Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • YARMƏMMƏD

    Məmmədin dostu, yardımçısı

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • YARMƏMMƏD

    “Məhəmmədin dostu” deməkdir (yar farscadır, Məhəmməd isə ərəbcə). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • YARƏHMƏD

    Əhmədin dostu, yoldaşı

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • DODAQARASI

    bax dodaqaltı. Yarməmməd nə isə dodaqarası anlaşılmaz bir şey mızıldadı. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÇƏPƏKİ

    ÇƏPƏKİ – DÜZ Yarməmməd çəpəki qovluğa baxdı (M.İbrahimov); Səməd çevrilib düz oturdu (M.İbrahimov).

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • FALÇILIQ

    is. Falçının işi, peşəsi. [Yarməmməd] atasının mollalığını, anasının falçılığını gizlətdiyi üçün onu maarif şöbəsindən qovmuşdular. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HORTULDATMAQ

    ...içmək; hortlatmaq. Ayranı hortuldatmaq. İnək horranı hortuldatdı. – Yarməmməd pərt olub tələsik çayını hortuldatdı… M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • KABABLI

    ...Kabab olan, kababla yeyilən, yanında (içərisində) kababı olan. [Yarməmməd:] Möhtərəm sədrin kabablı çörəkdən xoşu gəlir. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DÜRTMƏK

    ...əyildi, açılmış kağızı qatlayıb onun qoynuna dürtdü (S.Rəhimov); Yarməmməd portfelindən bir dəstə əzik-üzük kağız çıxartdı (M.İbrahimov).

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • ÇEŞMƏK

    ...çeşməyi; Düşüb yerə toxuduğu əlcəyi. A.Səhhət. Nə barədə? – deyə Yarməmməd birbaşa cavab verməyib, çeşməyinin altından Şirzada baxdı. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HESABDARLIQ

    ...aparılması; mühasibat (buxalteriya) uçotu. 2. Hesabdar vəzifəsi. Yarməmməd çoxdan hesabdarlıqdan bir pillə yuxarı qalxmaq fikrində idi. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SİRMƏMMƏD

    Məmmədin sirri

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • ŞAHMƏMMƏD

    bax: Şah və Məmməd

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • ŞİRMƏMMƏD

    bax: Şir və Məmməd

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • ŞİRMƏMMƏD

    “Məhəmmədin aslanı” (şiri) deməkdir. “Qoçaq” anlamını da əks et­dirir. Fars (şir) və ərəb (Məhəmməd) mənşəlidir

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • XASMƏMMƏD

    Məmmədə məxsus olan, Məmməd kimi, Məmməd xasiyyətli

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • XANMƏMMƏD

    bax: Xan və Məmməd

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • PİRMƏMMƏD

    Pir Məmməd; Məmmədin piri, Məmmədin ocağı

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • NURMƏMMƏD

    Məmmədin nuru, Məmmədin işığı

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • MIZILDAMAQ

    f. Dodaqaltı danışmaq, anlaşılmaz danışmaq və ya oxumaq. Yarməmməd nə isə dodaqarası anlaşılmaz bir şey mızıldadı. M.İbrahimov. Falçı içəri girən kimi

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ALMƏMMƏD

    Al sözünün “nəsil, sülalə” kimi mənalardı da var. Alməmməd “Məm­mədin nəslindən olan” deməkdir.

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • ALMƏMMƏD

    "Əli" və "Məmməd" adlarından yaranmışdır

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • FÁRA

    ...reflektoru olan fənər. Avtomaşının farası. Motosikletin farası. – [Yarməmməd Naznaza:] Gördüm qabaqda, məktəb bağının ətəyində, çəpərin dibində bir ş

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HACILEYLƏK

    ...Yuxuma qara-qura gətirən sənin bu uçulmuş dayaqlarındır, bu hacıleylək Yarməmməd, bu goreşən, saman altdan su yeridən yastı Salmandır. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • EYNƏK

    [ər. eyn və fars. …ək] bax gözlük. [Yarməmməd] gözünə eynək taxıb stolun dalında oturmuşdu. M.İbrahimov. Tahir sümük çərçivəli eynək taxmış ucaboy, bu

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HƏLƏ-HƏLƏ

    ...hələm-hələm. Bu işi hələ-hələ adam bacarmaz. – [Rüstəm kişi:] Yox, Yarməmməd, Qara Kərəmoğlunu sən o qədər də zəif bilmə. Bərk adamdır, hələhələ geri

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • XATAKÜN

    ...əlləm-qəlləm, xatakün, nadürüst, hacını yaman dolaşdırıb. N.Vəzirov. [Yarməmməd Salmana:] Kimin olacaq, dostun Şirzadın! Belə xatakün hələ dünyavü al

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ƏZİK-ÜZÜK

    ...düzlüyü getmiş, əzilmiş. Əzik-üzük köynək. Əzik-üzük yaylıq. – Yarməmməd portfelindən bir dəstə əzik-üzük kağız çıxardı. M.İbrahimov. 3. Sınıq, sınıq

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • PORTFEL

    ...portfel olan çinovniklər, vəkillər girib-çıxırdılar. T.Ş.Simurq. Yarməmməd portfelindən bir dəstə əzik-üzük kağız çıxardı. M.İbrahimov. ◊ Nazir portf

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ŞİŞ₁

    ...qabarıq, irəliyə doğru çıxmış. Şiş qarın. // Qalın, şişmiş. Yarməmməd şiş qovluğu açdı. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • KƏLLƏMAYALLAQ

    ...düşə. C.Məmmədquluzadə. Kəlləmayallaq aşmaq (gəlmək) – başıaşağı uçmaq, yıxılmaq, enmək. [Yarməmməd Naznaza:] Yapışdım iki qıçından, şalban kimi kəll

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DOĞRULTMAQ

    DOĞRULTMAQ – GÜNAHLANDIRMAQ Yarməmmədi mühasiblikdən azad edək, hələlik qoyaq aşağı bir işdə özünü doğrultsun (M.İbrahimov); Əvvəlcə dincəlirdi, kitab

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • SİMASIZLAŞDIRMAQ

    ...fərdi xüsusiyyətlərini, şəxsiyyətini itirməsinə səbəb olmaq. Həyat Yarməmmədi əzib qorxuzmuş, simasızlaşdırmışdı. M.İbrahimov. 2. məc. Məsuliyyətsizl

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÖRKƏN

    ...(Ata. sözü). ◊ Örkən altına gətirmək – tabe etmək, ram etmək. [Yarməmməd:] Hörmətli sədrimizi lap örkən altına gətirəcəksiniz. M.İbrahimov. …örkənini

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • MOLLALIQ

    ...Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi. N.Nərimanov. [Yarməmməd] atasının mollalığını, anasının falçılığını gizlətdiyi üçün onu maarif ş

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • TAĞLI

    ...pəncərə (qapı). – Mədəniyyət evinin tağlı, naxışlı qapılarını [Qızyetər Yarməmmədə] göstərdi. M.İbrahimov. Taxtadan tikilmiş iki otaqlı; Döşəməsi tor

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • XAMMƏD

    "Xanməmməd" adının qısaldılmış forması.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • XƏMMƏD

    "Xanməmməd" adının qısaldılmış forması.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • MIZILTI

    is. Mızıldama səsi. Bir mızıltı eşitdim. – [Yarməmmədin] mızıltısından bir şey başa düşməyən Qara Kərəm soruşdu. M.İbrahimov. Ədhəm sağ əlini sol sinə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SARALMAQ

    ...aşkara yanmaz; Pünhan-pünhan mənim kimi saralı. Aşıq Ələsgər. Şahməmməd adı eşidəndə pişxidmətin rəngi saraldı. Çəmənzəminli. Hər yerdən “doğrudur, d

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÇIXMA

    1. “Çıxmaq”dan f.is. Yarməmmədin otaqdan çıxması ilə sarı qovluğu qoltuğuna vurub qayıtması bir oldu. M.İbrahimov. 2. Doğma, doğuş, tülu. Ayın çıxması

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • GÖRMƏLİ

    ...Şəhərimizin görməli yerləri. Görməli abidələr. – [Qızyetər Yarməmmədə:] Bəri gəl, görməli şeylər var, sədr qaçmaz, lazım olanda özü səni tapacaq. M.İ

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SİMASIZLIQ

    ...də sən; Alqış səsi eşitməzsən bircə kərə. S.Vurğun. Simasızlıq [Yarməmmədin] qalxanı idi. M.İbrahimov. 2. məc. Tapşırılan iş, mexanizm, alət və s. üç

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÇUL

    ...heyvanların dalına salınan qıldan və ya yundan toxunma qalın örtük. Şirməmməd öküzləri rahatladı, çullarını alıb qabaqlarına yem tökdü. E.Sultanov. [

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • CINAQLI

    sif. Kürəkli, sümüklü, şaqqalı. Cınaqlı oğlan. – [Xanməmməd:] [Səfər] iyirmi-iyirmi iki yaşında olar, amma zalım cınaqlı şeydir. Çəmənzəminli.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • MƏSLƏK

    ...hər dəfə and içəndə daha “məsləkim haqqı” deməyirdi. Qantəmir. [Yarməmməd:] Məsləkimiz haqqı, mən şəxsi tənqidi sevirəm. M.İbrahimov. // köhn. Hər bi

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • KÖLGƏLİ

    ...səslərlə; Kölgəli bağ, boz güney. Ə.Cavad. 3. məc. Şübhəli, qaranlıq. Yarməmməd kölgəli keçmişdən uzaqlaşa bilməyən adamlardan idi. M.İbrahimov. 4. m

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • PİLLƏ

    ...naqis olur. M.İbrahimov. // məc. Mərtəbə, səviyyə, dərəcə. Yarməmməd çoxdan hesabdarlıqdan bir pillə yuxarı qalxmaq fikrində idi. M.İbrahimov. 2. His

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÜZDƏN

    ...əl aparmasın. Çəmənzəminli. Bu vaxta qədər Şirzad elə bilirdi ki, Yarməmməd üzüyola bir məzlumdur, hər şeyə inanır, hadisələri üzdən görür. M.İbrahim

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • BƏDHEYBƏT

    ...təsir bağışlayan; dəhşətli. // Çirkin, eybəcər. Bu bədheybət adam [Şahməmməd] xanın gözünə sataşdıqda, sanki xanda ona qarşı bir ikrah hissi əmələ gə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • BAYRAMLAŞMAQ

    ...münasibəti ilə bir-birini təbrik etmək, bir-biri ilə görüşmək. Xanməmməd gəldi, bayramlaşıb oturdu. Çəmənzəminli. Bayramlaşmağa gələnlər yerin azaldı

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SƏY

    ...müştərilərə səylə qulluq eləyirdilər. M.Hüseyn. Rüstəm kişinin başına [Yarməmməd] xüsusi bir səylə fırlanırdı. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • EŞMƏ₁

    ...papirosa qullab vuraraq ətrafına tüstü yayırdı… T.Ş.Simurq. [Koxa:] Şahməmməd, and olsun bu eşmə bığa; Sənə yalan satmaz ömründə koxa. S.Rüstəm.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • AC-SUSUZ

    ...kəsdirib borc yığıram. S.S.Axundov. Neçə gün meşədə ac-susuz qalan Xanməmməd təsadüfən tapılır və yarımcan halda qalaya gətirilir. Çəmənzəminli.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HOVUR

    ...müddət. □ Bir hovur – bir az, azca, azacıq zaman. Bir hovur gözlə. – [Şirməmməd:] Ay ana, nə vaxtadək sən məni bəbə hesab edəcəksən? Bir hovur evə ge

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SULANMAQ

    ...günləri fikri dolandı; Sinəsi atlandı, gözü sulandı. H.K.Sanılı. [Yarməmməd] gözləri sulanıncaya qədər asqırdı. M.İbrahimov. ◊ Ağzı sulanmaq – bax ağ

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • TURŞUMAQ

    ...əlaməti olaraq üzgözü yığılmaq, büzüşmək, qaş-qabağı tökülmək. Yarməmmədin üz-gözü yığışdı, turşudu. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • CİN₁

    ...çıxartsınlar. Çünki cinlər iynədən qorxurlar… (Nağıl). Hələ uşaqlıqda [Yarməmməd] eşitmişdi ki, boş çöllər cinlərlə dolu olur. M.İbrahimov. 2. məc. X

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DƏSTƏ

    ...cinsli şeylər toplusu. Bir dəstə qəzet. Bir dəstə kağız pul. – Yarməmməd portfelindən bir dəstə əzik-üzük kağız çıxartdı. M.İbrahimov. Kənd poçtalyon

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • FIRFIRA

    ...fırlanmaq məc. – yaltaqlanmaq, quyruq bulamaq, qulluq göstərmək. Yarməmmədlə [Salman] fırfıra kimi sədrin başına fırlandılar. M.İbrahimov. Leylək Zər

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ANLAMAQ

    ...eşidib dərk edə bilməyirdi (M.Hüseyn); DÜŞÜNMƏK Şirzad düşündü ki, Yarməmmədi bu qədər eybəcər edən qorxudur (M.İbrahimov); QAVRAMAQ Mişa: Cavan oğla

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • MİNNƏTDARLIQ

    ...diqqətə, edilən yaxşılığa qarşı razılıq, məmnunluq hissi; təşəkkür. Yarməmmədin ürəyində Kəngərliyə qarşı minnətdarlıqdan başqa bir duyğu yox idi. M.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SAKİTLİK

    ...Sakitliyini itirmək. – Rüstəm kişini təəccübləndirən Aslanın sakitliyi, hətta Yarməmmədin bir qədər mülayim rəftarı idi. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • OYNAMAQ

    ...Əylənmək, özü üçün oyuncağa, əyləncəyə döndərmək. Şirzad anladı ki, Yarməmməd mənliyi ilə oynayır. M.İbrahimov. 3. bax oynaşmaq. // məc. Sürətlə o tə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • YIĞIŞMAQ

    ...qırağında ticarət kontoru açdı. S.Hüseyn. 3. Büzüşmək, bürüşmək. Yarməmmədin üzgözü yığışdı, turşudu, tez cibindən əzik-üzük və çirkli ağ yaylığı çıx

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HAŞİYƏ

    ...olmayan və ya az əlaqəsi olan danışıq, ya yazı. Hə, hə – deyə, Naznaz Yarməmmədin haşiyəsinə qulaq asmayıb tələsdirdi. M.İbrahimov. □ Haşiyə çıxmaq –

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • PAPAQ

    ...Rüstəmə:] Papağını qoy qabağına, ağlını yığ başına, ay kişi, Yarməmmədə, Salmana söykənən kəlləmayallaq uçar. M.İbrahimov. Papaq kimi qaralmaq – uzaq

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DÜŞÜNMƏK

    ...vilayətdə deyirlər: Pa atonnan, ölüb …ə! M.Ə.Sabir. Şirzad düşündü ki, Yarməmmədi bu qədər eybəcər edən qorxudur. M.İbrahimov. 4. Narahat olmaq, əndi

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SÖZ

    ...uzatmaq, uzunçuluq eləmək. Dilmanc dəxi səbir eləmədi və qoymadı Yarməmməd sözü uzatsın. C.Məmmədquluzadə. Sözü yerə düşmək – xahişi, istəyi, arzusu,

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÜRƏK

    ...etibar etmək, qızmaq. Ona ürək qızdırmaq olmaz. – [Rüstəm kişi] Yarməmməd hadisəsindən sonra Salman və Lal Hüseynə ürək qızdıra bilmirdi. M.İbrahimov

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Vüqar Yarməmmədov
Vüqar Məmməd oğlu Yarməmmədov (d. 11.11.1960 — ö. 26.03.1992) — Birinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Vüqar Məmməd oğlu Yarməmmədov 11 noyabr 1960-cı ildə Kürdəmir rayonunda müəllim ailəsində dünyaya gəlib. Vüqar altı uşaqlı ailənin 6ci övladı olub. 1967–1977-ci illərdə Kürdəmir rayon 1 saylı orta məktəbində təhsil alıb. Elə həmin il indiki Kooperasiya (əvvəlki Sənaye) texnikumuna daxil olub. Hərbi xidməti Rusiyanın Udmurtiya vilayətində bitirdikdən sonra təhsilini davam etdirib. Təhsilini tamamladıqdan sonra ailə qurub və bu izdivacdan iki qız, bir oğul övladı dünyaya gəlib. 1983-cü ildə ailəsi ilə Rusiyanın Sankt-Peterburq şəhərinə köçüb. Orda əvvəlcə komendant, sonra isə polis vəzifəsində çalışıb.
Yarməmmədbağı
Yarməmmədbağı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Lətifələri ilə zəngindir. == Tarixi == Yarməmmədbağı kəndinin indiki ərazisi bir zamanlar Yarməmməd adlı şəxsin torpaq ərazisi olmuşdur. Yarməmmədin gördüyü işlər haqqında Həsən bəy Zərdabi 1880-ci illərdə “Kaspi” qəzetində dərc etdirdiyi “Zərdabdan məktublar” başlıqlı silsilə məqalələrində yazmışdır. İllər keçdikcə Yarməmmədə məxsus tut ağacından ibarət əraziyə müxtəlif ailələr köçərək burada məskunlaşmış, bununla da kəndin adı Yarməmmədbağı kimi tanınmışdır. == Coğrafiyası == Yarməmmədbağı kəndi Zərdab şəhərinin 12 kilometrliyində, cənub-qərbdə, Kür çayının sahilində yerləşir. == İnfrastruktur == Kənddə bələdiyyə, icra nümayəndəliyi, orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt şöbəsi, ATS, mədəniyyət evi, sudan istifadə edənlər assossiasiyası və sairə var. == Ərazisi == Ərazisi 1057,70 hektardır. == Əhalisi == Əhalisi 1123 nəfər. == İqtisadiyyatı == Yarməmmədbağı kəndində heyvandarlıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, bostançılıq, balıqçılıq hələ tarixən inkişaf etmişdir.
Qaraməmməd
Qaraməmməd — Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Meğraşad qoyulmuşdur. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == XIX əsrə aid mə'lumatda kəndin qars əyalətində yerləşdiyi göstərilir,. 1590-cı ilə aid mənbədə Qara Məhəmməd kimidir. 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də məskunlaşdıqdan sonra əhali qarışıq olmuşdur. XX əsrin 30-cu illərində ayrılıqda qalmış azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1946-cı ildə kənd ermənicə Mеğraşen adlandırılmışdır. 1728-ci ilə aid mənbədə qеyd edildiyinə görə kənd Ərəbgirli camaatından bir qrup ailənin ayrılaraq kənarda məskunlaşması nəticəsində yaranmışdır Ərəb dilində qəryə "kənd" sözündən və Məhəmməd şəxs adından ibarətdir. === Antropotoponimi === Toponim Qaraməmməd şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir.
Alməmməd
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. == Həyatı == Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. == Yaradıcılığı == == Şəcərəsi == Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd == Ailəsi == Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. == İstinadlar == == Mənbə == "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Canməmməd Rüstəmov
Canməmməd Rüstəmov (azərb. Canməmməd Nizam oğlu Rüstəmov; d. 02 mart 1951, Azərbaycan, Şamaxı rayonu, Qurbançı kəndi) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin rəhbəri == Həyatı == Canməmməd Rüstəmov 02 mart 1951-ci il tarixində Şamaxı rayonunun Qurbançı kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (ADU), indiki Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə daxil olub. Fizika fakültəsinin nəzdində olan Astrofizika kafedrasında astrofizik kimi hazırlanmış və maqnit ulduzlarının spektral tədqiqinə həsr olunmuş diplom işini f.r.e.d. İ.Ə.Aslanovun rəhbərliyi altında yerinə yetirmişdir. Astrofizika kafedrasında R.Hüseynov, T.Əfəndiyev, C.Quluzadə, İ.A.Aslanov kimi tanınmış astronomlardan dərs almışdır. 1973-cü ildə BDU-nun Fizika fakültəsini bitirdikdən sonra 4 il orta məktəbdə fizika-riyaziyyat müəllimi işləmiş, 1977-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasınin (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi fəaliyyətə başlamışdır. == Elmi fəaliyyəti == === AMEA N.Tusi adına ŞAR-da əmək fəaliyyəti: === 1977-1982 – “Ulduzların spektrofotometrik tədqiqi” laboratoriyasında kiçik elmi işçi; 1982-1986 – “Geniş örtüklü ulduzlar” laboratoriyasının müdir müavini; 1986-1989 – “Astronomik texnikanın modrnləşdirilməsi və təkmilləşdirilməsi” şöbəsinin müdiri; 1989-1993 – “Ulduz və dumanlıqlar” şöbəsində elmi işçi; 1993-2008 – “Səma cisimlərinin spektroskopiyası” şöbəsində böyük elmi işçi; 2008-2011 – “Səma cisimlərinin spektroskopiyası” şöbəsində aparıcı elmi işçi; 2011-2017 – “Səma cisimlərinin spektroskopiyası” şöbəsinin müdiri; 2017- dən – “Ulduz atmosferləri fizikası və magnetizm” şöbəsinin müdiri. C.N.Rüstəmov 1988-ci ildə Rusiya EA akdemiki, f.r.e.d., prof.
Mirməmməd Cavadzadə
Cavadzadə Mirməmməd Cavad oğlu (18 may 1927, Lənkəran, Lənkəran qəzası – 7 avqust 2008, Bakı) — Görkəmli uroloq-alim və pedaqoq, dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru. SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub. O, həm də Azərbaycanda uroloji məktəbin yaradıcısı idi. == Həyatı == Mirməmməd Cavadzadə 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olmuşdur. 1943-cü ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbini, 1948-ci ildə ADTI-nin müalicə-profilaktika fakültəsini bitirmişdir. 1951-ci ildə II Moskva Tibb İnstitutundakı urologiya kafedrası aspiranturasında oxumuş, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertsiyası müdafiə etmişdir. 1954-cü ildən 1957-ci ilə qədər Krım Tibb Institutunda assistent, sonra urologiya üzrə dosent olmaqla, Krım Vilayətinin baş uroloqu işləmişdir. 1962-ci ildə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adı almışdır. 1963-cü ildə Bakıya dəvət olunmuş və müsabiqə yolu ilə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına müdir seçilmişdir. Doğma Azərbaycana qayıtdıqdan sonra o, yüksək səviyyəli elmi-klinik müəssisə yaratmış və bununla da müasir klinika məktəbinin və urologiya elmində yeni istiqamətin təməlini qoymuşdur.
Nurməmməd Şahsuvarov
Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarov (az.-əbcəd نورمممد بی آدیلخان بی اوغلو شاهسوواروو‎; 1883, Minkənd, Zəngəzur qəzası – 11 avqust 1958, Bakı) — Azərbaycan SSR xalq maarifi komissarının müavini, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad nazirinin müavini, Dağlılar Respublikasının xalq maarifi naziri. Nurməmməd bəy Şahsuvarov həm Azərbaycanın, həm Şimali Qafqaz ölkələrinin azadlığı uğrunda mübarizə aparmışdır. O, repressiyanın qurbanı olmuş, 1938-ci ildə həbs olunub Bakıya göndərilmiş, 1940-cı ildə isə sürgün olunmuşdur. Nurməməd Şahsuravov 1943-cü ildə Bakıya qayıtmış, 1958-ci ildə vəfat etmişdir. == Həyatı == Nurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1889–1903-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, bir müddət Gəncədə rus dili müəlimi işləmşdir. Şahsuvarov 1912-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunu, 1912-ci ildə isə ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olaraq 1915-ci ildə oranı ekstern yolla bitirmişdir.Təhsilini başa vurandan sonra o, Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə təlimatçı təyin olunub.[mənbə göstərin]Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif postlarda vəzifə sahibi olan Nurməmməd Şahsuvarov Aprel işğalından sonra Bakını tərk etməmişdir.[mənbə göstərin]Sovet dövründə o, Bakıda Pedaqoji, S. Ağamalıoğlu adına Torpaq və Geodeziya texnikumlarında rus dilindən dərs deyib, sonralar isə Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft İnstitutunda isə rus dili müəllimi vəzifəsində işləyib. === Repressiya === Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan PR-6399 saylı istintaq işinin materiallarında Xalq Daxili İşlər Komissarlığı 4-cü şöbənin 4-cü bölməsinin rəisi, Dövlət Təhlükəsizliyi leytenantı Qriqoryanın 1930-cu ilin iyulunda hazırladığı arayış mövcuddur: Nurməmməd Şahsuvarov həbs edilməzdən əvvəl Moskvada Qubkin adına İnstitutda dosent işləyirdi. 1938-ci ilin fevralın 27-də Moskva yaxınlığındakı Leninisk rayonunda, Kalujsk şossesində Derevlevo kəndində, ev 52-də, bitərəf olan, Qubkin adına İnstitutda dosent işləyən, Q. Ş. Mixaylinovun mənzilində yaşayan Nurməmməd Şahsuvarov Dövlət Təhlükəsizliyi Xidmətinin kapitanı Fedotov tərəfindən həbs edilərək Bakıya göndərilmişdir.Nurməmməd Şahsuvarova qarşı ilk istintaq 1938-ci ilin martın 21-də aparıldı.
Xanməmməd-Bünaən
Xanməmməd-Bünaən — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Yarməhəmməd (Baymak)
Yarməhəmməd (başq. Йәрмөхәмәт, rus. Ярмухаметово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Yarat kənd şurasının tərkibindədir. 1980-ci ilə qədər 1-ci Etkol kənd şurasına daxil idi.
Şahməmməd Şahməmmədov
Şahməmməd Gülməmməd oğlu Şahməmmədov (d. 6 avqust 1947, Ləngəbiz kəndi, Ağsu rayonu, Azərbaycan SSR SSRİ) — Azərbaycanlı hərbçi; Qarabağ müharibəsi iştirakçısı, polis polkovniki, şair və yazıçı. == Həyatı == Şahməmməd Şahməmmədov 6 avqust 1947-ci ildə Azərbaycan Respublikası, Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuşdur. 5 yaşında I sinfə getmişdir. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Şamaxı Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu bitirib, Ağsu rayonunun Səfərli və Ərəbuşağı kəndlərində 2 il müəllim işləmişdir. Sonra Uzaq Şərqə əsgəri xidmətinə getmişdir. Əsəgəri xidməti başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlmişdir. ADU-nun hüquq fakültəsinə daxil olmuşdur. Eyni zamanda fəaliyyətini respublikanın hüquq-mühafizə orqanları ilə bağlamışdır.
Şirməmməd Hüseynov
Şirməmməd Ağaməmməd oğlu Hüseynov (17 dekabr 1924, Nuxa – 24 iyun 2019, Bakı) — Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru. == Həyatı == Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirib. 1941-1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. 1945-1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini, 1961-1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə isə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb.
Şirməmməd Nəzərli
Şirməmməd Nəzərli - yazıçı, jurnalist, fotoqraf. HUMAY mükafatı laureatı. Azərbaycan Jurnalistlər, Yazıçılar və Fotoqraflar Birliklərinin üzvü. Azərbaycan sovet dövrü teatr həyatında ilk dəfə yaradılmış dini məzmunlu ZAMAN teatrı dramaturq Ş.Nəzərlinin "Müctəhidin yuxusu" birpərdəli pyesi ilə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində fəaliyyətə başlayıb. Teatr sonra onun müştərək yazdığı daha iki pyesini səhnəyə qoyub. == Həyatı == Nəzərli Şirməmməd Dadaş oğlu (ədəbi təxəllüsü Dədə Nəzərli) 1948-ci il may ayının 31-də Lənkəran rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Lənkəran Pedaqoji Texnikimunda təhsil alıb (1965-1967). Təyinatla indiki Biləsuvar rayonundakı A.S.Puşkin adına beynəlmiləl orta məktəbdə müəllim işləyib.Sovet ordusu sıralarında xidmət edib (1967-1969). 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. Burada təhsilini başa vurduqdan sonra bir müddət Bakı Məişət Kondisionerləri zavodunun radio-qəzetində redaktor, Azteleradio şirkətində redaktor işləyib.
Şirməmməd Əli
Şirməmməd Əli (1 iyul 1997; Hotan, Çin) hazırda Çin Super Liqasında "Henan Cianye" komandasında oynayan Uyğur-Çinli yarımmüdafiəçi futbolçudur. == Klub karyerası == Şirməmməd 1 iyul 1997-ci ildə Çinin Hotan şəhərində anadan olmuşdur. Əslən uyğurdur. Şirməmməd karyerasına 1 yanvar 2015-ci ildə "Henan Reserves" komandasına transfer olunmaqla başlamışdır. 1 iyul 2016-cı ildə komandadan ayrılan Şirməmməd tam 1 il ərzində sərbəst futbolçu olaraq fəaliyyət göstərmiş, heç bir komandada oynamamışdır. Peşəkar karyerasına isə 1 iyul 2017-ci ildə Portuqaliyanın "Qondomar" klubunun ilk komandasına yüksəldikdən sonra başladı. 27 fevral 2018-ci ildə Çin Super Liqasının təmsilçisi "Henan Cianye" komandasına qayıtdı. 2 mart 2018-ci ildə Şirməmməd klubdakı debütünü 89-cu dəqiqədə Qu Caonun əvəzedicisi olaraq "Tyancin Quancian"-a qarşı 4:0 hesabı ilə qalibiyyətində etdi. Həmin mövsümdə 1 sarı kart almışdır. Ona yeganə sarı kart 19 may 2018-ci ildə keçirilən "Henan Cianye" və "Quanju RF" oyununda verilmişdir.
Nurməmməd Məmmədov
Nurməmməd Məmmədov — texnika elmləri namizədi, dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndis sistemləri və qurğuları kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika və Regionlararası Kadrların İdarə Edilməsi Akademiyalarının professoru, BMT-nin enerji səmərəliliyi və alternativ bərpa olunan enerji mənbələri üzrə milli eksperti. == Həyatı == 7 sentyabr 1951-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Zəyzid kəndində anadan olub. 1966-cı ildə Baş Zəyzid kənd səkkizillik məktəbini, 1968-ci ildə isə Orta Zəyzid məktəbini bitirmişdir. Elə həmin il Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə daxil olub, 1973-cü ildə yüksək nəticələrlə başa vurmuş və "İstilik-qaz təchizatı və ventilyasiya" üzrə inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir. == Təhsili == 1958 – 1966-cı illərdə Baş Zəyzid kənd səkkizillik məktəbində, 1966 – 1968-ci illərdə Orta Zəyzid kənd orta məktəbində, 1968 – 1973-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb. == Əmək fəaliyyəti == 1973 – 1975-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun, 1975 – 1977-ci illərdə, yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun birləşmiş qazanxanasının növbə rəisi vəzifəsində işləyib. 22 sentyabr 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun istilik-qaz təchizatı və ventilyasiya kafedrasında assistent vəzifəsinə seçilib. 1993 – 2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin istilik-qaz təchizatı və ventilyasiya kafedrasında əvvəlcə baş müəllim, sonra isə dosent vəzifəsində çalışıb. 1994 – 2001-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sanitariya texnikası fakültəsinin dekanı olub. 2013-cü ilin may ayından istilik-qaz təchizatı və ventilyasiya kafedrasının ictimai əsaslarla müdir əvəzi vəzifəsində çalışıb.
Alməmməd Babayev
Alməmməd Qərib oğlu Babayev (23 noyabr 2000, Sarvan, Salyan rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alməmməd Babayev 2000-ci il noyabrın 23-də Salyan rayonunun Sarvan kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Alməmməd Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alməmməd Babayev sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alməmməd Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alməmməd Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Alməmməd kişi
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. == Həyatı == Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. == Yaradıcılığı == == Şəcərəsi == Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd == Ailəsi == Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. == İstinadlar == == Mənbə == "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Alməmməd mağarası
Alməmməd mağarası — Culfa rayonu ərazisində mağara. Əlincəçayın sol sahilində Camaldın kəndindən 1 km şərqdədir. Darıdağ platosunun şimal-qərb ətəyində Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəkliyin yamacındadır. Mağaranın qeyri-karbonatlı süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Burada aşkar edilmiş mədəni qalıqlar onun arxeoloji abidə olduğunu göstərir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının mərkəzi struktur elementi olan Darıdağ antiklinalının cənub-qərb qanadında yerləşir.Alməmməd mağarasının Culfa rayonunun yerli əhalisi arasında işlədilən adı Ərməmməd mağarasıdır.
Şair Alməmməd
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. == Həyatı == Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. == Yaradıcılığı == == Şəcərəsi == Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd == Ailəsi == Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. == İstinadlar == == Mənbə == "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Ərməmməd mağarası
Alməmməd mağarası — Culfa rayonu ərazisində mağara. Əlincəçayın sol sahilində Camaldın kəndindən 1 km şərqdədir. Darıdağ platosunun şimal-qərb ətəyində Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəkliyin yamacındadır. Mağaranın qeyri-karbonatlı süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Burada aşkar edilmiş mədəni qalıqlar onun arxeoloji abidə olduğunu göstərir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının mərkəzi struktur elementi olan Darıdağ antiklinalının cənub-qərb qanadında yerləşir.Alməmməd mağarasının Culfa rayonunun yerli əhalisi arasında işlədilən adı Ərməmməd mağarasıdır.
Ərməmməd piri
Ərməmməd piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndindən təqribən 4-5 km şərqində yüksək dağın qərb tərəfində ziyarətgah. Ərməmməd (Alməmməd) mağarası yaxınlığındadır. Ərməmməd mağarası Camaldın kəndi yaxınlığında yerləşən bu qədim mağara 1974-cü ildə qeydə alınmışdır. Təsadüfi tapıntılar nəticəsində daş əmək alətləri, Mustye mədəniyyəti üçün səciyyəvi olan müxtəlif lövhələr aşkar olunmuşdur. Tapıntıların təqribən 50-40 min il əvvəlki dövrə aid olduğu ehtimal edilir. Əhali tərəfindən bəzən Alməmməd piri adlandı rılan pir-ziyarətgah ətrafı böyük ağaclarla əhatə olunmuş bir binadan ibarətdir. Binanın girişi şimal tərəfdəndir. Giriş qapısının sol tərəfində qəbir vardır. Binanın içərisində başqa bir qəbir də vardır. Pirdə əsas ziyarət obyekti həmin qəbirdir.
Nurməmməd bəy Şahsuvarov
Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarov (az.-əbcəd نورمممد بی آدیلخان بی اوغلو شاهسوواروو‎; 1883, Minkənd, Zəngəzur qəzası – 11 avqust 1958, Bakı) — Azərbaycan SSR xalq maarifi komissarının müavini, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad nazirinin müavini, Dağlılar Respublikasının xalq maarifi naziri. Nurməmməd bəy Şahsuvarov həm Azərbaycanın, həm Şimali Qafqaz ölkələrinin azadlığı uğrunda mübarizə aparmışdır. O, repressiyanın qurbanı olmuş, 1938-ci ildə həbs olunub Bakıya göndərilmiş, 1940-cı ildə isə sürgün olunmuşdur. Nurməməd Şahsuravov 1943-cü ildə Bakıya qayıtmış, 1958-ci ildə vəfat etmişdir. == Həyatı == Nurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1889–1903-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, bir müddət Gəncədə rus dili müəlimi işləmşdir. Şahsuvarov 1912-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunu, 1912-ci ildə isə ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olaraq 1915-ci ildə oranı ekstern yolla bitirmişdir.Təhsilini başa vurandan sonra o, Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə təlimatçı təyin olunub.[mənbə göstərin]Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif postlarda vəzifə sahibi olan Nurməmməd Şahsuvarov Aprel işğalından sonra Bakını tərk etməmişdir.[mənbə göstərin]Sovet dövründə o, Bakıda Pedaqoji, S. Ağamalıoğlu adına Torpaq və Geodeziya texnikumlarında rus dilindən dərs deyib, sonralar isə Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft İnstitutunda isə rus dili müəllimi vəzifəsində işləyib. === Repressiya === Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan PR-6399 saylı istintaq işinin materiallarında Xalq Daxili İşlər Komissarlığı 4-cü şöbənin 4-cü bölməsinin rəisi, Dövlət Təhlükəsizliyi leytenantı Qriqoryanın 1930-cu ilin iyulunda hazırladığı arayış mövcuddur: Nurməmməd Şahsuvarov həbs edilməzdən əvvəl Moskvada Qubkin adına İnstitutda dosent işləyirdi. 1938-ci ilin fevralın 27-də Moskva yaxınlığındakı Leninisk rayonunda, Kalujsk şossesində Derevlevo kəndində, ev 52-də, bitərəf olan, Qubkin adına İnstitutda dosent işləyən, Q. Ş. Mixaylinovun mənzilində yaşayan Nurməmməd Şahsuvarov Dövlət Təhlükəsizliyi Xidmətinin kapitanı Fedotov tərəfindən həbs edilərək Bakıya göndərilmişdir.Nurməmməd Şahsuvarova qarşı ilk istintaq 1938-ci ilin martın 21-də aparıldı.
Usta Baba Pirməmməd
Usta Baba Pirməmməd (1898, Balaxanı, Bakı qəzası – 26 mart 1957, Bakı) — Azərbaycan neft və qaz istehsalı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1948), "Stalin" mükafatı laureatı (1950). == Həyatı == Usta Baba Pirməmməd 1898-ci ildə Bakı qəzasının Balaxanı kəndində neftçi fəhlə anadan olmuşdur. Üçsinifli məktəb bitirmiş və 1916-cı ildə qazmaçılar dəstəsində fəhləliyə başlamışdır. 1923-cü ildə qazmaçı, 1928-ci ildə qazma ustası vəzifələrində işləmişdir.Sonrakı illərdə Usta Baba Pirməmməd quyuların təmiri, izolyasiyası kontorunda və qazma kontorunda bir sıra inzibati-texniki vəzifələrdə işləmiş və Azərbaycan Sənaye İnstitutu yanındakı təsərrüfatçı kurslarında oxumuşdur. Bir müddət "Leninneft" qazma kontorunun katibi, 1938-ci ilin dekabrında isə quyuların əsaslı təmiri kontorunun direktoru vəzifəsinə təyin edilmişdir. O, 1940-cı ildən "Leninneft"in qazma kontorunda, 1945-ci ildən isə "Kirovneft"in qazma kontorunda direktor vəzifəsində çalışmışdır. 1945-ci Buzovnaya göndərilən Usta Baba Pirməmməd "Buzovnaneft" qazma kontorunun rəhbəri olmuşdur. O, yeni Buzovna–Maştağa neft sahəsinin kəşfində fəal iştirak etmişdir.Usta Baba Pirməmməd 1930-cu ildən ildən Sov.İKP üzvü, 1937-ci ildən Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı (4-cü çağırış) olmuşdur.Usta Baba Pirməmməd uzun sürən xəstəlikdən sonra 26 mart 1957-ci ildə Bakıda vəfat etmişdir. == Təltif və mükafatları == Sosialist Əməyi Qəhrəmanı — 8 may 1948 ("Lenin" ordeni və "Oraq və Çəkic" medalı təqdim edilməklə) 3 dəfə "Lenin" ordeni — 6 fevral 1942, 8 may 1948, 15 may 1951 "Stalin" mükafatı (3-cü dərəcə) — 1950 == İstinadlar == == Xarici keçidlər == "Уста Баба Пир Мамед" (rus). "Герои страны" saytında.
Yarməhəmməd xan Kirmanşahlı
Yarməhəmməd xan Mirzə Məhəmməd xan oğlu Kirmanşahlı (1879, Kirmanşah – 1912, Kirmanşah) — Məşrutə hərəkatının fəal üzvü. == Həyatı == Yarməhəmməd xan Mirzə Məhəmməd xan oğlu 1878-ci ildə Kirmanşah şəhərində anadan olmuşdu. Lək elinin Zərdalan obasındandır. O, Əbdülhüseyn mirzə Fərmanfərmadan sonra Kirmanın hakimi olmuşdu. Yarməhəmməd xan Hacı Ağa Məhəmməd Mehdi, Mirzə Əli xan sərtip Xanəxərab, Əbülfət mirzə Dövlətşahi və başqaları ilə birləşərək azadxahlara qoşulmuşdular. Yarməhəmməd xan Kirmanşahi 1912-ci ildə vəfat edib.
Yarməhəmməd xan Şadlı
Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı (1827-1928) — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. == Həyatı == Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı Xorasan əyalətinin Bocnurd vilayətinin Şadlı elinin bir obasında anadan olmuşdu. Səhamüddövlə ləqəbini daşıyırdı. Atasından sonra elbəyi təyin edilmişdi. Yarməhəmməd xan Şadlı Nasirəddin şah Qacarın hakimiyyətinin ilk illərində Xorasanın valisi idi. Yarməhəmməd xan Şadlı 1883-1889-cu illərdə Rusiyanın Aşqabaddakı diplomatik agenti Yəhya bəy Tahirovla əlaqə saxlayırdı. Yəhya bəy bir neçə dəfə Bocnurdda olmuşdu. Ruslar Yarməhəmməd xan Şadlını 14 may 1896-cı ildə Moskvaya, II Nikolayın tacgüzarlığına dəvət etmək istəyirdilər. Dəvət etdilər də. Səhamüddövlə Sərdari-Müfəxxəm Moskvaya gəldi.
Mirzə Alməmməd Xəlilov
Mirzə Əlməmməd Xəlilov (1862, Naxçıvan – 1896) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq. == Həyatı == Mirzə Əliməmməd 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu.Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını bitirmişdi. O. bu seminariyanın ilk şagirdlərindən idi. 1879-cu ildə Qori Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsinin açılması məsələsi müzakirəyə çıxarılan zaman A. Çernyayevski bu şöbənin təşkili və yaradılması üçün ən münasib və layiqli şəxs hesab edilir. Həmin ilin yayında Azərbaycanın bütün irili-xırdalı yaşayış məntəqələrini, kənd və şəhərlərini qarış-qarış gəzib, seminariyanın yenicə açılmış Azərbaycan şöbəsində oxumaq üçün şagird toplayan Aleksey Osipoviç cəmi bir neçə gənc ilə geri qayıdır. Sonralar onlardan yalniz üç nəfəri, Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görülürlər. A. Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxlayır. Mirzə Əliməmməd müəllim işləmişdi. O, 1896-cı ildə vəfat edib. == Fəaliyyəti == Dövrün tərəqqipərvər, açıq fikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846–1931), Qurbanəli Şərifov (1854–1917), Məhəmməd Tağı Sidqi (1854–1903), Cəlil Məmmədquluzadə (1869–1932), Eynəli bəy Sultanov (1866–1935), Mirzə Əlməmməd Xəlilov (1862–1896), Mirzə Ələkbər Süleymanov (1862–1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" (R.Nəcəfov.