Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • XƏBAİS

    ə. «xəbis» c. xəbislər

    Tam oxu »
  • XƏBASƏT

    ə. xəbislik, alçaqlıq, yaramazlıq, yamanlıq

    Tam oxu »
  • XƏBBAZ

    ə. çörək bişirən; çörəkçi

    Tam oxu »
  • XƏBƏR

    ə. 1) bir hadisə haqqında məlumat; 2) qrammatikada: cümlənin baş üzvlərindən ikincisi

    Tam oxu »
  • XƏBƏRÇİN

    ə. və f. söz gəzdirən; dedi-qoduçu, qeybətçi

    Tam oxu »
  • XƏBƏRDAR

    ə. və f. xəbəri olan; məlumatlı

    Tam oxu »
  • XƏBƏRİ

    ə. xəbərə aid olan

    Tam oxu »
  • XƏBİR

    ə. 1) xəbəri olan, məlumatı olan; 2) başı çıxan; bilən; 3) səriştəli, bilikli, mütəxəssis

    Tam oxu »
  • XƏBİS

    ə. alçaq, yaramaz

    Tam oxu »
  • XƏBT

    ə. 1) vurma, döymə, taqqıldatma; 2) ehtiyatsız hərəkət, tələsiklik. Xəbti-dimağ dəlisovluq

    Tam oxu »
  • XƏCALƏT

    ə. utanma

    Tam oxu »
  • XƏCİL

    ə. xəcalət çəkən; xəcalətli, utancaq

    Tam oxu »
  • XƏDD

    ə. 1) yamaq, üz; 2) qırış, qırışıq

    Tam oxu »
  • XƏDƏM

    ə. «xadim» c. xadimlər

    Tam oxu »
  • XƏDƏMAT

    ə. «xidmət» c. xidmətlər

    Tam oxu »
  • XƏDƏMƏ

    ə. «xadim» c. xüsusi rəsmi işlər görən xidmətçilər. Xədəmei-xassə xüsusi xidmətçilər; xədəmei-şahanə şahın xüsusi xidmətində olan əsgərlər; qvardiya

    Tam oxu »
  • XƏDƏNG

    f. 1) ağcaqovaq; 2) ox, tir. Xədəngi-xunriz qan tökən ox

    Tam oxu »
  • XƏDƏR

    ə. keyləşən

    Tam oxu »
  • XƏDİƏ

    ə. oyun, fırıldaq

    Tam oxu »
  • XƏDİM

    ə. 1) bax xəsi; 2) hərəmağası

    Tam oxu »
  • XƏDŞƏ

    ə. çapıq, sıyrıntı

    Tam oxu »
  • XƏFA

    XƏFA’ ə. 1) gizlilik, məxfilik; 2) gizli şey; sirr

    Tam oxu »
  • XƏFAYA

    ə. «xəfiyyə» c. xəfiyyələr

    Tam oxu »
  • XƏFƏQAN

    ə. ürək çırpıntısı, ürək döyüntüsü

    Tam oxu »
  • XƏFFAF

    ə. ayaqqabı tikib satan adam; ayaqqabıçı

    Tam oxu »
  • XƏFFAŞ

    ə. bax xüffaş

    Tam oxu »
  • XƏFFAŞSİFƏT

    ə. 1) yarasa kimi işıqdan qorxan; 2) m. elm, mədəniyyət düşməni

    Tam oxu »
  • XƏFİ

    ə. gizli, məxfi

    Tam oxu »
  • XƏFİF

    ə. 1) yüngül, zəif; 2) nadir; 3) sıyıq; 4) şeirdə bir vəznin adı; 5) m. yelbeyin, dəmdəki; 6) m. diribaş, zirək

    Tam oxu »
  • XƏFİYYAT

    ə. «xəfi» c. gizli işlər, məxfi işlər

    Tam oxu »
  • XƏFİYYƏ

    ə. gizli işlərlə məşğul olan, gizli axtarış aparan

    Tam oxu »
  • XƏFİYYƏN

    ə. gizli olaraq, gizlicə

    Tam oxu »
  • XƏFTAN

    ə. əsli türk. qaftan

    Tam oxu »
  • XƏKƏ

    f. kömür tozu

    Tam oxu »
  • XƏKƏNDAZ

    f. zibil, torpaq, kül və s. yığmaq və atmaq üçün kiçik dəstəli alət

    Tam oxu »
  • XƏL

    XƏL’ ə. 1) qoparma, çıxarma; 2) soyunma (paltarı), açma (baş örtüyünü), çıxarma (papağı və s.); 3) vəzifədən çıxarma, mənsəbdən kənar etmə

    Tam oxu »
  • XƏLA

    XƏLA’ ə. 1) boşluq; 2) boş yer, tənhalıq; 3) ayaqyolu

    Tam oxu »
  • XƏLAXİL

    ə. «xəlxal» c. xalxal olanlar

    Tam oxu »
  • XƏLAİQ

    ə. «xəliqə» c. 1) bütün canlılar; məxluqat; 2) m. camaat, xalq; 3) m. təbiət, xasiyyət; 4) m. kəniz, cariyə, xidmətçi qız

    Tam oxu »
  • XƏLAT

    ə. yoğun ip, kəndir; buraz

    Tam oxu »
  • XƏLƏCAN

    ə. təşviş, təlaş // həyəcan, vəlvələ

    Tam oxu »
  • XƏLƏF

    ə. 1) atadan sonra qalan övlad; 2) birinin yerini tutan və ya tutacaq adam; varis; 3) nəsil

    Tam oxu »
  • XƏLƏL

    ə. 1) açıqlıq, boşluq; 2) pozuqluq, şuluqluq; 3) əskiklik, nöqsan

    Tam oxu »
  • XƏLƏLDAR

    ə. və f. 1) nöqsanlı; 2) pozulmuş, pozğun

    Tam oxu »
  • XƏLƏT

    XƏL’ƏT ə. 1) hədiyyə olaraq bağışlanan bahalı paltar; 2) toyda və ya nişanda qız, yaxud oğlanın qohumlarına verilən hədiyyə; 3) mükafat, bəxşiş

    Tam oxu »
  • XƏLFƏ

    ə. 1) məclisə başçılıq edən adam; 2) molla məktəbində: mollanın şagirdlərdən olan köməkçisi

    Tam oxu »
  • XƏLFİ

    ə. arxaya aid, dala aid olan

    Tam oxu »
  • XƏLXAL

    ə. qadınların qolbaq kimi ayaqlarına taxdıqları bilərzik (arxaik)

    Tam oxu »
  • XƏLİC

    ə. 1) körfəz; 2) boğaz

    Tam oxu »
  • XƏLİFƏ

    ə. 1) canişin; 2) Məhəmməd peyğəmbərdən sonra xilafət başçısı; 3) bax xəlfə

    Tam oxu »