzəağa Babayev
Mirzəağa (Mirzə) Əbdülcabbar oğlu Babayev (16 iyul 1913, Maştağa, Bakı qəzası – 13 yanvar 2003, Bakı) — Azərbaycan-sovet kino aktyoru və estrada müğənnisi, memar və ictimai xadim. Azərbaycan Respublikasının xalq artisti (1992), "Şöhrət" ordeni laureatı (2002). Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Mirzə Babayev İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndir. Evləri İçərişəhərin M.Ə. Sabir küçəsində olub. Mirzə Babayev bakılı ola-ola, heç vaxt deməzdi ki, "mən bakılıyam". Başqalarına da deyərdi ki, "bakılıyam" deməyin, deyin "Bakıdanam". Çünki tam əsilli-köklü bakılı əslində çox azdı. Mirzə Babayev də həmçinin. Mirzə Babayevin atası- Əbdül Cabbar müasirliyin tərəfdarı olub, vaxtaşırı Parisə gedib-gələrmiş.
Mirzəağa Mirmöhsümov
Mirzəağa Atəş (Mirmövsümov Mirzəağa Nəsir oğlu; 1935, Qarabulaq (Xızı), Xızı rayonu – 2002, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Mirzəağa Mirmövsümov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında peşəkar ssenarist və dramaturq kimi tanınır. Mirmövsümov Mirzəağa Nəsir oğlu 1935-ci ildə Xızıda anadan olmuşdur. Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet-Mozalan № 162) Astana (film, 1988) Bağlı qapılar (film, 1986) Bir daha keyfiyyət barədə (film, 1987) Bir məktubun izilə (film, 1990) Bir sinədə iki ürək (film, 1987) Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986) Canlı naxışlar (film, 1987) Cavidi xatırlarkən (film, 1982) Çətin sual (film, 1979) Dərd çox… (film, 1988) Diaqnoz (film, 1991) Fəryad (film, 1993) Gəlinlər (film, 2002) Hacı Qara (film, 2002) Haqlı narazılıq (film, 1988) Heyvandarların gileyi (film, 1991) İgidlik rəmzi (film, 1992) İsrafçılıq (film, 1980) Kimə inanaq?
Mirzəağa Mirmövsümov

Mirzəağa Mirzəyev
Mirzəağa Mirzəyev (17 yanvar 1990, Bakı) — Azərbaycan aktyoru. Mirzəyev Mirzəağa Yaşar oğlu 1990-cı il yanvar ayının 17-də Bakı şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin «Dram rejissoru» fakültəsinə daxil olub. 2008-ci ildə Abdulla Şaiq adına Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 2010-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışır. 1. Aqil - («Mənim ağ göyərçinim» T.Vəliyeva) 2. Orxan - («Mən səni sevirəm» Ə.Əmirli) 3. Şahzadə - («Göyçək Fatma» Azərbaycan Xalq nağılı) 4. Romeo - («Romeo və Cülyetta» U.Şekspir) 5.
Mirzəağa Quluzadə
Mirzağa Quluzadə (25 oktyabr 1907, Salyan, Cavad qəzası – 1979) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Mirzağa Quluzadə 24 oktyabr 1907-ci ildə Salyan şəhərində anadan olmuşdur. 1923–1927-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Texnikumunda təhsil almışdır. 1927–1932-ci illərdə Salyan şəhər orta məktəbində müəllim işləmişdir. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1936-cı ildə ali təhsilini başa vuraraq Qazax pedaqoji məktəbində müəllim işləmişdir. 1939–1941-ci illərdə SSRİ EA Azərbaycan filialının aspirantı olmuşdur. 1948–1956-cı illərdə Bakı Dövlət Universitetində müəllim işləmişdir. 1948-1952-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini, 1952–1958-ci və 1969–1979-cu illərdə isə direktor vəzifəsində çalışmışdır. 1948-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Mirzəağa Əliyev
Mirzəağa Əli (Əmi) oğlu Əliyev (1883, Hövsan – 24 oktyabr 1954, Bakı) — Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti (1949), 2 dəfə "Stalin" mükafatı laureatı (1943, 1948). Mirzəağa Əliyev 1883-cü ildə kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir. 1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. 1906–1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi.
Mirzəağa Əlizadə
Əlizadə Mirzəağa Hacıbala oğlu (15 mart 1910 – 5 may 1981) — azərbaycanlı bioloq alim, biologiya elmləri doktoru (1959), professor (1962), AEA-nın müxbir üzvü (1968), AMEA-nın həqiqi üzvü (1980). Mirzəağa Əlizadə 1910-cu il mart ayının 15-də Bakının Əmircan kəndində neftçi ailəsində anadan olmuşdur. 1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1936–1940-cı illərdə Moskva şəhərində Gübrə və Aqrotorpaqşünaslıq İnstitutunda bitki fiziologiyası sahəsində görkəmli rus alimi professor Dmitri Anatolyeviç Sabinin (1989–1951) rəhbərliyi altında elmi fəaliyyətə başlamışdır. O, paxlalı bitkilər tərəfindən molekulyar azotun fiksasiyası sahəsində elmi işlər aparmış və alınan nəticələr əsasında namizədlik dissertasiyasını müdafiə etmişdir (1940). Dmitriy Sabinin digər məşhur rus akademiki, Stalin repressiyası illərində Saratov həbsxana xəstəxanasında həlak olmuş Nikolay İvanoviç Vavilov (1887–1943) ilə birgə biologiya elmində ideoloji üsulları tədbiq etmiş akademik Trofim Lısenkonun (1898–1976) elmi əleyhdarlarından olmuş və 1951-ci ildə Gəlincik səhərində intihar dərəcəsinə çatdırılmışdır. Akademik Mirzəağa Əlizadə SSRİ-də hökmran olan belə bir gərgin şəraitdə özünün elmi fəaliyyəti ilə məşğul olmuşdur, həmin illər cəza tədbirləri hər an ona da toxuna bilərdi. Özünün elmi rəhbəri professor Dmitriy Sabinin haqqında "Müəllim və gənclərin dostu" adlı xatirələri 1981-ci ildə akademik Mirzəağa Əlizadənin ölümündən bir qədər sonra "Наука" nəşriyyatında nəşr olunmuşdur. Mirzəağa Əlizadə 1941-ci ilin iyun ayından 1943-cü ilin dekabrına kimi ordu sıralarında olmuş, Krım uğrundakı döyüşlərdə iştirak etmişdir. 1944-cü ilin əvvəllərində kənd təsərrüfatı mütəxəssisi kimi ordudan tərxis olunmuşdur.
Mirzağa Əliyev
Mirzəağa Əli (Əmi) oğlu Əliyev (1883, Hövsan – 24 oktyabr 1954, Bakı) — Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti (1949), 2 dəfə "Stalin" mükafatı laureatı (1943, 1948). Mirzəağa Əliyev 1883-cü ildə kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir. 1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. 1906–1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi.
Mirzağa Əliyev (leytenant)
Mirzəbala Məlikov
Mirzəbala Məlikov — Azərbaycan aktyoru. Mirzəbala Məlikov 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti və aktyor olaraq fəaliyyətə başlamışdır. 30-a qədər filmdə müxtəlif mövqelərdə fəaliyyət göstərmişdir. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) - rol: Şirəli Arşın mal alan (film, 1965) Asif, Vasif, Ağasif (film, 1983) Bakıda küləklər əsir (film, 1974) Bizim Cəbiş müəllim (film, 1969) Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) Əlavə iz (film, 1981) Ən vacib müsahibə (film, 1971) Həyat bizi sınayır (film, 1972) İşarəni dənizdən gözləyin (film, 1986) İşgüzar səfər (film, 1982) Qatır Məmməd (film, 1974) Qoca palıdın nağılı (film, 1984) O qızı tapın (film, 1970) Ölsəm... bağışla (film, 1989) Özgə ömür (film, 1987) Şərikli çörək (film, 1969) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Ulduz (film, 1964) Uşaqlığın son gecəsi (film, 1968) Var olun, qızlar... (film, 1972) Yaşamaq gözəldir, qardaşım! (film, 1966) Yeddi oğul istərəm...
Mirzəbala Məmmədzadə
Mirzə Bala Məmmədzadə (13 avqust 1898 və ya 1898, Zirə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 8 mart 1959 və ya 1959, İstanbul, Türkiyə) ― publisist, tərcüməçi, dramaturq, ictimai xadim. Müsavat Partiyasının ikinci başqanı. Mirzə Bala Məmmədzadə 1898-ci il avqustun 13-də Abşeronun Zirə kəndində balıqçı ailəsində anadan olmuşdur. Atası ailəsini dolandırmaq üçün əsrin əvvəllərində Bakıya köçərək, şəhərin Çəmbərəkənd adlanan hissəsində məskunlaşmışdır. Uşaqlığı Bakıda Çəmbərəkənddə keçmişdir. 7-ci "rus-tatar" məktəbini (1914), 3-cü ali ibtidai məktəbi bitirdikdən sonra təhsilini Bakı texniki sənaye məktəbində davam etdirmişdir. Ədəbi yaradıcılığa təhsil illərində başlamış, 1912-ci ildə İsa bəy Aşurbəyovun "Kaspi" mətbəəsində "Nəfi-elm və yaxud elmin sonu" adlı kitabı çap olunmuşdur. "Məhəmmədiyyə" dərnəyində qabaqcıl fikirli ziyalılarla yaxından tanış olması onun dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir. 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadənin nəşr etdirdiyi "Açıq söz" qəzetinə ara-sıra məqalələr yazan Mirzəbala Məmmədzadə, sonradan həmin qəzetin işində fəal iştirak etmişdir. Eyni zamanda, həftəlik "Bəsirət" jurnalının baş redaktoru olmuşdur.
Təklə Mirzəbaba
Təklə Mirzəbaba — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qobustan rayonunun Leninabad kənd Sovetinin Təklə Mirzəbaba kəndi Ərəbşalbaş kənd Sovetinin tərkibinə verilmişdir. Etnooykonimdir. XIX əsrdə Cavad qəzasında Həramidə yaşamış 110 ailədən ibarət təklə tayfasının məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqələrindəndir. Mirzəbaba bu tayfanın başçısının adıdır. Kənd əhalisi XX əsrdə 101 ailə olmaqla Cavad qəzasından köçmüşdür. Mənşəcə sırf türk təkəli tayfasının Azərbaycandakı qalıqlarıdır. Təkəlilər — Oğuz tayfasının bir qoludur. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir.
Pirzağa (Əbhər)
Pirzağa (fars. پيرزاغه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,850 nəfər yaşayır (470 ailə).
Mirağa Ağayev
Mirağa Mirzağa oğlu Ağayev (9 oktyabr 1993, Ucar) — İtaliya mediasında “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” ifadələri ilə adlandırılan, İtaliyada şahmat sahəsində bir sıra ilklərə imza ataraq Pyemont regionunda beynəlxalq usta adını alan ilk şahmatçı olaraq tarixə düşmüş azərbaycan əsilli İtaliya şahmatçısı. M.Ağayev 1993-cü ildə Ucar rayonunda anadan olmuşdur. Orta məktəbdə oxuyarkən şahmat üzrə zona və respublika yarışlarında iştirak etmişdir. 2003-cü ildə on yaşından ailəsi ilə birlikdə İtaliyaya köçmüş, Milanda da şahmat məktəbinə getməyə başlamışdır. Sonradan oyunlarını intensivləşdirmiş və İtaliya çempionatında 14 yaşlılar arasında oynayaraq ikinci yerə sahib olmuşdu, daha sonra Avropa çempionatına qatılıb gözəl nəticə əldə etmişdir. 2013-cü ildə İtaliyanın ən yüksək təhsili sayılan "Liceo Scientifico Galileo Galilei" bitirmiş, 2014-cü ildə "Università La Sapienza di Roma"nın "Scienze Politiche e relazioni internazionali" fakültəsinə qəbul olmuşdur. 5 dildə (azərbaycan, türk, rus, İtalyan, ingilis) danışa bilən, 2 dildə (fransız, ispan) başa düşən şahmatçı eyni zamanda şahmat üzrə dərslər keçir. İndiyədək əllidən çox seans vermişdir. 2015-ci ildə İtaliyanın Bratto şəhərində keçirilən yarışda şahmatda Beynəlxalq usta olmaq üçün iştirak etmişdir. Beləki, axırıncı turda rəqibi Ermənistanın baş məşqçisi və qrosmeysteri olan 52 yaşlı erməni Karen Movsesyan idi.
Mirağa Cəfərquliyev
Mirağa Cəfərquliyev — hüquq elmləri doktoru, professor, ədliyyə general-mayoru (1987). Mirağa Əşrəf oğlu Cəfərquliyev 8 noyabr 1940-cı ildə Lerikdə anadan olmuşdur. 1957-ci ildə Lerik qəsəbə orta məktəbini bitirmişdir. 1959-cu ildə hərbi xidmətə çağrılan M. Cəfərquliyev hərbi xidmətini başa vurduqdan sonra Sverdlovski şəhərindəki Hərbi-texniki məktəbin hüquq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə bu məktəbi fərqlənmə diplomu ilə bitirərək Sverdlovski şəhər Dİİ-nin xidmət şöbəsində inspektor vəzifəsində çalışmışdır. M. Cəfərquliyev 1965-ci ildə Azərbaycan Respublikasına qayıdaraq Sumqayıt şəhərinin daxili işlər orqanlarında əməliyyat-axtarış sahəsində fəaliyyət göstərmişdir. 1966-cı ilin sentyabr ayından SSRİ DİN Akademiyasına daxil olan Mirağa Cəfərquliyev 1969-cu ildə akademiyanı fərqlənmə diplomi ilə tamamlamışdır. Həmin il burada əyani aspiranturaya qəbul edilmiş, aspirant olarkən Akademiyada cinayət prosesi fənnindən dərs demişdir. O, 1972-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdaraq, Bakı şəhər Daxili İşlər İdarəsinə baş müfəttiş təyin edilir, sonra Bakı şəhər Daxili İşlər İdarəsinin partiya komitəsinin katibi seçilir və 1977-ci ilin avqustuna qədər bu vəzifədə çalışır. Bu dövrdən Azərbaycan KP MK-nın İnzibati Orqanlar Şöbəsində təlimatçı vəzifəsinə dəvət edilən Mirağa Cəfərquliyev 1983-cü ilin dekabrına qədər orada çalışmış, həmin ilin dekabrından Bakı şəhər Partiya Komitəsinin İnzibati Orqanlar Şöbəsinə müdir təyin edilmişdi.
Mirağa Qasımov
Mirağa Hafiz oğlu Qasımov (1 avqust 1995, Moranlı, Cəlilabad rayonu – 12 noyabr 2020, Bakı) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Mirağa Qasımov 1995-ci il avqustun 1-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Orta təhsilini əvvəlcə, Moranlı kənd, sonra isə Qara Kazımlı kənd tam orta məktəbində almışdır. Mirağa Qasımov 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2015-ci ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli 2217 nömrəli Sərəncamına əsasən Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Mirağa Qasımov "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirağa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirağa Qasımov oktyabrın 26-da Zəngilanın azad edilməsi zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 20 gün Koma vəziyyətində qaldığdan sonra noyabrın 12-də şəhid olub. Cəlilabad rayonunun Moranlı kəndində dəfn olunub.
Mirağa Əliyev
Mirağa Əli oğlu Əliyev (1912, Çardaqlı, Zəngəzur qəzası – mart 1973) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini (1954–1955), Azərbaycan Kommunist Partiyasının Qubadlı (1948–1951), Duvannı, İmişli, Qasım İsmayılov rayon komitələrinin və Kirovabad Şəhər Komitəsinin birinci katibi, Azərbaycan KP Gəncə Vilayət Komitəsinin ikinci katibi. Mirağa Əli oğlu Əliyev 1912-ci ildə Zəngəzur qəzasının Çardaqlı kəndində anadan olmuşdur. 1926-cı ildə orta məktəbi bitirdikdən sonra Quba Kənd Təsərrüfatı Texnikumuna oxumağa göndərilmişdir. O, burada komsomol üzvü olmuş və texnikumun ilk komsomol təşkilatının katibi seçilmişdir. 1930-cu ildə təhsilini bitirdikdən sonra Qubadlı və Laçın rayonlarında müəllim işləmiş, heyvandarlıq texnikumunun direktoru, Azərbaycan SSR Xalq Torpaq Komissarlığının inspektoru olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Böyük Vətən müharibəsiin ilk günlərindən müharibə iştirakçısı olan Mirağa Əliyev bir sıra komandir vəzifələrində çalışmış, minamyot divizionunun komissarı, atıcı polku komandirinin siyasi hissə üzrə müavini olmuşdur. Döyüş xidmətlərinə görə "Qırmızı bayraq" ordeni, iki "Qırmızı ulduz" ordeni və medallarla təltif edilmişdir. Fəhlə-Kəndli Qırmızı Ordusu sıralarında mayor rütbəsinədək yükləsən Mirağa Əliyev 1944-cü ilin fevral ayında Dnepr çayından keçərkən ağır yaralanaraq ordudan tərxis edilmişdir. 1945-ci ilin yanvar ayında Mirağa Əliyev Bakı Kənd Təsərrüfatı Texnikumunun direktoru təyin edilmiş və 1948-ci ilin fevral ayınadək bu texnikuma başçılıq etmişdir.
Təklə Mirzəbaba bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mirağa Əliyev (əsgər)
Mirağa Əliyev (dəqiqləşdirmə)
Mirağa Əliyev (dövlət xadimi)