FƏLAKƏT – SƏADƏT O, ailə həyatını gah səadət, gah da fəlakət törədici bir şəkildə görürdü (M.S.Ordubadi)
FƏLAKƏTLİ – SƏADƏTLİ Bu ağır və fəlakətli vaxtda nə əcəb o mənim qeydimə qalmayıb? (M.Talıbov); Bizi səadətli gələcək gözləməkdədir (M
FƏNA – XOŞ Ah, nə fəna xəbər! (S.S.Axundov); Ümidvaram ki, Parisdə daha xoş xəbərlər eşidəcəyəm (“Azərbaycan”)
FƏNALAŞMAQ – YAXŞILAŞMAQ Bax fənalaşdı büsbütün halım (H.Cavid); Yaxşılaşır, bir-iki günə kimi evə gələr (“Ulduz”)
FƏNALIQ – YAXŞILIQ Dedim nə yaxşı ki; yuxuda otağın olmuşdu; İblisin fənalıqlar ölkəsi (R.Rza); Elədiyim yaxşılığa qarşı təşəkkür bu imişmi? (Mir Cəla
FƏRASƏTLİ – MAYMAQ Rəhmətlik atası kimi çox ağıllı, fərasətlidir (S.Vəliyev); Görmürsən maymağın biridir (M
FƏRASƏTSİZ – BACARIQLI Bu dəfə o, fərasətsiz oğlu Firidun xanı da özü ilə gətirir (Ə.Haqverdiyev); Xoşbəxtlikdən Gülər ağıllı və bacarıqlı qızdır (M
FƏRDİ – KOLLEKTİV Əsil bizim adamlardan yaranmış hər kollektiv belə bir çaydır (M.İbrahimov); Fərdi işgüzarlıq heç bir səmərə verməz
FƏRƏ – BEÇƏ Kül sənin başına, gözəl fərə, beçə də səni bəyənmir (Ata. sözü)
FƏRƏH – KƏDƏR Uşağı yemək böyütməz, fərəh böyüdər (Ata. sözü); Kəndimizi kədər bürüdü (M.İbrahimov)
FƏRƏHLƏNMƏK – KƏDƏRLƏNMƏK Pakizə döyüşdən qalib çıxdığına fərəhləndi və bərkdən qəhqəhə çəkdi (İ.Şıxlı); Məşədibəy Səlimə ürək-dirək vermək əvəzinə, o
FƏRƏHLİ – KƏDƏRLİ Burada həyat nə gözəl, fərəhlidir (S.Vəliyev); Daxmaya qəribə kədərli bir sükut çökdü (S
FƏRQLƏNMƏK – EYNİLƏŞMƏK Xüsusi fövqəladə bacarığı, istedadı ilə başqa tələbələrdən fərqlənirdi (İ.Fərzəliyev); Sözlərin bir qrupu formaca eyniləşir (A
FƏRQLİ – EYNİ Canlı göyərçinlərdən; Ancaq mən çox fərqliyəm (A.Şaiq); Şənbə günü nahardan üç saat sonra vəzirlə eyni qəsrdə, eyni qayda ilə mister Har
FƏRLİ – BİVEC Necə yəni oğlanın fərli adamları yoxdur? (M.İbrahimov); Bivec uşaqdır (S.Qədirzadə)
FIRTINALI – SAKİT Şair dostum fırtınalı dənizi daha çox sevir (M.İbrahimov); Hava sakit idi (M.İbrahimov)
FİKİRLİ – ƏHLİ-KEF Mən görürəm siz ikiniz də fikirli, qanacaqlı adamlarsınız (Ə.Haqverdiyev); Əhli-kefin biridir, ona iş buyurmaq olarmı? (“Azərbaycan
FİNİŞ – START Kim bilir: haradadır; ömür yolunun finişi (R.Rza); Yaxşı start götürmüşlər
FİRAVAN – ACINACAQLI Onlar əvvəlcə acınacaqlı günlər görürdülər, indi firavandırlar (“Ulduz”)
FİTNƏKAR – DÜZ Bəlkə qaçqın pis adamdır, oğru və ya fitnəkardır (S.Vəliyev); Düz adamdır, yalanla işi yoxdur
FİTRİ – SAXTA Fitri xeyirxahlıqla saxta xeyirxahlıq arasında da fərq vardır (M.Talıbov)
FİZİKİ – ZEHNİ Eyni zamanda insanın ümumi tonusu, fiziki və zehni iş qabiliyyəti yüksəlir
FORMA – MƏZMUN Formanı müəyyən edən və şərtləndirən məzmunun özüdür
FÖVQƏLADƏ – ADİ Bu gün onun həyatında fövqəladə bir gün idi (S.Vəliyev); Bu, adi iclaslardan biridir
FÖVQƏLADƏLİK – ADİLİK Lakin onu da demək istərdim ki, məndə bir fövqəladəlik yoxdur (M.S.Ordubadi); Səssiz gedir ömür; adilik sızqovundan süzüləsüzülə
GEC – ERKƏN Ağa, biz kəndlilər erkən yatıb, erkən də durmağa adət etmişik (S.S.Axundov); Qız gec gəldi, həm də Əhmədin arzu etdiyi kimi o tək idi (Ə
GECƏ – GÜNDÜZ Bakının gecəsi də gündüzü kimi işıqlıdır (Ə.Vəliyev)
GECİKMƏK – TƏLƏSMƏK Ziyana tələsdim, xeyli gecikdim; Bir də bu dünyaya gələcəyəmmi? (H.Hüseynzadə)
GECLİK – TEZLİK Onun gəlişinin gecliyi və ya tezliyi məsələnin həllinə təsir etmir (“Azərbaycan”)
GEDİŞ – GƏLİŞ Gülüm, gəlmişəm mən özüm qurban; Gəlişin gözəldir, gedişin yaman (B.Vahabzadə)
GEDİŞLİ – GƏLİŞLİ Hamısı yel gedişli, biri o birindən çapar (M.Rahim); Cəld gəlişli Əhməd birdən dayandı (“Azərbaycan”)
GEN – DAR Dinmədim, dar etdilər başıma gen dünyanı (S.Rüstəm)
GENƏLMƏK – DARALMAQ Birdən onun gözləri genəldi (S.Rəhimov); Getdikcə üfüqlər daralır, səhra öz şəklini itirirdi (M
GENİŞ – YIĞCAM Elmin meydanı geniş, mənzili uzaqdır (İ.Şıxlı); Üslubun ən yığcam forması şeirdir (“Azərbaycan”)
GENİŞLİK – DARLIQ Mən genişlik xoşlayıram; Torpağımın yoxdur sonu (M.Rahim); Tellər azlıq edir, pərdələr darlıq; Mən indi bildim ki, nə çəkib Kərəm (H
GERÇƏK – YALAN Lap gerçək deyirəm, belə şeylə də zarafat olar? (Ə.Vəliyev); Bütün rayon bilir ki, Sultan Əmirliyə yalan satmaq adama çox baha oturur (
GERÇƏKLİK – İMKAN Gerçəklik dedikdə artıq həyata keçmiş, baş tutmuş, realizə edilmiş imkan nəzərdə tutulur
GERİ – İRƏLİ Divarlar çəkilmişdi geri; yenə irəli gəldilər (R.Rza)
GERİLƏMƏK – AYAQLAŞMAQ – Bəri gəl, cənab, – deyə qadın təkrar edərkən soldat bir neçə addım da gerilədi, cəld tüfəngini atəşə hazırladı (M
GERİLİK – İNKİŞAF Gərsin sinəsini acıya, dərdə; Ensin geriliyin pərdəsi, ensin (S.Rüstəm); Bu saat böyük quruluş və inkişaf işi gedir (Mir Cəlal)
GETMƏK – QAYITMAQ İndi ikisi də sübh açılandan gedib, bir də qaş qaralanda qayıdır (S.Qədirzadə)
GEYİMLİ – ÇILPAQ Şıq geyimli bu azərbaycanlı əsgərin ayağında haradansa ələ keçirdiyi təzə uzunboğaz çəkmə vardı (S
GEYİNMƏK – SOYUNMAQ Mən paltomu geyinmişdim (İ.Məlikzadə); Əli yatağının üstündə paltarını soyundu (Çəmənzəminli)
GƏDA – BƏY Çingiz, məhəbbət aləmində bəy, gəda yoxdur, mən səni sevirəm, sən də məni (S.S.Axundov)
GƏLƏCƏK – KEÇMİŞ Mən isə adətim üzrə keçmişi yox, ancaq gələcəyi düşünürəm (M.İbrahimov)
GƏLİR – ZƏRƏR Buna görə də Lyudmila bir drujinaçı kimi Ağəlinin gəlir mənbəyini aşkara çıxarmağı qərara almışdı (C
GƏLİRLİ – ZƏRƏRLİ Camaat üçün nə mənfəətlidir, nə gəlirlidir onu əksin (B.Bayramov); Zərərli otları məhv etmək lazımdır
GƏLMƏ – YERLİ Gəlmələr yerliləri; Çapar da, talayar da... (B.Vahabzadə)
GƏLMƏK – GETMƏK Mən anadan dünyaya bədbəxt gəlmişəm, bədbəxt də gedəcəyəm (Ə.Haqverdiyev)
GƏNC – QOCA Bunların biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi (S.S.Axundov)