FƏRƏH

FƏRƏH – KƏDƏR Uşağı yemək böyütməz, fərəh böyüdər (Ata. sözü); Kəndimizi kədər bürüdü (M.İbrahimov).

FƏRƏ
FƏRƏHLƏNMƏK
OBASTAN VİKİ
Fərəh Pəhləvi
Fərəh Təbatəbai Pəhləvi (Fərəh Diba, fars. فرح پهلوی‎‎; 14 oktyabr 1938, Tehran) — sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, şahbanu. == Həyatı == Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehran şəhərində anadan olub. Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilmişdir. Qızlıq soyadı Diba olan Fərəh Pəhləvi zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da, atasının vəfatı ailəni Tehrandakı villalarını satıb qohumlarıgilə köçməyə məcbur edir. Fərəh təhsilini Tehran və Parisdə alır. Məktəb illərində o, idmanla məşğul olur, hətta basketbol komandasının kapitanı seçilir. Liseyi bitirəndən sonra Fərəh memarlıqla məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır. 1959-cu ildə Parisdə İran səfirliyində qonaqların qəbulu zamanı Fərəh şaha Fransada təhsil alan tələbə kimi təqdim olunur.
Fərəh Şəkinskaya
Fərəh Əbdülrəhim qızı Şəkinskaya (28 aprel 1929, Bakı – 20 aprel 2016, Bakı) — Azərbaycan SSR və Azərbaycan Respublikasının dövlət, ictimai-siyasi və mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. 1989–1991-ci illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini və 1991–1993-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini. == Həyatı == Fərəh Şəkinskaya 28 aprel 1936-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. uşaqlığı və erkən gəncliyi Bakı şəhərində keçmişdir. == Təhsili == 1958-ci ildə Azərbaycan Sənaye İnstitunu bitirib. == İctimai-siyasi fəaliyyəti == Fərəh Şəkinskaya 1958-ci ildə ilk əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlayıb. Azərbaycan LKGİ və Azərbaycan Kommunist Partiyasının üzvü olmuşdur. Fərəh Şəkinskaya 1960–1970-ci illərdə o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru, 1970–178-ci illərdə Azərbaycan Kommunist Partiyasının Nərimanov Rayon Komitəsinin katibi, 1978–1989-cu illərdə Bakı Şəhər Soveti İcrayyə Komitəsinin Mədəniyyət İdarəsinin rəisi vəzifələrini icra etmişdir. 27 yanvar 1989-cu ildə Fərəh Şəkinskaya Azərbaycan SSR Nazirlər Sovetinin fərmanı ilə Azərbaycan SSR mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yeni yeni formalaşdırılan Azərbaycan Respublikası Nazirlər Kabinetində, Baş nazir Həsən Həsənovun təkidi ilə, Fərəh Şəkinskaya Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilmişdir və təqaüd yaşına qədər, 1993-cü ilədək bu dövlət vəzifəsini tutmuşdur.
Fərəh Əliyeva
Fərəh Şirməmməd qızı Əliyeva (7 sentyabr 1961, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru (2014–2018), sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2017). == Həyatı == Fərəh Şirməmməd qızı Əliyeva 7 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən bu ali məktəbdə çalışıb, dərs deyib, Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986–1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb. 1994-cü ildə "XX əsrin 60–70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə "XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir.
Xatirələr (Fərəh Pəhləvi)
Xatirələr: Yıxılan rejimin və bitməyən eşqin hekayəti (ing. An Enduring Love: My Life with the Shah) — İran, Pəhləvilər xanədanlığının ilk və son şahbanusu Fərəh Pəhləvinin yazdığı əsər. == Məzmun == Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Bu əsər memuar və tarixi janrda olsa da dramatik bir sevgi dastanını xatırladır, bu baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Əsərin tərcümə və redaktə tərzi tərcüməçinin təqdim etdiyi qaydada saxlanmışdır. == Nəşr və tərcümə == Memuar Nəriman Əbdülrəhmanlı tərəfindən Azərbaycan dilinə tərcümə, Əsgər Rəsulov tərəfindən də redaktə edilmiş və Bakıda Adiloğlu nəşriyyatı tərəfindən 2007-ci ildə 420 səhifədə, 1000 tirajla, 2016-cı ildə isə Xanda, 420 səhifədə, 500 nüsxə; Qanunda 300 nüsxə, Bakı Kitab Klubu tərəfindən 432 səhifədə və 100 tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Bakı Kitab Klubu. "Fərəh Pəhləvi Xatirələr (Memuar)" ( (az.)). kitabklubu.org. 2017-08-02 tarixində arxivləşdirilib.
Fərəhabad (Mazandaran)
Fərəhabad (mənası: fərəh yeri, şadlıq məskəni) — I Şah Abbas tərəfindən XVI əsrin sonunda tikdirilmiş saray və şəhər. Şah şəhərdən qışlaq kimi istifadə etmiş və 1629-cu ildə burada vəfat etmişdir. İndiki İranın Mazandaran ostanında, Sari şəhərinin 28 kilometrliyində yerləşir.
Fərəhani
Fərəhani (fars. فراهانی‎) — İran soyadı. Mirzə Əbülqasim Fərəhani (1779-1835) — İranın baş naziri, dövlət xadimi. Mirzə İsa Fərəhani (1733-1822) — Abbas mirzənin vəziri. Mirzə Tağı xan Əmir Kəbir Fərəhani (1807-1852) — Nəsrəddin şah Qacarın (1848-1896) dövründə İranın baş naziri (1847-1851), dövlət xadimi. Behzad Fərəhani (doğ. 1945) — İran aktyoru. Gülşiftə Fərəhani (doğ. 1983) — İran aktrisası. Ramin Fərəhani (doğ.
Fərəhiyə (Miyanə)
Fərəhiyə (fars. فراهيه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (15 ailə).
Fərəhli
Fərəhli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyində yerləşir. == Toponimikası == Fərəhli oyk, sadə. Qazax r-nunun Alpout i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin II yarısında r-nun Ağköynək kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Bəzi tədqiqatçılar oykonimin əslinin Fəxrəli olduğunu güman edirler. XX əsrin əvvəllərində Qazax qəzasında Faxralı adlı qışlaq və Fərəhli adlı kənd qeydə alındığından bunlar ayrı-ayrı toponimlərdir. Türk dillərində fərəhli sözü "genişlik, açıq yer" mənasında işlənir. 1917-ci ildə Cavanşir qəzasında Fərəhqanlı adlı yaşayış məntəqəsi də qeydə alınmışdır.
Mirzə İsa Fərəhani
Mirzə İsa Mirzə Hüseyn oğlu Fərəhani (1733-1822) — Abbas mirzənin vəziri. == Həyatı == Mirzə İsa Mirzə Hüseyn oğlu Fərəhani 1733-cü ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Mirzə İsanın babaları Həzara seyidlərindəndir. Babası Mirzə İsa, ulu babası Mirzə Əbülfət möhrdardır. Mirzə İsa Fərəhani İranda Mirzə Bözörg (böyük) kimi tanınırdı. Ağaməhəmməd şah onun ləyaqətini görüb, dövlət quluğuna götürmüşdü. Mirzə İsa Fərəhani 1822-ci ildə vəfat edib.
Mirzə Əbülqasim Fərəhani
Mirzə Əbülqasim Mirzə İsa oğlu Fərəhani (fars. قائم‌مقام فراهانی‎; 1779-1835) — İranın baş naziri. == Həyatı == Mirzə Əbülqasim Fərəhani 1779-cu ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Qayemməqam Abbas Mirzənin islahatlarını daha da genişləndirərək, bütün İranda Avropa tipli ordu yaratmış, hərbi sənayenin və toxuculuq sənayesinin əsasını qoymuşdu. Mirzə Əbülqasim Fərəhani Məhəmməd şah Qacarın dövründə sədri-əzəm (baş nazir) vəzifəsini daşımışdı. Mirzə Əbülqasim Fərəhani 1835-ci ildə Tehranda vəfat edib. == Ailəsi == Mirzə Əbülqasim Əli adlı oğlu vardı.

Digər lüğətlərdə

автосва́рщик бакау́товый биофармаколо́гия норма́нны по-ягня́чьи пома́яться уике́нд вправля́ться второстепе́нность изне́женно контрафаго́т скопчи́ха собачо́нка уврачева́ние чурбачо́к all-powerful hydrastis iambi tow-row благодарность волноваться испещрять монтажный соумышленница цилиндрический