Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sehrulla Quliyev
Nəsrulla
Nəsrulla — kişi adı. Nəsrulla xan — hökmdar Nəsrulla Nəsrullayev — Azərbaycanın görkəmli ictimai xadimi Nəsrulla Şeyxov — maarifçi, teatr xadimi. Nəsrulla İmanquliyev — Azərbaycan jurnalisti, elm xadimi və ictimai xadim. Mirzə Nəsrulla xan — Müşirəddövlə Mirzə Nəsrulla Əmirov — Molla Nəsrulla Vaqif — XVI əsr Azərbaycan şairi.
Nəsrulla Babayev
Babayev Nəsrulla Xanbaba oğlu (15 dekabr 1918, Bakı – 1975, Bakı) — texnika elmləri doktoru, professor, I dərəcəli SSRİ Dövlət mükafatı və Azərbaycanıən Dövlət mükafatı laureatı, həmçinin "Azərbaycanın əməkdar mühəndisi", "SSRİ fəxri neftçisi" adlarına layiq görülüb. O, iki dəfə Qırmızı Əmək Bayrağı, Lenin və "Şərəf Nişanı" ordenləri və s. ordenlərlə təltiv olunub. Babayev Nəsrulla Xanbaba oğlu Bakı şəhərində anadan olmuşdur. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur. 1942-ci ildə Neft-mədən işi ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azneft İB-nin Molotovneft trestinin qazıma kontorunda qazıma üzrə mühəndis işləyib. Böyük Vətən Müharibəsi iştirakçısıdır. Cəbhədən qayıtdıqdan sonra Kaqanoviçneft trestinin quyuların əsaslı təmiri kontorunda böyük mühəndis, sex rəisi işləmişdir. 1945–1946-cı illərdə Kaqanoviçneft trestinin qazıma kontorunun direktoru əvəzi, İdarə Texniki Birliyinin (ПТО) rəhbəri olub. 1946–1949-cu illərdə Azərneft İB-nin dənizdə qazma trestinin Gürgan-dəniz qazıma kontorunun direktoru, Azərneftkəşfiyyat İB-nin Jiloy adasında qazıma kontorunun direktoru işləyib.
Nəsrulla Kəngərli
Nəsrulla Kəngərli (25 noyabr 1913 – 25 fevral 1991) — XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, Bakının, Gəncənin, Sumqayıtın simasını gözəlləşdirən nadir tikililərin müəllifi, II Dünya müharibəsinin iştirakçısı, "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikasının "Əməkdar inşaatçısı" fəxri adına layiq görülmüş, memar, pedaqoq. Nəsrulla Yaqub oğlu Kəngərli 1913-cü il noyabr ayının 25-də Naxçıvanda anadan olmuşdur. Babası İsmayıl ağa rus-türk müharibəsində hünər göstərmiş 200 nəfərlik süvari döyüşçüyə rəhbərlik etmiş, şücaətinə görə çar hökuməti ona poruçik rütbəsi və Naxçıvanda mülk vermişdir. Atası Yaqub Paşa cəmi dörd sinif oxusa da, elmlərə bələd, siyasətdən baş çıxaran bir adam kimi tanınmış, ərəb, fars, rus dillərini və osmanlıcanı bilməsi ilə seçilmişdi. İran və Osmanlı ziyalıları ilə əlaqələr saxlayan, zəngin kitabxana yaradan Yaqub Paşa Kəngərli rus şərqşünası Konstantin Smirnova "Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar" kitabını yazmaqda kömək göstərmişdir. 1918-ci ilin qanlı erməni basqınlarının qarşısının alınmasında ağıl və hünəri ilə fərqlənmişdi. Belə bir mühitdə və huşyar ailədə böyüyən Nəsrulla sovet dovrünün ilk illərində məktəb təhsili almış, 1929-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu və 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq-inşaat fakültəsini bitirdikdən sonra muxtar respublikanın kəndlərində dərs demişdi. Yaqub Paşa isə sovet quruculuğunda fəal iştirak etsə də İran vəTürkiyə ilə əlaqə saxlamaqda şərlənib 1939-cu ildə güllələnmişdi. Ailə Qazaxıstana sürgün olunmuş, yalnız 1964-cü ildə vətənə qayıda bilmişdi. Təhsil alması ilə bağlı Naxçıvandan kənarda olması Nəsrullanı bu sürgün və cəzadan xilas etmişdi.
Nəsrulla Nəsrullayev
Nəsrulla Hidayət oğlu Nəsrullayev (24 oktyabr 1920, Bakı – 26 aprel 1978, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi və alimi, Azərbaycan SSR yüngül sənaye naziri (1975–1978) və Azərbaycan SSR rabitə naziri (1969–1975). Nəsrulla Nəsrullayev 1920-ci ildə anadan olmuşdur. 1927-ci ildə təhsilinə başlayaraq əvvəlcə Bakı şəhərində 9 nömrəli məktəbdə, sonra isə Azərbaycan Sənaye Politexnikumunun elektrik texnikası şöbəsində, Azərbaycan Sənaye İnstitutunun energetika şöbəsində təhsil almış və buranı 1941-ci ildə bitirmişdir. Texnika elmləri namizədi, dosent olmuşdur. Nəsrulla Nəsrullayev əmək fəaliyyətinə 1936-cı ildə tələbə olarkən başlamış, Azərbaycan Energetika İdarəsi sistemində növbətçi texnik vəzifəsində işləmişdir. Xəzər Neftdaşıma Gəmiçiliyi İdarəsinin fabrik-zavod məktəbində və Bakı Neft Maşınqayırma texnikumunda pedaqoji fəaliyyət göstərmiş, müəllimlik etmişdir. 1941–1944-cü illərdə zavodda mühəndis, sex rəisi, baş energetik vəzifələrində işləmişdir. 1945–1947-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin əvvəlcə elektrik stansiyaları və elektrik sənayesi şöbəsində, sonra isə neft sənayesi şöbəsində təlimatçı olmuşdur. 1947–1960-cı illərdə Nəsrulla Nəsrullayev Bakı elektrik maşınqayırma zavodunun direktoru olmuşdur. 1960–1961-ci ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Elektrotexnika Sənayesi İdarəsinin rəisi təyin edilmiş, 1961–1966-cı illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi işləmişdir.
Nəsrulla xan
Seyid Nəsrullah Bahadur xan ibn Heydər xan Manqıt(1806 — 1860) — Manqıtlar sülaləsindən Buxara əmirliyinin hökmdarı. Seyid Nəsrullah Bahadur xan ibn Heydər xan Manqıt 1806-cı ildə Buxara şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi almışdı. 15 yaşından başlayaraq hakimiyyət uğrunda mübarizə başlamışdı.1821-ci ilin yazından başlayaraq Buxara əmirliyinin ordusuna başçılıq etmişdi.Miyanqala üsyanının yatırılmasında iştirak etmişdi. Özbək tayfaları tərəfindən tutulmuş Kattakurqan şəhərini azad etmişdi. Onun əmri ilə 400 nəfərdən 700 nəfərədək adamın başı vurulmuşdu. Gizli olaraq hazırladıqları bu girişimdən nəticə ala bilməyən Kokand xanlığının müxalifləri, Buxara Əmiri Nasrullaha xəbər göndərərək, Onu Kokandı ələ keçirməsi üçün təşviq ətməyə başlamışdılar. Müxaliflərin yardımı ilə Kokand hakimi Məhəmmədəli xanın məmləkəti idarə edərkən zalımca tövr sərgiləməsi, atasının nikahlısını alması və səfihliği propaqandası aparan Əmir Nasrullah, Kokand xalqında hüzursuzluğun ortaya çıxmasına səbəbiyət vermişdir. Kokand daxilində uyğun ortamı hazırlayan Əmir Nasrulla, 18.000 əsgərdən ibarət olan bir orduyla hərəkətə keçmiş və Kokanda təqribən 25 km² uzaqda ordusunu əyləşdirmişdi. Buxaralıların üzərinə gəldiyini duyan Məhəmmədəli xan, müxaliflərin planı nəticəsində Əmir Nasrulla ilə qarşı-qarşıya gəlməkdən çəkinmiş, Kokandı tərk edərək Oşa çəkilmək məcburiyyətində qalmışdır.
Nəsrulla İmanquliyev
Nəsrulla Əsədulla oğlu İmanquliyev (22 dekabr 1911, Bakı – 7 mart 1998, Bakı) — azərbaycanlı jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti (1990), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1976). Nəsirulla Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmişdir. 1926-cı ildə Komsomol sıralarına qəbul edilmişdir. 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirmişdir. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yəni 1934-1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səs" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışmışdır. Bir il sonra, 1943-cü ildə Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görmüşdür. O, 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunmuşdur.
Nəsrulla Şeyxov
Nəsrulla Əsəd oğlu Şeyxov (1863, Naxçıvan ş. – 1921, İran, Rəşt ş.) – maarifçi, teatr xadimi. Uşaqlığı "Məddah" təxəllüsü ilə şeirlər yazan atası ilə birlikdə Naxçıvan da və Kərbəlada (İraq) keçmişdir. XIX əsrin 80–90-cı illərində C. Məmmədquluzadə ilə birlikdə Naxçıvanın teatr həyatında iştirak etmiş, M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Hatəmxan ağa, E. Sultanovun "Azərbaycan qızı" pyesində Pəri rollarında oynamışdır. İran məşrutə hərəkatında yaxından iştirak etmiş, məşrutəçi kimi "Cəmşid" ləqəbi ilə tanınmışdır. Tiflis şəhərində "Hümmət" təşkilatı Naxçıvan şöbəsinin yaradılmasında mühüm rol oynamışdır. İranda, Həştərxanda həbsdə olmuşdur. İranın Rəşt şəhərində kommunist firqəsinin məsul katibi olan Ş. müxalif qüvvələrlə gedən vuruşmalarda faciəli surətdə həlak olmuşdur. Xəlilov Ə., Naxçıvan teatrının tarixi, B., 1964; Həbibbəyli İ., Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Zəbbulla Əliyev
Əmrulla Saleh
Əmrulla Saleh (dəri və puşt. امرالله صالح; 15 oktyabr, 1972-ci il, Pəncşir vilayəti) — Əfqanıstan dövlət xadimi, siyasətçi, Əfqanıstanın Birinci Vitse-prezidenti (2020-2021), Əfqanıstan Daxili İşlər Naziri (2018-2019), Milli Təhlükəsizlik İdarəsinin rəisi (2004-2010). 17 Avqust 2021-ci ildə keçmiş prezident Əşrəf Qəni ölkədən qaçdıqdan sonra Əmrulla Saleh özünü prezident vəzifəsini icra edən elan etdi və Taliban yaraqlılarına müqavimət göstərməyə çağırdı. Əhməd Məsudla birlikdə Pəncşir Müqavimətini təşkil etmişdir. Əmrulla Saleh 15 oktyabr 1972-ci ildə Pəncşir vilayətidə anadan olub. Milliyətcə tacikdir. Siyasətçinin uşaqlıq və gənclik illəri haqqında demək olar ki, heç nə məlum deyil. 1980-ci illərdə Pakistanda yaşamış və təhsil almışdır. 1990-cı ildə Əfqanıstan müxalif qüvvələrinə qoşulmuş, Pakistanda hərbi təlim keçmişdir. O, Mücahidlərin səhra komandiri Əhməd Şah Məsudun başçılığı ilə müharibələrdə iştirak etmişdir.
Mirzə Nəsrulla xan
Mirzə Nəsrulla xan Naini (17 oktyabr 1840, Nayin, İran - 13 sentyabr 1907, Tehran, İran) (fars. میرزا نصرالله خان نایینی‎), Müşirəddövlə, İranın Qacar xanədanının baş naziri Mirzə Nəsrulla xan 17 oktyabr 1840-cı ildə Nayində anadan olmuşdu. Mirzə Nəsrulla xan 13 sentyabr 1907-ci ildə Tehranda vəfat edib.
Mirzə Nəsrulla Əmirov
Mirzə Nəsrulla Əmirov (d.1873, Naxçıvan – ö.1937 Naxçıvan) — Müsəlman Milli Komitəsinin sədri, Naxçıvan Milli Şurasının sədri, repressiya qurbanı. Mirzə Nəsrulla 1873-cü ildə Naxçıvanda anadan olmuşdur. 1886-cı ildə peşəsi mülkədar və yerli həkim olan Mirzə Nəsrulla Əmirov 1917-ci ildə ticarətlə məşğul olmuşdur. 1919-cu ildə Mirzə Nəsrulla Müsavat hakimiyyəti dövründə təşkil olunmuş Milli Məclisin sədri (Naxçıvan Milli Komitəsinin sədri) seçilmişdir. Oğulları: Cabbar Əmirov Cəlil Əmirov Kazım Əmirov Kərim Əmirov Qızları: Tovuz Əmirova Tərlan Əmirova Nusrət Əmirova Xurşud Əmirova Ürfət Əmrova Nigar Helmi Abbasbəyli (nəticəsi) Ilham Mustafayev (nəticəsi) Mirzə Nəsrulla Əmirov 1937-ci ildə repressiya qurbanlarından biri olmuşdur. Cəlil Əmirov Cabbar Əmirov Nigar Helmi Abbasbəyli Görkəmli şəxsiyyətin layiqli davamçısı Maarif fədaisi,... Aslan Kənan. "XX əsrdə repressiyalara məruz qalanlar". Bakı, ― Azərnəşr‖, 2011 – 296 s.
Mirzə Nəsrulla Ərdəbili
Mirzə Nəsrulla Ərdəbili (Ərdəbil – 1854, İraq) — XIX əsr Azərbaycan şairi. Mirzə Nəsrulla Ərdəbil şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şəhərlərinin dini işləri ilə məşğul olmuşdu. Sədrülməmalik ləqəbini daşıyırdı. Mirzə Nəsrulla şair idi. Nüsrət təxəllüsü ilə xoştəb şeir yazırdı. Tanınmış bioqraf Məhəmmədəli xan Tərbiyyət onun haqqında yazır: "Nüsrət Mirzə Nəsrulla Sədrül-Məmalik Ərdəbili – bilikdə və rəvan nitqdə öz əsrinin yeganəsi idi. O, zəmaməsinin bir çox alimləri və arifləri ilə dost olmuşdur. Mirzə Nəsrulla İsfahanda bilik əldə etmiş və Həsənəlişahın müridi olmuşdur.
Molla Nəsrulla Vaqif
Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif (?-1553) — XVI əsr Azərbaycan şairi. Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif 1503-cü ildə Xalxalda doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Osmanlıya köçüb, uzun müddət orada yaşamışdır. Bəzi müəlliflərə görə onun Osmanlı dövlətinə getməsi onun sünni məzhəbində, şafii təriqətində olması idi. Molla Nəsrulla Vaqif 1553-cü ildə Osmanlı dövlətində vəfat edib.
Nəsrulla Nəsrullayev (1999)
Hacı Əmrulla hamamı
Hacı Əmrulla hamamı — günbəzli hamam olub, Sumqayıt şəhərinin Corat qəsəbəsi mərkəzindən keçən Sülh küçəsində, Corat cümə məscidinin qarşı tərəfində yerləşir. Günbəzşəkilli olan bu hamam dövlət tərəfindən mühafizə edilir. == Tarixi == Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə XVII əsrdə tikilməsi qeyd olunur. Qəsəbə sakinləri arasında təzə hamam olaraq tanınır. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir.
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin (15 avqust 1860, İsfahan – 28 noyabr 1908, Tehran) – İranın görkəmli ictimai xadimi, cəsur inqilabçı, yazıçı və mütəfəkkiri idi. Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin 1908-ci ildə İrandakı əksinqilabi çevriliş zamanı Məhəmmədəli şahın əmri ilə vəhşicəsinə öldürülmüşdür.
Mirzə Nəsrulla bəy Didə
Mirzə Nəsrullah bəy Didə (1797, Şamaxı – 1870, Şamaxı) — şair. Şeirlərini "Didə" təxəllüsü ilə yazan Mirzə Nəsrullah bəy Qurbanbəyov XlX əsrdə yaşamış istedadlı şairlərdən biridir. Onun doğum tarixi məlum deyil. İlk təhsilini Şamaxıda almış, sonra Təbrizə gedərək, mədrəsədə oxumuşdur. Şamaxıya qayıtdıqdan sonra şəhərdə mirzəlik etmiş, ömrünün sonlarında isə məktəbdarlıqla məşğul olmuşdur. Didə 1870-ci ildə Şamaxıda vəfat etmişdir. Didənin şeirləri tam halda əldə yoxdur. Onun əsərlərindən bəzi nümunələri Salman Mümtaz 1928-ci ildə Azərnəşrdə çap etdirdiyi "Mirzə Nəsrulla bəy Didə" kitabında vermiş, 2004-cü ildə şairin həmin nümunələr əsasında hazırlanmış "Bahariyyə" adlı şeirlər toplusu Bakıda çapdan çıxmışdır.
Mirzə Nəsrulla xan Müşirüddövlə
Mirzə Nəsrulla xan Naini (17 oktyabr 1840, Nayin, İran - 13 sentyabr 1907, Tehran, İran) (fars. میرزا نصرالله خان نایینی‎), Müşirəddövlə, İranın Qacar xanədanının baş naziri Mirzə Nəsrulla xan 17 oktyabr 1840-cı ildə Nayində anadan olmuşdu. Mirzə Nəsrulla xan 13 sentyabr 1907-ci ildə Tehranda vəfat edib.
Nəsrulla Nəsrullayev (film, 1999)
Seyfulla Bədəlov
Seyfulla Hacı Əbdül oğlu Bədəlov (31 dekabr 1907 – 24 noyabr 1978) — Azərbaycan kinooperatoru, kinorejissor. 31 dekabr 1907-ci ildə doğulub. Operator Seyfulla Bədəlov İkinci Dünya müharibəsi iştirakçısı olmuşdur. 24 noyabr 1978-ci ildə vəfat edib. Azərbaycan kinosunun ilk kinooperatorlarındandır. 1929-cu ildən kinoda çalışmışdır. Kinostudiya ilə yanaşı 1963-cü ildən Azərbaycan televiziyasında da filmlər çəkmişdir. Operator kimi 100-ə yaxın film, bir o qədər də kinojurnallar üçün süjetlər çəkmişdir. Rejissor kimi isə 25-dən çox yaxın film çəkmişdir. "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 Operator kimi Bakıda Oktyabrın 17-ci ildönümü (film, 1934) (qısametrajlı sənədli film) İnqilab tribunu (film, 1934) (qısametrajlı sənədli film) Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934) (qısametrajlı sənədli film) Azərbaycan günü (film, 1935) (qısametrajlı sənədli film) Azərbaycan SSR-nin 15 illiyi (film, 1935) (qısametrajlı sənədli film) Cəfər Cabbarlının dəfni (film, 1935) (qısametrajlı sənədli film) Şöhrətli Azərbaycan (film, 1935) (qısametrajlı sənədli film) Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) Yüksək məhsul uğrunda (film, 1936) (qısametrajlı sənədli film) S. M. Kirova abidə özülünün qoyulması (film, 1937) (qısametrajlı sənədli film) SSRİ Ali Sovetinə seçkilər qarşısında (film, 1937) (qısametrajlı sənədli film) Azərbaycan aşıqları (film, 1938) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) Sovet gimnastları (film, 1938) (qısametrajlı sənədli film) Yaşasın Azərbaycan artistləri (film, 1938) (qısametrajlı sənədli film) Bir May Bakısı (film, 1941) (qısametrajlı sənədli film) Sovqat (film, 1942) (qısametrajlı bədii film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Bakı neftçiləri (film, 1944) (qısametrajlı sənədli film) Xəzər dənizçiləri (film, 1944) (qısametrajlı sənədli film) Məktuba cavab (film, 1944) (qısametrajlı sənədli film) Şəfa nəğməsi (film, 1944) (qısametrajlı sənədli film) Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film) General Həzi Aslanov (film, 1945) (qısametrajlı sənədli film) İran Azərbaycanının paytaxtında (film, 1945) (qısametrajlı sənədli film) Zəfər bayramı (film, 1945) (qısametrajlı sənədli film) Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946) (qısametrajlı sənədli film) Arazın o tayında (film, 1947) (tammetrajlı sənədli film) Xalq şairi (film, 1947) (qısametrajlı sənədli film) Xəzər nefti (film, 1948) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film) Yeni kənd (film, 1948) (qısametrajlı sənədli film) Sovet Naxçıvanı-şərqin qapısı (film, 1949) (qısametrajlı sənədli film) Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) (tammetrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film) Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) Bakıya xoş gəlmisiniz (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Daha iki nəfər (film, 1965) (qısametrajlı bədii film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film) Yun şal (film, 1965) (qısametrajlı bədii film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Quzu (film, 1967) (qısametrajlı bədii film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) İthaf (film, 1969) (qısametrajlı sənədli film) Səhhət (film, 1970) (qısametrajlı sənədli film) Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (sənədli serial)(6-cı seriya) Bakı arxipelaqı (film, 1971) (qısametrajlı sənədli film) Konsert proqramı (film, 1971) (I) (qısametrajlı sənədli film) Qurultaydan qurultaya (film, 1971) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Torpaq patriarxları (film, 1971) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1972) (tammetrajlı sənədli film) Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973) (qısametrajlı sənədli film) Günəşlə dolu dünya (film, 1973) (qısametrajlı sənədli film) Cəsurlar kəndi (film, 1974) (qısametrajlı sənədli film) Xalq istedadları (film, 1974) (qısametrajlı sənədli film) Üç monoloq (film, 1974) (qısametrajlı sənədli film) Yeddinci horizont (film, 1974) (qısametrajlı sənədli film) Şəki (film, 1977) (qısametrajlı sənədli film) Rejissor kimi Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Dağlarda zavod (film, 1962) (qısametrajlı sənədli film) Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) Mahnıya həsr olunmuş həyat (film, 1969) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Ürək dostluğu (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) Ssenari müəllifi kimi Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) Азербайджанской ССР кинематография.
Seyfulla Mustafayev
Seyfulla Fuad oğlu Mustafayev (18 noyabr 1962) — ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidenti. Seyfulla Mustafayev 1962-ci ildə anadan olub. Azerbaijan News Service (Azərbaycan Xəbərlər Xidməti — ANS) 26 noyabr 1991-ci ildə 2 nəfər gənc jurnalist: Vahid və Seyfulla Mustafayev qardaşları tərəfindən yaradılıb. ANS Şirkətlər Qrupuna aid olan ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV — 1991), ANS ÇM Yayım və Media Şirkətinin — 1994, ANS-Kommers Şirkətinin — 1995 və ANS-PRESS NƏŞRİYYAT EVİ-nin — 2001, habelə ANS-in əhatə dairəsinə daxil olan digər şirkətlərin təsisçilərindəndir. ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) 1997–1998-ci illərdə Baş Prodüseri və 2002–2004-cü illərdə Baş Direktoru olub. 2001-ci ildən ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidentidir. ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Şurasının üzvüdür. Çingiz Mustafayevin qardaşıdır. Vahid Naxışın qardaşıdır. Fuad Mustafayevin oğludur.
Seyfulla Qasımov
Seyfulla Şamil oğlu Qasımov (azərb. Qasımov Seyfulla Şamil oğlu‎) — Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, "Azərbaycan Bayrağı" ordeni kavaleri. Seyfulla Qasımov 25 avqust 1958-ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə 33-saylı dəmiryol məktəbində təhsil almışdır. 1975-1980-ci illərdə Dövlət Neft Akademiyasında riyaziyyatcı-mühəndis ixtisasına yiyələnmişdir. 1980-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun xüsusi konstruktor bürosunda çalışmışdır. 1985-2004-cü illərdə isə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. MTN-nin Əks-kəşfiyyat İdarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışdıqdan sonra, 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində yeni yaranan Terrora Qarşı Mübarizə Baş İdarəsində rəis əvəzi vəzifəsində çalışmışdır. 2004-cü ildə Eldar Mahmudov tərəfindən əsassız olaraq işdən azad edilmişdir. 2010-cu il 12 dekabrda ürək tutmasından vəfat etmişdir.
Seyfulla Qurbanov
Seyfulla Hüseyn oğlu Qurbanov — Azərbaycan alimi, texnika elmləri namizədi. Seyfulla Qurbanov 1931-ci ildə Naxçıvan MSSR Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1949-cu ildə orta məktəbi bitirmiş və Azərbaycan Sənaye institutunun neft və qaz yataqları istismarı fakültəsinə daxil olmuşdur. 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib Azərbaycan Elmlər Akademiyası nəznindəki neft ekspedisiyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildən Akademiya nəznində olan neft və qaz yataqları istismarı institutunun hidromexanika labaratoriyasında kiçik elmi işçi, sonra isə mühəndis vəzifəsində çalışmışdır. Bu illər ərzində neçə-neçə elmi əsərləri çap olunmuşdur. 1964-1966-cı illər Azərbaycan Sənaye institunun materiallar müqaviməti kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 1966-1969-cu illər ərzində Azərbaycan neft və qaz yataqları istismarı institutunda çalışmışdır. 1970-ci ildən Odessa gəmi mühəndisləri institutunun Bakı filialında materiallar müqaviməti kafedrasında dosent kimi çalışmış və VODQEO elmi tədqiqat institutunda da elmi fəaliyyətini davam etdirmişdir. 1996-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dəniz Akademiyasında dərs demişdir.
Seyfulla Şamilov
Şamilov Seyfulla Əli oğlu (10 oktyabr 1902, Ağstafa, Qazax qəzası – 25 dekabr 1974, Bakı) — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936–1938). Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921–1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931–1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936–1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936–1937), Uşaqgəncnəşrdə baş redaktor (1955–1962) vəzifələrində işləmişdir. Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur. 1974-cü il dekabrın 25-də vəfat etmişdir. "Şərəf nişanı" ordeni və Mədəniyyət Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur. "Leninin pedaqoji üsulları" (1925) "Dördüncü il" (1929) "Laçın" (1932) "Seçilmiş əsərləri (1974) "Nigarın məcarası" (1977) Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016.
Seyfulla Əkbərov
Seyfulla Əkbərov — Azərbaycan SSR və Azərbaycan Respublikasının tanınmış dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Baş prokuroru. Seyfulla Əkbərov 1914 cü ildə Göyçayda anadan olub. 1931-1937-ci illərdə Bakıda Neft-Kimya İnstitutunda təhsil alıb. Böyük Vətən müharibəsindən əvvəl Bakıda neftayırma sənayesində bir sıra mühüm vəzifələrdə çalışıb. Müharibədən sonra isə respublika prokurorluğunun qısamüddətli hüquq kursunu bitirərək prokurorluğun Mərkəzi aparatında ümumi nəzarət şöbəsinə işə qəbul olunub. Sonralar Bakı şəhərinin keçmiş Orconikidze (indiki Suraxanı) rayon, Gəncə şəhərində rayon prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifələrində çalışıb. S.Əkbərov 1948-ci ildə Moskva Ümumittifaq Hüquq institutunu bitirib. 1951-1963-cü illərdə Respublika Prokuroru vəzifəsində işləyib. Keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin 25 sentiyabr 1959-cu il tarixli Fərmanı ilə ona II dərəcəli Dövlət Ədliyyə müşaviri xüsusi rütbə dərəcəsi verilib.
Seyfulla Əzimov
Seyfulla Səttar oğlu Əzimov (1970, Yuxarı Daşarx, İliç rayonu) — polis general-leytenantı, Daxili işlər nazirinin birinci müavini, Milli koordinator. Seyfulla Əzimov 1970-ci ildə anadan olmuşdur. Daxili İşlər Nazirliyinin Azərbaycan Polis Akademiyasını bitirib. Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2014-cü ilin noyabrın 4-dən DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tutmuşdur. Seyfulla Əzimov 5 iyul 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Xeyrulla Aslanov
Aslanov Xeyrulla Azad oğlu (29 avqust 1954, Ramana) — Azəbaycanın əməkdar pilotu. 1954-cü il Avqustun 29-da Bakı şəhəri Ramana kəndində Neftçi ailəsində anadan olmuşdur. İlk təhsilini Ramana kəndindəki E.Ağayev adına 198 saylı orta məktəbdə almışdır. 1972-ci ildə Rusiyanin Sasov şəhərindəki təyyarəçilik məktəbinə daxil olub, 1974-cü ildə həmin təhsil müəssisəsini yüksək göstəricilərlə bitirmişdir. 1974-cü ildə Zabrat aviadəstəsinə 2-ci pilot kimi işə qəbul olmuşdur. 1977-ci ildə AN 2 təyyarəsinin komandiri, 1978-ci ildən 1989-cu ilə qədər eskadriliya komandirinin müavini, eskadriliya komandiri, 323 nömrəli aviadəstənin komandiri vəzifəsində çalışmışdır. 1982-ci ildə Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna qəbul olmuş, 1988-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1989-cu ildə Binə Hava Limanına TU-154 təyyarəsinin 2-ci pilotu, 1993-cü ildə isə TU-154 təyyarəsinin komandiri vəzifəsinə təyin olunub. 2000-ci ildə İL-76 HG-nə 2-ci pilot, 2001-ci ildə İL-76 HG-nin kapitanı vəzifəsinə təyin edilmişdir. Eyni zamanda İL-76 təyyarəsinin təlimatçı komandiri kimi də fəaliyyət göstərib.
Xeyrulla Ağayev
Xeyrulla Məmmədov
Xeyrulla Məmmədov — pedaqoq, ədəbiyyatşünas, alim, elmlər doktoru. Xeyrulla Qulam oğlu Məmmədov 1934-cü ilin avqust ayında Lerik rayonu Zuvand mahalının Hoveri kəndində dünyaya göz açıb. 1952-ci ildə Lerik kənd (o vaxtlar kənd sayılırdı) orta məktəbini bitirib. 1957-ci ildə S. M. Kirov adına ADU-nun (indiki BDU-nun) filologiya fakültəsini bitirib. 1957–1960-cı illərdə Lerik qəsəbə orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi pedoqoci fəaliyyət göstərib. Eyni zamanda internat məktəbində baş tərbiyyəçi işləyib. Lerik rayonda çıxan "Kolxoz yolu" qəzetində müntəzəm çıxış edib və bu qəzetin məsul katibi işləyib. 1960–1963-cü illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedoqoci İnstitutunda aspiranturada oxuyub. 1963-cü ilin noyabr ayında ADPİ-da Azərbaycan ədəbiyyatı tarixi kafedrasına işə girib. 1963–1965-ci illərdə səsvermə yolu ilə həmin kafedrada müəllim işləyib.
Xeyrulla İbrahimov
Xeyrulla Mais oğlu İbrahimov (19 aprel 1971; Bakı, Azərbaycan SSR — 26 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, 4-cü Ordu Korpusunun Artileriya rəisi, Birinci Qarabağ müharibəsinin veteranı və qazisi, İkinci Qarabağ müharibəsi şəhidi. Xeyrulla İbrahimov 1971-ci il aprelin 19-da Bakı şəhərində Mais və Xalidə İbrahimovların ailəsində anadan olub. 1978–1985-ci illərdə Xətai rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1988–1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində "Artilleriya" ixtisası üzrə ali hərbi təhsil alıb. Xeyrulla İbrahimov 1998-ci ildən Pərvanə İbrahimova ilə ailəli idi. Həyat yoldaşı 5 iyun 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Ləman adında bir qızı və Anar adında bir oğlu yadigar qaldı. Xeyrulla İbrahimov 1992-ci il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi — Divizion Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun 5-dən 1993-cü il noyabrın 1-nə qədər isə Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. Xeyrulla İbrahimov 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərdə yaralanıb.
Şeyxulla Çanbarisov
Şeyxulla Habibulloviç Çanbarisov (9 may 1916 – 4 oktyabr 1996, Ufa) — başqırd elm xadimi, tarix elmlər doktoru, siyasətçi, hərbçi, professor. Ufa Rektorları Şurasının başçısı və Sovet İttifaqı Kommunist Partiyasının Ufadakı yerli təşkilatının lideri olan Çanbarisov Ufanın millət vəkilliyini də etmişdir. Şeyxulla Çanbarisov 22 may 1916-cı ildə Büzdek bölgəsinə bağlı Büzdek kəndində kasıb ailədə dünyaya gəlmişdir. Kənd şurası başqanlığı edən atası müxtəlif Sovet vəzifələrini icra etsə də, spirtli içki qəbul etdiyi üçün ailəvi və siyasi problemlər yaşadı. Böyümə illərində anasının Şeyxullaya təsiri böyük olmuşdur. 1929-cu ildə ibtidai məktəbi bitirmişdir. Ardından Novo-Kulevo kəndində toplu əkinçilik məktəbinə girdi və 1932-ci ildə məzun oldu. 1920-ci ildə Komsomola qatıldı və Komsomolun yerli orqanının katibi seçildi. Məzun olduqdan sonra Komsomol Bysdyak bölgə komitəsinə təhsil nümayəndəsi olaraq təyin edildi və eyni zamanda bölgə komitəsi katibi olaraq çalışdı. Şeyxulla Çanbarisov 4 oktyabr 1996-cı ildə Ufada həyatını itirmişdir.
Şəbnəm Xeyrulla
Xeyrullayeva Şəbnəm Ceyhun qızı 1987-ci il noyabrın 4-ü Bakının Sabunçu rayonunda anadan olmuşdur. 1994-2005-ci illərdə Balaxanı qəsəbəsində yerləşən M.ƏSabir adına orta məktəbdə təhsil almışdır. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr, 2009-2011-ci illərdə isə həmin fakültənin magistr pilləsində təhsil almışdır. ANS Telekanalında çalışmağa başlamazdan öncə, digər telekanallarda fərqli vəzifələrdə çalışmışdır. 2012-ci ildən ANS TV-nin "Alın Yazısı" verilişinin müəllifi və aparıcısıdır. 2013-cü ildən isə "Keçmişə Salam" verilişində də aparıcı kimi çalışır.
Şəmsulla Əliyev
Əliyev Şəmsulla Feyzulla oğlu (4 (17) aprel 1915, Dərbənd, Dağıstan vilayəti – 19 noyabr 1943, Kerç, Krım MSSR) — Sovet İttifaqı Qəhrəmanı. Dərbənd şəhərində anadan olmuş və Almaniya faşizmi ordusuna qarşı müharibənin fəal iştirakçısıdır. Batalyon komandirinin siyasi hissə üzrə müavini kapitan Ş.Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağır döyüşlərdə iştirak etmişdir. Şəmsulla Əliyev 1943-cü ilin payızında 309-cü atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini idi. 1943-cü ilin noyabrında Kerç şəhərinin girəcəyində, iki zavodun ətrafında gedən döyüşlərdə "İrəli, Qafqazın qartalları!" çağırışı ilə döyüşün önündə gedirdi. Noyabrın 11-də batalyon beş dəfə hücuma qalxaraq düşmənin iki müdafiə xəttini yarmışdı. Belə ağır döyüşlərin biri də noyabrın 19-da oldu və kapitan Ş.Əliyev bu döyüşdə qəhrəmancasına həlak oldu. Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilmişdir. 9may.az. Qəhrəmanlar.
Seyfulla Əsədullayev
Seyfulla Əsədullayev (19 iyun 1924, Ərçivan – 28 iyul 2011, Bakı) — ədəbiyyatşünas. Seyfulla Əsədullayev 1924-cü ildə anadan olmuşdur. 1942–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1947–1949-cu illərdə Bakı Slavyan Universitetində təhsil almışdır. 1951-ci ildə ADPU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1956–1959-cu illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində Filologiya fakültəsinin Rus sovet ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuşdur. 1959–1966-cı illərdə Azərbaycan Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, dekan müavini, fakültə dekanı vəzifələrində çalışmışdır. 1959-cu ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə professor elmi adı almışdır. 1966-cı ildən BDU-da kafedra müdiri vəzifəsində işləmişdir (Rus ədəbiyyatı tarixi kafedrası (1967–1984); Müasir rus ədəbiyyatı kafedrası (1984–2011).
Prunus serrula
Prunus serrula (lat. Prunus serrula) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə
Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai (1861-1933) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai 1861-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atası Məhəmmədrəfi Nizamülüləmadan almışdı. Sonra mədrəsədə oxumuşdu. Müzəffərəddin mirzə Cənubi Azərbaycanın valisi olarkən Nəsrulla xanı sarayına dəvət etmişdi. Münşibaşı vəzifəsində çalışmışdı. Şah Tehrana gedəndən sonra onu dövlət torpaqlarının (xalisəcat) rəisi vəzifəsinə təyin etmişdi. Əvvəlcə Nasirəssəltənə ləqəbini daşıyırdı. Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə 1933-cü ildə vəfat edib. == Ailəsi == == Mənbə == Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.