ƏSASƏN

[ ər. ]
1. zərf Əsli, kökü etibarilə, əsas etibarilə, ümumi cəhətdən. Fikir əsasən doğrudur. Əsasən onunla razılaşmaq olar.
– Maarif sahəsində mübarizə əsasən tədris ocaqlarına münasibətdə meydana çıxırdı. A.Şaiq.
Çayqırağı məhəlləsində əsasən qəsəbənin yoxsulları … yaşayırdılar. Ə.Əbülhəsən.

// Həqiqəti etibarilə, gerçəklik nöqteyi-nəzərindən. Hadisə əsasən belə olmamışdır.
2. Qoş. mənasında. Görə, əsaslanılaraq. Onun fikrinə əsasən. Xahişinizə əsasən. Təxminlərə, fərziyyəyə əsasən hökm vermək olmaz. Ərizəyə əsasən qərar çıxarılmışdı.

Antonimlər (əks mənalı sözlər)

  • ƏSASƏN ƏSASƏN – QİSMƏN Maarif sahəsində mübahisə əsasən tədris ocaqlarına münasibətdə meydana çıxırdı (A.Şaiq); Qismən bizlə razılaşdı
ƏSAS
ƏSASİ

Digər lüğətlərdə

вынима́ться выспрь империали́стский уре́зка фоно́граф в секу́нду кра́дучись отреве́ться пережа́риваться сове́тчик шо́ра дергач крахмал рендуш case study confabulation furrier lickerous politicalize roadworker vitalist лайковый наклюнуться отзвучать поселить