Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diş
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Bəzi heyvanlar, xüsusən də ətyeyənlər və hər şeydən yeyənlər, dişləri ov tutmaqda və ya yaralamaqda, yeməkləri xırdalamaqda, müdafiə məqsədləri üçün, tez-tez özləri də daxil olmaqla, digər heyvanları qorxutmaq və ya yırtıcı və ya balalarını daşımaq üçün istifadə edirlər. Dişlərin kökləri diş ətləri ilə örtülüdür. Dişlər sümükdən deyil, ən xarici embrion hüceyrə təbəqəsi olan ektodermadan əmələ gələn müxtəlif sıxlıq və sərtlikdəki çoxsaylı toxumalardan ibarətdir. Dişlərin ümumi quruluşu onurğalılar arasında oxşardır, baxmayaraq ki, onların forma və mövqeyində əhəmiyyətli dəyişikliklər var. Məməlilərin dişləri dərin köklərə malikdir və bu, bəzi balıqlarda və timsahlarda da olur. Teleost balıqların əksəriyyətində isə dişlər sümüyün xarici səthinə, kərtənkələlərdə isə bir tərəfdən çənənin daxili səthinə yapışdırılır. Köpəkbalığı kimi qığırdaqlı balıqlarda dişlər sərt bağlarla çənəni meydana gətirən qığırdaq halqalarına bağlanır. Monofiyodontlar yalnız bir diş dəsti inkişaf etdirən heyvanlardır, difiodontlar isə erkən süd dişləri və daha sonra "yetkin" və ya daimi dişlər dəsti yetişdirirlər. Polifiodontlar bir çox diş dəstinə malikdir.
Kiş
Kiş - bu mənalarda gələ bilər: Kiş (Şumer) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Kiş (İran) — İranın Hörmüzgan ostanında şəhər, ostanın inzibati mərkəzi Kiş (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd Kiş (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.
Pik
Pik - İtiuclu dağ zirvəsidir
Pir
Pir (din) — Ocaq, müqəddəs yer, ziyarətgah. Pir (əsər) — Nəriman Nərimanovun əsəri.
Pişi
Pişi və ya baursaq – Mərkəzi Asiya, Monqolustan, Orta Şərq, türk mətbəxində qızartma xəmir yeməyi. Qırğız, qazax, türk kimi müxtəlif növləri var. == Hazırlanması == Pişinin hazırlanmasında un, su, duz və mayadan istifadə olunur. Lakin şəkər, bal, mürəbbə, yağdan da istifadə oluna bilər. Bütün ərzaqlarla hazırlanan xəmir mayalanmaya buraxılır və kündələr hazırlanır. Kündələr qızğın yayda qızardıldıqdan sonra servis edilir. Qars vilayətində saçaqlı pendirlə birlikdə süfrəyə verilir. == Rekordlar == Dünyada ən böyük pişi 20 aprel 2014-cü ildə Rusiyanın Ufa şəhərində hazırlanmışdır. Pişinin hazırlanmasında 1006 yumurtadan, 25 kiloqram şəkərdən, 70 kiloqram undan, 50 kiloqram baldan istifadə olunmuşdur, çəkisi isə 179 kiloqram idi.
Albert Fiş
Albert Fiş -(ing. Hamilton Howard "Albert" Fish) Amerika Birləşmiş Ştatlarının məşhur qatili. Tarixdə ən amansız silsilə qatillərdən biri hesab olunan Albert Fişin digər adları Boz Adam, Bruklin Qaniçəni və Xortdan olmuşdur. Albert Fişin yüzdən artıq qətil törətdiyi ehtimal olunur. Dünyada olan silsilə qatillərin ən yaşlısı hesab olunur. Albert Fişin pedofil və ruhi xəstə olduğu rəsmi şəkildə təsdiq olunmuşdur və o, təkcə silsilə qatillər törətmiş ruhi xəstə kimi yox, həm də adamyeyən qatil kimi adını tarixə yazdırmışdır. Qurbanlarının yaşlı, cavan ayırd etmədən bir çoxunun ətini də dadmışdır. == Həyatı == Albert Hamilton Fiş 1870-ci ilin 19 mayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində anadan olmuşdur. 1875-ci ildə atasının ölümündən sonra uşaq evinə düşən Albert Fiş bu həyata ayaq uydura bilməmiş, ruhi sarsıntı keçirmişdir. Anası ilə bərabər yaşadığı dövrdə tez-tez cinsi istismara məruz qalan Fiş ruhi xəstəyə çevrilmiş və şizofren davranışlar sərgiləməyə başlamışdır.
Aldədə pir
Aldədə-Tovuz rayonu ərazisində pir. == Toponimikası == Oronim al (böyük) və dədə(ata) sözlərindən düzəlib, "böyük ata" deməkdir. Oronim burada dəfn olunan şəxsin müqəddəsliyini ifadə edir.
Amanda Pit
Amanda Pit (ing. Amanda Peet, 11 yanvar 1972) — amerikalı kino və televiziya aktrisadır.
Antonin Piy
Antonin Piy (19 sentyabr 86 – 7 mart 161) — XV Roma imperatoru. Tit Eliy Sezar Antonin tarixdə Antonin Piy kimi tanınan (lat.Titus Aurelius Fulvius Boionius Arrius Antoninus Pius) (* 19 sentyabr 86 Lanuviya; †7 mart 161 Lorium) sayca dördüncü evladlığa götürülən XV Roma imperatorudur. 19 sentyabr 86-cı ildə Lanuviyada sahibkar ailəsində doğulmuş, hüquqşünas təhsilli Piy tezliklə vəzifəyə çəkilərək Adrianın zamanında maliyyə və vergi hüququ üzrə prokonsul təyin edilmiş və Adrianın dövlət idarəçiliyi şurasına üzv seçilmişdir. Hələ Asiya üzrə maliyyə və vergi prokonsulu olarkən özünü namuslu (satın alınmaz) bir məmur kimi göstərmişdir.
Apache Pig
Apache Pig — böyük verilənlərin idarə olunmasında verilənlərin analizi üçün yüksək səviyyəli proqramlaşdırmadan ibarət platformadır. Piq həmçinin proqramların qiymətləndirilməsi üçün infrastrukturdan ibarətdir. Pig proqramlaşdırmanın üstünlüyü çox böyük həcmli verilənləri idarə etmək üçün paralel prosesləri asanlıqla emal edə bilməsidir. Bu platformada proqramlaşdırma, əsasən, Pig Latin mətn dilindən istifadə etməklə yerinə yetirilir.
Baça poş
Əfqanıstan və Pakistanda qızları kişi kimi böyütmək adət-ənənələri var - belə uşaqları "baça poş (bacha posh)" adlandırırlar. Bu cür üsul o ailələr tədbiq edir, övladlarının hamısı yalnız qız doğulur, bu da yerli adətə görə ailə üçün az qala rüsvayçılıq hesab edilir. "Baça poş"a kişi adı verilir, oğlan geyimləri geyindirilir və saçları qısa kəsdirilir. O, həmçinin cəmiyyətdə daha çox görünmə imkanı əldə edir, məktəbə gedir və idmanla məşğul olur. Lakin cinsi yetkinləşmə zamanı çatdıqda baça poş bütün kişi hüquqlarından məhrum olaraq yenidən qız həyatına geri dönür, bundan sonra isə ərə verilir. Adətən onlar pis həyat yoldaşı olurlar, belə ki, qadının öhdəliyinə düşən işləri, yemək bişirməyi, tikməyi və digər işləri görməyə məcburi surətdə öyrədilməyib.
Broud-Pik
Broud-Pik (urdu بروڈ پیک ) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır. İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir. == Coğrafiyası == Broud-Pik, Pakistan və Çin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir. Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən 8 kilometr (5.0 mil) yuxarıda yerləşir. 1.5 kilometr (0.93 mil) uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır.Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m). == Etimologiyası == "Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir. İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir. == Tarixi == Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi. Komanda tərəfindən ilk cəhd mayın 29-da edildi.
Diş dişqurtlayan
Diş dişqurtlayan (lat. Ammi visnaga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Dişqurtlayan == Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün çırtlanmış tum qabığını xatırladan dişqurtlayan meyvələrinin çəyirdəyi bəlkə də ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtlayan ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir. == Botaniki təsviri == 1 m-ə qədər hündürlüyü olan çoxbudaqlı ikillikot bitkisidir. Milşəkilli odunlaşmış incəbudaqlı kökə malikdir. Dikdayanan, incəşırımlı, en kəsiyində dəyirmi gövdəsi, növbəli düzülmüş, ayaları ikili və ya üçlü yarılmış və xətvarı paylar əmələ gətirmiş yarpaqları var. Xoşagəlməyən qoxusu olan, ağ rəngli xırda çiçəkləri gövdə və budaqların sonunda məskunlaşaraq çoxşüalı, diametri 6-10 sm olan mürəkkəb çətirşəkilli çiçək qrupunu əmələ gətirmişdir.
Diş formulu
== Diş formulu == Müayinə zamanı əldə edilmiş bütün məlumatlar stomatoloji xəstənin tibbi kartasına yazılır (forma 043). Bu zaman diş formulasının doldurulması mütləqdir. Dişlərin yerləşmə qaydası xüsusi formulada qeyd edilir ki, buraya da ayrı-ayrı dişlər və ya diş qruplarırəqəm və ya hərflə işarələnir. Dişlərə baxışın nəticələrinin rahat lazılması üçün müxtəlif sxemlər ( diş formulaları) tətbiq olunur.Bizim Azərbaycanda bu yaxınlara qədər Ziqmond-Palmer sistemi yeganə sistem idi və geniş yayılmışdı. Bu sistemə görə horizontal xətlər dişləri yuxarı və ya aşağı çənəyə, vertikal xətlər isə sağ və sol tərəfə aid olduğunu göstərir. Daimi dişlər ərəb, müvəqqəti dişlər isə rum rəqəmi ilə göstərilir. Müasir dövrdə Stomatoloqların Beynəlxalq Assosiasiyası (FDİ) tərəfindən qəbul olunmuş və Rusiya, həmçinin də Azərbaycan Stomatoloji Assosiasiyası tərəfindən rekomendasiya olunmuş ikirəqəmli sistemin tətbiqinə başlanılır. Bu sistemə görə çənədə dişlərin sıra sayına 1-dən 8-ə qədər kvadrantın nömrəsi əlavə olunur və dişlərin nömrəsinin önündə yazılır. Müvəqqəti dişləmdə isə 1-dən 5-ə kimi, kvadrantları nömrəsi isə 5,6,7,8 olur. Bir sıra tibbi kartalarda diş formilasında dişin səthi və köklərin sxemi göstərilir ki, bu da aşkara çıxarılmış patologiyanın ifadə olunmasına imkan verir.
Diş fırçası
Diş fırçası — dişləri diş pastası ilə təmizləmək üçün istifadə edilən fırça növü. Bir diş fırçasında qırx ədəd tük dəstəsi və hər dəstədə orta hesabla 40-50 ədəd tük vardır. == Tarixi == Tarixin əvvəlki dövrlərindən etibarən ağız təmizliyi üçün müxtəlif tədbirlər görülmüşdür. Ağız təmizliyində budaq, quş tükü, heyvan sümükləri, kirpi tikanları və s. vasitələr istifadə edilmişdir. Tarixdən məlum olan ilk diş fırçası qədim Misirdə qələm boyunda ağac budaqlarından hazırlanmışdır.Romada diş fırçaları təbii maddələrdən düzəldilən qurdalayanlardan meydana gəlirdi. İslam dünyasında ərak (misvak) ağacının budaqlarından diş fırçaları yaradılmışdır. Misvakdan istifadə, buna liderlik edən Peyğəmbər Məhəmmədin dövrünə qədər gedir.
Diş ipi
Diş ipi, ağız və diş sağlamlığı alətlərindəndir.Diş fırçasının təmizləyə bilmədiyi ara üzləri və sabit protezləri (körpü deyə ifadə edilən diş qapaqlarlarının) gövdə hissələrinin diş ətində baxan hissələrinin təmizlənməsini təmin edən bir vasitədir.Dişəti xəttinin altındakı və dişlər arasındakı yerlərdəki plak yemək artıqları diş ipiylə çıxarıla bilər.
Diş pastası
Diş pastası — diş təmizlənməsi üçün jele və gel sayağı tərkib. Əvvəllər tabaşirdən hazırlanırdı, indi silkatlardan hazırlanır. Diş məcunu haqqında ilk məlumat eramızdan əvvəl IV əsrdə Misir manuskriptində verilir. O duzdan, bibərdən, nanə yarpağından və bəzi çiçəklərdən hazırlanırdı.
Diş sapı
Diş çöpü
Kürdan və ya Diş çöpü — Adətən bir yeməkdən sonra dişdən səpintinin aradan qaldırılması üçün istifadə edilən taxta, plastik, bambuk, metal, sümük və ya digər maddədən hazırlanan kiçik bir çubuq.
Diş əti
Diş əti (lat. pulpis dentis) — dişin boynunu əhatə edən yumşaq toxuma. Ağız boşluğu selikli qişasının törəməsi. Diş əti qan damarları ilə zəngin olduğundan çəhrayı rəngdədir. Birləşdirici toxumadai ibarətdir.
Giş-qallop
Giş-qallop (ing. Gish gallop, /ˈɡɪʃ ˈɡælʌp/ ) — mübahisədə olan şəxsin bu arqumentlərin düzgünlüyünə və ya gücünə əhəmiyyət vermədən həddindən artıq sayda arqument təqdim edərək rəqibini alt-üst etməyə çalışdığı ritorik texnika. Əslində, bu, qeyd olunan arqumentlərin keyfiyyəti hesabına öz arqumentlərinin kəmiyyətinə üstünlük verməkdir. Bu termin 1994-cü ildə antropoloq Yucini Skott tərəfindən irəli sürülmüşdür. O, bunu ABŞ kreatsionisti Dueyn Gişin şərəfinə adlandırmışdır və Gişin təkamülün elmi həqiqətinə etiraz edərkən bu texnikadan tez-tez istifadə etdiyini iddia etmişdir. Bu, yayılma adlanan başqa bir müzakirə üsuluna bənzəyir. Burada bir nəfər son dərəcə sürətli danışaraq rəqibinin qaldırılan bütün dəlillərə cavab verməməsinə səbəb olur. Ümumiyyətlə, Giş-qallopu strukturlaşdırılmış müzakirədə istifadə etmək daha çətindir, nəinki sərbəst formada olandan. Mübahisəçi Giş-qallopdan istifadə edən bir rəqibin bu xüsusiyyətini tanıyırsa, onun Giş-qallopa başlamaq fürsətindən əvvəl rəqibin tez-tez istifadə olunan arqumentlərin qabaqcadan qarşısını almaq və onları təkzib etməklə bu texnikaya qarşı çıxmaq olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Grant, John.
Henk Pim
Henk Pim (ing. Hank Pym) — Marvel Comics personajı. Əsasən Qarışqa-adam kimi tanınır. Lakin müxtəlif vaxtlarda Qoliaf, Eşşək arısı, Sarı Jaket və Nəhəng adam kimi adlarla da çıxış etmişdir. Qisasçılar komandasının qurucu və sabiq üzvüdür. Ən yaxın partneri həyat yoldaşı Eşşək arısıdır. == Nəşr olunma tarixi == Henk Pim ilk dəfə "Heyranedici hekayələr" antologiyasının 7-ci buraxılışında yer alan 7 səhifəlik "Qarışqa yuvansındakı adam" hekayəsində peyda olmuşdur. Yaradıcı heyət redaktor-rəssam Sten Li, ssenarist Lari Liber, yazıçı Cek Kirbi və Dik Ayersdən ibarət idi. 2008-ci ildə Sten Li demişdi: "Mən kiçilən insandan və onu təqib edən qarışqalardan bəhs edən "Qarışqa yuvasındakı adam" adlı komiks yaratdım. Düşünmüşdüm ki, belə bir super qəhrəman yaratmaq əyləncəli olardı".
II Piy
II Piy (lat. Enea Silvio Piccolomini;18 oktyabr 1405, Pyentsa, Siena Respublikası[d] – ən tezi 14 avqust 1464 və ən geci 15 avqust 1464 və ya 1464, Ankona, Papa dövləti) — Roma papası.
IX Piy
IX Piy (Covanni Mariya Mastai-Ferretti, 13 may 1792 - 7 fevral 1878) - Roma Papası (1846-78), pontifikatı tarixdə ən uzun olmuşdur (32 ilə yaxın). 1827 ildə Spoleto arxiyepiskopu olmuş, 1840 ildə XVI Qriqori onu kardinal etdi. Birinci Vatikan məclisini çağırmış, 1854 il bullasında Bakirə Məryəmin qüsursuz döllənməsi haqqında ehkam bəyan etdi. 2000 ildə IX Piy bəxtiyar elan edilmişdir.
Jorj Pir
Jorj Şarl Kleman Pir (fr. Georges Charles Clement Ghislain Pire, rahib adı Dominik Pir (Dominique Pire); 10 fevral 1910,Belçika,Dinan — 30 yanvar 1969, Löven,Belçika) — Belçika Dominiklərinin rahibi və Müqavimət Hərəkatının lideri,İkinci Dünya müharibəsindən sonra Avropa qaçqınlarına köməkliyinə görə Nobel Sülh mükafatı laureatı (1958).11 dekabr 1958-ci ildə Pir Nobel Sülh mükafatını alarkən "Qardaş Sevgisi: Sülh Vəqfi"adlı mühazirəsini oxudu. == Erkən həyatı == Pir,Belçikanın Dinan şəhərində anadan olub. O,məmur Corc Pir və Berte (Ravet) Pirin dörd övladından ən böyüyü idi. 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanğıcında Pir ailəsi irəliləyən Alman qoşunlarından qaçaraq,bir qayıqla Belçikadan Fransaya gəldilər. 1918-ci ildə,I Dünya müharibəsi bitdikdən sonra ailə xarabalığa çevrilmiş Dinana qayıda bildi. == Təhsili == Pir,Collège de Bellevue-da Klassiklər və Fəlsəfə üzrə təhsil alaraq,on səkkiz yaşında Yuidəki La Sarte'nin Dominik prioruna daxil oldu. Ruhani zadəgan ordenini təsis etdikdən sonra Dominik adını qəbul edərək 23 sentyabr 1932-ci ildə and içdi. Daha sonra Romadakı,Müqəddəs Akvinalı Foma Universitetində ilahiyyat və sosial elmlər üzrə ali təhsil aldı,1936-cı ildə L’Apatheia ou insensibilité irréalisable et destructrice adlı tezisi ilə ilahiyyat doktoru dərəcəsini aldı. Daha sonra sosiologiyadan dərslər verdiyi La Sarte amfiteatrına qayıtdı.
PES 2013
PES 2013 — Konami şirkətinin hazırladığı futbol oyunu. Oyunun MAC, Windows versiyaları mövcuddur. 2012-ci ilin senntiyabr ayında satışa çıxarılıb. Futbol oyunları arasında ən məşhuru olan PES13 videooyunu dünyada ən çox satılan oyunlar sırasına daxil olmuşdur.
PES 2016
Pro Evolution Soccer 2016 və ya PES 2016 — Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, and Xbox One üçün Konami məhsulu futbol videooyunu.
PES 2020
PES Pro Evolution Soccer 2020 və ya PES 2020 — Microsoft Windows, PlayStation Portable, PlayStation 3, PlayStation 4, Xbox one, Nintendo WII, Android və İOS platformaları istifadəçilərinə yönələn futbol və Konami tərəfindən istehsal edilən videooyunudur. Tək-oyunçulu və multipleyer tiplərinə malikdir. Oyun Pro Evolution Soccer seriyasındakı 19-cu seriyadır və 10 Sentyabr 2019-cu ildə bütün dünyada satışa çıxarıldı və buna 12 Sentyabr 2019-cu ildə ilk dəfə Asiyada başlandı. Yeni oyun başlıqda simvolik olaraq "eFootball" əlavə edərək ad dəyişikliyini təqdim edir. eFootball Pro turnirlərinə diqqət yetirməklə onlayn oyun məkanında bir təkandır. Lionel Messi, Pro Evolution Soccer 2011 örtüyündəki son görünüşündən bəri nəhayət bu buraxılışın üz qabığında yer aldı, amma o tək deyil və digər 3 futbolçu səfirləriː Serj Qnabri, Miralem Pyaniç və Skott McTominay onunla birlikdə PES 2020-in üz qabığını bəzəyirlər. Ronaldinyo isə "Əfsanələr Nəşri"nin üz qabığında yer alacaq. == Klub ortaqlıqları == === Barselona === Konami və Barselona arasındakı yenilənmiş bir müqaviləyə əsasən, İspaniya futbol klubu ilə şirkətin əlaqəsinin davam etdirildiyi bildirildi. Bu elan ilə birlikdə xüsusi bir Barselona nəşrinin çıxacağı da təsdiqləndi. === Bayern Münhen === Demo elanından sonra - 30 İyul 2019 tarixində çıxan bəyanatda Bayern Münhen, rəsmi olaraq ortaq klub elan edildi.
EFootball PES 2020
PES Pro Evolution Soccer 2020 və ya PES 2020 — Microsoft Windows, PlayStation Portable, PlayStation 3, PlayStation 4, Xbox one, Nintendo WII, Android və İOS platformaları istifadəçilərinə yönələn futbol və Konami tərəfindən istehsal edilən videooyunudur. Tək-oyunçulu və multipleyer tiplərinə malikdir. Oyun Pro Evolution Soccer seriyasındakı 19-cu seriyadır və 10 Sentyabr 2019-cu ildə bütün dünyada satışa çıxarıldı və buna 12 Sentyabr 2019-cu ildə ilk dəfə Asiyada başlandı. Yeni oyun başlıqda simvolik olaraq "eFootball" əlavə edərək ad dəyişikliyini təqdim edir. eFootball Pro turnirlərinə diqqət yetirməklə onlayn oyun məkanında bir təkandır. Lionel Messi, Pro Evolution Soccer 2011 örtüyündəki son görünüşündən bəri nəhayət bu buraxılışın üz qabığında yer aldı, amma o tək deyil və digər 3 futbolçu səfirləriː Serj Qnabri, Miralem Pyaniç və Skott McTominay onunla birlikdə PES 2020-in üz qabığını bəzəyirlər. Ronaldinyo isə "Əfsanələr Nəşri"nin üz qabığında yer alacaq. == Klub ortaqlıqları == === Barselona === Konami və Barselona arasındakı yenilənmiş bir müqaviləyə əsasən, İspaniya futbol klubu ilə şirkətin əlaqəsinin davam etdirildiyi bildirildi. Bu elan ilə birlikdə xüsusi bir Barselona nəşrinin çıxacağı da təsdiqləndi. === Bayern Münhen === Demo elanından sonra - 30 İyul 2019 tarixində çıxan bəyanatda Bayern Münhen, rəsmi olaraq ortaq klub elan edildi.
Ipomoea pes-caprae
Ipomoea pes-caprae (lat. Ipomoea pes-caprae) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü. Əsasən Sakit, Atlantik və Hind okeanlarının qumlu sahillərində bitir. Duzlu suyun bu bitkiyə təsiri yoxdur.
Jesu
Peru
Peru (İspanca: Perú, Quechua dili: Piruw, Aymara dili: Piruw) və ya rəsmi adı Peru Respublikası (İspanca: República del Perú, Quechua: Piruw Republika, Aymara: Piruw Suyu) — Cənubi Amerikanın qərbində bir ölkədir. Şimalda Ekvador və Kolumbiya, şərqdə Braziliya, cənub-şərqdə Boliviya, cənubda Çili və qərbdə Sakit okeanla məhduddur. == Təbii bölgələr == Peru dəyişik iqlim bölgələrinə malikdir. Sahil bölgələr– Ölkənin təxminən % 11i Dağlıq bölgələr – təxminən %15 Meşəlik və meşə ilə örtülü dağlıq ərazilər – təxminən % 64 == Sahil bölgələr == Costa Humboldt Axıntısının təsiri altında olub, əkinçiliyin yalnız Andlardan gələn çaylar boyunca və çay vahələrində mümkün olduğu, geniş ölçüdə bir sahil çölüdür. Perunun cənubunda, Çili sərhədində dünyanın ən quraq səhrası olan Atakama səhrası başlayır. Limanın şimalında yağıntının miqdarı bir az artar ki beləliklə əkinçilik imkanı çay vahələrinin xaricində də mümkün olar. İstilik qışda 12 °C və yazda 35 °C olar. Limanın yanında sahildəki böyük şəhərlər (şimaldan cənuba) Tumbes, Sullana, Piura, Chiclayo, Trujillo, Chimbote, Huaral, Pisco, Ica, Naz tərəfindəndir. == Dağlıq ərazilər == Ensiz sahil bölgəsinin ardında Sierra başlayır. Bura, uzun vadilərlə kəsilməyə uğrayan (isp.
Peşa
Peşa (it. Pescia) — İtaliyanın Toskana regionunda şəhər.
Peşə
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Tıs-tıs
Tıs-tıs (lat. Acantholimon) — qərənfilçiçəklilər sırasının plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
ATV (Peru)
ATV (Peru) və ya andına də Radiodifusión y Television — 1969-ci ildə Peruda qurulmuş bir televiziya kanalı. Lakin 1970-ci illərin əvvəlində müvəffəqiyyətsiz sınaqlar və sonrasında Peru 'dakı siyasi çalxantılar səbəbiylə kanal bağlandı. 1983-ci ildə isə yenidən quruldu. Peruda ən çox izlənilən televiziya kanallarından biridir. ATV Noticias, Əl Deportivo, Hola a todos, Maqali Teve, Vidas Extreme, Smackdown kimi proqramları vardır. Ayrıca 2010 FİFA Dünya Kubokunın nəşr hüquqlarına malikdir.
Culfa (peşə)
Culfa — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu. Culfa peşəsi qədimdən Azərbaycan ərazisində geniş yayılmış peşə olub. Culfa peşəsi ilə bağlı bir neçə atalar sözü mövcuddur: "Culfa kəfənsiz ölər; Culfa olmamış kələf oğurlar; Atıcı culfadan geri qalmaz, bir-birindən haqq almaz.".
Huankayo (Peru)
Huankayo (isp. Huancayo) — Perunun mərkəzi hissəsində yerləşən Huankayo əyalətinin inzibati mərkəzi və Hunin Regionunun bir şəhəridir. Dəniz səviyyəsindən 3271 metr yüksəklikdə yerləşən şəhərin əhalisi 323 054 nəfərdir. Huankayo Peru Mərkəzi regionunun mədəni və kommersiya mərkəzidir. == Tarixçəsi == Müasir Huankayo ərazisində ən qədim məşhur yaşayış məntəqələri olan Uanka mədəniyyəti kəndlər yerləşir, e.ə. 500 il əvvəl bu ərazi Uari dövlətinin tərkibinə daxil edilmişdir. İnklərin işğalçı müharibələrinə müqavimət göstərməsinə baxmayaraq, 1460-cı ildə Paçakutek qoşunları tərəfindən məğlub edildi. İspan müstəmləkəçiliyinin başlamasından sonra Şəhər Fransisko Pisarro, paytaxt funksiyalarını Limaya köçürməzdən əvvəl müvəqqəti paytaxtı olan Çauça şəhərindən sonra Peruda əhəmiyyətli ikinci şəhər oldu. 1570-ci ildə Peru vitse-kralı Fransisko de Toledo Huankayo əyalətini mərkəz təyin etdi. 1 iyun 1572, rəsmi olaraq İspan Santisima-Trinidad de Huankayonun şərəfinə adlandırıldı.1969-da iki zəlzələ əhəmiyyətli zərər vermiş - evlər, körpülər, dəmir yolu kətanları dağılmışdır.
Nökər (peşə)
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
PEST analizi
PEST təhlili (siyasi, iqtisadi, sosial-mədəni və texnoloji) strateji idarəetmənin ətraf mühitə nəzarət komponentində istifadə olunan makro ekoloji amillərin çərçivəsini təsvir edir. Strateji təhlil apararkən və ya bazar araştırması apararkən xarici təhlilin bir hissəsidir və nəzərə alınması lazım olan müxtəlif makro ətraf mühit amilləri haqqında məlumat verir. Bazarın inkişafı və ya tənəzzülü, iş mövqeyi, potensial və fəaliyyət istiqamətlərini anlamaq üçün strateji bir vasitədir. PEST çərçivəsində qurulan variantlara aşağıdakılar daxildir: Hüquqi və ekoloji amillər özündə birləşdirən PESTEL və ya PESTLE . Bu amil Birləşmiş Krallıqda məşhurdur. SLEPT, hüquqi faktorlar STEPE, ekoloji faktorlar. STEEPLE və STEEPLED etik və demoqrafik (bəzən PESTLEE kimi göstərilir ) amillər. DESTEP, demoqrafik və ekoloji amilllər SPELIT, 2000-ci illərin ortalarından bəri ABŞ-da məşhur olan hüquqi və mədəniyyətlərarası amilləri. PMESII-PT, hərbi baxımdan siyasi, hərbi, iqtisadi, sosial, informasiya, infrastruktur, fiziki mühit və zaman aspektlərinə baxan ekoloji təhlil formasıdır. Həmçinin, sosial-mədəni, texnoloji, iqtisadi, ekoloji və tənzimləyici amilləri nəzərə alan, lakin siyasi amilləri özündə əks etdirməyən STEER də var.
Peru Respublikası
Peru (İspanca: Perú, Quechua dili: Piruw, Aymara dili: Piruw) və ya rəsmi adı Peru Respublikası (İspanca: República del Perú, Quechua: Piruw Republika, Aymara: Piruw Suyu) — Cənubi Amerikanın qərbində bir ölkədir. Şimalda Ekvador və Kolumbiya, şərqdə Braziliya, cənub-şərqdə Boliviya, cənubda Çili və qərbdə Sakit okeanla məhduddur. == Təbii bölgələr == Peru dəyişik iqlim bölgələrinə malikdir. Sahil bölgələr– Ölkənin təxminən % 11i Dağlıq bölgələr – təxminən %15 Meşəlik və meşə ilə örtülü dağlıq ərazilər – təxminən % 64 == Sahil bölgələr == Costa Humboldt Axıntısının təsiri altında olub, əkinçiliyin yalnız Andlardan gələn çaylar boyunca və çay vahələrində mümkün olduğu, geniş ölçüdə bir sahil çölüdür. Perunun cənubunda, Çili sərhədində dünyanın ən quraq səhrası olan Atakama səhrası başlayır. Limanın şimalında yağıntının miqdarı bir az artar ki beləliklə əkinçilik imkanı çay vahələrinin xaricində də mümkün olar. İstilik qışda 12 °C və yazda 35 °C olar. Limanın yanında sahildəki böyük şəhərlər (şimaldan cənuba) Tumbes, Sullana, Piura, Chiclayo, Trujillo, Chimbote, Huaral, Pisco, Ica, Naz tərəfindəndir. == Dağlıq ərazilər == Ensiz sahil bölgəsinin ardında Sierra başlayır. Bura, uzun vadilərlə kəsilməyə uğrayan (isp.
Peru bayrağı
Peru bayrağı — Perunun Dövlət bayrağı Perunun dövlət bayrağı rəsmi olaraq 1825-ci ilin fevral ayının 25-də təsdiqlənib. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Rəvayətə görə, general Xose de San-Martin 1820-ci ildə Peruya gəldiyi zaman çoxlu flaminqo (qızılqaz) görür. O bunu yaxşı əlamət hesab edərək, Perunu azad etmək üçün yaratdığı Peru legionunun rənglərinin qırmızı və ağ olmasını istəyir. Bayraqdakı ağ rəng sülhün, ləyaqətin və inkişafın rəmzidir. Qırmızı rəng isə müharibə və cəsurluğu təcəssüm etdirir.
Peru cərəyanı
Peru cərəyanı (və ya Humbolt cərəyanı)— Sakit okeanda Cənubi Amerikanın qərb sahillərindən şimal istiqamətdə axan soyuq okean cərəyanıdır. Cərəyanın Humbolt adı Prussiya təbiətşünası Aleksandr fon Humboldtun adından götürülmüşdür. 1846-cı ildə Humbolt "Cosmos" adlı kitabında bu soyuq axımın ölçülərini vermişdir. == Fiziki xüsusiyyətləri == Cərəyan cənuda Çilidən (~ 45° c.en) şimalda Peruya (~ 4°S) qədər uzanır və soyuq, yüksəlmiş sular Ekvator cəbhəsi yaratmaq üçün isti tropik sularla kəsişir. Peru sahillərində dəniz səthinin temperaturu 5°C-dən 16°C-dək aşağı temperatura çatır. Digər bölgələrdə temperaturun 25 ° C-dən yuxarı olması səbəbiylə tropik suların özəlliklləri çox hiss olunmur. Yüksəlmə fitoplanktonu bəsləyən və nəticədə bioloji məhsuldarlığı artıran qida maddələrini səthə gətirir.
Peru pərttəgözü
Peru pərttəgözü (lat. Burhinus superciliaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin pərttəgöz cinsinə aid heyvan növü.
Peru susüpürəni
Peru yergilası
Peru yergilası (lat. Physalis peruviana) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin yergilası cinsinə aid bitki növü.
Peşt (medye)
Peşt (mac. Pest) — Macarıstanın medyesi, Mərkəzi Macarıstanda yerləşir. Medyenin ərazisindən Dunay çayı keçir. İnzibati mərkəzi — Budapeşt. Peşt medyesi Nitra və Banska Bistritsa diyarları ilə (Slovakiya), həmçinin Noqrad, Xeveş, Yas-Nadkun-Solnok, Feyer, Komarom-Esterqom və Baç-Kişkun medyeləri ilə sərhəddir. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. === Rayonlara bölünmə === Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir.
Peşə xəstəlikləri
Peşə xəstəlikləri — zərərli istehsal faktorlarına məruz qalma nəticəsində yaranan xəstəliklər. BƏT mütəxəssislərinə görə, Rusiya Federasiyasında hər il təxminən 190 min insan pis iş şəraitinə görə ölür. Rus peşə patoloqlarına görə, 1930-cu illərdən bəri Rusiya Federasiyasında qeydə alınan peşə xəstəliklərinin sayı sistematik olaraq azaldılmışdır, nə baş verdiyinin obyektiv mənzərəsi olmaması və stimullaşdırmaq üçün adekvat bir dövlət siyasətinin iş şəraitini yaxşılaşdırmaq üçün işəgötürənlərin inkişafına mane olur. Peşə xəstəliklərinə yalnız peşə fəaliyyəti kontekstində meydana gələn və ya bu peşədə ümumi populyasiyada və ya digər işçi qruplarında daha çox rast gəlinən xəstəliklər aiddir . Bir neçə ölkədə işçinin təzminat və ya müavinət almağa haqq qazandığı peşə xəstəlikləri siyahısı var. Bu siyahıya daxil olmayan xəstəliklər üçün kompensasiya verilmir. Bu səbəbdən rəsmi siyahılara daxil edilməyən peşə mənşəli xəstəlikləri təsvir etmək üçün "peşə səbəb olduğu xəstəliklər" ifadəsi istifadə olunur. Bir çox ölkənin qanunvericiliyində müəyyən bir xəstəliyin işçinin iş şəraitində olmasından qaynaqlandığı fərziyyəsi mövcuddur və xəstəliyin başqa bir səbəbə görə olduğunu sübut etmək işəgötürənin və ya sığortaçının işidir. == Profilaktikası == Qarşısının alınması tədbirləri, qıcıqlandırıcıyı iş yerindən kənarlaşdırmaqla və ya qapalı sistemlərdə və ya avtomatlaşdırmada güclü qıcıqlandırıcı maddələr istifadə edərək texniki qoruma yolu ilə qıcıqlandırıcı görünüşünü aradan qaldırmaq, qıcıqlandırıcıyı dəyişdirmək və ya çıxarmaq və işçilərin şəxsi müdafiəsini əhatə edir. Peşə xəstəliklərinin qarşısını almaq və onlara nəzarət etmək üçün əksər ölkələr müvafiq qanunlarını nəzərdən keçirir və yeniləyirlər, əksəriyyəti peşə xəstəlikləri qanunlarının pozulmasına görə cərimələri əhəmiyyətli dərəcədə artırırlar.
Pis məqsədli proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. == Növləri == Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Pis İncəsənət Muzeyi
== Tarixi == 1993-cü ildə əntiq əşyalar toplayan Skot Vilson (Scott Wilson) Bostonun küçələri ilə gəzərkən zibil yeşiyində rəsm əsəri görür. Çox pis çəkilmiş tablonu götürən Skot Vilson fikirləşir ki, dünyanın ən gözəl tabloları sərgilənən incəsənət müzeyləri olduğu kimi, pis çəkilmiş tablolar saxlanan muzeylər də olmalıdır. Belə bir muzeyin olmadığı üçün Skot Vilson özü bu muzeyi yaratmaq qərarına gəlir və beləliklə də, Pis İncəsənət Muzeyi yaranır. Muzeydə əvvəlcə bir eksponat olur və sərgi Skotun dostunun evində təşkil olunur. İndi Pis incəsənət muzeyinin üç sərgi zalı, 600-ə yaxın eksponatı və ildə 8000 ziyarətçisi var.
Yaxşı, pis, zalım
Yaxşı, pis, zalım (ing. The Good, the Bad and the Ugly, it. Il buono, il brutto, il cattivo) — Serco Leone tərəfindən vestern janrında çəkilmiş film. "Bir ovuc dollar" (1964) və "Bir neçə dollar üçün" (1965) filmlərilə başlayan trilogiyanın sonuncusudur. == Məzmun == Amerikada vətəndaş müharibəsi dövründə, quldur Tuko Ramirez (Zalım) Sarışın (Yaxşı) tərəfindən tutularaq dövlət adamlarına təslim edilir. Sarışın quldurun tutulmasına görə vəd edilən pulu alır. Buna baxmayaraq, o, Tukonu asılarkən kəndirə açdığı atəşlə ölümdən xilas edir. Sentenza (Pis) isə Bill Karson adında böyük bir miqdarda qızılı gizlətmiş şəxsin izinə düşür. Tuko səhranın ortasında Sarışını öldürmək istəyərkən Bill Karsonla rastlaşırlar. Karson qızılları bir qəbirdə gizlətdiyini söyləmiş və oradaca vəfat etmişdir.
Böhtan və pis güman
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" ; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!"Hz. Əlidən nəql olunan hədisdə böhtan atma həyasızlıq və abırsızlıq kimi dəyərləndirilir: "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur."Əli ibn Hüseyndən nəql olunan hədisdən aydın olur ki, camaatın eyblərini açan, onların qeybətini edən şəxslər bu dünyada böhtana məruz qalarlar: "Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər." Böhtan atanın Qiyamət günü cəzalandırılacağı haqqında kifayət qədər hədis nəql olunub.
Pis adam (film, 2010)
Pis adam (Rom: Raavan) – 2010-cu ildə hind dilində çəkilmiş filmdir. Filmi eyni vaxtda iki versiyada — tamil dilində (fərqli adla — “İblis”/Raavanan) və hind dilində lentə alınıb. Hər iki filmdə Aishwarya Rai qadın baş rol ifaçısı olmuşdur, lakin Tamil versiyasında Vikram Veera (İblis) rolunu və onun əri rolunu (Deva) isə Prithviraj oynamışdırsa, Bollywood Hind dilindəki versiyada isə Vikram Deva rolunu oynamış, Veera rolunu isə isə Abhishek Bachchan canlandırmışdır. Filmin Tamil versiyası teluqu dilinə dublyaj edilmişdir. Eyni gündə — 18 iyun 2010-cu ildə hind, tamil və teluqu filmlərinin premyerası baş tutmuşdur. Film Ramayana dastanı əsasında çəkilmişdir. == Süjet xətti == Filmdə baş qəhrəmanın bacısının toy mərasimində xoşagəlməz bir hadisə baş verir, onun toy məclisinə polis hücum təşkil edir, bundan əsəbləşən Beera toy mərasiminə hücumu təşkil edən şəxsin həyat yoldaşını (Aishwarya Rai) bir qayıq gəzintisi sırasında oğurlayır. Daha sonra isə bu adam oğurluğu hadisəsi polislər də daxil olmaqla bütün hüquq mühafizə orqanlarına xəbər edilir və Beeranı hər yerdə axtarmağa başlayırlar. Beera əqidəsinə görə qaçırdığı qızı 14 saat ərzində öldürməlidir, lakin qıza aşiq olduğuna görə qızın oğurlanmasının üstündən kifayət qədər zamanın keçməsinə baxmayaraq, qızı öldürməyə cəsarət edə bilmir.
Pis oğlanlar (film, 2021)
"Pis uşaqlar" (ing. The Bad Guys İngilis dili Pis Uşaqlar — DreamWorks Animation tərəfindən istehsal edilmiş Amerika kompüter animasiyalı soyğunçu komediya filmidir . Filmin rejissoru Pier Perifeldir(onun bədii debütü) İtan Koen və Hilari Uinstonun ssenarisi əsasında, icraçı prodüser Aaron Bleybi tərəfindən yazılmış eyni adlı uşaq kitabları seriyasına əsaslanır. Sem Rokvell, Mark Meron,Entoni Ramos,Kreyq Robinson və Akvafina, islahat bəhanəsi ilə həbsdən qaçmağa çalışan bir qrup heyvan cinayətkarını səsləndirirlər. Digər səs aktyorlarıarasında Riçard Ayoad,Zazie Bitz,Lili Sinqx və Aleks Borşteyn var idi . Filmin premyerası Latın Amerikasında 17 mart 2022-ci ildə oldu və 22 apreldə ABŞ-da yayımlandı, Universal Pictures distribyutor kimi xidmət etdi. == Süjet == Los-Ancelesdə, insanların və antropomorf heyvanların bir yerdə yaşadığı bir dünya.Cənab Qurd, cənab Piranya, cənab İlan, cənab Köpək Balığı və Miss Tarantula cinayətlərinin mürəkkəbliyi və ədalətdən qaçmaq bacarığı ilə tanınan cinayətkar dəstənin üzvləridir. Qubernator Diane Foksington efirdə dəstə üzvlərini təhqir etdikdə, onlar professor Rupert Marmalade IV-in almalı olduğu yaxşı işlər mükafatını oğurlamağa qərar verirlər.Yaşlı qadını soymağa çalışan canavar təsadüfən ona müvazinətini saxlamağa kömək edir, bundan sonra o, yaxşı əməlinə görə onu tərifləyir.Qurd cinayətkar həyatının ona nə qədər təsir etdiyini anlayır və Marmeladın çıxışı zamanı təsadüfən özünü və dəstəni üzə çıxarır, nəticədə onlar həbs edilir. Həbsi zamanı Qurd Marmeladı ona və dostlarına yenidən təhsil almağa kömək etməyə inandırır, bu arada lütfü oğurlamaq üçün yeni plan hazırlayır.Marmelad, Canavarı və dəstəni onlara gözəl əxlaqla dərs vermək üçün evinə dəvət edir, lakin gözlənilən nəticəni vermirlər.Sonda Marmeladın qvineya donuzlarını laboratoriyadan xilas etmək üçün qəhrəmanların iştirakı ilə əməliyyat keçirmək ideyası fiaskoya çevrilir. Foksington eksperimenti dayandırmaq və dəstəni həbsə göndərmək qərarına gəlir, lakin Qurd ona nifrət etməsinin səbəbinin xarici görünüşü olduğunu etiraf etdikdə fikrini dəyişir.Foxington başa düşdüyünü və müsbət nəticəyə ümid etdiyini deyir.Bundan sonra Qurd fikirlərini toplayır və pişiyi ağacdan xilas edir, bunu Marmelad videokameraya çəkərək internetdə dərc edir.Video internetdə yayılır və ictimaiyyətin personajlar haqqında fikirlərini dəyişir və İlan ən yaxın dostu ilə əlaqəni itirdiyindən şübhələnməyə başlayır.
Pis tərbiyə (film, 2004)
Pis tərbiyə (isp. La mala educación) — rejissor Pedro Almodovarın dram janrında filmi. 2004-cü ildə çəkilmişdir. == Məzmun == Enrike (Fele Martínez) 27 yaşlı uğurlu rejissordur. O özünü yeni filmlərini üçün yeni süjetlərinin axtarışındadır. Bir gün, öz ofisində işləyərkən, onun yanına İqnasio adında uşaqlıq dostu adında gənc insan gəlir. İgnasio Enrique'yə deyir ki, ona təcili olaraq iş tapmaq lazımdır və həmçinin onun uşaqlıq haqqında yazılmış hekayəsini verir. O bu gündən onu İqnasio deyil, Anhel adlandırmağı xahiş edir. "Ziyarət" adlı hekayədə İgnasio və Enriquenin katolik internatda birgə həyatından danışılır. İgnasio internatda padre Manolo tərəfindən müntəzəm seksual zorakarlığa məruz qalır.
Super pis (film, 2007)
Super pis (ing. Superbad)— rejissor Qreq Mottola tərəfindən 2007-ci ildə çəkilmiş ABŞ komediya filmi. Ssenarisini İvan Qoldberq və Set Rocenin yazdığı filmin baş rollarını Cona Hill, Maykl Sera, Kristofer Mintz-Pliz, Set Roqen, Bill Heyder rol almaqdadır. == Məzmun == Oxuduqları liseyin qızlarından birinin düzəltdiyi şənliyə dəvət edilən üç dostun başına gələn hadisələrdən bəhs edir.
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. == Bəst 19 əsrdə == Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848-1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi.Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur. Təbriz qiyamçıları Təbrizdə bəst oturdular.
Fəsa
Fəsa (fars. فسا‎)— İranın Fars ostanının şəhərlərindən və Fəsa şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 90,251 nəfər və 22,097 ailədən ibarət idi.
Kəsr
Kəsr termininin yaranması haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələr göstərir ki, "kəsr" sözü "sınıq xətt" sözünün sonrakı dəyişdirilmiş formasıdır. Avropada orta əsrlərdə tətbiq olunan "sınıq" termini Əl-Xarəzminin "Hesab" kitabından götürülmüşdür. Bu termin "kəsr" sözü əvəzində işlədilirdi və "qırmaq", "sındırmaq", "parçalamaq" və s. mənaları verən ərəbcə "kəsərə" sözündən alınmışdır. Azərbaycan dilində isə "kəsr" sözü birdən az olduğu kimi fikirləri ifadə edir. Kəsrlər adi və onluq olmaqla iki hissəyə ayırılır. Adi kəsrlər x/y şəklində olur. == Adi kəsrlər == a və b natural ədədlər olarsa, a b {\displaystyle {\frac {a}{b}}} şəklində olan ifadəyə adi kəsr deyilir. a b {\displaystyle {\frac {a}{b}}} =a÷b a<b olduqda a b {\displaystyle {\frac {a}{b}}} kəsrinə düzgün kəsr deyilir.
Nəsr
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var.Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s. == Povest == Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Azərbaycan ədəbiyyatında povestin ilk nümunəsi M.F.Axundzadənin “Aldanmış kəvakib” əsəri sayılır.
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. == Natamam yoxlama == POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. == Tam yoxlama == POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi.Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır. Həmçinin POST-card qurğusu ilə ana platanın diaqnostikası və yaranmış xətanın hansı sektorda olduğunu bilmək olar.
PPSB
PPSB (Protrombin kompleksi konsentratı) — tərkibində II, VII, X, IX laxtalanma faktorları olan qan zərdabı məhsulu olan dərman preparatıdır. II laxtalanma faktoru - protrombin faktoru VII laxtalanma faktoru - prokonvertin faktoru X laxtalanma faktoru - Stüart Prouer faktoru IX laxtalanma faktoru - hemofiliya əleyhinə B qlobulin yaxud Kristmas faktoru == Tətbiqi == Quick göstəricisi bu və digər səbəblərdən aşağı olan zaman:Kumarin preparatları qəbul edənlərdə bu və digər səbəblərdən baş verən yaxud gözlənilən (cərrahi əməliyyat öncəsi) qanaxmalarda; K vitamini çatışmazlığı səbəbindən baş verən yaxud gözlənilən (cərrahi əməliyyat öncəsi) qanaxmalarda; Qaraciyər çatışmazlığı səbəbindən baş verən yaxud gözlənilən (cərrahi əməliyyat öncəsi) qanaxmalarda. === Dozasının hsablanması === == Əks göstərişlər == DİK (ing. Disseminated intravascular coagulation) sindromunda (Dağınıq damar daxili koaqulopatiya) ; Hepaindən asılı trombositopeniyalarda.
Pusa
Nerpa (lat. Pusa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Pələ
Pələ — ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən su nəqliyyatı vasitəsi. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi kələk ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Pələni hazırlamaq üçün 15-20 sm diamterli və 2,2-2,5 m uzunluğunda ağacları bir-birinə paralel qoyur, baş, ortaya və ayaq hissələrinə isə köndələn şəkildə üç ağac bərkidirdilər. Beləliklə, ağacların arasıda əmələ gələn kvadratşəkilli sahələrə qoyun və keçi dərisindən hazırlanmış, içərisinə hava ilə doldurulmuş tuluqlar bağlanırdı. Bundan sonra pələnin üstünə çubuq çəpərə salınırdı. Pələ xüsusi çəp vasitəsi ilə hərəkətə gətirilir, kiçikhəcmli yüklərin və 2-3 sərnişinin digər sahilə keçirilməsi üçün nəzərdə tutulurdu.
Pəri
Pəri — Əfsanələrdəki personajlar, uçan varlıqlar Şotlandiyanın 95% əhalisi uçan pərilər haqqında olan əfsanələrə XIX əsrin ortalarına qədər inanırdı. Həmin müddət ərzində artıq Londonda metro belə tikilmişdi, lakin bu əhalinin ağılında uşaq vaxtlarından onlara danışılan nağıllar mühüm rol oynamışdı. Şotlandlar qızlarının, müxtəlif ev heyvanlarının, hətta həyat yoldaşlarının belə onlar tərəfindən qaçırıldığını düşünə bilərdilər. Zaman keçdikcə pərilərə inam Şotlandiyadan keçərək Avropaya doğru istiqamətlənməyə başladı, daha sonra isə bütün dünyanı əhatə etdi, lakin əsl həqiqətə uyğun məlumatlar hələ də dünyada məlum deyil. Bir çoxları pərilərin ölmüş insanların ürəklərindən meydana gəldiyini deyirdi, bir çoxları isə göydə uçan mələklərin yerə enərək pəriyə çevrildiyini düşünürdü. Əsl həqiqət isə həmişə mistika ilə qarışırdı. Con Frensis Kembell 1860-cı ildə özünəməxsus bir teoremlə önə çıxdı. O, bildirdi ki, pərilər sadəcə adalarda yaşayan balaca insanlardır. Bu teoremi 2004-cü ilə kimi araşdırmağa davam etdilər. Bir gün İndoneziya adalarından arxeoloji qazıntılar nəticəsində maraqlı bir fakt üzə çıxarıldı.
Qəsr
Qəsr (tikili) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara ) məxsus istehkam tikili. Qəsr (roman) — Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanı. Qəsr qənd - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi.
Rəsm
Təsviri incəsənətdə rəsm — eskiz və ya etüddən fərqli olaraq bitmiş xarakterə malik və müəyyən bədii mənaya sahib olan əsər. Freskadan və ya kitab miniatürlərindən fərqli olaraq rəsmin müəyyən interyer və ya dekorasiya sisteminə bağlı olması vacib deyildir. Hər bir rəsm əsəri adətən üç hissədən ibarət olur ki, bunlar bünövrə (kətan, taxta, metal, karton, kağız, daş, ipək və s.), zəmin və boya qatıdır. == Xarici keçidlər == Leone Battista Alberti, De Pictura (On Painting), 1435.
Təsi
Təsi — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi vahidinin Təsi kəndi Yekəxana kənd inzibati ərazi vahidi tərkibinə verilmişdir. == Toponimikası == Yerli məlumata görə, Təsi kəndin əsasını qoymuş şəxsin adıdır. Bəzi mənbələrə görə, təsi monqol tayfalarından birinin adıdır. Monqolustan ərazisində Təsi adlı çay da vardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 386 nəfər əhali yaşayır.
Talara (Peru)
Talara — Perunun şimal-qərbində bir şəhər. Piura bölgəsinin Talara əyalətinin inzibati mərkəzi. Əhalisi 103,2 min nəfərdir (2005-ci il statistikalarına əsasən). Cənubi Amerika qitəsinin ən qərb nöqtəsi olan Parinyas burnunun yaxınlığında yerləşir. Sakit okeanda əhəmiyyətli bir limanlardan biridir. Neft hasilatı və neft emalı mərkəzi olmuşdur (1914-cü ildən sənaye hasilatı). Talarada istifadəyə verilən 1 hava limanı vardır — Cap. FAP Victor Montes Arias International Airport. Talaranın cənub-qərbində Perunun ilk neft quyusu (1850-ci ildə aşkar edilmiş) yerləşir. Böyük neft ehtiyatları və aviasiya yanacağının nizamlanmış istehsalı sayəsində Talaradan İkinci Dünya müharibəsi zamanı ABŞ aviasiyası tərəfindən aviabazalarda istifadə olunurdu.
Çapar (peşə)
Çapar (Farsca:چاپار) və ya Çaparlar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi. "Əhəmənlər bu növ ata "Aq Qaroy" (Yunanca: Ἀγγαρήιον) deyirlər."Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. "Çapar Xana" Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi.
Pit Best
Pit Best (doğum adı Randolf Pete Best) — İngilis musiqiçi. The Beatles qrupunun orijinal üzvlərindən biridir. Qrupda müəyyən bir müddət baraban çalmışdır. Hindistan hələ İngilis müstəmləkəsi ikən Çennai şəhərində doğulmuşdur. Anası, Mona Best (1924-1988) ilə birlikdə 1945-ci ildə Liverpula köçüb, evlərinin alt qatında kafe (The Casbah Kafe Klubu) açdılar. Kafe Klubu gənclər arasında çox məşhur idi və 1000-dən çox üzvə sahib idi. The Beatles (o zamanki adıyla The Quarrymen), ilk performanslarından bəzilərini məhz bu kafedə vermişdi. The Beatles Pit Besti 1960-cı il 12 avqust tarixində, ilk Hamburq turlarından qısa bir müddət əvvəl qrupa dəvət etdi. Qrupdakı yerini isə 1962-ci il 16 avqust tarixində Ringo Starr'a verdi. Qrupdan çıxarılması, EMI studiyalarındaki ilk səsyazmadan sonra reallaşdı.
Peru 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Peru — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Peru Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.