Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhməd Ratib Paşa
Əhməd Ratib Paşa (d. 1711 - ö. 23 avqust 1758) — Osmanlı sultanı I Mahmud və III Osman dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Sultan Mahmud dönəminin sədrəzəmlərindən Topal Osman Paşanın oğlu olub, təxminən 1711-ci ildə dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca ilə yanaşı, dövrün mühüm xəttatlarından hüsnxət dərsləri almışdır. Gözəl əlyazısı və hüsnxətdəki bacarığı səbəbilə Ratib (farsca sıraya qoyan, düzən mənasında) ünvanı almışdır. Atasının 1733-cü ildə Səfəvilərlə döyüşdə şəhid düşməsinin ardından onun mülklərini və paşa ünvanını almışdır. 1740-cı ilin iyulunda Rumeli bəylərbəyi təyin edilmiş, həmin il Sultan Əhmədin qızlarından Ayşə Sultanla nişanlanmışdır. Cütlüyün nigahı 1742-ci ilin dekabrında bağlanmış, ardından Əhməd Ratib Paşa 1743-cü ildə kaptan-ı dərya təyin edilmişdir. Daha sonra Hanya, Əyriboz, Rumeli, Aydın, Vidin, Yanya kimi əyalətlərdə xidmət göstərmişdir.
Ratibida
Ratibida (lat. Ratibida) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Obeliscaria sect. Ratibida (Raf.) DC. Obeliscaria sect. Lepachys (Raf.) DC. Lepachys Raf. Obelisteca Raf. Obeliscaria Cass. Ratibida coahuilensis B.L.Turner Ratibida columnifera Wooton & Standl. Ratibida columnifera f. pulcherrima (DC.) Fernald Ratibida latipalearis E.L.Richards Ratibida mexicana W.M.Sharp Ratibida peduncularis Barnhart Ratibida peduncularis var.
Katib
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Rahib
Rahib — dini mərasimləri icra edən din xadimi. Ərəbcə rahib kəlməsi ruhban, rahbə, keşiş, kökündən gəlir. Rahbə "qorxub çəkinmə", keşiş "dərin dini qorxu ilə özünü dinə vermə" mənasındadır; rahib də Allahdan qorxan və fasilə ilə ibadət edən şəxsə deyilir. Quranda ruhbanlığın Allah tərəfindən fərz olmadığını,xristianların bunu uydurduğu bildirilmişdir. Təfsirlərdə deyilir ki, ruhbanlıq bir qrup xristianın dində ortaya çıxan fitnədən uzaqlaşıb dağlara çəkilərək ibadət etmə, mağaralarda və tək yerlərdə yaşama,qadınlardan uzaq durmaq kimi məşəqqətli bir həyat tərzinə qatlanmaqdır. Həmçinin qeyd olunur ki,ruhban ümumilikdə "Allahdan qorxanlar, özlərini ibadətə vermiş kimsələr", "İsanın davətinə itaət etmə və ona tabe olub şəriəti üzrə olanlar"və özəldə Xristian din adamları hesab olunur. Ümumilikdə ruhban sinifi sadəcə xristianlığa məxsus deyil, hər dinin öz tərzində ruhbanı ola bilər. Çünki Allahın əmri üzrə Ondan qorxan hər hansı şəxsə rahib deyilə bilər. İnsanların çoxu Allahdan qorxub inandıqları "din adamı" olaraq qəbul etdikləri bu adamlara din adına bir çox səlahiyyətlər verər və beləcə yoldan çıxarlar. Bu insanlar haqqında Allah buyurmuşdur: "Onlar öz alimlərini və ruhanilərini özləri ilə Allah arasına qoyub Rəbb tutublar.
RATİ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (ing. The Institute for Reporters’ Freedom and Safety) və ya qısaca RATİ (ing. IRFS) — Azərbaycanda söz azadlığının təşviqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı. RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür. 2014-cü ilin avqustunda təşkilatın Azərbaycandakı hüquqi fəaliyyəti dayandırılıb. Mehman Hüseynov Obyektiv TV Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016. 29.
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Katib Məmmədov
Məmmədov Katib Səfər oğlu — azərbaycanlı heykəltaraş, pedaqoq, dosent, Ukraynanın xalq rəssamı, Beynəlxalq Repin Premiyasının laureatı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının üzvü (1997), "Ukrayna Azərbaycanlılar Konqresi"nin üzvü (1999), Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvü (TSPX) (2008). == Həyatı == Katib Məmmədov 1963-cü il oktyabrın 10-da Gəncə yaxınlığında Azərbaycanın çox mənzərəli bir guşəsində, çoxuşaqlı ailədə anadan olub. Katibin uşaqlığı təbiətlə yaxından bağlı olub. O hələ uşaqkən ətrafda hər şeyə həddindən artıq marağı ilə yaşıdlarından seçilirdi. Çoxlu kitablar oxuyur, şəkil çəkir, müxtəlif fiqurlar düzəldirdi. Onun rəssam kimi formalaşmasında atasının böyük təsiri olub, atası onun qeyri-adi istedadını görərək ona tut ağacında balaca ev düzəltmişdi. Bu onun uşaq fantaziyalarına daha da təkan vermişdi. Balaca Katib özünü orada azad quş kimi hiss edir, özünü oxuduğu sevimli əsərlərindəki qəhrəmanlara bənzədirdi, Tom Soyer, Cim Hokins, Robinzon Kruzo… Səkkizinci sinfi bitirdikdən sonra, 15 nömrəli Gəncə sənət məktəbinə daxil olur. 1982 ildən 1984-cü ilədək Sovet Ordusu sıralarında, Rusiyanın Lipetsk şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən Leninqrada oxumağa getmək arzusu ilə Vətənə qayıdır.
Katib Çələbi
Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[…], Konstantinopol – 6 oktyabr 1657, Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur. == Həyatı == Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur. "Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir. == Əsərləri == "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir.
Qafar Rağib
Qafar Rağib (1 noyabr 1818, Şamaxı – 30 noyabr 1891, Şamaxı) — Azərbaycanlı şair. Hicri təqvimlə 2 məhərrəm 1234-cü ildə (miladi təqvimlə 1 noyabr 1818) Şamaxıda anadan olmuşdur. Qafar Rağibin atasının adını F. Köçərli "Məhəmməd Zayid", Mir Möhsün Nəvvab və Seyid Əzim Şirvani isə "Məhəmməd Said" kimi göstərmişdir. Qafar Rağibin həyatı haqqında ətraflı məlumat yoxdur. Doğulduğu şəhərdə təhsil almış, daha sonra ticarətlə məşğul olmuşdur. 1860-cı illərdə Şamaxıda təşkil edilən Beytüs-səfa adlı şeir məclisinin üzvlərindən olmuşdur. Hicri təqvimlə 27 rəbiülaxir 1309-cu ildə (miladi təqvimlə 30 noyabr 1891) Şamaxıda vəfat etmişdir. Qafar Rağibin şeirlərinin az bir hissəsi günümüzə gəlib çıxmışdır. Köçərli, Qafar Rağibin şeirlərinin 1902-ci ildə Şamaxıda meydana gələn böyük zəlzələdə itib-batdığını qeyd edir. S. Ə. Şirvaninin təzkirəsində Qafar Rağibin beş qəzəli qeyd edilmişdir.
Rahib Abbasov
Abbasov Rahib Yusif oğlu (23 fevral 1939, İrəvan – 1 dekabr 2022) — Tibb xidməti polkovniki, ali dərəcəli terapevt. Professor, “Poema zdorovya” ailə klinikasının kliniki rəhbəri. "Rusiya Federasiyasının Əməkdar Həkimi" (2002). Abbasov Rahib Yusif oğlu 1939-cu il fevralın 23-də İrəvanda anadan olub. 1962-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-diaqnostika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildən Sankt-Peterburqda yaşayır. R.Abbasov tələbəlik illərində institutun yuxarı kurslarında oxumaqla bərabər, Bakıdakı kliniki xəstəxanalardan birinin terapevtik şöbəsində kiçik tibb işçisi kimi çalışıb. R.Abbasov institutu bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılır və o vaxtdan, həyatının təxminən otuz ilini bu işə həsr edir. 1962-ci ildən hərbi hissələrdə tibb məntəqəsi lazaretinin rəisi və raket qoşunları tədris mərkəzinin tibbi xidmət rəisi olub. 1967-ci ildə R.Abbasov Leninqradda S.M.Kirov adına Hərbi Tibb Akademiyasının kliniki ordinaturasına daxil olub.
Rahib Azəri
Rahib Azəri — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi. Televiziya və radio verilişlərinin aparıcısı. Müxtəlif televiziya və radio verilişlərinin müəllif və tərtibçisi. Əməkdar mədəniyyət işçisi (2016). Rahib Azəri 1962-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya gəlib. Atası mühəndis, anası isə uşaq həkimi işləyib. 1969-cu ildə Bakı şəhəri 132 nömrəli orta məktəbə daxil olub. 1979-cu ildə orta məktəbi bitirib. Özü jurnalist olmaq istəsə də həmin il atasının istəyi ilə M. Əzizbəyov adına Neft Kimya İnsitutunun, energetika fakultəsinə daxil olub. 1984-cü ildə institutu bitirb və 10 il ixtisası üzrə energetik kimi çalışıb.
Rahib Babayev
Rahib Bəylərov
Rahib Böyükağa oğlu Bəylərov (25 oktyabr 1985, Siyəzən rayonu) — 2007-ci ildə Avropa Həvəskar Boks Assosasiyasının açıqladığı reytinq cədvəlində 75 kq çəki dərəcəsində Azərbaycan boksçuları arasında ən yüksək, ümumdünya boksçuları sırasında isə adı 2-ci yerdə olan idmançı. Rahib Bəylərov 1985-ci il oktyabrın 25-i Siyəzən rayonunda anadan olub. İdmana 7 yaşından başlayıb.
Rahib Cəbrayılov
Rahib Fətəliyev
Rahib Hacıismayılov
Rahib Hüseynov
Rahib Məmmədov
Rahib Məmmədov (əsgər) — Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı. Rahib Məmmədov (atlet) — Azərbaycanlı yüngül atlet.
Rahib Qarayev
Rahib Qarayev (Rahib Arif oğlu Qarayev; d. 1986) — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltaraş.. Qarayev Rahib Arif oğlu 8 aprel, 1986-cı il Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1993-cü ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbinin 1-ci sinifinə başlamışdır. 2004-cü ildə Masallı rayonunun Yeddioymaq kənd T.M.Bayraməlibəyov adına orta məktəbini bitirmişdir. 2000-2008-ci illərdə Masallı rayonun Qasımlı kəndində İlqar Balayevin emalatxanasında heykəltaraşlıq dərsləri almışdır. Onun bu sahəyə olan marağı hələ uşaqlıq illərindən yaranıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə daxil olmuş, 2012-ci ildə bakalavr pilləsini bitirib elə həmin ildə magistratura pilləsinə daxil olmuşdur. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.
Rahib Quliyev
Rahib Qədimov
Rahib Əliabbas oğlu Qədimov (1920, Bakı — 1988, Bakı) — milyonçu, xeyriyyəçi neft maqnatı Məşədi Kampanın nəvəsi, karikaturaçı rəssam. Rahib Əliabbas oğlu Qədimov 1920-ci ildə anadan olmuşdur. Balaxanıdakı məktəbdə orta təhsil aldıqdan sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşdur. Rəssamlıq məktəbini bitirdikdən sonra ordu sıralarına çağırılmış və Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra Rahib Qədimov uzun müddət respublikanın "Kommunist", "Bakinski raboçi", "Vışka", "Kirpi" və başqa qəzet və jurnallarında müntəzəm olaraq siyasi cəhətdən kəskin, sənətkarlıq nöqteyi nəzərindən yetkin karikaturalarla çıxış etmişdir. O çox cəld işləyən, məhsuldar rəssam kimi ad çıxarmışdı. Qəzetlərdən oxuduğu gündəlik siyasi məlumatlara, səhərisi gün karikaturaları qəzetlərdə çap olunurdu. Eyni zamanda Balaxanı məktəbində də dərs demişdir. Onun "Müstəmləkə sistemin aqibəti", "Sirkə nə qədər tünd olsa, öz qabını çatdadar", "Müharibə aşiqi", "Xam xəyal", "Sözdə və işdə", "Gedər-gəlməz yol" və bir çox başqa karikaturaları sənətkarlıq və aktuallıq baxımından yüksək qiymətləndirilmişdir. O, həm Rəssamlar İttifaqının həm də Jurnalistlər İttifaqının üzvü idi.
Rahib Qərib
Rahib Qərib (tam adı: Qəribov Rahib Mirzəkərim oğlu; 3 may 1967, Dağ Üzü, Yardımlı rayonu) — ANS televiziyasının aparıcısı, hərbi telejurnalist, ehtiyatda olan mayor. Rahib Qəribov 3 may 1967-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olub. M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Yardımlı rayonunun "Zirvə" qəzetində başlayıb. 1984-cü ildən fasiləsiz olaraq mətbuat sahəsində çalışır. Sabiq sovet ordusu sıralarında xidməti Daxili Qoşunların Uzaq Şərq və Şərqi Sibir dairəsinin "Dalnevostoçnıy çasovoy" qəzeti redaksiyasında keçib. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında səhər proqramının aparıcısı, redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində xidmət keçərək ardıcıl cəbhə bölgələrindən hazırlanan AzTV-də efirə verilən “And” hərbi proqramının müəllifi və aparıcısı olub. Birinci Qarabağ savaşından, onun qəhrəmanlarının döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifidir. Müharibə veteranı, tanınmış müharibə reportyorudur.
Rahib Zeynalov
Rahib Rəşid oğlu Zeynalov — Azərbaycan alimi, İnnovativ İstehsalat Mərkəzinin direktoru, texnika elmləri doktoru Rahib Rəşid oğlu Zeynalov 1936-cı ildə Azərbaycan SSR Salyan rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsi (Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər) şöbəsinə daxil olmuş, 1958-ci ildə oranı Mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. O vaxt ki Xalq Təsərrüfatı Şürasının Maşınqayırma İdarəsinin göndərişi ilə SM Kirov adına (Qazıma alətləri) zavodunda əmək fəaliyyətinə başlamışdır. 1953-1958 - Azərbaycan Politexnik İnstitutu, mühəndis-mexanik 1967-1969 - Azərbaycan Patentşünaslıq İnstitutu - patentşünas 2008-2008 - Milli Neft və Qaz İnstitutu (Moskva şəhəri) - neftqazmədən avadanlığı təhlükəsizliyi üzrə ekspert 2009-2009 - Sertifikasiya, Standartlaşma və Metrologiya Akademiyası - ixtisasın artırılması 2009-2012 - Texniki Tənzimləmə və Metrologiyanın Federal Agentliyi (Moskva şəhəri) - ekspert 1958-1965 - SM Kirov adına Qazıma alətləri zavodunda (qıfıl sexində) briqadir, usta köməkçisi - mühəndis-texnoloq, zavodun texniki şöbəsində mühəndis-texnoloq, böyük mühəndis-texnoloq, baş texnoloqun müavini, zavodun texniki nəzarət şöbəsinin eksport üzrə müavini 1965-1969 - zavodun xüsusi konstruktor bürosunda İqtisadi əsaslandırma və buraxılan məhsulun tədqiqi və patent informasiya şöbəsinin rəisi 1969-1970 - texniki hazırlıq üzrə baş mühəndisin müavini 1970 - 1975 - zavodun Texniki Nəzarət şöbəsinin rəisi 1975-1994 - zavodun baş konstruktoru 1994-1998 - Bakı Maşınqayırma zavodunun direktoru 1998-2001 - Azərbaycan Maşınqayırma Texnologiyası İnstitutu, marketinq üzrə direktor 1998-2003 - Azərbaycan Elmlər Akademiyasında Təcrübə sınaq zavodunun baş direktoru 2001-2013 - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Neftin, qazın geotexnoloji problemləri və Kimya ETİ-da böyük və aparıcı elmi işçi 2015 - İnnovativ İstehsalat Mərkəzinin (MMC) direktoru. 1970 - Azərbaycan Politexnik İnstitutunun aspirantı (istehsalatdan ayrılmadan) 1976 - Texnika elmləri namizədi elmi dərəcə 2006 - Dosnet elmi dərəcə 2008-2009 - AR Prezidentinin yanında Ali Attestasiya Komissiyasının Texnika və Yer elmləri üzrə ekspert komissiyasının elmi katibi 2011 - "Neftin, qazın geotexnoloji problemləri və Kimya" ETİ-da doktorant 2011-2012 - "Neftin, qazın geotexnoloji problemləri və Kimya" ETİ-da dissertasiya şurasının elmi katibi İmpakt faktor göstəricisi, uyğun olaraq 0,55 və 0,58 olan "Нефтепромысловое дело" və "Оборудование и Технологии" (Москва ВНИИОЭНГ) jurnalının redaksiya heyətinin üzvü 2015 - Texnika elmləri doktoru 1970 - Azərbaycan Politexnik İnstitutunda aspirant (istehsalatdan ayrılmadan) 1976 - Texnika elmləri namizədi 2006 - Dosent elm adı 2009 - Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü 2015 - Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü 2015 - Böyük Britaniya və ABŞ Attestasiya sistemində standartlaşdırma, metrologiya, texniki tənzimləmə, neftmaşınqayırma və patent ekspertizası ixtisasları üzrə texnika elmləri doktoru 2016 - Beynəlxalq Akademiya Akkreditasiya, Attestasiya Komitəsinin səlahiyyətli nümayəndəsi 1994-1997 - Azərbaycan ilk dəfə zavod məhsullarına və onların istehsalına Rusiya Federasiyasının uyğunluq sertifikatı almışdır. 1996 - Azərbaycanda MDB ölkələrində ilk dəfə qazıma borularına qaynaq edilən qıfılların istehsalına Amerika Neft İnstitutunun (API) 7-ci təsnifatı üzrə istehsalını təşkil etmiş və 1996-1997-ci illər üçün 12 milyon ABŞ dolları dəyərində Taqanroq Metallurgiya zavodu ilə müqavilə imzalanmışdır. 2000-2001 - Binəqədi Maşınqayırma zavodu - Törəmə Açıq Səhmdar Cəmiyyəti ilə sonuncunun istehsal etdiyi məhsulları və istehsalı API standartları tələblərinə uyğun sertifikasiyaya hazırlamaq üçün ümumi dəyəri bir milyard 200 milyon manat olan müqavilə bağlamış və müqaviləni vaxtında və yüksək keyfiyyətdə yerinə yetirmişdir. 2001-2002 - Dünya Bankının 5 Xəzəryanı ölkələrin "Neftləçirklənmiş torpaqların təmizlənməsi" mövzusunda qrantın qaliblərindən biri olmuşdur. 2010-2012 - Azərbaycan Respublikasının Prezidentinin yanında "Elmin İnkişaf Fondunun" konkurslarında 3 layihə üzrə iştirakçı olmuşdur. 2008-2012 - Azərbaycan Mühəndislik Akademiyasının təsərrüfat hesablı müqavilələrin realizasiyasında bilavasitə iştirak etmişdir.
Raqib Hüseynov
Raqib Qimayev
Raqib Nəsrətdin oğlu Qimayev (başq. Рәғиб Насретдин улы Ғимаев; 1 yanvar 1935 — 29 yanvar 2016, Ufa) — başqırd əsilli SSRİ və Rusiya alimi, texniki elmlər doktoru, professor, Başqırdıstan Elmlər Akademiyasının həqiqi üzvü (1999), Başqırdıstan Dövlət Universitetinin 1981-1999-ci illərdəki rektoru. Başqırd Muxtar Sovet Sosialist Respublikası Kiqinski rayonu, İbrayevo kəndində anadan olmuşdur. Milliyyətcə başqırddır. 1958-ci ildə Ufa Dövlət Neft Texniki Universitetini bitirmiş və 1963-cü ilə qədər Yeni-Ufa Neftayırma zavodunda işləmişdir. 1976-cı ildən Ufa Dövlət Neft Texniki Universitetində Neft və Qaz texnologiyaları kafedrasında aparıcı üv olmuşdur. Sonradan isə Başqırdıstan Dövlət Universitetində tenologiyalar fakultəsində dekan işləmişdir. 1981 - 1999-cu illər ərzində isə Başqırdıstan Dövlət Universitetinin analitik kimya və ümumi kimya texnologiyaları kafedrasının aparıcı üzvü və ümumilikdə universitetin rektoru olmuşdur. Raqib Qimayev neft və qazın kimya emalı sahəsində dünya nüfuzuna malik bir mütəxəssisdir. Neft xammalına əsaslanan karbon materialları istehsalı üçün elmi məktəb yaradıcısıdır.
Raqib Əzizov