İQRAR – İNKAR İkidir gərçi pəriçöhrələrin küftarı; Bir imiş bunların iqrarı ilə inkarı (Q.Təbrizi)
İLHAMLI – SÖNÜK S.Vurğunun dərin ilhamlı lirikası... mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur (M
İLIQ – SOYUQ Günəşin ilk ilıq şüaları sularda oynaşırdı (S.Vəliyev); Bu nadir möcüzə, hiss edir soyuğu, istini (R
İLIQLIQ – SOYUQLUQ İstilər çəkilmişdi, lakin havada xoş ilıqlıq var idi (Çəmənzəminli); Bu sualların buz soyuqluğunu Məryəm bütün bədəni ilə hiss etdi
İLK – AXIR Dünyada hər könül yüksəliş arar; Varlığın nə ilki, nə axırı var (S.Vurğun)
İLLƏTLİ – SALAMAT Bədənin məriz və illətli hissəsi salamat olan hissəsinə kömək əvəzinə ağırlıq və əziyyət yetirir
İNAD – ÜZÜYOLA Gülsabahın atası çox inad adamdı (Ə.Vəliyev); Kasıbsan, üzüyolasan, işləyənsən (Mir Cəlal)
İNADCIL – SADƏLÖVH İnadcıl qızın da başına görün nə gəldi (G.Hüseynoğlu); Yeja bu sadəlövh adamın beynəlxalq vəziyyətlə tanış olmasına heyrət edərək d
İNADKAR – ÜZÜYOLA O da bilir ki, sən inadkarsan (S.Vəliyev); Qıraqdan qulaq asan, lakin onu görməyən adam güman edirdi ki, kabinetdə Anketovdan başqa
İNAMSIZ – ETİBARLI İnamsız hərəkətləri bizi təngə gətirdi. Öz ətrafımıza etibarlı adamlar yığaq (S.Vəliyev)
İNAMSIZLIQ – ETİBARSIZLIQ Axı bu inamsızlıq nədən irəli gəlir? (İ.Şıxlı); Bizim yanımızda öz etibarlılığını itirmişdir (“Azərbaycan”)
İNCƏ – KOBUD Arvadım, arvadım, sən bir qədər incə sözlər öyrənsəydin, heç zərər görməzdin (C.Cabbarlı); Mən burada kobud bir səhv buraxdım (Mir Cəlal)
İNCƏLİK – KOBUDLUQ Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz (S.Rüstəm); Mən onun hərəkətində bir kobudluq hiss edirəm
İNCƏLMƏK – KÖKƏLMƏK Hərzəvü hədyan oxumaqdan; İncəldi uşağım (M.Ə.Sabir); Bəlkə, heç kökəlməyəcək (S
İNCİK – RAZI Nəhayət, Səlim ağa özünü incik yerinə qoydu, silkinib ayağa durdu (M.İbrahimov); Sara isə müdirin iltifatından razı idi (Mir Cəlal)
İNCİKLİK – RAZILIQ Zoranın sifətində dərhal inciklik əlaməti göründü (S.Vəliyev); Arvad razılıq verib, kəbin də kəsilib (Mir Cəlal)
İNCİTMƏK – BARIŞMAQ Fatma babasının sözündən incimədi (Çəmənzəminli); Barışmaq, böyük və alicənab işdir (M
İNDİ – ƏVVƏL İndi məftilə ehtiyac yoxdur (Çəmənzəminli); Məftil bundan çox əvvəl götürülmüşdü (Çəmənzəminli)
İNDİDƏN – DÜNƏNDƏN Rüstəm kişi elə indidən müavini itaətdə saxlamağı qərara aldı (M.İbrahimov); Dünəndən hamı onun yolunu gözləyir
İNDİKİ – SONRAKI İndiki makinalar ən uzaq dalğaların səslərini alaraq kağız üzərinə qeyd edir (Çəmənzəminli); Sonrakı günlər daha fərəhli olacaq (“Azə
İNKİŞAF – TƏNƏZZÜL Azərbaycan xalq təsərrüfatının həlledici sahəsi olan neft sənayesi sürətlə inkişaf etmişdir
İNSAFLI – KAFİR Görürəm çox insaflı oğlansan (A.Şaiq); Yüzbaşı yaman kafir imiş (Mir Cəlal)
İNSANİ – HEYVANİ C.Cabbarlının qəhrəmanları nəcib insani hisslərə malikdirlər (M.Arif); Başqa bir roman isə heyvani hissləri tərənnüm edir (Ə
İNSANLIQ – BARBARLIQ Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi (İ.Musabəyov); Mən belə barbarlığa dözmərəm (C
İNTİM – AŞKAR Jandarm rəisi hər bir kəlməsini az qala intim bir ifadə ilə deməyə çalışır (M.Hüseyn); Mənim işim aşkardır
İNTİZAMLI – NADİNC Daima intizamlı, səliqəli olan Talıb İsayev hər bir işçiyə, hər bir tapşırığın yerinə yetirilməsinə tələbkarlıqla yanaşan adam idi
İNTİZAMSIZ – TƏRBİYƏLİ [Qoşqar:] Bilirsiniz ki, mən intizamsız adam deyiləm... (İ.Hüseynov); Deyəsən o çox tərbiyəli yoldaşdır
İRADƏLİ – QORXAQ Sən çox iradəli adamsan (M.S.Ordubadi); Mənə ağıl öyrətmə, qorxaq! (M.Hüseyn)
İRADƏLİLİK – QORXAQLIQ İradəlilikdə heç kəs Səlimə çatmaz (“Ulduz”); Bu qorxaqlıqdır, yoxsa cinayət? – deyə o, komandirin gözlərinin içinə baxa-baxa s
İRADƏSİZ – CÜRƏTLİ Zeynal iradəsiz bir gəncdir (S.Hüseyn); Fariz evimizə gələn gündən mənə cürətli, qorxmaz bir oğlan kimi təsir bağışlamışdır (Y
İRADƏSİZLİK – CƏSARƏTLİLİK İradəsizlik etsə, özünü məhv edə bilər (Z.Xəlil); Pəri xala bir az da cəsarətlilik göstərib müəllimlərin xahişini xatırladı
İRƏLİ – SONRA O məndən bir-iki saat irəli gəldi (N.Vəzirov); Sonralar xatirələr bizi öz qucağına aldı (Y
İRİ – BALACA Onun iri, qara gözləri parlayır, yanırdı (C.Məmmədov); Balaca şəhərin küçələrini duman bürümüşdü (Çəmənzəminli)
İRİLƏŞMƏK – BALACALAŞMAQ Səfiqulu bəyin gözləri iriləşib oynamağa başlayırdı (M.İbrahimov); Həmin şəklin önündə qubernator lap balacalaşır
İRİLİK – XIRDALIQ Bu irilikdə mirvari... heç Xəta padşahının xəzinəsində də tapılmaz (S.S.Axundov); Almanın xırdalığına baxma, çox şirindir
İRİŞMƏK – AĞLAMAQ Ramazanov mənə yaxınlaşdı, məni tanıyıb, yalandan irişdi (S.Rəhman); Uşaq da yadına salıb ağlayır (Mir Cəlal)
İSİNMƏK – SOYUMAQ Qüvvətimiz, ümidimiz, arzularımız məhəbbətlə isinmişdir... (Ə.Məmmədxanlı); ...Mənə tərəf çevriləndə soyuyub ayazıyır, elə bil ki, ü
İSİTMƏ – ÜŞÜTMƏ Bədənimə isitmə gəldi. Dünən gecədən bəri onu tərk etməyən üşütmə və qorxu rəf oldu (C
İSLAQ – QURU Şən qəhqəhələrlə islaq otların arasında çiyələk dərib yeyirdilər (A.Şaiq); Quru qobu qırağı ilə əlində kağız qovluğu olan bir gənc yeriyi
İSLANMAQ – QURUMAQ Az keçdi, yenə güclü yağış başladı başdan; Bir anda bahar paltarım islandı yağışdan (S
İSLATMAQ – QURUTMAQ Yağış isladar, gün qurudar (Ata. sözü)
İSMƏTLİ – NAMUSSUZ Görmüşdüm ağıllı, ismətli, qoçaq; Manqabaşçısıydı, qəşəng gəlindi (Ə.Cəmil); Bu namussuzu nə üçün qolları bağlı gətirmədin? (M
İSMƏTLİLİK – ƏXLAQSIZLIQ Özündə bir ismətlilik duyurdu. Şeir adına dinsizlik və əxlaqsızlıq dərsi verən bu kitab dünya üzü görməyə haqlı deyildir (M
İSMƏTSİZ – NAMUSLU Mənim sözüm budur ki, ümumiyyətlə, heç bir millətin barəsində demək olmaz ki, filan millətin övrətləri bietibar və ismətsizdir (“Mo
İSRAFÇI – QƏNAƏTÇİ Bu hay-huy içərisində olanlar özləri də israfçı axmaqlar və bədbəxt vəhşilər kimi yaşayacaqlar (M
İSRAFÇILIQ – QƏNAƏTÇİLİK Əgər keçmişdəki varlılar ifrat israfçılıq edirdilərsə, bunu öz eyş-işrətləri üçün öz evlərində edirdilər (M
İSTEDADLI – KÜT Hər ailənin öz istedadlı israfçısı vardı (C.Məmmədov); Kəs səsini köpək... Beyniniz kütdür (S
İSTİ – AYAZLI Yayın isti günləri idi (S.S.Axundov); Ayazlı, şaxtalı bir qış axşamı; Yeddi yoldaş olub yola düzəldik (S
İSTİBDAD – SƏADƏT Yoldaşlar, istibdad pəncəsində işləyən yüz minlərcə işçilər baş qaldırmadadır (Çəmənzəminli); Odlar yurdunun səadəti sənin, mənim sə
İSTİQANLI – SOYUQQANLI İyirmi dörd yaşlı, canı-başı sağlam, istiqanlı bir oğlan özünü nə qədər saxlayacaqdı (M