ŞÜBHƏLİ

sif.
1. Şübhə oyadan, şübhə doğuran, şübhəyə səbəb olan. Şübhəli adam. Şübhəli məsələ.
– Katibin yumşaq rəftarı Salmana bir cür gəlir, şübhəli görünür, qorxudurdu. M.İbrahimov.
Mən diqqətlə ağaca baxıb qalın budaqların arasında şübhəli bir qaraltı gördüm. M.Rzaquluzadə.

2. O qədər də inanılası olmayan, niyyəti, ləyaqəti, mənəvi keyfiyyətləri şübhə doğuran. Şübhəli adam. Əxlaqı şübhəli.
3. Hər şeyə şübhə ilə baxan, hər şeydən şübhələnən, son dərəcə ehtiyatlı.
Aydəmir bir qaçaqdır, hər bir şeydən şübhəli. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞÜBHƏLİ ŞÜBHƏLİ [Sultan:] Şübhəli olan bir şeyə heç bir vaxt inanmaq olmaz (S.Rəhimov); ŞƏKLİ
  • ŞÜBHƏLİ şəkli

Antonimlər (əks mənalı sözlər)

  • ŞÜBHƏLİ ŞÜBHƏLİ – İNAMLI Niyaz doğru deyir, çox şübhəli adama oxşayır (S.S.Axundov); Mən də onların içindəyəm; siz də; bu gün inamlı, sabah ümidli qəlbimiz (R
ŞÜBHƏLƏNMƏK
ŞÜBHƏLİ-ŞÜBHƏLİ

Digər lüğətlərdə

адыге́ец видеопрока́тчик гегемони́зм мара́льник на се́рдце отвильну́ть покоро́бить посре́днический соко... уго́дность каучу́к по мне́нию поа́хать скусть animal-drawn antirust green gill herne Molotov cocktail puckish shag steel wool зарядить протрезвлять репетитор