XANIM – QULLUQÇU Mən gözləyirdim, əvvəl yol xanımındır, sonra qulluqçunun (S.S.Axundov)
XANIMLIQ – QULLUQÇULUQ Xanımlığa gəlməmişəm (A.Şaiq); Sənin elə peşən qulluqçuluq olub (A.Məmmədrza)
XANLIQ – NÖKƏRLİK Ağsaqqallar gəlib xanlıq dəyirmanının yanında xanı gözləsinlər (Ə.Haqverdiyev); O bir neçə ilə nökərlik etmişdir (A
XARAB – SAF Ah! Ey cavanlığın gülü; Nə tez soldun, xarab oldun? (Ə.Cavad); Körpənin nəfəsidir; Səhərin saf küləyi (B
XARABA – ABAD Ölkə abad ikən, dəyirman xarab idi (Ata. sözü)
XARABALIQ – ABADLIQ Xarabalıqdan abadlıq axtararsınız (C.Cabbarlı)
XARABLAŞMAQ – YAXŞILAŞMAQ Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur
XARİC – DAXİL Bahar fəsli təzəcə daxil olmuşdu (Ə.Haqverdiyev); O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər (İ
XARİCİ – DAXİLİ Mən öz daxili varlığımla xarici təbiətdəki gözəllik arasında bir uyğunsuzluq hiss etdim (M
XATAKAR – XEYİRXAH Xatakar uşaqdır, əlindən bir xata çıxar (“Ulduz”); Qəlbdən xeyirxah olsa da, aciz idi (M
XATAKARLIQ – XEYİRXAHLIQ Onun əlindən xatakarlıqdan başqa bir şey gəlməz (“Azərbaycan”); Xeyirxahlığın üçüncü növü nə fitridir, nə də lovğalıq üzündən
XATALI – XEYİRXAH Bundan əlavə padşahlıq dumasının vəkili olmaq çox xatalı işdir (S.S.Axundov); Bu, həqiqi xeyirxahların təqsiri deyildir (M
XATIRLAMAQ – UNUTMAQ Salman sözarası ona otuz yeddinci ili də xatırlatdı (M.İbrahimov); Ər də, arvad da gündüzün ağır və üzücü zəhmətlərini unutdu
XEYİR – ŞƏR Axşamın xeyrindən sabahın şəri yaxşıdır (Ata. sözü). XEYİR – VAY Xeyir iş yerdə qalmaz (Ata
XEYİRLİ – ŞƏRLİ Xeyirli yola hər bir yerdə, hər hansı anda addım atsan yaxşıdır (M.Talıbov); Şərli işlərdən nə qədər qıraq olsan daha yaxşıdır (“Azərb
XEYİRSİZ – FAYDALI – Ey xeyirsiz böcək; Xallı qanadlarınla çox da öyünmə (A.Şaiq); Bəlkə məsləhətlərimdə özün üçün faydalı bir şey tapdın (S
XEYR – BƏLİ Xeyr, inanın ki, qabaqlar mən heç yerdə sizə rast gəlməmişəm (C.Əmirov); Mən ölüm, Baloğlan, belədir, ya qeyri belədir? Bəli, bəli (C
XƏFƏ – SƏRİN Xəfədir, içində oturmaq olmur (“Ulduz”); Sərin mehdən səhər-səhər gül titrəyir, yarpaq əsir (R
XƏFƏLİK – SƏRİNLİK Havanın xəfəliyi adamı işdən də qoyur (“Azərbaycan”); De, keçdimi bir sərinlik ürəyindən? (S
XƏFİF – ŞİDDƏTLİ Xəfif külək əsirdi (“Azərbaycan”); Şiddətli xəzri küləyi əsir, evlərin qapı və pəncərələri vıyıldayır (S
XƏLƏF – SƏLƏF Bütün yer üzünün əşrəfiydi o; Adəmin ən böyük xələfiydi o (Şəhriyar); Ehtiram olsa da, hamı əzəldən; “Sələfin yolundan mən uzaq!” – deyi
XƏLƏL – XEYİR Qeyrət günüdür, olmayalar özgəyə möhtac; Kim qatsa xələl şərə, edin ortadan ixrac (Ə.Vahid); Xeyir dilə qonşuna, xeyir gəlsin başına (At
XƏLVƏTİ – AŞKAR Xəlvəti yer tapıb gizlədin, məni görməsinlər (İ.Fərzəliyev); “İlahi, yuxu görürəm, ya bu aşkardır?” – deyə özünü toxtatdı (Mir Cəlal)
XƏLVƏTLİK – AŞKARLIQ Xəlvətlik idi (Mir Cəlal); Fikir aşkarlığı onun ifadə olunmağından asılıdır
XƏSİS – BƏDXƏRC Xəsisdən alınan yumurtanın sarısı olmaz (Ata. sözü); Bədxərcdir, ona pul vermək olmaz
XƏSİSLİK – BƏDXƏRCLİK Heç vaxt xəsislik etməyin (M.S.Ordubadi); Bədxərcliyinə çoxdan bələdəm (“Azərbaycan”)
XƏSTƏ – SAĞLAM Biri xəstədir, biz sağlamıq (M.Talıbov); Düşündüm: insan xəstələnər də, sağalar da (R
XƏSTƏLİK – SAĞLAMLIQ Mən yorğun və ac idim, çox əziyyət və xəstəlik çəkmişdim (M.Talıbov); Sağlamlıqdan başqa bir şey aramaq nahaqdır (Mir Cəlal)
XƏYAL – HƏQİQƏT Bu bir həqiqətdir, deyildir xəyal (S.Rüstəm)
XƏZAN – BAHAR Süleymanam, bilir aləm, xəzanla yoxdur işim; Məhəbbətin gülüşündən doğan baharım var (S
XƏZRİ – GİLAVAR Nə xəzri, nə gilavar; Xəzər qoyub başını; Bakının sinəsinə yatıb (R.Rza)
XIRDA – BÖYÜK Xırda uşaqlar da gərək məktəbə getsinlər (Ə.Haqverdiyev); Maral hələ kiçik yaşlarından böyük arzularla yaşayırdı (S
XIRDALAŞMAQ – İRİLƏŞMƏK Daşlara nə var ki; Yüz əyil, yüz dikəl; Sürtülüb xırdalaş, ol hamar (R.Rza); Gözləri elə bil iriləşmişdi (S
XIRDALI – İRİLİ Bir dünya var, kainatın bir hissəsi; İrili, xırdalı məmləkətlərə doğru (R.Rza)
XIRDALIQ – BÖYÜKLÜK Söhbət meyvənin xırdalığı və ya böyüklüyündən çox, şirinliyindən gedir (“Azərbaycan”)
XİFFƏT – FƏRƏH Xiffəti qeyrətli edər (Ata. sözü); Qızı fərəh qarışıq təəccüb bürüdü (S.Qədirzadə)
XİFFƏTLƏNMƏK – FƏRƏHLƏNMƏK Oğlunun dərdini çəkməkdən yazıq arvad xiffətlənmişdir (“Azərbaycan”); Bu sual Leondrı fərəhləndirdi (S
XİLAF – DOĞRU Tənqid hər kəsə aid olsa da, müəllifə xilaf işdir (Mir Cəlal); Sərimək nədir, doğru sözümdür (M
XİLAS – MƏHV Əsarət zəncirlərini kəsib xilas edək (S.S.Axundov); Gərək Şahbaz bəyin nəslini qırıb, yer üzündən məhv edək (S
XİLASKAR – ZÜLMKAR Baxmayıb canının ağrılarına xilaskar atanın öpdü üzündən (H.Hüseynzadə); Zülmkardır, qəddardır, heç kəsə rəhmi gəlmir
XOF – CƏSARƏT Yoxsa gopçu Ədilin sözündən xofa düşmüşsünüz (S.S.Axundov); İş adamdan cəsarət, qeyrət tələb edir
XOFLANMAQ – CƏSARƏTLƏNMƏK Soldat Ostapenkonun hərəkətindən xoflanmışdı (Mir Cəlal); Və nəhayət, bir gecə qız cəsarətlənib ona tanış yollarla cəbhəni k
XOFLU – CÜRƏTLİ Sən də dönmüsən lap o xoflu xəlifəyə, hər şeydən qorxursan (M.İbrahimov); Əvvəlinci dəfədən sübut elə ki, ərindən qat-qat cürətlisən (
XOŞBƏXTLİK – ZÜLM Sizin kimi adamları qurtarmaq mənim üçün xoşbəxtlikdir (S.Vəliyev); Zülm həmçinin şər əməlidir (Ə
XOŞQILIQ – AMANSIZ Düşmənə amansız ol; dosta xoşqılıq (R.Rza)
XOŞLAMAQ – PİSLƏMƏK İndi Fatmanisə xala elə bilir ki, sən xoşlayıbsan (Ə.Haqverdiyev); İşi-gücü elə onu-bunu pisləməkdir
XOŞLUQ – PİSLİK Mən mağaraya girib; Cüməyə yalvarıram; Əgər xoşluq ilə gəlsə heç (A.Şaiq); Pislik onun əlində bir qurtum su içmək kimi bir şeydir
XOŞLUQLA – ZORLA Xoşluqla gəlməsə, o vaxt zorla və güc ilə durub ayaqlarımı da tərpədərəm (A.Şaiq)
XOŞSİFƏT – MISMIRIQ Xoşsifət, zarafatcıl, baməzə kişidir (Ə.Vəliyev); İncidən, mısmırığına dəyən odur
XUDBİN – TƏVAZÖKAR Bu bir az da deyəsən xudbindir (M.İbrahimov); Təvazökar, ağıllı bir qızdır (“Ulduz”)