AYNASIZ
AYRAN
OBASTAN VİKİ
Aypara
Aypara — yeni doğulmuş Ay. Türkiyə və Azərbaycanın bayrağında bu simvoldan istifadə olunur.
Aypara adası
Aypara adası (ing. Half Moon Island) — kiçik subantarktik ada. Ada Cənubi Şetland adaları qrupuna daxildir. Antarktik yarımadasından 120 km aralıda yerləşir. Coğrafi koordinatları: 62°35′ c. e. 59°54′ q. u.. == Coğrafi == Adada böyük suitilər və pinqvinlərin böyük populyasiyası vardır. Aypara adası antarktik adaları adasında nisbətən əlverişli buxtası ilə seçilir.
Aypara sümük
Aypara sümük (lat. os lunatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, başlı və qarmaqlı sümüklərəməxsus aşağı basıq səthi və qayığabənzər sümüyə məxsus bayır, üçvəcli sümüyə məxsus içəri səthi vardır. == Həmçinin bax == Kinbek xəstəliyi == Mənbə == Prof.
Aypara Əliyev
Aypara Nəsrəddin oğlu Əliyev (1958 və ya 1959 – 25 noyabr 1995, Bakı) — Azərbaycan tarixçisi, Azərbaycan Sosial Demokrat Partiyası sədrinin sabiq müavini, Surət Hüseynovun mətbuat katibi və köməkçisi. == Həyatı == Aypara Əliyev ixtisasca tarixçi olmuş, Azərbaycan Dövlət Aqrar Universitetində dosent kimi çalışmışdır. Əliyev 7 oktyabr 1994-cü il tarixində Surət Hüseynovun başçılıq etdiyi oktyabr hadisələrində iştirakına görə həbs edilmişdir. O, qiyamla bağlı dövlətə xəyanətdə, "xüsusən təhlükəli dövlət cinayətlərinin törədilməsinə yönəlmiş təşkilatlanma" fəaliyyətində, o cümlədən qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunmuşdur. Əliyevə qarşı mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də, o cümlədən "Nicat" xeyriyyə fondunu qeydiyyata almaq üçün saxta sənədlər hazırlamaqda və cəmiyyətdən külli miqdarda pul oğurlamaqda da ittiham olunmuşdur. İddia olunur ki, o, prokurorluğun və Gəncə Şəhər Sovetinin icazəsi olmadan həbs edilmişdir. Əliyev sonda Gəncədən Bakıdakı istintaq təcridxanasına köçürülmüşdür. O, həbsxanada sağlamlıqdakı problemlər səbəbindən 22 oktyabr 1995-ci il tarixində komaya düşmüşdür. Əliyev 25 noyabr 1995-ci tarixində, 36 yaşında Penitensiar xidmətin Müalicə Müəssisəsində vəfat etmişdir. Qeyri-rəsmi mənbələrə görə, o, qaraciyər serrozundan, böyrək çatışmazlığından, ayaq və qarnında şişkinlikdən əziyyət çəkirmiş.
Qızıl Aypara
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Aypara adası (Şpitsbergen)
Aypara adası (norv. Halvmåneøya, ing. Half Moon Island) — Şpitsbergen arxipelaqına daxil olan elədə böyük olmayan ada. Edj adasından cənub-şərqdə yerləşir. 1973-cü ildən adanı ziyarət etmək yerli faunanı qorumaq məqsədi ilə qadağandır. Ada ilk dəfə 1625-ci ildə Moskva şirkətinin xəritəsində əsk olunmuşdur. Ona ilk adı isə 1663-cü ildə Hedrik Donker vermişdir. Dörd rus dənizçisi — Aleksey İnkov, Xrisanku İnkov, Stepan Parapov və Fedor Veriqin — 1743-cü ilin may ayından gəmi qəzası səbəbindən adada 6 il yaşamalı olmuşlar. Onlardan ancaq 3 sağ qalmışdır. Yazıçı Devid Roberts bu gözəl hekayəni "Dörd nəfər Arktikaya qarşı" kitabıda əks etdirmişdir.
Aypara caz folklor ansamblı
Aypara — azərbaycanlı bəstəkar Vaqif Gərayzadənin yaratdığı qrup. == Qrup haqqında == Qrup ''Vaqif Gərayzadənin rəhbərliyi ilə caz-folklor ansamblı" adı ilə 1984-cü ildən fəalliyyətə başlamış, 1988-ci ildən isə ''Aypara'' adlanmışdır. Qrupun yaradılmasında məqsəd 80-cı illərin əvvəlində bizim incəsənətimizə, xüsusilə Azərbaycan milli cazına gətirilən yeniliyi inkişaf etdirərək təkmilləşdirmək idi. Yarandığı ildən etibarən bütün respublika müsabiqələrində birinci yeri tutub. İlk vaxtlar Alim Qasımov (1987), Aygün Kazımova ("Bakı Payızı 1988" müsabiqəsi [1]), Zülfiyyə Xanbabayeva ("Bakı Payızı 1988" müsabiqəsi) kimi ifaçıları qrup müşayiət etmişdir. Qrup 1988-ci ildə «Товарищ Песня!» (Moskva, Rusiya) festivalına qatılmış və laureatlardan biri olmuşdur. Bundan başqa, Tiflis,İrəvan, Vitebsk, Yuqoslaviyada keçirilən bir sıra müsabiqə və festivallarda iştirak etmişdir. 1991-ci ildə ''Azərbaycanın səsi'' beynəlxalq müsabiqəsində laureatı, Vaqif Gərayzadə isə ''Qitənin ən yaxşı aranjimançısı'' adına layiq görülmüşdür. 1991–1992-ci illərdə Sevda Ələkbərzadə qrupla birgə fəaliyyət göstərmişdir. 1994-cü ildə Zülfiyyə Xanbabayeva qrupda ifaçı kimi çalışıb.
Aypara sarayı və şəhərciyi
The Crescent Development Project (azərb. Aypara sarayı və şəhərciyi‎) — Bakıda Xəzər dənizinin sahilində tikilən göydələn kompleksi. Bir süni ada, biznes mərkəzi (The Crescent City), bir yaşayış və ticarət mərkəzi (The Crescent Place) və bir oteldən (The Crescent Hotel) ibarət olması planlaşdırılır. Layihə Azərbaycanın memarlıq abidəsi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdur. "The Crescent Development Project" ilə Port Baku Towers və Port Baku Residence kimi binalar limanın keçmiş torpaqlarının yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur. == Tarixi == 2008-ci ilin fevralında məşhur memarlıq saytı skyscrapernews.com Bakıda tikinti üçün təklif olunan koreyalı Heerim Architects şirkətinin layihələri barədə məqalə dərc edib. Ay temalarına malik layihələr "göydələnin anlayışını ənənəvi çərçivədən kənara çıxarmaq cəhdi" adlandırılıb. Bu Bakı buxtasının ucunda yerləşən "Full Moon Bay" və "Caspian Plus" ərazilərində tikiləcək iki göydələn kompleksi məsələsi idi. Bunlardan birincisi körfəzin qərb kənarında tikilmək üçün təklif olunan 158 metrlik 35 mərtəbəli disk şəklində olan "Küləklər-1 və 2" binası idi. Onlar ümumi podiumu birləşdirmək məcburiyyətində idilər.
Aypara və ulduz rəmzi
Aypara və ulduz — ən qədim din və dövlət rəmzlərindən biridir. Daha çox müsəlman dünyasında yayılmışdır. == Türk-müsəlman simvolikasında aypara-ulduz == Deməli, bu rəmz həmişə müqəddəs sayılıb, sadəcə, zaman keçdikcə məzmununu dəyişərək İslamın da simvoluna çevrilmişdir. Bu proses türk xalqlarının X əsrdən başlayaraq İslamı qəbul edib, müsəlman dünyasında siyasi liderliyi öz üzərinə götürdüyündən sonra baş vermişdir. İlkin İslamda bütün müsəlmanlar tərəfindən qəbul edilmiş bir simvol olmamışdır, lakin XI əsrdən başlayaraq, xristian-müsəlman qarşıdurması şiddətlənmişdir və xristianlar bu qarşıdurmada xaç simvollarından geniş istifadə edirdilər. İspaniyada Rekonkista və Xaçlı yürüşləri zamanı xristianlar üzərində xaçın təsviri olan bayraqlardan, qalxanlardan, dəbilqələrdən istifadə edərək savaşlar aparmışdırlar. Buna qarşı İslam ideyasını əks etdirən bir rəmzin tətbiq edilməsinin zərurəti yaranmışdır. Bu rəmzi də müsəlman dünyasında liderliyi ələ keçirən türklər gətirdilər. Xaçlılara qarşı mərdliklə vuruşan müsəlman türklər öz qədim simvolu olan aypara və ulduzdan istifadə etmişdirlər və bu andan o İslamın rəmzinə çevrilmişdir. Gələcəkdə isə aypara və ulduz rəmzi Osmanlı imperiyasının simvolu olmuşdur.
Aypara və ulduz simvolu

Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Azərbaycan Qızıl Aypara Cəmiyyəti — Azərbaycanın humanitar təşkilatlarından biri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi. == Tarixi == Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il mayın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təşkil edilmişdir. Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya cəmiyyətin sədri seçilmişdir. 1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti SSRİ Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir. II Dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas etmişlər. Şəfqət bacılarından iki nəfər — Səriyyə Talışzadə və Rəşidə Qasımzadə göstərdikləri xüsusi fədakarlığa görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının "Florens Naytingel" medalı ilə təltif edilmişdir. 1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda nümayəndəliyi açılmışdır. 1993-cü ilin may ayında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycanda nümayəndəliyi açılmışdır. 1994-cü il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq Azərbaycanda bu sahədə fəaliyyət göstərən yeganə rəsmi humanitar təşkilat kimi təsdiq edilmişdir. 1995-ci il noyabrın 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəmiyyət rəsmən tanınmışdır.
Banqladeş Qırmızı Aypara Cəmiyyəti
Banqladeş Qırmızı Aypara Cəmiyyəti (ing. Bangladesh Red Crescent Society) — 1973-cü ildə Banqladeş Qırmızı Xaç Cəmiyyəti olaraq yaradılıb. 1989-cu ildə adını Banqladeş Qırmızı Aypara Cəmiyyəti olaraq dəyişdirdi. Baş qərargahı Dəkkə şəhərində yerləşir. Banqladeşin müxtəlif ərazilərində tez-tez yaşayan sel, siklon və digər təbii fəlakətlər zamanı cəmiyyət yardım və reabilitasiya sahəsində aparıcı rol oynamışdır.
Bəhreyn Qırmızı Aypara Cəmiyyəti
Bəhreyn Qırmızı Aypara Cəmiyyəti (ing. Bahrain Red Crescent Society) — 1971-ci ildə həmin vaxtda Bəhreynin əmiri olan Şeyx İsa bin Salman əl-Xəlifə tərəfindən verilmiş bir nizamnamə əsasında qurulmuşdur. Cəmiyyət 1972-ci il sentyabrın 14-də Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası tərəfindən tanınmışdır. 1919-cu ildə yaranandan bəri beynəlxalq qrupun 116-cı üzvüdür. Qərargahı Bəhreynin paytaxtı Manamanın Hoora bölgəsində yerləşir.
Pakistan Qırmızı Aypara Cəmiyyəti
Pakistan Qırmızı Aypara Cəmiyyəti — Pakistanlılar üçün təcili tibbi yardım və xilasetmə xidmətləri təmin edən bir təşkilat. Cəmiyyət 1947-ci ildə Pakistanın müstəqilliyindən sonra Saloni Malikin rəhbərliyi altında Pakistan Qırmızı Xaç Nizamnaməsi adı altında yaradılıb. Daha sonra adı Qırmızı Aypara Cəmiyyəti kimi dəyişdirildi. Onun mərkəzi İslamabaddadır. Pakistan Qırmızı Aypara Cəmiyyəti yemək, təmiz su və müalicə xidmətləri daxil olmaqla dəstək xidmətləri təmin etməklə milyonlarla pakistanlıya xəstəlik və fəlakətlərin aradan qaldırılmasında yardım edir. 2010-cu ildə Pakistan tarixində ən böyük daşqınların baş verdikdən sonra Pakistan Qırmızı Aypara Cəmiyyəti yerli pakistanlıları su və ərzaqla təmin etdi. Onlar bu hadisə zamanı Qırmızı Xaç cəmiyyətləri ilə güclərini birləşdirərək daşqının səbəb olduğu fəlakətləri aradan qaldırmaq üçün 100 min dollar yardım göstərdilər. 2014-cü ildə Sind əyalətində Pakistan Qırmızı Aypara Cəmiyyəti JDC Rifah Təşkilatı ilə birgə Karaçi şəhərində Aşura günü ilə əlaqəli iki gün davam edən tibbi düşərgə təşkil edərək həkimlər, paramedikal heyət və könüllülər təmin edərək 300-ə yaxın adamın tibbi yardım göstərdi.
Qızıl Aypara,Qızıl üçbucaq
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Türk Qırmızı Aypara Cəmiyyəti
Türkiyə Qırmızı Aypara Cəmiyyəti (türk. Türk Kızılayı , ing. Turkish Red Crescent) — Türkiyədəki ən böyük humanitar təşkilatdır və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının bir hissəsidir. Təşkilat 1868-ci ildə Osmanlı İmperatorluğu dövründə yaradılıb, Krım müharibəsi zamanı Türk əsgərləri arasında ölüm və çətinliyin əsas səbəbi olan xəstəlik onların döyüşmələrinə mane olurdu. Bu təşkilat Qırmızı Aypara Cəmiyyətinin ilkin forması kimi fəaliyyət göstərdi və müsəlman dünyasında ən əhəmiyyətli xeyriyyə təşkilatlarından biri idi. Cəmiyyət şərtsiz yardım və xidmət göstərən mənfəətsiz, könüllü əsaslı sosial xidmət təşkilatıdır və xüsusi hüquqi müddəalarla tənzimlənən hüquqi bir qurumdur. Təşkilat 1868-ci il 11 iyun tarixində Osmanlı İmperiyası zamanı qurulmuş və "Hilâl-i Ahmer Cemiyeti" adlandırılmışdır. Daha sonra bu adları aldı: 1877-ci ildə "Osmanlı Qırmızı Aypara Cəmiyyəti" 1923-cü ildə "Türkiyənin Qırmızı Aypara Cəmiyyəti" 1935-ci ildə "Türk Kızılayı Birliyi" 1947-ci ildə "Türk Qırmızı Aypara Cəmiyyəti" 1935-ci ildə Mustafa Kamal Atatürk tərəfindən, 1923-cü ildə Türkiyə Respublikası qurulduqdan sonra Kızılay adlandırıldı. Rus-Türk müharibəsi ilə başlayaraq (1877–78), Türkiyə Qırmızı Aypara Cəmiyyəti Türkiyədəki mobil və sabit xəstəxanalar, xəstələrin daşanma xidmətləri, xəstəxana gəmiləri, təlim keçmiş tibb bacıları və könüllülər vasitəsilə bütün döyüş bölgələrində əsgərləri tibbi yardımla təmin etdi. Müharibədən zərər görümüş bütün mülki vətəndaşlara ölkə vətəndaşlıqlarından asılı olmayaraq humanitar yardım göstərmişdir.
Türkiyə Qırmızı Aypara Cəmiyyəti

Türkmənistan Qırmızı Aypara Cəmiyyəti
Türkmənistan Qırmızı Aypara Cəmiyyəti — 1926-cı ildə yaradılmışdır və baş qərargahı Türkmənistanın Aşqabad şəhərində yerləşir.
Əfqanıstan Qırmızı Aypara Cəmiyyəti
Əfqanıstan Qırmızı Aypara Cəmiyyəti (ing. Afghan Red Crescent Society, ARCS, puşt. د افغاني سرې میاشتې ټولنې) — Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlər Federasiyasının Əfqan filialıdır. Cəmiyyət 20 ildən çox müddət ərzində bütövlükdə ölkəyə təsir göstərən şəraitə görə məhdud quruluşa malik olsa da, 70 ildən artıqdır ki, mövcuddur. Əfqanıstan Qırmızı Aypara Cəmiyyəti 1934-cü ilin aprel ayında yaradılmışdır. İlk dəfə yetimlərə və ehtiyac içində olan şəxslərə yardım etmək məqsədilə Naderia Uşaq evinin əsasında təsis edilmişdir. 1951-ci ilin oktyabr ayında cəmiyyət üzvlük, mərkəzi, əyalət və yerli şöbələrdə seçkilər və idarə heyəti üçün demokratik müddəaları nəzərdə tutan konstitusiyanı qəbul etdi. 1964-cü ildə ƏQAC Marastoon (Əfqanıstan) və ya Əfqanıstanın rifah təşkilatlarını ələ aldı. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası ƏQAC-nin iki əsas tərəfdaşlarından biridir və 1991-ci ildə Əfqanıstandakı ən son münaqişə zamanı müvəqqəti evakuasiya ilə öz nümayəndə heyətini bura göndərmişdir. Son illərdə təşkilati potensial baxımından məhdud olmasına baxmayaraq, ƏQAC-nin təşkilat və fəaliyyətləri bütün ölkənin 32 əyalətinin 31-də aktiv fəaliyyət göstərir.
Əlcəzair Qırmızı Aypara Cəmiyyəti
Əlcəzair Qırmızı Aypara Cəmiyyəti (ing. Algerian Red Crescent Society) — 1957-ci ildə təsis edilmiş Əlcəzair humanitar könüllü təşkilatıdır. Yalnız 1963-cü ildən Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı tərəfindən tanınmışdır. Əlcəzair Qırmızı Aypara Cəmiyyəti 1954-1962-ci illərdə Əlcəzair müharibəsi dövründə Qırmızı Xaç Daxili Komitəsi (QXDK) tərəfindən ilkin humanitar missiyalar zamanı təsis edildi. Fransız hökumətinin əlcəzairli tələbələrə insan hüquqlarının öyrənilməsi sahəsində təhsillə təmin etməsinə baxmayaraq, onlar müəyyən siyasi hadisələrin baş verdiyi zamanlarda bu hüquqlara açıq şəkildə sahib çıxmadılar. Beynəlxalq Qırmızı Xaç Komitəsi ilk missiyasını 1955-ci il fevral ayının birində həbs zamanı insan haqlarının pozulmasına və kobud rəftara məruz qalan məhbuslara və onların ailələrinə yardım göndərdiyi zaman yerinə yetirmişdir. Bu müddət ərzində bir tibb işçisinin iştirakı ilə ƏQAC sanitariya obyektlərinin, yataqxanaların və mətbəxlərin vəziyyəti, həmçinin tibbi müalicə və sağlamlıq baxımından araşdırmalar aparmaq üçün həbsxanada olan məhkumlar və işçilərlə görüşlər keçirmişdir. Bu missiyanın müvəffəqiyyətlə həyata keçirilməsindən sonra cəmiyyət yenidən 1956-cı ilin may ayının 12-dən iyun ayının 28-nə kimi 61 həbs düşərgəsini ziyarət etdi və burada işgəncə və pozğunluq halları ilə qarşılaşdı. Bu kimi xoşagəlinməz tapıntılar cəzaçəkmə müəssisələrində insan haqlarını nəzarət etmək üçün daha cəlbedici bir vəziyyətə ehtiyac duyulduğunu göstərdi və 1957-ci ilin yanvar ayının 10-da Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin yaradılmasını sürətləndirdi. Təşkilat ilk dəfə Milli Azadlıq Cəbhəsinin liderinin sürgündə olduğu Mərakeşin Tanjer və Tunisin Tunis şəhərində yaradıldı.
BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti
BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti — Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının Birləşmiş Ərəb Əmirliklərindəki filialı. 1983-cü ildə Şeyx Zayd bin Sultan Al Nahyanın dəstəyi ilə yaradılmışdır. Təşkilatın əsas məqsədi BƏƏ-nin sərhədləri daxilində sistemli şəkildə Qırmızı Aypara cəmiyyətinin əməliyyatlarını həyata keçirtməkdir.
Suriya Ərəb Qırmızı Aypara Cəmiyyəti
Suriya Ərəb Qırmızı Aypara Cəmiyyəti (ing. Syrian Arab Red Crescent, ərəb. الهلال الأحمر العربي السوري‎ Al-Hilal al-Aḥmar al-Arabi al-Souri) — humanitar qeyri-kommersiya təşkilatıdır. Baş qərargahı Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşir. Cəmiyyət 1942-ci ildə təsis edilib və 1946-cı ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən üzv təşkilat kimi qəbul edilmişdir. Təşkilatın bütün Suriya ərazisində 14 filialı və 75 yarım filialı var. Təşkilat Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar olaraq öz fəaliyyətini gücləndirmişdir və müharibə zonasındakı insanları digər ərazilərə köçürməklə məşğuldur. Mühasirədə olan yerli əhalini və döyüşçüləri digər ərazilərə köçürür. Darayya şəhəri hökumət qüvvələrinin mühasirəsi altında düşəndə əsgərlər Qırmızı Aypara cəmiyyəti tərəfindən digər zonalarda yerləşdirildi.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı — dünya üzrə təxminən 97 milyon nəfər könüllünü, üzvü və işçi heyətini əhatə edən beynəlxalq humanitar hərəkat olub, insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək və ondan qorumaq məqsədi ilə yaradılmışdır. Hərəkat hüquqi cəhətdən biri-birindən müstəqil olan, lakin ümumi əsas prinsiplərlə, məqsədlərlə, simvollarla, nizamnamələrlə və idarəetmə qurumları ilə birləşmiş müxtəlif fərqli təşkilatlardan ibarətdir: Beynəlxalq Qızıl Xaç Komitəsi (ICRC)— xüsusi xeyriyyə təşkilatı olaraq 1863-cü ildə İsveçrənin Cenevrə şəhərində Anri Dünan and Gustave Moynier tərəfindən yaradılmışdır. Təşkilatın 25 üzv komitəsi beynəlxalq humanitar hüquqa uyğun olaraq beynəlxalq və daxili silahlı münaqişə qurbanlarının həyat və ləyaqətlərinin qorunmasında xüsusi hüquqa sahibdir. Təşkilat üç dəfə (1917, 1944, 1963) Nobel Sülh Mükafatına layiq görülüb. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası — 1919-cu ildə yaradılıb və hazırda hərəkat daxilində 190 Milli Qızıl Xaç Və Qızıl Aypara Cəmiyyəti arasında fəaliyyətləri koordinasiya edir. Bu federasiya beynəlxalq səviyyədə Milli cəmiyyətlərə dəstək verir. Beynəlxalq Federasiyalar Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir. Federasiya 1963-cü ildə (o zaman Qızıl Xaç Cəmiyyətlər Liqası adlanırdı) ICRC birlikdə Nobel Sülh Mükafatına layiq görülür. Milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyətiləri — dünyanın 190 ölkəsində mövcuddur. Hər bir Milli Cəmiyyət beynəlxalq humanitar hüququn prinsiplərinə və Beynəlxalq Hərəkatının nizamnaməsinə əsasən fəaliyyət göstərirlər.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası İsveçrənin Cenevrə şəhərində yerləşən ümumdünya humanitar yardım təşkilatıdır. 192 üzvdən ibarət Milli Cəmiyyətləri vasitəsilə hər il 160 milyon insana yardım edilir. O, həssas insanların ehtiyaclarını ödəmək və həyatlarını yaxşılaşdırmaq üçün fəlakətlərdən və fövqəladə vəziyyətlərindən əvvəl, fəlakət zamanı və ondan sonra fəaliyyət göstərir. Təşkilat milliyyət, irq, cins, dini inanclar, sinfi və siyasi fikirlərə münasibətdə qərəzsiz davranır. 5 may 1919-cu ildə Birinci Dünya Müharibəsindən sonra Müttəfiq Dövlətlərin Milli Qızıl Xaç Cəmiyyətlərinin (Birləşmiş Krallıq, Fransa, İtaliya, Yaponiya və ABŞ) nümayəndələri Qızıl Xaç Cəmiyyətləri Liqasını (LORCS) yaratmaq üçün Parisdə bir araya gəldilər. IFRC Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və 192 Milli Cəmiyyətlərlə birlikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bir hissəsidir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti IFRC'nin Azərbaycandakı rəsmi nümayəndəsidir. Türkiyə Qırmızı Aypara Cəmiyyəti isə Türkiyədə əsas nümayəndədir.
Şiə ayparası
Şiə Ayparası — Yaxın Şərqdə əhalinin əksəriyyətinin şiə olduğu və ya şərti olaraq güclü şiə azlığının olduğu aypara şəkilli həssas bölgədir. Son illərdə İran bütün şiə müsəlmanlarını bir bayraq altında birləşdirməyə çalışdığı üçün İranın təsiri və ya nəzarəti altındakı əraziləri müəyyənləşdirmək üçün bu termin meydana gəldi. Şiə Aypara qrupuna Livan, Suriya, Bəhreyn, İraq, İran, Azərbaycan, Yəmən və Əfqanıstanın qərb bölgələri daxildir. Bu term 2004-cü ildə İordaniya Kralı II Abdullah tərəfindən İranın 2005-ci ilin yanvarında keçirilən parlament seçkiləri ərəfəsində İraqa müdaxilə edildiyi zaman bildirdi. Bu, İraq sünnilərinin seçki təhdidləri və sonra qəsdən boykot edilməsi hökumətdə şiələrin üstünlük təşkil etməsinə səbəb ola biləcəyi və İraqın şiə İranın təsirinə məruz qalması ehtimalları kontekstində baş verdi. Ortaq bir dinin İran, İraq, Ələvilərin dominant oldugu Suriya və Livandakı siyasi cəhətdən güclü şiə Hizbullah milisi arasında əməkdaşlıq üçün yaxşı bir potensial təklif etdiyi, habelə bu digərlərinin regional güc oyununda İranın köməkçisi olacağı fərziyyəsi irəli sürüldü. Termin Yaxın Şərqin digər şiə bölgələrini əhatə etməsindən bəri inkişaf etmişdir. Şiə müsəlmanlarının üstünlük təşkil etdiyi xalqlar İran və İraqdır. Şiələr Azərbaycanda da böyük əksəriyyəti təmsil edir, lakin konstitusional olaraq dünyəvi dövlətdir. Faktiki təcrübə tərəfdarları olanlar daha aşağıdır, bu ümumiyyətlə hilaldan kənarlaşdırılmasına səbəb olmuşdur.

Digər lüğətlərdə