ƏLACSIZ


1. sif. Davasız, dərmansız, sağalmaz, əlacı olmayan. Əlacsız xəstəlik sağalmaz. Əlacsız dərdə düşmək.
– Gah sələmə pul verdi, bəzən də dərman satdı; Əlasız xəstələri min kələklə aldatdı. N.Rəfibəyli.

2. zərf Çarəsiz, imkansız. Çıxılmaz vəziyyətdə əlacsız qalmaq. Əlacsız olmaq.
– …Əlacsız qalıb mən alacəhrəni çıxarıb ona göstərdim və nə üsul ilə tutduğumu söylədim. S.S.Axundov.
[Tapdıq] əlacsız qalıb, içəridən sınıq maşını götürüb məşğul olmaq istədi. Ə.Vəliyev.
Heç yerdə ədalət buradakı qədər gücsüz, əlacsız olmamışdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLACSIZ 1. ƏLACSIZ (əlacı olmayan) Heç yerdə ədalət burdakı qədər gücsüz, əlacsız olmamışdı (Mir Cəlal); LAƏLAC Axırı laəlac qalıb, özündən, özgədən on-on beş
  • ƏLACSIZ çarəsiz — imkansız
  • ƏLACSIZ davasız — dərmansız
ƏLACPƏZİRLİK
ƏLACSIZLIQ

Digər lüğətlərdə

атла́нт многокра́сочный наха́льно не насто́лько стра́стно хамси́н любо́вный па́нцирный разма́риваться утыкать фразёрский кастелян трезор furnisher knives mix prettify shaky vanishing line ворвань дряхлость кольцеобразный лысеть подпаивать резервист