Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Özbək
Özbəklər — Türk xalqlarından biri. Özbək dili — Özbəkistannın dövlət dili, türk dillərinə aiddir. Şəxslər Özbək xan — Qızıl Orda dövlətinin doqquzuncu xanıdır. Atabəy Özbək — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210-1225). Yaşayış məntəqələri Özbək (Marağa) — Özbəkistan — Asiyada dövlət.
Özbək xan
Özbək xan (1282, Qızıl Orda – 1341, Saray-Batu) — Qızıl Orda dövlətinin doqquzuncu xanı. Məngü Timur oğlu Toğrulçanın oğludur. 1313-1341-ci illər arasında xanlıq etmişdi. Atası Toxta tərəfindən edam edilmişdi. Özbək xan Xarəzmə sürgün edilmişdi. 1313-cü ilin yanvarında xan olmuşdu. Onun müsəlman olaraq monqol qanunlarına qarşı çıxması Ağ Orda xanı İlbasan xanın ona üsyan etməsinə səbəb oldu. O beləliklə dağılmış xanlığı mərkəzləşmiş hakimiyyətə sahib sultanlığa çevirdi. Ondan sonrakı bütün xanlar müsəlman idi. Xanın 300.000 əsgərdən çox ordusu var idi.
Özbək xanlığı
Özbək xanlığı (özb. Oʻzbek ulusi) — 1428–1468-ci illərdə iqtidarda olmuş dövlət. Uluğbəyin hakimiyyəti (1447–1449) uzun sürməmişdi. Belə ki, hələ 1428-ci ildə Batı xanın qardaşı Şeybanın nəslindən olan Əbülxeyr "Xan" elan edildikdən sonra 1431-ci ildə Gürgənci və Xarəzmi, 1447-ci ildə Seyhun çayı ətrafındakı Sığnaq şəhərindən Özkəndə qədər əraziləri öz hakimiyyəti altında birləşdirərək, "Özbək xanlığı"nı (1428–1599) yaratmışdı. Şеybanilərin davamçıları olan Özbəklər Əbülxeyr xanın (1428–1468) başçılığı ilə hücum edərək Türküstana girmiş, Səmərqəndi Teymurlulardan almışdı. Bəlxdə üsyan edən oğlu Rüknəddin Əbdüllətifin oyununa düşən Uluqbəy Özbəklərə məğlub olaraq 1449-cu ildə edam edilmişdir. Özbək xanlığı ilk əvvəl Cığatayların, sonra isə Teymuroğulları və nəhayət, Səfəvilərin ağır zərbələri nəticəsində parçalanmış, Xorasan Səfəvilərin, Daşkənd və ətrafı Qırğız-Qazax Türklərinin əlinə keçmiş, digər yerlərdə isə Buxara xanlığı (1599–1785), Xivə xanlığı (1512–1920), Kokand xanlığı (1710–1876) və Kaşğar-Turfan xanlığı (XV əsrin əvvəllərindən 1877-ci ilə qədər) kimi müstəqil xanlıqlar yaranmışdı.
Özbək Əliyev
Əliyev Özbək Misirxan oğlu — kimyaçı, kimya elmləri doktoru, professor. Özbək Əliyev 25 mart 1941-ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. O, 1959-cu ildə Kürəkçi orta məktəbini bitirdikdən sonra, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır. Özbək Əliyev İnstitutu fərqlənmə diplomu ilə bitirmiş, 1964-1965-ci illərdə Ordu sıralarında xidmət keçmiş və 1965-1968-ci illərdə Quba rayonunda kimya-biologiya müəllimi işləmişdir. 1968-1971-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (indiki AMEA) Qeyri-üzvi və Fiziki-kimya (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunun əyani aspiranturasında oxumuşdur. O, Bakıda 1972-ci ilə 02.00.01-“Qeyri-üzvi kimya” ixtisası üzrə “Cu3LnX3 (Ln-lantanoid, X-S,Se,Te) tipli yarımkeçirici birləşmələrin sintezi və tədqiqi” mövzusunda namizədlik, 1986-cı ildə isə SSRİ EA-nın Ural bölməsinin Bərk Cisimlərin kimyası İnstitutunda “Yb3S4 və Y5S7 quruluş tipləri əsasında nadir torpaq elementlərinin üçlü yarımkeçirici birləşmələrinin alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Özbək Əliyev 1972-1986-cı illərdə AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işçi, böyük elmi işçi, 1987-2000-ci illərdə əvvəlcə “Xüsusi təmiz maddələr” sonra isə “Nadir elementlərin kimyası” laboratoriyasının müdiri işləmişdir. 1991-ci ildə professor elmi adının almışdır. 2000-2005-ci illərdə ADPU-nun “Ümumi kimya və KTM” kafedrasının professoru, 2005-ci ildən hal-hazıra kimi AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisidir. Professor Özbək Əliyev məqsədli sintezin əsaslarını təşkil edən mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin proqnozu və reallaşdırılmasının praktiki aspektlərinin əsaslarını hazırlayan mütəxəssisdir.
Özbək ədəbiyyatı
Özbəkistan ədəbiyyatı — Özbəkistanlı şair və yazıçıların Özbəkistan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. Cəmiyyətin inkişafında mədəniyyətin rolunun artması dövrümüzün ən mühüm qanunauyğunluqlarından biridir. Mədəniyyətin formalaşması və inkişafı, xalqların mədəni irsi və irsə varislik, bu sahədə tərəqqi mədəni əlaqələr vasitəsilə də təzahür edir. Mədəniyyətin əsas sahələrindən biri olan ədəbiyyat və incəsənətin xalqa təsir qüvvəsi həmişə artmış və mədəni nailiyyətlərin mübadiləsi əsasında inkişaf etmişdir. Mədəni əlaqələrin təsiri ilə milli ədəbiyyat və incəsənətin inkişafı xalqın mənəvi aləminin zənginləşməsinə də kömək edir. Azərbaycan xalqı öz mədəniyyətini başqa ölkələrin xalqları, ilk növbədə türk xalqları ilə əməkdaşlıq, ədəbiyyat və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi və milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf etdirir. Müasir dövrdə türk xalqları arasında mövcud olan mədəni əlaqələr bu xalqların tarixi keçmişinə əsaslanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu məsələyə böyük önəm verərək demişdir ki, Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla qarşılıqlı anlaşma, mehriban dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir. Ölkəmizin yaradıcılıq ittifaqları mədəni əlaqələrin yaranması və inkişafında yaxından iştirak edir. Bu əlaqələrin forma və vasitələri zəngin, coğrafi dairəsi geniş, əhəmiyyəti isə böyükdür.
Özbək qızı
Özbək qızı - İkinci Dünya müharibəsinin Şərq Cəbhəsində Qırmızı Ordu sıralarında xidmət etmiş olan bir özbək snayperçi qız haqqında Əkbər Bekturdiyevin çəkmiş olduğu hərbi dramdır. Film Özbəkistan Kinematoqrafiya Agentliyinin sifarişi əsasında Belarus kinorejissorlarının iştirakı ilə “Cinema of Central Asia” kino şirkəti tərəfindən çəkilmişdir. Hərbi silah məktəbinin məzunlarından biri olan 18 yaşlı snayperçi Cəmilə (Aysenem Yusupova) sevgilisi döyüş cəbhələrindən birində döyüşdüyü zaman özü də Belarusda Kalinin cəbhəsində könüllü olaraq xidmət edir. Cəmilə döyüş hazırlığı keçir və döyüşə tam olaraq hazırlaşdırılır. O, bütün çətinliklərə, məhrumiyyətlərə dözür, mərdliklə vuruşur, lakin yaralanaraq almanlara əsir düşür. Hadisələrin sonrakı inkişafı nəticəsində, Cəmilə nasistlər üçün məxfi formada işləyən üç agentdən biri olan sevgilisini tapır. Sevgilisi, Cəmiləni almanlardan xilas edərək onu meşəyə doğru apararkən Belarus partizanları onları dayandırırlar.
Atabəy Özbək
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Cerən Özbək
Cərən Özbək
Dursun Özbək
Dursun Aydın Özbek (25 mart 1950) — türk iş adamı və Türkiyənin "Qalatasaray F. K" çoxşaxəli idman klubunun 36-cı klub prezidenti. Qalatasaray Liseyini və İTU Maşın Mühəndisliyini bitirib. 1974-cü ildən bəri avtomobil sektorunda fəaliyyət göstərən Özbək, 1988-ci ildən bəri İstanbul və Ankarada Nippon və Point Hotel şəbəkələri, Antalyada isə Kimeros və Mabiçe otelləri ilə turizm sektorunda həm investor, həm də operator kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.
Özbək (Eldəniz)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Özbək (Marağa)
Özbək (fars. ازبک‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (37 ailə).
Özbək (atabəy)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Özbək (dəqiqləşdirmə)
Özbəklər — Türk xalqlarından biri. Özbək dili — Özbəkistannın dövlət dili, türk dillərinə aiddir. Şəxslər Özbək xan — Qızıl Orda dövlətinin doqquzuncu xanıdır. Atabəy Özbək — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210-1225). Yaşayış məntəqələri Özbək (Marağa) — Özbəkistan — Asiyada dövlət.
Özbək Müzəffərəddin
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Özbək dili
Özbək dili (özb. Oʻzbek tili; اۉزبېکچە, اۉزبېک تیلی) — əvvəllər türki olaraq bilinən, özbəklərin danışdığı türk dili. Özbəkistanın rəsmi və milli dilidir. Özbək dili dünyada 44 milyon insan (L1+L2) tərəfindən həm ana, həm də ikinci dil kimi danışılır ki, bu da onu türkcədən sonra ən çox danışılan ikinci türk dili edir. Özbək dilinin iki əsas variantı var: Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Çində danışılan Şimali Özbək dili və Əfqanıstan və Pakistanda danışan Cənubi Özbək dili. Özbək dili türk dil ailəsinin şərq türkcəsinə, qarluq qoluna aiddir. Ərəb, fars və rus dillərindən təsirlənmişdir. Özbək dilinin kiril qrafikalı əlifbası: Özbək dilinin latın qrafikalı əlifbası: ASE, VII cild, Bakı, 1983, səh.
Özbək gimnaziyası
Özbək gimnaziyası (özb. Oʻzbek gimnaziyasi/Ўзбек гимназияси, qırğ. Өзбек гимназиясы, rus. Узбекская гимназия) — Qırğızıstanın İsfana şəhərində bir gimnaziya internat məktəbi. Gimnaziyanın rəsmi adı "Osman Matkərimov adına gimnaziya-orta məktəbi"dir (özb. Usmon Matkarimov nomli gimnaziya-oʻrta maktab/Усмон Маткаримов номли гимназия-ўрта мактаб, rus. Средняя школа-гимназия имени Усмона Маткаримова, qırğ. Усмон Маткаримов атындагы орто мектеп-гимназия). Məktəb İsfana kolxozunun sədri vəzifəsində işləmiş və şəhərin inkişafına böyük töhfə verən Osman Matkərimov adına layiq görülmüşdür. Gimnaziya "4 saylı gimnaziya" da adlanır, çünki Leylək rayonundakı 4-cü gimnaziyadır.
Özbək musiqisi
Özbək musiqisi — qədim köklərə malik musiqi irsi bizim günlərdə də janr rəngarəngliyini və monodik ifadə vasitələrinin zənginliyini qoruyaraq yaşadır. O, özündə xalq (bilavasitə folklor) və şifahi ənənəli peşəkar musiqi yaradıcılığını qovuşdurur. Bura mahnılar, instrumental pyeslər, dastanlar daxildir. Mahnılar və instrumental melodiyalar iki cür olur: Müəyyən şəraitdə və ya müəyyən vaxtda ifa olunan - bura ailə, mərasim (toy, gəlin havaları, dəfn, matəm), ovsun mahnıları, əmək və beşik mahnıları, müxtəlif adət–ənənələr, kütləvi tamaşalar zamanı ifa olunan instrumental melodiyalar aiddir. Hər zaman və hər yerdə ifa olunan - bura özbək mahnı janrları olan terma, koşuk, lapar, yalla və aşula, həmçinin, analoji planda müxtəlif instrumental pyeslər daxildir. Çoxcəhətli məhəbbət lirikası, satira və yumor, tarixi mövzu, ictimai etiraz bu janrlardan hər birinin əsasını təşkil edə bilər. Terma melodiyanın reçitativliyi (danışığabənzər oxuma), kiçik diapazonu və yığcam forması ilə xarakterizə olunur. Onun mətnini 7-8 hecalı misralardan ibarət müxtəlif məzmunlu barmak xalq şeir forması təşkil edir. Ən uzun, mürəkkəb termalar baxşilər tərəfindən ifa olunur. Barmak şeir forması həm də koşuk, lapar, yalla mahnı janrlarında işlədilir.
Özbək türkcəsi
Özbək dili (özb. Oʻzbek tili; اۉزبېکچە, اۉزبېک تیلی) — əvvəllər türki olaraq bilinən, özbəklərin danışdığı türk dili. Özbəkistanın rəsmi və milli dilidir. Özbək dili dünyada 44 milyon insan (L1+L2) tərəfindən həm ana, həm də ikinci dil kimi danışılır ki, bu da onu türkcədən sonra ən çox danışılan ikinci türk dili edir. Özbək dilinin iki əsas variantı var: Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Çində danışılan Şimali Özbək dili və Əfqanıstan və Pakistanda danışan Cənubi Özbək dili. Özbək dili türk dil ailəsinin şərq türkcəsinə, qarluq qoluna aiddir. Ərəb, fars və rus dillərindən təsirlənmişdir. Özbək dilinin kiril qrafikalı əlifbası: Özbək dilinin latın qrafikalı əlifbası: ASE, VII cild, Bakı, 1983, səh.
Kazbek
Kazbek (gürc. მყინვარწვერი — buz zirvəsi, çeç. Башлам) — Mərkəzi Qafqazın şərq hissəsində Rusiya və Gürcüstan sərhədlərində yerləşən dağ.
Lübek
Lübek (alm. Lübeck‎ [ˈlyːbɛk]) — Almaniyanın şimalında (Şlezviq-Holşteyn federal torpağının cənub-şərqi) şəhər. Şəhər Şimali Almaniya ovalığında, Baltik dənizi sahilində Travemünde rayonunda axan Trave çayının mənsəbinin yaxınlığında yerləşir. Tarixə Hanza ittifaqının ən böyük mərkəzi kimi düşmüşdür. Əsas abidələri Almaniyada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına salınıblar. Lübek şəhəri 10 rayona bölünür. == Əhali == 2015-ci il hesablamalarına görə, şəhərdə 216,253 nəfər əhali yaşayır.
Sobek
Sobek - Qədim Misir mifologiyasına görə su tanrısı.
Uzboy
Uzboy — Mərkəzi Asiyanın səhralıq ərazisində keçən qurumuş çay yatağı. Türkmənistan ərazisində Sarıqamış çökəkliyindən başlayaraq Xəzər dənizi istiqamətinə istiqamətlənir. Onun zunluğu 550 kilometrdir. Həmdə axmaz göllər üçün ümumi ifadə kimi istifadə edilir. Bu qol enli bir yatağa malik olaraq, çoxlu sayda terrasvari enişlərə sahibdir. Bu terraslar nə vaxtsa mövcud olan şəlalələrin yerləridir. Bu çayın olduqca gursulu olmasına dəlalət edir. Qurumuş yataq boyunca çoxlu sayda su calılarının qalıqları müşahidə edilir. Bəziləri bu çayın Amudəryanın bir qolu olmasını deyirlər. O nə zamansa Xəzər dənizinə tökülürmüş Vladimir Afanasiev Obruçev Özünün Xəzər arxası regiona ekspedisiyası zamanı 1886 ildə Uzboy haqqında belə yazırdı: «Bala-İşem quyusundan 200 addım qərbdə, Sərdar Xivə karvan yolunun üzərində 40°15 ş.
Sultan Müzəffərəddin Özbək
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Xəlil xan Özbək
Xəlil xan Özbək — Mirmehdi xanın hakimiyyətinin zəifləməsindən istifadə edən Fətəli xan Əfşar İrəvanı ələ keçirmək qərarına gəldi. Azad xanın başçılığı ilə 30 min nəfər qoşunu 1751-ci ildə İrəvana göndərdi. Bu qoşunların ön dəstəsi İrəvan qalasını mühasirəyə aldı. Gürcü çarı yenə fürsəti əldən vermədi və İrəvanı qorumaq adıyla şəhərə doğru hərəkət etdi. Döyüşdə II İraklinin qoşunları darmadağın edildi. Beləliklə Mirmehdi xan hakimiyyətdən salınır və yerinə Xəlil xan Özbək 1752-ci ildə İrəvana hakim təyin edilir. Xəlil xanın hakimiyyəti illərində İrəvan xanlığı dağıstanlıların da güclü hücumuna məruz qalmışdı. 1754–1755-ci illərdə Avar xanı Nusal xanın başçılığı altında Dağıstan qoşunları Kartli-Kaxetiya ərazisinə yürüş təşkil edərək, oradan İrəvan xanlığı ərazisinə hücum etdilər. Bu hücum zamanı Göyçə, Dərəçiçək, Qırxbulaq və Abaran mahallarının kəndlərinə böyük ziyan dəymişdi. Dağıstan qoşunlarının bu dağıdıcı yürüşü Xəlil xanın nüfuzunu xalq arasında xeyli aşağı salmışdı.
Özbək (Eldəniz hökmdarı)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Özbək Sovet Ensiklopediyası
Özbək Sovet Ensiklopediyası (özb. Ўзбек совет энциклопедияси) — Sovet dövründə Özbəkistanda özbək dilində nəşr olunmuş 14 cilddən ibarət universal ensiklopediya. 1971–1980-ci illərdə nəşr edilmişdir.
Özbək xan məscidi
Özbək xan məscidi (krımtat. Özbek Han camisi) — Ukraynanın Krım yarımadası, Starıy Krım şəhəri ərazisində yerləşən tarixi tikili. Məscid məqsədli olaraq inşa edilmişdir. Yarımadanın ən qədim günümüzdə belə qalıqları qalmış məscidlərindən biridir. XIII−XIV əsrlərdə Kırım və ya Solxat Qızıl Ordaya daxil olan yurdlardan birinin inzibati mərkəzi olmuşdur. Bu şəhərin adından irəli gələrək bütün yarımadanı Krım olaraq adlandırmışlar. Bu iri şəhər zəngin ticarət mərkəzi idi. Əhalisinin yarısı müsəlman olan şəhərdə erməni, yunan, italyan və zəngin qaqauzlarda yaşayırdı. Onlar əsasən Feodosiya və Sudak şəhərlərində tacirlik edirdilər. Mallar Rusiyadan tutmuş Avropaya daşınırdı.
Qıpçaq-özbək dili
Fərqanə qıpçaq dili və ya qıpçaq-özbək dili — VII əsrin ortalarından başlayaraq Mərkəzi Asiya ərazisində şərqi qıpçaq dilindən ayrılması nəticəsində formalaşmış qırğız-qıpçaq dili (Cənubi Altay dilinin ayrılması əvvəllər güman edilir). Sonralar qalan şərqi qıpçaq dialektləri müasir qırğız dilinin əsasını təşkil etmişdir. Yevgeni Polivanovun fikrincə, Fərqanə-qıpçaq dili hələ 1920-ci illərdə ayrıca idiom kimi fəaliyyət göstərmişdir. Müasir dövrdə Fərqanə qıpçaq dilinin ən azı bəzi dialektləri qıpçaq-noqay arealının idiomları ilə oxşarlıqlar göstərir.
Uber
Uber — Dünyanın ən böyük onlayn taksi sifarişi xidməti. "Uber" mobil telefondakı proqram vasitəsilə fərdi avtomobil sürücülərinin xidmətlərindən istifadə etməyə imkan verən avtomobil daşımaları arasında populyar online-servisdir. Əsası 2009-cu ildə sahibkarlar Trevis Kalanik və Harret Kemp tərəfindən qoyulan və mənzil-qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən kompaniya hazırda dünyanın təxminən 80 ölkəsinin 500-dən çox şəhərində fəaliyyət göstərir. 2014-cü ildə Silikon vadisində ən çox investisiya alan şirkət olmuşdu. 1.2 milyard dollarlıq yatırım ilə şirkətin ümumi dəyəri 40 milyard dolları keçmişdi. "Uber Air" adlı servis yaxın illərdə Amerikanın Texas ştatının Dallas və Kaliforniya ştatının Los-Anceles şəhərlərində fəaliyyətə başlayacaq. Hava taksisi vertikal uçuş və eniş sisteminə malik nəqliyyat vasitəsidir və havaya pərlər vasitəsilə qalxacaq. Avstraliyanın Melburn şəhərində "Uber Air" servisi vasitəsilə kommersiya daşımaları 2023-cü ildə nəzərdə tutulub. İlk eksperimental uçuşlar isə artıq 2020-ci ildən test rejimində həyata keçirilə bilər. 2019-cu ildə "Uber" şirkətinin Lissabon küçələrində 750 ədəd "Jump" elektrik velosipedi var idi.
Julius Rebek
Kazbek Kokov
Murad Kumpilov (kab.-çərk. КIуэкIуэ Валерэ и къуэ Къазбэч 20 iyul 1973) — Rusiya dövlət və siyasi xadimi. 3 oktyabr 2019-cu ildən Kabarda-Balkariya Respublikasının rəhbəri (26 sentyabr 2018-ci ildən 3 oktyabr 2019-cu il tarixinədək Kabarda-Balkariya Respublikası rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən). 6 noyabr 2019-cu ildən bəri Vahid Rusiya partiyasının Kabarda-Balkariya regional şöbəsinin katibidir. == Bioqrafiyası == Kabarda-Balkariya Respublikasının birinci prezidenti Valeri Kokovun ailəsində anadan olmuşdur. Kabarda-Balkar Aqrar Meliorasiya İnstitutunu kənd təsərrüfatı alimi dərəcəsi ilə bitirmişdir. 1995-ci ildən "Nalçikski Zavod Nalçik ASC" Ticarət və Ümumi Məsələlər üzrə Baş Direktorunun müavini işləmişdir. 2002-ci ildən Kabbalkresursı ASC-nin Baş direktoru olur. 2003 - 2007-ci illərdə Nalçik Şəhər Yerli Özünüidarə Şurasının deputatı olur. 2009-cu ilin martında Kabarda-Balkariya parlamentinə seçilir.
Kazbek Tuayev
Tuayev Kazbek Əlirza oğlu (13 noyabr 1940, Ələt) — sovet futbolçusu, sağ cinah hücumçusu, Azərbaycan futbol mütəxəssisi, SSRİ idman ustası (1963). Kazbek Əlirza oğlu Tuayev Ələt qəsəbəsində anadan olmuşdur. Xalq Təsərrüfatı və Bədən Tərbiyəsi institularını bitirmişdir. "Neftçi" komandasının heyətində SSRİ çempionatının bürünc medalını qazanmış, adı 3 dəfə SSRİ-nin ən güclü 33 futbolçusunun siyahısına düşmüş, SSRİ milli komandasında çıxış etmiş, məşqçi karyerası ərzində klublarda və Azərbaycan milli komandasında müxtəlif uğurlu nəticələr qazanmış, "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 4 dəfə dünyanın ən böyük ölkəsinin formasını geyinib. 1964-cü ildə İspaniyada keçirilən Avropa çempionatına da yollanıb. Ancaq zədə ucbatından meydana çıxa bilməyib. Tuayev həm futbolçu, həm də məşqçi karyerasını demək olar ki, Azərbaycan futboluna həsr edib. Onun rəhbərliyi altında neçə-neçə oyunçu futbolun sirlərini öyrənib. Müstəqillik dövründə UEFA kubokunda Azərbaycanı ilk dəfə təmsil edən "Turan"ın baş məqşçisi Tuayev olub (1994-cü il).
Kazbek dağı
Kazbek (gürc. მყინვარწვერი — buz zirvəsi, çeç. Башлам) — Mərkəzi Qafqazın şərq hissəsində Rusiya və Gürcüstan sərhədlərində yerləşən dağ.
Kazbek rayonu
Kazbek rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 560 km², inzibati mərkəzi Dılım kəndidir. == Əhalisi == Rayonun əhalisi 45.772 nəfərdir (2015-ci il).
Kebek xan
Kebek xan (?-1326) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. == Həyatı == Böyük qardaşı İsen-Buğa xanın 1319-cu ilin ilk aylarında ölümündən sonra Kebek xan, Cıağatay xanlığının hakimi məqamına gəlmişdir. Kebek xan böyük qardaşları Künçük xan və İsen-Buka xanın zamanından bəri şəxsiyyəti, mübarizliyi və komandanlıq vəsfləri ilə tanınmış və cığataylılar tarixində ilk dəfə adına pul kəsdirən hökmdar olaraq ünlənmişdir. Bu, o zamana qədər sadəcə kim tərəfindən zərb olunduğu bəlli olmayan pullar işlənən Cığatay xanlığının rəsmən istiqlalını sübut etməsi deməkdir. Kebek xanın kəsdirmiş olduğu pullar o qədər məşhur olmuşdur ki, ruslarda xırda pul qarşılığı işlənilən Kopeek kəliməsinin Kebekidən (Kebekin kəsdirdiyi pul) gəldiii biliniir. Kebek xan xanlığın mərkəzini də dəyişdirmiş və Karşı çevrəsinə daşımışdır. Ölümündən sonra xələfi İlçigiday xan, 1326-cı ildə xanlığa gətirilmiş fəqət eyni il toplanan qurultayda Tarmaşirin xan, xanlıq məqamına gətirilmişdir.
Mişel Uelbek
Mişel Uelbek (fr. Michel Houellebecq) – Fransa yazıçısı və şairi. Dünyada ən çox oxunan fransız yazıçılarından biridir. İlk romanı ("Mübarizə sahəsinin genişlənməsi") 1994-cü ildə nəşr olunur. 1998-ci ildə çıxan ikinci romanı ("Elementar hissəciklər") Fransada böyük qalmaqal yaradır. Bu roman Fransanın tanınmış Prix Novembre mükafatına layiq görülür. Mişel Uelbek 1958-ci il fevralın 26-da (özünün ifadəsinə görə, anası Mişeli vunderkind hesab edərək onun doğum haqqında şəhadətnaməsini saxtalaşdıraraq doğum tarixini 1956-cı il göstərib) Hind okeanında Fransanın Reünyon adasında anadan olub. Dağ bələdçisi olan atası və anestezioloq olan anası bacısı dünyaya gələndən sonra ona az diqqət ayırırlar. O, əvvəlcə Əlcəzairdə yaşayan ana-nənəsi və babası tərəfindən böyüdülür və altı yaşında isə Kommunist Partiyasının fəal tərəfdarı olan ata tərəfdən nənəsi Henrietta öz yanına alır. Uelbek onunla çox gözəl münasibət qurur və daha sonra ədəbi təxəllüsü kimi məhz onun soyadını seçir.
Mobek (İzer)
Mobek (fr. Maubec) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38223. Kommunanın 1999-cu il üçün əhalisi 1671 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 40 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Petrikirxa (Lübek)
Lübek müqəddəs Petrikirxası (alm. St. Petrikirche‎) - Almaniyanın Şlezviq-Holşteyn vilayətinin paytaxtı Lübek şəhərində yerləşən lüteran kilsəsi. Əsrlər boyunca kilsə bir neçə dəfə genişləndirilmişdir; onun hazırkı görünüşü XV əsrə aid edilir. İkinci dünya müharibəsi zamanı ona ağır zərər dəymişdi. Tam bərpa işləri isə yalnız 1987-ci ildə başlamışdır. Buna baxmayaraq, interyerin indiyə kimi bərpa olunmaması səbəbindən, məbəddə heç bir ibadət işləri görülmür. Bunun əvəzinə, o, mədəni və dini tədbirlər və incəsənət sərgiləri üçün istifadə olunur. Artıq 1170-ci ildə kilsə yaxınlıqda yerləşən Müqəddəs Məryəm kilsəsi ilə birlikdə şəhər salnamələrində qeyd olunmuşdur. 1227 və 1250-ci illərdə kilsənin 3 Apsidli və 4 Travealı roman üslublu yeni binası inşa olunmuşdur.
Xosrov Ruzbeh
Xosrov Ruzbeh (15.4.1915-11.5.1958)—İran inqilabçısı. Xosrov Ruzbeh–İranda inqilabi hərəkatın ən parlaq simalarından biri olmuşdur. O, 1915-ci il aprelin 15-də Hüseyn Ruzbehin ailəsində anadan olmuşdur. Atası ordunun təsərrüfat zabiti olmuş, sonra Silas Məlayir vilayətində jandarm rəisi, daha sonra xəstəliyinə görə ordudan çıxarıldıqda maliyyə nazirliyi xətti ilə vilayətdə kiçik məmur vəzifəsində çalışmışdır. Həyat Xosrov Ruzbehi əzizləməmişdir. O, ehtiyacla çox tez üzləşmişdir. Xosrov orta məktəbə daxil olanadək Ruzbehlər ailəsi çox ehtiyac içərisində yaşamışdır. İranın orta məktəbi–iki dərəcəlidir. Xosrov birinci dərəcəni çox da böyük olmayan Məlayir şəhərində keçirmiş, sonra təhsilini davam etdirmək üçün Həmədana gəlmişdir. Xosrov Məlayirdə atasının ona göndərdiyi otuz rialla, Həmədanda isə əlli rialla yaşayırdı.
Yeji Buzek
Yeji Buzek (Jerzy Karol Buzek) — professor, Polşanın keçmiş baş naziri, Avropa Parlamentinin sədri (2009). Yeji Karol Buzek 1940-cı il iyulun 3-də Smilovisıda anadan olub. İxtisasca kimyaçı mühəndisdir. 1997-ci ildən texniki elmlər professorudur. 1997-2001-ci illərdə Polşa hökumətinə rəhbərlik edib. Avropa Parlamentinə ilk dəfə 2004-cü ildə, indiki hakim “Vətəndaş Platforması” Partiyasının siyahısıyla seçilib. Ötən ay keçirilən növbəti seçkilərdə bu partiya Buzeki yenidən namizəd göstərib və o, növbəti dəfə Avropa Parlamentinin deputatı mandatını qazanıb.
İvan Bebek
İvan Bebek (30 may 1977, Riyeka) — Xorvatiya futbol hakimi. Hal-hazırda Riyeka şəhərində yaşayır. UEFA Çempionlar Liqasının iki qrup oyunlarını idarə etmiş yeganə xorvat hakimdir. (2007/2008 sezonunda Latsio FK-SV Werder Bremen və 2008/2009 sezonunda Bordeaux-CFR Cluj). O, həmçinin bu liqanın 2013/2014 sezonunda 1/8 final mərhələsində Paris Saint-Germain – Bayer Leverkusen oynunda hakimlik etmişdir. UEFA Avropa Liqasının 2015/2016 mövsümündə 1/8 final mərhələsi oyunu olan Fənərbaxça – Braqa matçını yönətmişdi. Bu oyunu yönətmə ilə bağlı bir neçə futbol azarkeşindən tənqidlənmişdir. Hətta bir azarkeş İvanın bu qərarını indiyə qədər futbolda olunan 'ən pis hakim qərarı' olaraq adlandırıb. Türkiyə klubuna 8 sarı və 3 qırmızı kard göstərildikdən sonra oyun Portuqaliya klubunun 4–1 qələbəsi ilə başa çatmışdır. 2007-ci ildə Cənubi Koreyada keçirilən 17 yaşlıların və 2009-cu ildə Misirdə təşkil edilən 20 yaşlıların Dünya Çempionatındada oyunları idarə etmişdir.
Culius Rebek
Julius Rebek Jr. (11 aprel 1944) — Macarıstan əsilli amerikalı kimyaçı və molekulyar özünü qurucudur. Rebek Beregszasz (Berehove) 1944-cü ildə Macarıstanda anadan olub və 1945-1949-cu illərdə Avstriyada yaşayıb. 1949-cu ildə o, ailəsi ilə birlikdə ABŞ-yə mühacirət edərək Kanzasda məskunlaşıb. Rebek Kanzas Universitetini kimya ixtisası üzrə bitirib. Rebek 1970-ci ildə Massaçusets Texnologiya İnstitutunda üzvi kimya üzrə magistr və doktorantura təhsilini başa vurub. D.S. Kempin nəzarəti altında peptidlər üzərində işləyirdi.
Aztek imperiyası
Astek imperiyası — XIV–XVI əsrlərdə Mərkəzi Amerikada asteklər tərəfindən yaradılmış erkən sinfi dövlət. İmperiya müasir Meksikanın mərkəzi hissəsini əhatə edirdi. Astek imperiyasına Üçlər ittifaqı, Meksika imperiyası və ya Tenoçka imperiyası da deyilirdi. Üçlər ittifaqı Askaposalko şəhəri ilə ona tabe olan vilayətlər arasında vətəndaş müharibəsində qalib gələn qəbilə fraksiyalarından yaradılmışdır. Üç özünü idarə edən şəhər-dövlətlərin birliyi kimi imperiyanın ilkin konsepsiyasına baxmayaraq, Tenoçtitlan tez bir zamanda hərbi cəhətdən dominant olmuşdur. 1521-ci ildə imperiya Ernan Kortesin başçılıq etdiyi İspaniya konkistadorları tərəfindən dağıdılmışdır.
Dümbək
Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir. == Tarixçə == Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. == Quruluşu == Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.
Güzdək
Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun Güzdək qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Qəsəbə 1959-cu ildə neft yataqlarının istismar edilməsi ilə əlaqədar olaraq salınmışdır. Qəsəbənin ərazisi Abşeron kəndlərinin qışda qoyun saxladıqları yer olmuşdur. Buradakı ağıllar (yerli əhali arasında xəmbək adlanır) indi də qalmaqdadır. Oykonim türk dillərində geniş yayılmış guz/kuz (payız) sözündən və məkan bildirən -dək/lək şəkilçisindən ibarət olub, "payız otlağı, payız binəsi, payızlıq" deməkdir. == Əhalisi == Əhalisi 2400 nəfərdir. (2008).
Güzlək
Aşağı Güzlək