NABƏLƏD

sif.is. [ fars. na… və ər. bələd]
1. Bələd olmayan, tanımayan, başqa yerdən gəlmiş.
Nabələd kor olar. (Məsəl).
[Qəhrəman:] Qardaş, bunlar hər kəsdisə nabələd adama oxşayırlar. C.Məmmədquluzadə.
Veys də, Zeynal və o biri üç nəfər də bura nabələd adam deyildilər. Ə.Əbülhəsən.

□ Nabələd olmaq – bələd olmamaq, bilməmək, tanımamaq.
Həcər Qaradağ ətəklərinə nabələd olduğundan bir baş üzüaşağı enmiş, … bura ilə irəliləmişdi. S.Rəhimov.
Onun yerli olmadığını, yerli məişət və adətlərə nabələd olduğunu zənn etmişdim. Mir Cəlal.

2. Tanış olmayan, yad, özgə.
[Keşikçi:] Vallah, paşa sağ olsun, kövşəndə üç nabələd adam var. Koroğlu”.
Yetişmiş qızı olan bir ailəyə nabələd bir arvadın gəlib bəhanə ilə soxulması ev adamını şəkkə salardı. R.Əfəndiyev.

3. Hələ öyrəşməmiş, vərdiş olmamış, alışmamış. İşə nabələddir. Hələ mühitə öyrənməyib, nabələddir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NABƏLƏD NABƏLƏD, ÖZGƏ, TANINMAYAN, TANIŞ OLMAYAN, YAD
  • NABƏLƏD xam — naşı
NABƏKAR
NABƏLƏDLİK

Digər lüğətlərdə

кипари́сный очерни́ться подма́тывать позво́нчатый вздира́ние гору́шка кидна́п просо́дия хабара́ хому́тный аркан коксун пеленг do-little flow process Greenville kinship limonite mooring mast Oeneus Scotty stuporous дополучить отрыв сумчатый