PƏS

PƏS1

f. indi, bu halda, buna görə.

PƏS2

f. arxa, geri, ard.

PƏRVİN
PƏSƏND
OBASTAN VİKİ
Fatma Pəsənd xanım
Fatma Pəsənd xanım (17 aprel 1876, Konstantinopol – 5 noyabr 1924, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on birinci xanımı. == Həyatı == Çərkəz əsilli olan Fatma Pəsənd xanım Sultan Əbdülhəmidin bacısı Cəmilə Sultanın hədiyyəsi olaraq Ulduz sarayına gəlmişdir. 1896-cı ildə Ulduz sarayında nigahlanan cütlüyün bir il sonra Xədicə Sultan adlı qızları dünyaya gəldi. Ancaq 8 aylıq olan Xədicə Sultan difteriya xəstəliyindən vəfat etmişdi. Sultan Əbdülhəmid qızının vəfatından sonra Osmanlının ilk uşaq xəstəxanası olan Şişli Etfal xəstəxanasını qurdu. Xəstəxananın idarəsi isə 1909-cu ilədək Fatma Pəsənd xanıma tapşırıldı. Sultan Əbdülhəmidin devrilməsindən sonra əriylə birlikdə Salonikiyə getdi ancaq bir il sonra İstanbula qayıtdı. Qayıtdıqdan sonra Vaniköydə yaşayan Fatma Pəsənd xanım sürgün əsnasında ağır xəstə idi. Bu səbəblə ölkəni tərk edə bilmədi və 5 noyabr 1925-ci ildə vəfat etdi.
Pəstah
Pəstah - hər hansı bir üsulla emal olunan hissələrə deyilir. Emal üsulu burada heç bir rol oynamır. Pəstah dedikdə həm də tam hazır olmayan maşın hissələri nəzərdə tutulur. Onlar metaldan və qeyri metallardan hazırlana bilir. Hazırlanma üsulu nisbətən kobud olub ilkin həndəsi formanın və mexaniki xassələrin verilməsinə xidmət edir. Burada adətən təzyiq altında emal üsullarından istifadə edilir. Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s.
Pəsxan Cəlil
Pəsxan Cəlil (əsl adı: Cəlil Məşədi Süleyman oğlu; 1895, Şuşa – 1949, Bərdə) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. Cəlil Məşədi Süleyman oğlu 1895-ci ildə Şuşa şəhərində musiqiçi anadan olmuşdur. Mədrəsə təhsili alıb oxuyub-yazmağı öyrənsə də 10–12 yaşlarında məktəbi yarımçıq qoymuş, uşaq yaşlarından qardaşı Mürsəllə xanəndə kimi məclislərdə iştirak etmişdir. Malıbəyli Həmid və Zabul Qasımın ifalarından təsirlənmiş, həmin xanəndələr kimi oxumağa çalışmışdır. Onun öyrəndiyi ilk hava "Qarabağda bir dənəsən" mahnısı olmuşdur. Cəlil 15–16 yaşlarında olarkən atası onu özü ilə teatr tamaşalarına və toy məclislərinə aparmağa başlamışdır. Aşıq yaradıcılığını sevdiyi üçün ona yerli əhali arasında ona "Aşıq Cəlil" deyə də müraciət edilmişdir. Qeyd etdiyimiz kimi, o şikəstə oxuyanda aşıq qoşmalarına, müxəmməs və təcnislərinə müraciət edərdi. Özü də şerin hər bəndini əzbər, sonra da şikəstə üstündə oxuyardı. Hələ o vaxtdan onun oxuduğu qəzəl və qoşmalar Qarabağ xalqı arasında dildən-dilə gəzirdi.
Pəsək-i Süfla (Xoy)
Pəsək-i Süfla (fars. سكسفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.944 nəfər yaşayır (428 ailə).

Digər lüğətlərdə